Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eqer
Eqer (lat. Agria, alm. Erlau‎) — Macarıstanın Heveş əyalətinin paytaxtı və Şimali Macarıstanın ikinci ən böyük şəhəri. Eqer şəhəri qalaları, termal qurğuları, tarixi binaları, Türk minarələri və qırmızı şərabı ilə tanınır. Eqerin tarixi Daş dövrünə aiddir. Şəhərin əsası XV əsrdə Macarıstanın ilk xristian kralı Müq. Stefan tərəfindən qoyulmuşdur (997-1038). == Coğrafiyası == Eqer paytaxt Budapeştin 135 km şimal-şərqində, Eqer çayı sahilində, Bükk dağının ətəklərində yerləşir. == Tarixi == Şəhərin tarixi Daş dövrünə aiddir. Erkən orta əsrlərdə alman, avar və slavyan tayfaları burada yerləşdi.
Eger-Yurd
Eger-Yurd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Coğrafiyası və iqlimi == Egeryurd Kəlbəcər rayonu ərazisində dağ. Hündürlüyü 2167 m. Oronim haqqında tədqiqatçıların bir qismi xalq etimologiyasına əsaslanaraq belə ehtimal edirlər ki, dağ uzaqdan at yəhərinə oxşadığına görə Yəhərdağ adlanmış, rusdilli xəritələrdə isə təhrif olunaraq Eqeryurd kimi qeydə alınmışdır. Tədqiqatçıların digər qismi isə bu fikirdədir ki, toponim qədim türk dillərindəki eqer (yayda ev heyvanlarının saxlandığı düşərgə) və yurd komponentlərindən düzəlib, elatların yaylaq yurdları ilə bağlı yaranmış coğrafi adlardandır.
Eqer qalası
Eqri qalası (macar: Egri vár) — müasir Macarıstanın şimalında Eger (alm: Erlau, lat: Agria) şəhərində yerləşən Osmanlı qalasıdır. Qala 1552-ci ildə qalanı mühasirəyə alan Osmanlı ordusuna qarşı müdafiəsi ilə tarixi əhəmiyyət kəsb edir. Eqri qalası ilk dəfə 1552-ci ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınmış və ağır itkilərdən sonra mühasirə dayandırılmışdır. 1596-cı ildə yenidən mühasirəyə alınan qala bu dəfə qısa bir mühasirədən sonra 12 oktyabr 1596-cı ildə Osmanlılar tərəfindən ələ keçirilir. 90 il vilayət mərkəzi olaraq fəaliyyət göstərən qala, II Vyana mühasirəsindən və 1686-cı ildə Lotaringiya hersoqu V Karlın Budini ələ keçirməsindən sonra 1687-ci ildə Habsburq oordusu tərəfindən qala yenidən tutulmuşdur.
Əgər Qalsam
Əgər qalsam (ing. If I Stay) rejissor R.C Katler tərəfindən yazıçı Qeyli Formenin eyni adlı əsəri əsasında 2014-cü ildə çəkilmiş ABŞ istehsalı olan dram və romantik filmdir. Profissional musiqiçi olmaq istəyən Mia Hall Cullihard Kanservatoriyası-nda bu arzusunun dalınca getmək istəyir. Elə bu vaxt həyatında sevəcəyi adam olan Adam Uald ilə tanış olur. Birgə çox vaxt keçirərək Adam ilə yaxın münasibətlər quran Mia karyerasına davam etmək ilə sevgilisnin yanında olmaq kimi qərarların arasında qalır. Qərar vermə mərhələsində isə gözlənilməz bədbəxt hadisə hər şeyi dəyişdirir. Ailəsi ilə gəzintiyə gedərkən baş verən avtomabil qəzasında komaya düşdür. Lakin hansısa səbəbə görə ruhu kənarda baş verən hadisələri görür. Ölüm qalım arasında olan Mia bu vəziyyətdə kimlərin kim olduğunuda başa düşəcək. Kloe Qreys Moretz — Mia Hall Ceymi Bleykli — Adam Uald Mirelli Enos — Kət Hall Coşua Leonard — Denni Hall Steysi Kiç — Baba Lauren Li Smit — Uillou Liana Liberato — Kim Çein Aişa Hinds — Ramirez (tibb işçisi) Aliyah O'Breyn Ceykob Devis — Teddi Hall 2010-cu ildə dekabr ayında yayılan məlumata görə Əgər Qalsam romanı əsasında çəkiləcək film "Summit Entertainment" tərəfindən ekranlaşdıralacaq və Mia rolunu Dakato Fanninq, Kloe Qreys Moretz və ya Emili Broununqin oynayacağı bildirildi.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Eçer
Eçer – Macarıstanda, Budapeşt yaxınlığında qədim kənd. Kənd Budapeştdən cənubi-şərqdə, Feriheci Beynəlxalq Aeroportunun yaxınlığında, 120a dəmir yolunun üzərində yerləşir.
Ləgər
Aşağı Ləgər
Yeger
Yeger (alm. Jäger‎ – hərf. ovçu, atıcı) — XVIII–XIX əsrlərdə Avropanın bəzi dövlətlərində yüngül piyada növü. Yeddiillik müharibədə (1756–63) Fransa, Prussiya və Avstriya ordularında geniş yayılmışdı. Rus ordusunda 1761-ci ildən təşkil edilmişdi; 1856-cı ildə yeger alayları piyada alaylarına çevrildi. Yeger karabinerləri isə qrenadyorlar adlandırıldı. XVIII–XIX əsrlərdə Avropanın bəzi ordularında süvari yegerləri də olmuşdur.
Əhər
Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur. 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur. 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir.
Əsgər
Əsgər — orduda xidmət edən şəxs. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər.
Egey
Egey (q.yun. Αἰγεύς və ya Αἰγέως) qədim yunan mifologiyasında Attika dövrünə aid personaj, Afina padşahı və Teseyin atası. O, Meqarada anadan olan Attikanın sürgün edilmiş kralı Pandionun oğlu idi. Üç qardaşla birlikdə atasının səltənətini fəth etdi və onun dörddə bir hissəsini almışdır. Afina Egeyin hakimiyyəti dövründə Krit padşahı Minos ilə müharibəni uduzdu, gənc kişi və qadınlarını müntəzəm olaraq Minotavrın labirintinə göndərməyi öhdəsinə götürdü. Bir gün Trizindən keçərkən Egey yerli padşahın qızı Efra ilə münasibət qurdu. Şahzadə olaraq doğulan Tesey, yetkin olanda Afinaya gəldi. Egey oğlunu tanımadı və o vaxtkı yoldaşı Medeyanın təhriki ilə onu zəhərləməyə qərar verdi, lakin son anda onun qarşısında kimin olduğunu anladı. Tesey Minotavrı öldürmək üçün Kritə getdi. Qalib qayıdaraq qara yelkəni ağ yelkənlə dəyişməyi unutmuşdu.
Əsgər Məmmədov (əsgər)
Əgər qalsam (film)
Əgər qalsam (ing. If I Stay) rejissor R.C Katler tərəfindən yazıçı Qeyli Formenin eyni adlı əsəri əsasında 2014-cü ildə çəkilmiş ABŞ istehsalı olan dram və romantik filmdir. == Məzmun == Profissional musiqiçi olmaq istəyən Mia Hall Cullihard Kanservatoriyası-nda bu arzusunun dalınca getmək istəyir. Elə bu vaxt həyatında sevəcəyi adam olan Adam Uald ilə tanış olur. Birgə çox vaxt keçirərək Adam ilə yaxın münasibətlər quran Mia karyerasına davam etmək ilə sevgilisnin yanında olmaq kimi qərarların arasında qalır. Qərar vermə mərhələsində isə gözlənilməz bədbəxt hadisə hər şeyi dəyişdirir. Ailəsi ilə gəzintiyə gedərkən baş verən avtomabil qəzasında komaya düşdür. Lakin hansısa səbəbə görə ruhu kənarda baş verən hadisələri görür. Ölüm qalım arasında olan Mia bu vəziyyətdə kimlərin kim olduğunuda başa düşəcək. == Rollarda == Kloe Qreys Moretz — Mia Hall Ceymi Bleykli — Adam Uald Mirelli Enos — Kət Hall Coşua Leonard — Denni Hall Steysi Kiç — Baba Lauren Li Smit — Uillou Liana Liberato — Kim Çein Aişa Hinds — Ramirez (tibb işçisi) Aliyah O'Breyn Ceykob Devis — Teddi Hall == İstehsal prosesi == 2010-cu ildə dekabr ayında yayılan məlumata görə Əgər Qalsam romanı əsasında çəkiləcək film "Summit Entertainment" tərəfindən ekranlaşdıralacaq və Mia rolunu Dakato Fanninq, Kloe Qreys Moretz və ya Emili Broununqin oynayacağı bildirildi.
Əsgər Məmmədov (əsgər, 1972)
Eqən (İşembay)
Eqən (başq. Егән, rus. Зигановка) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Makarov kənd şurasının tərkibindədir. == Küçələri == Bereqovaya Reçnaya Sentralnaya == Qonşu kəndlər == Yaxınlıqda yerləşən kəndlər: Bereqovka, İvanovka, Makarov (7 km). == Təhsil == Uşaqlar Makarov orta məktəbində təhsil alır.
Ever Baneqa
Ever Baneqa (29 iyun 1988 Rosario) Argentinalı futbolçu. Hal-hazırda Argentinanın CA Newell's Old Boys klubunda oynayır. == Klub karyerası == Futbola Boka Cuniors'un uşaq məktəbində başlamış, peşəkar futbola isə 2006-2007 mövsümündə başlamışdır. O, Boka Cuniors'un heyətində 28 oyuna çıxsa da, qol vura bilməmişdir. 2008-ci ildə Valensiya ilə razılaşan Baneqa, 2008-2009 mövsümündə icarə əsasında Atletikoya keçmışdir. 2014-cü ildə isə icarə əsasında Nevels Old Boyz da oynamış, 14 oyuna 1 qol vurmuşdur. Lakin elə həmin il Sevilyaya transfer olunmuşdur. .
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Ever Given
Ever Given — dünyanın ən böyük yük gəmilərindən biridir. Gəmi Shoei Kisen Kaisha-ya məxsusudur və Tayvanın, Taoyuan şəhərində yerləşən konteyner nəqliyyat gəmiçilik şirkəti olan Evergreen Marine tərəfindən idarə olunur. 23 mart 2021 ildə Malayziyanın Tanjung Pelepas limanından Niderlandın Rotterdam şəhərinə səyahət edərkən gəmi Süveyş kanalında dayaz yerdə ilişib qalmış və saya oturmuşdur və bununla da kanalı bağlamışdır. Hərəkətin iflic olunmasına gətirmiş bu tıxac, altı gün davam etdikdən sonra, 29 mart 2021 tarixində gəminin saydan çıxarılması ilə aradan qalxmışdır. == Təsviri == Gəminin tam adı MV Ever Given classTriple E, uzunluğu 400 metrdir, 224 min ton yükgötürmə gücünə malikdir. Dünyanın ən iri 13 konteyner daşıyan gəmilərdən biridir. Imabari Shipbuilding gəmiqayırma şirkəti tərəfindən 25 dekabr 2015 ildə yaradılıb, 9 may 2018 ildə suya buraxılıb. 11 silindrli Mitsui – MAN B&W 11G95ME-C9 mühərriki ilə təchiz olunub və dəqiqədə 79 dövriyyədə gücü 59 300 kVt (79 500 at gücü) təşkil edir, bu güc gəmiyə 22,8 (42,2256 km/saat) düyün sürətə qədər yüksəlməyə imkan verir. Limanlarda manevr etmək üçün əlavə 2500 kVt (3400 at gücü) gücündə qurğulara malikdir. Konteyner tutumu 20124 TEU təşkil edir.
Girdəsəng (Əhər)
Girdəsəng (fars. گرده سنگ‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (13 ailə).
Gəlizə (Əhər)
Gəlizə (fars. گليزه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 216 nəfər yaşayır (40 ailə).
Kaşan (Əhər)
Kaşan (fars. كاشان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 99 nəfər yaşayır (17 ailə).
Keti Eder
Keti Eder — Amerikalı fəal və sosial sahibkar, 50 Miles More, Kids Tales və The Future Coalition sosial layihələrinin təsisçisi və rəhbəri, sonuncunun icraçı direktoru. 2019-cu ilin dekabr ayında Eder Forbes 30 Under 30 Hüquq və Siyasət siyahısına daxil edilir. == Bioqrafiya == Eder Viskonsin ştatının Milouki şəhərində anadan olub və böyüyüb. Keti 2018-ci ildə Şorewud Liseyini bitirib və 2020-ci ilin payızında Stenford Universitetinə daxil olub. Ailədə beş uşağın ən kiçiyidir. == Fəaliyyəti == === Uşaq nağılları === Keti 13 yaşında olanda “Kids Tales” (“Uşaq nağılları”) qeyri-kommersiya təşkilatını təsis edir. Təşkilatın məqsədi məktəbdən kənar heç vaxt yazmamış uşaqlar üçün yaradıcı yazı seminarları keçirməkdir. Kids Tales seminarı zamanı uşaqlar hekayə yazır, daha sonra antologiya kimi real kitabda nəşr olunur. Kids Tales seminarlarında doqquz ölkədən 1500 uşaq iştirak edir. Kids Tales 400-dən çox yeniyetmə müəllimi cəlb etmiş və 90 antologiya nəşr etdirmişdir.
Külüdərə (Əhər)
Külüdərə (fars. كولي دره‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (18 ailə).
Kürbulaq (Əhər)
Kürbulaq (fars. كوربلاغ‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (31 ailə).
Kürdlaqan (Əhər)
Kürdlaqan (fars. كردلقان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 162 nəfər yaşayır (38 ailə).
Kürədərə (Əhər)
Kürədərə (fars. كوره درق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (23 ailə).
Azər Quliyev (əsgər)
Azər Süleymanov (əsgər)
Azər Tağıyev (əsgər)
Azər Əliyev (əsgər)
Azər Qasımov (əsgər)
Azər Əliyev (əsgər, 2002)
Azər Tağıyev (əsgər, 1999)
Azər Əliyev (əsgər, 1999)
Azər Əliyev (əsgər, 2001)