Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ekspromt
Ekspromt – (lat. expromtus – yeyin, tez, iti, hazır, əl altında olan), hazırlıqsız deyilmiş şer, zarafat, nitq, improvizasiya növü, bədahətən, yaxud qabaqcadan düşünülmədən yazılan epiqram, madriqal zarafat xarakterli kiçik şeir, qabaqcadan hazırlıq görülmədən bəslənən musiqi əsəri, hazırlıqsız, deyilən anda, ifa olunan anda yaradılmış əsər (şeir, musiqi əsəri) və bu kimi hallarda görülən işlər və ya edilən hərəkətlər. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Eksployt
Eksployt (ing. Exploit - "istismar etmək") — proqram təminatında olan zəif yerlərdən istifadə edən və əməliyyat sisteminə hücumu həyata keçirmək üçün tətbiq olunan kompüter proqramı, proqram kodunun fraqmenti və ya komandalar ardıcıllığı. Hücumun məqsədi həm sistem üzərində nəzarəti ələ almaq (səlahiyyətləri artırmaq), həm də onun fəaliyyətini pozmaq ola bilər (DoS hücumlar). == Təsnifat == Zəif yerləri olan proqram təminatına giriş imkanı almaq metodundan asılı olaraq eksploytlər iki yerə bölünür: uzaq (REMOTE) və lokal (LOCAL). Uzaq eksployt şəbəkədə işləyir və zəif yeri olan sistemə qabaqcadan girmədən mühafizədə olan zəiflikdən istifadə edir. Lokal eksployt isə qabaqcadan giriş (adətən, ən yüksək hüquq) almaqla bilavasitə zəif yeri olan sistemdə başladılır. Eksployt hücumu əməliyyat sisteminin müxtəlif komponentlərinə yönələ bilər: server proqramlarına, müştəri proqramlarına və ya əməliyyat siteminin modullarına. Serverdə olan zəif yerlərdən istifadə etmək üçün eksploytun ziyanverici kodun olduğu sorğu formalaşdıraraq serverə göndərməsi kifayətdir. Müştəri kompüterindəki zəif yerlərdən istifadə etmək bir qədər çətindir: bunun üçün istifadəçini saxta serverə qoşulmanın zəruriliyinə inandırmaq lazımdır. Eksployt ilkin mətnlər, icra modulları, yaxud zəif yerlərdən istifadənin sözlə təsviri şəklində yayıla bilər.
Eksport
İxrac – informasiyanın bir sistemdən və ya proqramdan başqasına ötürülməsi; idxal (IMPORT) əməlinin əksidir. Verilənlərin, xüsusən görüntüləri olan sənədlərin ixracı, informasiyanı qəbul edən proqram və ya sistem tərəfindən bu və ya başqa formada dəstəklənməlidir. Bəzi tətbiqi proqramlarda başqa proqramların istifadə etdiyi fayl formatlarının dəstəklənməsi nəzərdə tutulub ki, onların arasında verilənləri asanca ötürmək mümkün olsun. Başqa imkanlar olmadıqda sırf mətn fayllarını özgə proqrama ASCII formatında (adi mətn, yəni formatlanmamış) ixrac etmək olar. İxracat və ya Eksport (ing. export) — əmtəələrin xarici bazarda realizə edilməsi üçün xaricə aparılması; idxalatın əksi. iqtisadiyyatda məhsulun ölkənin sərhəddindən kənara göndərilməsi, xarici bazarda satışı üçün nəzərdə tutulması.