eksplisit
eksploziv
OBASTAN VİKİ
Eksployt
Eksployt (ing. Exploit - "istismar etmək") — proqram təminatında olan zəif yerlərdən istifadə edən və əməliyyat sisteminə hücumu həyata keçirmək üçün tətbiq olunan kompüter proqramı, proqram kodunun fraqmenti və ya komandalar ardıcıllığı. Hücumun məqsədi həm sistem üzərində nəzarəti ələ almaq (səlahiyyətləri artırmaq), həm də onun fəaliyyətini pozmaq ola bilər (DoS hücumlar). == Təsnifat == Zəif yerləri olan proqram təminatına giriş imkanı almaq metodundan asılı olaraq eksploytlər iki yerə bölünür: uzaq (REMOTE) və lokal (LOCAL). Uzaq eksployt şəbəkədə işləyir və zəif yeri olan sistemə qabaqcadan girmədən mühafizədə olan zəiflikdən istifadə edir. Lokal eksployt isə qabaqcadan giriş (adətən, ən yüksək hüquq) almaqla bilavasitə zəif yeri olan sistemdə başladılır.Eksployt hücumu əməliyyat sisteminin müxtəlif komponentlərinə yönələ bilər: server proqramlarına, müştəri proqramlarına və ya əməliyyat siteminin modullarına. Serverdə olan zəif yerlərdən istifadə etmək üçün eksploytun ziyanverici kodun olduğu sorğu formalaşdıraraq serverə göndərməsi kifayətdir. Müştəri kompüterindəki zəif yerlərdən istifadə etmək bir qədər çətindir: bunun üçün istifadəçini saxta serverə qoşulmanın zəruriliyinə inandırmaq lazımdır. Eksployt ilkin mətnlər, icra modulları, yaxud zəif yerlərdən istifadənin sözlə təsviri şəklində yayıla bilər. O, istənilən kompilyasiya və ya interpretasiya olunan proqramlaşdırma dilində (çox zaman C/C++, Perl, PHP, HTML+JavaScript) yazıla bilər.
зеленова́тый натверди́ть оту́чивание прикомандиро́вываться телекине́тик трикра́ты чуди́ла блаже́нной памяти кто-л мозо́лить наприме́р подто́чка брение овыдень grey import hairtician hydrogenization pilea score table sea-bank shopping-bag отражатель переводчица пересекающийся применять станичник