Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ekzema
Ekzema (q.yun. ἔκζεμα) — "qaynayıram" deməkdir və ən qədim dəri xəstəliklərindən hesab olunur. Lakin buna baxmayaraq dəri xəstəliyi kimi ilk dəfə XIX əsrin əvvəllərində ingilis dermotoloqları Uillen, Beytman, Biyett tərəfindən qeydə alınmışdır. Ekzema – xroniki, residivlərlə müşayiət olunan, dünyanın bütün ölkələrində təsadüf olunan polietioloji allergik dəri xəstəliyidir. Ekzemanın etiologiyası və patogenezi haqqında indiyədək dəqiq bir fikir yoxdur, ancaq bu barədə bir neçə nəzəriyyə mövcuddur. Belə ki, ekzema xəstəliyinin sinir sistemi ilə əlaqədar olmasını Hebra, Kapoşi, Polotebnev və başqa alimlər söyləmişlər. 1894-cü ildə T. P. Pavlov ekzemalı xəstələrdə dəri hissiyyatının artmasını söyləmişdir. Müəllif göstərmişdir ki, dəri hissiyyatı təkcə xəstəlik nahiyəsində deyil, ondan xeyli uzaqlarda, görünüşcə sağlam dəridə də artır. Bundan başqa artmış dəri hissiyyatı xəstəliyin kliniki elementləri qurtardıqdan sonra belə müşahidə olunur. Sonralar İ. V. Qolovanov, P. V. Nikolski, S. T. Pavlov, E. A. Dosıçev və başqaları ekzemalı xəstələrdə dəri hissiyyatının artması barədə T. P. Pavlovun fikirlərini bir daha təsdiq etmişlər.
Atopik ekzema
Atopik ekzema xəstəliyi — dərinin qaşıntılı qızartılı xroniki allergik mənşəli patologiyasıdır. Qaşıntılı qızartılar bədənin istənilən yerində yarana bilər. Lakin, əsasən yanaqlarda, bükənəklərdə, əl və ayaqda yaranır. Gecələr qaşıntı kəskinləşir. Atopik ekzema xəstəliyi erkən uşaqlıq vaxtlarından başlayır. == Etiopatogenez == Atopik ekzema xəstəliyinin yaranması genetik səbələrə bağlıdır. Adətən valideynlərdin birində atopik vəziyyət olur. Yəni, valideynlərdən birində allergik rinit, konyuktivit, astma və ya atopik ekzemanın özü olur. Dərinin barier funskiyasında məsul olan fillagrin və bənzəri proteinlərin genetik pozunutusu əsasə səbəblərdən biridir. Bu səbəbdən dəridə qaşıntı və qızartılar yaranır.
Eksuma
Eksuma (ing. Exuma) — Baham adalarında rayon. Rayonun tərkibində 360-dan çox ada var. == Tarixi == Eksumada əvvəlcə aravaklar və lukayanlar yaşayırdı. Onlar XV əsrdə əsarət altına alınmışdır. XVII əsrə qədər adalarda yaşayış olmamış, dəniz quldurları tərəfindən sığınacaq kimi istifadə edilmişdir. == İnzibati bölgü == Eksuma Baham adalarının 32 rayonundan biridir. Rayon mərkəzi Corc-Taundur. Rayonun sahəsi 290 km2, əhalisi - 7,314 nəfərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Эксумские острова // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Eyfema
Eyfema (lat. Zegris eupheme) — zeqris cinsinə aid kəpənək növü. Cənubi Qafqaz endemidir. == Qısa təsviri == Sarımtıl-ağ rəngli gündüz kəpənəyidir. Ön qanadlarının zirvəsi bozumtul-qara rəngdə olub, narıncı-sarı, bəzən isə qırmızı ləkəlidir, arxa qanadlar üzərində isə şəffaf yaşılımtıl-mərməri naxışlar vardır. == Yayılması == Cənubi Qafqazda, Naxçıvan MR və Talışın (Zuvand) dağətəyi və dağlıq yerlərinin kserofil bitkilər bitən bölgələrində yayılmışdır. == Yaşayış yeri və həyat tərzi == Dağ kserofitləri ilə örtülü dərə və yamaclarda yaşayır. Kəpənəklərin qanadlarının eni açıq halda 40-45 mm-ə çatır. Mayda və iyunun əvvəlində uçurlar. Uçuşları xırıltılı və sürətlidir.
İkema
İkema (yap. 池間島) — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 2,8 km² təşkil edir. 2002-ci il məlumatına görə adada 801 nəfər yaşayır. Əhali İkema qədəbəsində cəmləşmişdir. İkema adası əsasən düzənlik relyefə malikdir. Ən hündür nöqtəsi 28 metr təşkil edir. Miyakocima adası ilə körpü ilə biləşir. Əsasən avtomobil nəqliyyatı ilə əlaqə yaradılır.
Ekarma adası
Ekarma (yap. 越渇磨島) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur. Ada Ekarma vulkanının su səthi hissəsini təşkil edir. Maksimal hündürlüyü 1170 metrdir. Ada paralel olaraq 8 km, meridian istiqamətdə isə 5 km məsafədə uzanır. Sahəsi 30 km² təşkil edir. İçməli su yoxdur. Ancaq isti kükürdlü sulsra rast gəlinir.
Ekarma boğazı
Ekarma boğazı (rus. Экарма (Пролив)) — Sakit okeanına daxil olan Ekarma adasını Şioşkotan adasından ayırır. Oxot dənizini Severvina boğazı ilə birləşdirir. Uzunluğu 25 km, ən dar eni isə 8 km təşkil edir. Dərinliyi 900 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Nikonova, Qratovıy, Razvalnıy, Başmaçnıy, Cuprova (Şiaşkotan) və Lyutbıy, Kruqlıy (Ekarma) burunları vardır. Şərq sahillərində çoxlu sualtı və suüstü daşlı qayalıqlar vardır. Şiaşkotan adası yaxınlığında Drobnıy adası və Başmaçıy qayası vardır. Cənub-Şərqdə Zakatnıy buxtası yerləşir.
Kərim Benzema
Kərim Mustafa Benzema (fr. Karim Mostafa Benzema; 19 dekabr 1987[…], Lion) — hücumçu mövqeyində oynayan Fransa futbolçusu. == Həyatı == Kərim Mustafa Benzema 19 dekabr 1987-ci ildə Fransanın Lion şəhərində anadan olub. Əslən Kabili qəbiləsindən olan fransız futbolçu yeniyetmə yaşlarından tanınıb. Futbola “Lion” klubunun uşaq futbol məktəbində başlayıb. 17 yaşında ikən bu klubun əvəzedici komandasında ən yaxşı hücumçu olub. O rəqib qapısından 30-dan artıq top keçirib. 2004-cü ildə elə 17 yaşında ikən də "Lion"un əsas heyətində oynamağa başlayıb. Həmin dövrdə Fransanın gənclərdən ibarət yığma komandasının heyətində Avropa çempionu olan Kərim Benzemanı məşhur futbolçu David Trezeqe ilə müqayisə edirdilər. Lakin onun göstərdiyi parlaq oyununu görən futbol mütəxəssisləri sonrakı illərdə bu istedadlı gənci həmyerlisi Zinəddin Zidanla müqayisə etməyə başladılar.
Karim Benzema
Kərim Mustafa Benzema (fr. Karim Mostafa Benzema; 19 dekabr 1987[…], Lion) — hücumçu mövqeyində oynayan Fransa futbolçusu. == Həyatı == Kərim Mustafa Benzema 19 dekabr 1987-ci ildə Fransanın Lion şəhərində anadan olub. Əslən Kabili qəbiləsindən olan fransız futbolçu yeniyetmə yaşlarından tanınıb. Futbola “Lion” klubunun uşaq futbol məktəbində başlayıb. 17 yaşında ikən bu klubun əvəzedici komandasında ən yaxşı hücumçu olub. O rəqib qapısından 30-dan artıq top keçirib. 2004-cü ildə elə 17 yaşında ikən də "Lion"un əsas heyətində oynamağa başlayıb. Həmin dövrdə Fransanın gənclərdən ibarət yığma komandasının heyətində Avropa çempionu olan Kərim Benzemanı məşhur futbolçu David Trezeqe ilə müqayisə edirdilər. Lakin onun göstərdiyi parlaq oyununu görən futbol mütəxəssisləri sonrakı illərdə bu istedadlı gənci həmyerlisi Zinəddin Zidanla müqayisə etməyə başladılar.
Mahmud Əkrəm
Rəcaizadə Mahmud Əkrəm (osm. رجاﺋﻰ زاده محمود اكرم) (1 mart 1847, Konstantinopol – 31 yanvar 1914, Konstantinopol) — Osmanlı şairi, nasiri və dramaturqu. == Həyatı == Türkiyə ədəbiyyatında "Tənzimat" dövrünün ən məşhur şair, nasir və dramaturqlarından olan Rəcaizadə Mahmud Əkrəm eyni zamanda "Sərvəti-funun"çuların sələflərindəndir. Böyük müasiri Namiq Kamalın yaradıcıhğına nə qədər mübarizlik, döyüşkənlik ruhu hakimdirsə, Mahmud Əkrəm bir o qədər həzin lirik şairdir. Övladlarının, xüsusilə sevimli oğlu Nicatın vaxtsız ölümü şairi sarsıtmış, onun yaradıcılığında kədər, bədbinlik motivləri daha da artmışdır.
Regina Ezera
Reqina Ezera (latış. Regīna Ezera‎; 20 dekabr 1930, Riqa – 11 iyun 2002, Kequms[d]) — Latviya yazıçısı, Latviya SSR-nin əməkdar mədəniyyət işçisi (1974), Latviya SSR xalq yazıçısı (1981). Üç Ulduz ordeninin IV dərəcəli kavaleri. == Həyatı == Reqina Ezera 20 dekabr 1930-cu ildə Riqada, Robert və tibb bacısı Lusia Şamreto ailəsində anadan olmuşdur. 1944-cü ildə ailə Almaniyaya işləməyə aparılır. Amerikalılar “Zorla köçürülmüş insanları” 1945-ci ilin yazında Qərbə aparanda, valideynləri ilə birlikdə eşelondan qaçmış və Sovet işğal bölgəsində qalmışdır. O, 1945-ci ilin payızında Riqaya qayıtmışdır. Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib (1955). "Pionieris" qəzetində işləyib (1954-1957). Ezer (latış.
Reqina Ezera
Reqina Ezera (latış. Regīna Ezera‎; 20 dekabr 1930, Riqa – 11 iyun 2002, Kequms[d]) — Latviya yazıçısı, Latviya SSR-nin əməkdar mədəniyyət işçisi (1974), Latviya SSR xalq yazıçısı (1981). Üç Ulduz ordeninin IV dərəcəli kavaleri. == Həyatı == Reqina Ezera 20 dekabr 1930-cu ildə Riqada, Robert və tibb bacısı Lusia Şamreto ailəsində anadan olmuşdur. 1944-cü ildə ailə Almaniyaya işləməyə aparılır. Amerikalılar “Zorla köçürülmüş insanları” 1945-ci ilin yazında Qərbə aparanda, valideynləri ilə birlikdə eşelondan qaçmış və Sovet işğal bölgəsində qalmışdır. O, 1945-ci ilin payızında Riqaya qayıtmışdır. Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib (1955). "Pionieris" qəzetində işləyib (1954-1957). Ezer (latış.
Sabina Azema
Sabina Azema (fr. Sabine Florence Azéma; 20 sentyabr 1949[…], 15-ci Paris dairəsi[d]) — Fransa aktrisası. == Həyatı == Sabina Azema 20 sentyabr 1949-cu ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdur. O, Paris Konservatoriyasını bitirdikdən sonra teatr səhnəsində uğurla çıxış etməyə başlamışdır. Azema 1977-ci ildə kiçik rollarla kinoda debüt etmişdir. O, yalnız 1980-ci illərin əvvəllərində Fransa kinosunun ən böyük ustaları Alen Rene və Bertran Tavernye onun aktrisalığını kəşf etmişlər. Azema Renenin "Həyat romantikadır" (1983), "Ölümə sevgi" (1984), "Melo" (1986, "Sezar" mükafatı), "Siqaret çəkmə" (1993) və Tavernyenin "Ölkədə bazar günü" (1984, "Sezar" mükafatı) və "Həyat və başqa heç nə" (1990) filmlərində rol almışdır. Aktrisa həmçinin, Rober Enrikonun "Qırmızı zona" (1986) və ya Jerar Urinin "Vanilli çiyələkli dondurma" (1989) kimi ənənəvi kommersiya janrlı filmlərində də rol almışdır.
Ömər Əkrəm
Ömər Əkrəm- Əslən Əfqanıstanlı olan Amerikalı Qremmi mükafatına layiq görülmüş pionuçu və bəstəkardır. == Həyatı == Əkrəm Nyu-Yorkda anadan olub. Birləşmiş Millətlər Təşkilatı diplomatının oğlu kimi dünyanın müxtəlif ölkələrinə səyahət edərək böyüyüb.
Əkrəm Abdullayev
Əkrəm Kamal oğlu Abdullayev (23 iyun 1975, Salyan, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == Əkrəm Abdullayev 1975-ci il iyunun 23-də Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1996–2005-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində təlimatçı, baş təlimatçı, sektor müdiri və şöbə rəisi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 2 övladı var. == Siyasi fəaliyyəti == 2005-ci il noyabrın 6-da 59 saylı Salyan birinci seçki dairəsindən deputat seçilmişdir. Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Qətər, Azərbaycan-Özbəkistan, Azərbaycan-Tacikistan, Azərbaycan-Tailand, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.
Əkrəm Akurqal
Ord. Prof. Dr. Əkrəm Akurgal (30 Mart 1911 - 1 Noyabr 2002), Türk arxeoloq. == Uşaqlıq illəri == 1911-ci ildə Fələstində Hayfa yaxınlarındakı Tulkarem kəndində dünyaya gəlib (Tulkarem eyni zamanda sonradan arxeologiya dünyasında böyük əhəmiyyət qazanmış olan antik Kayserya şəhərinin qalıntılarının tapıldığı yerdir). Osmanlının Herseqovina vilayətinə müftilər və idarəçilər yetişdirmiş köklü bir ailə olan Rizvanbəyoviç ailəsindən gələn atası paytaxtda doğulmuş görünməsini istədiyi üçün doğum yerinə İstanbul yazdırmışdır. Akurgal 2 yaşı olanda ailəsi İstanbula qayıtmış, bir müddət Adabazarının Ağyazı mahalındakı fermalarında qalmışdırlar. 6 yaşından etibarən bibisinin köhnə Herseqovina müftisi olan və Darülfünunda Ərəb ədəbiyyatı müdərrisliyi ilə məşğul olan əri Cabizadə Əli Fehmi Əfəndinin evində qalmağa başlamış və ilk təhsilini burada almışdır. == Təhsili == 1931-ci ildə İstanbul Oğlanlar üçün liseyi bitirdi. Dövlət imtahanını qazanaraq Almaniyada arxeologiya təhsili aldı.1934-cü ildə Soyadı Qanunu çıxan zaman, atasının istəyi üzərinə, bir Şumer kralının adı olan və Şumer dilində a-'baba, su' kur- 'ölkə' və gal-'böyük' kəlimələrinin yan yana gəlməsindən əmələ gələn Akurgal soyadını aldı.
Əkrəm Cəfər
Əkrəm Cəfər (tam adı: Cəfərov Əkrəm Səftər oğlu; 5 may 1905, Lahıc, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 18 avqust 1991, Bakı) — dilçi, ədəbiyyatşünas, şərqşünas-filoloq, pedaqoq. == Həyatı == Əkrəm Səftər oğlu Cəfərov 1905-ci ilin may ayında İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada alan Ə. Cəfər sonra yeni üsullu məktəbdə oxuyur. 1920-ci ilni oktyabrında Bakıya gələrək "Darlmüəllimin"ə daxil olur. 1925-ci ildə həmin məktəbi qurtaran Ə. Cəfər iki ilə yaxın Lənkəran şəhərində, sonra isə Qazax pedaqoji texnikumunda dərs deyir. O, hələ "Bakı Darülmüəllimi"ndə oxuduğu illərdə bir ədəbiyyat həvəskarı kimi "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında şeirlərlə çıxış etmişdir. 1929-cu ildə Ə. Cəfər ali təhsil almaq üçün Moskvaya göndərilmişdi. O, Moskvada ikinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsinə girmiş, 1932-ci ildə oranı bitirmişdir. Əla oxuduğuna görə həmin institutda müəllim saxlanmış və aspiranturaya qəbul edilmişdir. Ə. Cəfər təhsil almaqla yanaşı 1929–1931-ci illərdə Moskva Proletar Yazıçılar cəmiyyəti Azərbaycan bölməsinin katibi olmuşdur.
Əkrəm Hövrani
Əkrəm əl-Hövrani (ərəb. أكرم الحوراني‎; 1912, Həma – 24 fevral 1996, Amman) — suriyalı siyasətçi, 1955-ci ildə Suriya Xalq Məclisinin sədri, 1958-1959-cu illərdə Birləşmiş Ərəb Respublikasının vitse-prezidenti və 1958-ci ildə ədliyyə naziri.
Əkrəm Naibov
Əkrəm Nəcəf oğlu Naibov (Əkrəm Əylisli; 6 dekabr 1937, Yuxarı Əylis, Ordubad rayonu) — nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, Azərbaycan Respublikasının sabiq xalq yazıçısı, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1968), Azərbaycanın əməkdar incəsənət xadimi (1984), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. == Həyatı == Əkrəm Əylisli 6 dekabr 1937-ci ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olmuşdur. Burada orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini bitirdikdən sonra Azərnəşrin tərcümə redaksiyasında redaktor (1965–1968), "Gənclik" nəşriyyatında baş redaktor (1968–1970), "Mozalan" satirik jurnalında baş redaktor (1970–1971) olmuşdur. 1974–1978-ci illərdə Azərbaycan Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru işləmiş, sonra "Azərbaycan" jurnalının baş redaktoru kimi çalışmışdır (1978–1983). Azərbaycan Sovet Yazıçıları İttifaqının katibi (1987–1991), "Yazıçı" nəşriyyatının direktoru olmuşdur (1992-ci ildən). Gənc yazıçıların Moskvada keçirilən Ümumittifaq müşavirəsində (1962), Belorusiya, Moldova və Özbəkistanda sovet ədəbiyyatı günlərində və digər tədbirlərdə iştirak etmişdir (1968–1980). "Ulduz" jurnalı redaksiya heyətinin üzvü (1967–1978), SSRİ Yazıçılar İttifaqı bədii şurasının üzvü (1968–1976) olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin, eyni zamanda "Azərbaycan" və "Drujba narodov" jurnalları redaksiya heyətlərinin üzvü seçilmişdir (1978–1990). Sovet yazıçılarının nümayəndə heyətinin tərkibində Macarıstan, Polşa və Şimali Yəməndə səfərdə, Əziz Nesinin şəxsi dəvətilə Türkiyədə olmuşdur.
Əkrəm Poladov
Poladov Əkrəm Nicat oğlu — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Prezident mükafatçısı. == Həyatı == Əkrəm Poladov 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Musiqi Akademiyası və İtaliyanın Ozimo şəhərindəki Opera Akademiyasını bitirmişdir. İtaliyada keçirilən beynəlxalq vokal müsabiqəsinin diplomantıdır. 1988-ci ildə Azərbaycan Dövlət akademik Opera va Balet Teatrında xor artisti kimi fəaliyyətə başlayan Əkrəm Poladov 1991-ci ildə solist vəzifəsinə keçirilmişdir. Hazırda teatrın yüksək dərəcəli solistidir. Milli və klassik opera tamaşalarında çox maraqlı və yaddaqalan obrazlar yaradaraq cıxış edir. Bir çox partiyalar Əkrəm Poladovun opera səhnəsində ifa etdiyi obrazlardır. Əkrəm Poladov həm də Azərbaycan Dövlət Xor kapellasında solistidir. Qərb və rus bəstəkarlarının operalarından ariyaları və romansları ifa edir.
Əkrəm Xudiyev
Əkrəm Məhiyəddin oğlu Xudiyev (d. 1965; Zəngilan, Azərbaycan - ö. 1993; Zəngilan, Azərbaycan) — I Qarabağ müharibəsinin şəhidi. == Həyatı və Qarabağ müharibəsi == Əkrəm Xudiyev 1965-ci ildə Zəngilan rayonunda anadan olub. 1991-ci ildə hərbi xidmətə yollanan və Zəngilan rayonu uğrunda gedən göyüşlərə qatılan Əkrəm Xudiyev 1993-cü ildə elə Zəngilan rayonunu uğrunda gedən döyüşlərdə şəhid olub.
Əkrəm Zeynallı
Əkrəm Akif oğlu Zeynallı — azərbaycanlı diplomat. Azərbaycanın İsveçrədə və Lixtenşteyndə (2012 — 2017) olan sabiq fövqəladə və səlahiyyətli səfiri, 2017-2023 Azərbaycanın Çində olan fövqəladə və səlahiyyətli səfiri. == Fəaliyyəti == 23 aprel 2012-ci il tarixli sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilibƏkrəm Zeynallı, Azərbaycan Prezidenti İlham Əliyevin 23 aprel 2012-ci il tarixli sərəncamı ilə Azərbaycanın İsveçrədə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Daha sonra Əkrəm Zeynallı, Azərbaycan Prezidenti İlham Əliyevin 2 iyul 2012-ci il tarixli sərəncamı ilə Azərbaycanın Lixtenşteyndə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. 2017-cı il mayın 25-də isə Əkrəm Zeynallı, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir təyin edildiyi bütün 2 dövlətdən geri çağırıldı. Əkrəm Zeynallı, Azərbaycan Prezidenti İlham Əliyevin 19 iyul 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Çində olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Əkrəm Zeynalov
Əkrəm Zeynalov (d. 16.12.1941, Quba şəhəri, Azərbaycan SSR, SSRİ - ö. ?) — Azərbaycan Tibb Universitetinin professoru (1990), əməkdar elm xadimi; Azərbaycan Jurnalistlər İttifaqının üzvü. == Həyatı == Əkrəm Zeynalov 16 dekabr 1941-ci ildə Quba şəhərində anadan olmuşdur. 1960-cı ildə Quba Kənd Təsərrüfatı texnikumunu fərqlənmə diplomu ilə bitirərək, "Qızıl Quba" qəzetində korrektor, Azərbaycan LKGİ Quba rayon komitəsində təlimatçı vəzifəsində çalışmışdır. 1964-cü ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Bir müddət "Təşviqatçı" jurnalındada çalışmışdır. Eyni zamanda 1969-cu ildən N.Nərimano adına Azərbaycan Dövlət Tibb İnstitunun tarix kafedrasında saat hesabı dərs demiş, 1973-cü ildə isə müsabiqə yolu ilə kafedranın baş müəllimi seçilmişdir. Pedoqoji fəaliyyətlə yanaşı o, universitetin "Tibb kadrları uğrunda" qəzetinin redaktoru, İctimai peşələr fakültəsinin dekanı, universitet partiya komitəsinin katibi işləmişdir. Ə.Zeynalov 1979-cu ildə namizədlik, 1990-cı ildə Moskvada doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
Əkrəm İmamoğlu
Əkrəm İmamoğlu (tam adı: Əkrəm İmamoğlu, türk. Ekrem İmamoğlu; 4 iyun 1970) — türk siyasətçi və İstanbul Böyük Şəhər Bələdiyəsinin hazırkı sədri. 2014–2019-cu illərdə Bəylikdüzü bələdiyyə sədri vəzifəsini icra etmişdir. O, 2019 İstanbul bələdiyyə seçkilərində ölkənin ən böyük müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının namizədi kimi seçilmişdir. Bu qələbənin ardınca İmamoğlu Türkiyə siyasətində parlayan ulduz adlandırıldı və 2023 Türkiyə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın potensial rəqiblərindən biri hesab edilirdi. == Həyatı == İmamoğlu 1970-ci ilin iyununda Türkiyənin Trabzon şəhərinin qərbindəki Ağcaabadda anadan olub. Trabzon liseyini bitirmişdir və burada həvəskar futbolla məşğul olmuş və Trabzonsporda menecerlik etmişdir. O, həmçinin Trabzonspor FK BK basketbol komandasının vitse-prezidenti olmuşdur. İstanbul Universitetinə daxil olmuş və biznesin idarə edilməsi üzrə bakalavr, insan resurslarının idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi almışdır. Məzun olduqdan sonra inşaat sahəsində ailə biznesinə qoşulmuşdur.
Əkrəm Şəkinski
Əkrəm Məmmədəmin oğlu Şəkinski (16 noyabr 1929, Bakı – 25 iyun 1998, İstanbul) — Azərbaycan dövlət və siyasi xadimi, tanınmış mühəndis. == Həyatı == Əkrəm Məmmədəmin oğlu Şəkinski 1929-cu il noyabr ayının 16-da Bakı şəhərində bu gün də böyük hörmətlə xatırlanan əfsanəvi "çekist" Məmmədəmin Şəkinskinin ailəsində dünyaya göz açmışdır. Atasının repressiyaya məruz qalaraq həbs olunması balaca Əkrəmi hələ yeniyetməlik çağlarından əmək fəaliyyətinə başlamağa vadar etdi. O, Xəzər Donanmasının İstehsalat kombinatının çörəkxanasında usta köməkçisi işləyərək qazandığı cüzi vəsaitlə məhrumiyyətlərə düçar olmuş ailəni dolandırırdı. Bir qədər sonra SSRİ "Baştunelmetrotikinti" İdarəsinin Bakıdakı Baş Markşeyder İdarəsində böyük fəhlə, kiçik texnik-geodeziyaçı işləmişdir. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirib. "Azneft" birliyinin Dənizdə Geofiziki Kəşfiyyat İdarəsinə təyinat alan Əkrəm burada seysmik kəşfiyyat partiyasının böyük radiotexnikindən idarənin baş mühəndisliyinədək yüksəlir. Əkrəm Şəkinski "Texnoeksport" Ümumittifaq Birliyi ilə İran neft kompaniyası arasında bağlanmış müqavilənin məsləhətçi-rəhbəri kimi 1966–1968-ci illərdə İrana xidməti ezamiyyətə gedir. Orada onun rəhbərliyi ilə Cənubi Xəzərin İran sektorunda aparılan seysmik kəşfiyyat sayəsində 30-dan artıq perspektivli neft-qaz strukturları aşkarlanaraq dərin qazma işləri üçün hazırlanır. Onun qonşu ölkədəki məhsuldar fəaliyyəti SSRİ Geologiya Nazirliyi tərəfindən yüksək qiymətləndirilir.