1. İz, nişanə, əlamət, bir şeyin varlığına dəlalət edən hal. Əsər qalmamaq. Yorğunluqdan əsər yox idi. Üzündə həya əsəri yoxdur.
2. İnsan əməyi, insan yaradıcılığı, icadi məhsulu. İncəsənət əsərləri. Heykəltəraşlıq əsərləri. Memarlıq əsərləri. İxtiraçıların əsərləri. Musiqi əsərləri.
// Yazılı əmək məhsulu; ədəbi, elmi kitab, məqalə və s. Bədii əsər. Füzulinin əsərləri. Kimyaya dair əsər. Əsərlər külliyyatı. Elmi əsərlərin nəşri.
3. Təsir. Bu hadisənin ona heç bir əsəri olmadı.
□ Əsər eləmək (etmək) – təsir etmək. Nə üçün söz sənə əsər eləmir.
4. bax asar.
5. Yadigar mənasında. Yaxşı övlad ataana üçün ən əziz bir əsərdir.
◊ Əsəri gəlmək dan. – isitmə dayanandan sonra, yüngülcə və az zaman titrəmək. Əsəri gəlmiş, indi ötəcək.