Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Donald Knut
Donald Ervin Knut (ing. Donald Ervin Knuth; 10 yanvar 1938[…], Miluoki, Viskonsin) — Amerikalı kompüter mütəxəssisi, alim, riyaziyyatçı və Stenford Universitetinin fəxri professorudur. 10 yanvar 1938-ci ildə amerikalı alim, Stenford universitetinin fəxri professoru, texniki mövzularda kitabların mətnlərinin yığılması üçün nəzərdə tutulmuş TeX və METAFONT stolüstü nəşriyyat sistemlərinin müəllifi Donald Ervin Knut (Donald Ervin Knuth) anadan olmuşdur. 1974-cü ildə alqoritmlərin analizi və proqramlaşdırma dillərinin emalı sahəsinə verdiyi töhfəyə görə, xüsusilə də "Proqramlaşdırma sənəti" (The Art of Computer Programming) adlı məşhur kitablar toplusunu yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Knut (ayı)
Knut (Almanca tələffüz: [ˈknuːt] ( dinlə)) (5 dekabr 2006–19 mart 2011) — Berlin zooparkında doğulmuş məşhur ağ ayı. Doğulduğunda anası tərəfindən rədd edilməsi nəticəsində zoopark işçiləri tərəfindən tərbiyə edilmişdir. 30 ildir Berlin zooparkında körpəlik mərhələsini keçərək ən çox yaşaya bilən ilk ağ ayı balası idi. Knut beynəlxalq müzakirə mövzusuna çevrildikdən sonra, zoopark turistik və kommersiya uğurlarına imza atdı. Almaniyanın Bild qəzeti heyvan hüquqları fəalının zooparkda bu heyvanın böyüdülməsini pisləyən bir məqalə yayımlandığı zaman, dünyadakı pərəstişkarları onun tərbiyəsini insanlar tərəfindən dəstəkləmək üçün hərəkətə keçdilər. Uşaqlar zooparkdan kənarda etiraz etdilər və dünyanın hər yerindən rəğbət ifadə edən e-poçtlar göndərildi.Məşhur Knut ayısı, oyuncaqlarda, müxtəlif KİV-lərdə, DVD-lərdə, kitablarda və "Knutmania" adlı bir media fenomeninin mərkəzində olmağı bacardı. Bütün bunların nəticəsi olaraq, 2007-ci ildə Berlin zooparkında ayının gəlirində təxminən 5 milyon avro artım oldu. Zooparkın illik ziyarətçi sayı təxminən 30% artdı, beləliklə 2007-ci il, 163 illik tarixinin ən gəlirli ili olaraq seçildi. Knut ayısı 19 mart 2011-ci ildə, günorta saatlarında, dörd yaşında ikən vəfat etdi.19 mart 2011-ci ildə Knut gözlənilmədən dörd yaşında öldü. Ensefalit xəstəliyindən əziyyət çəkən ayının ölümünə əsas səbəb isə hovuzda boğulması oldu.
Knut Hamsun
Knut Hamsun (norv. Knut Hamsun) və ya əsl adı Knud Pedersen (norv. Knud Pedersen; 4 avqust 1859[…] – 19 fevral 1952[…]) — Norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1920). == Həyatı == Əsl adı və soyadı Knud Pedersendir. Norveçin mərkəzi hissəsində, yoxsul kəndli ailəsində doğulmuşdu. Knut üç yaşında olarkən ailələri Şimal Qütbünün 100 km.-də yerləşən Nurlan şəhərinə köçümüşdü. Atası qaynına məxsus Hamsund fermasını icarədar kimi işlədirdi. Kiçik yaşlarından kəndli əməyinin bütün çətinliklərinə alışan Knut da ədəbi təxəllüsünü həmin fermanın adından almışdır. Lakin kənd idilliyası çox tez başa çatdı. Pedersen ailəsi qohumlarının borc asılılığına düşdü.
Knut Viksel
Yuhan Qüstav Knut Viksel (isv. Johan Gustaf Knut Wicksell; 20 dekabr 1851[…], Mariya-Maqdalena[d] – 3 may 1926[…], Danderyud[d], Stokholm leni[d]) — Avstriya məktəbinin konsepsiyalarını ilk dəfə sintez edən İsveç iqtisadçısı, Stokholm məktəbinin müəllimlərindən biri, Viksell effektinin müəllifi. == Bioqrafiyası == Knut 20 dekabr 1851-ci ildə Stokholmda anadan olmuşdur. Üç bacısı və bir yaş böyük qardaşı Aksel vardı. Atası İohan Viksel iş adamı və emlakçı idi. Knut hər iki valideynini də erkən itirdi: anası Kristina 6 yaşında ikən 1858-ci ildə vəfat etdi, 1861-ci ildə ikinci dəfə evlənən atası, Knut 15 yaşında olarkən 1867-ci ildə qəfildən öldü. 1869-cu ildə riyaziyyat və fizika təhsili almaq üçün Uppsala Universitetinə daxil oldu, 1872-ci ildə magistr dərəcəsini fərqlənmə diplomu ilə aldı və 1885-ci ildə riyaziyyat doktoru, 1895-ci ildə iqtisadiyyat doktoru, 1899-cu ildə hüquq diplomu almışdır. 1873–1874-cü illərdə Uppsala orta məktəbində müəllim işləyir, 1874–1875-ci illərdə fərdi müəllimliklə məşğul olur. 1885-ci ildə Londonu ziyarət etdi və 1887-ci ildə Viksel, Almaniyada və Avstriyada iqtisadiyyat təhsili almaq üçün Lauren Fondundan üç illik qrant aldı. Hüquq dərəcəsi aldıqdan sonra, yalnız 1899-cu ildə, 48 yaşında, Uppsala Universitetinin İqtisadiyyat və Hüquq Bölməsində dosent vəzifəsini ala bildi.
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Elnur
Elnur — Azərbaycanlı kişi adı. Elnur Mehdiyev — aktyor. Elnur Nuriyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elnur Məmmədli — Azərbaycanlı cüdoçu. Elnur MəmmədovElnur Məmmədov (aktyor) — aktyor. Elnur Məmmədov (müğənni) — müğənni.Elnur Qədirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin Elnur Əhmədov — azərbaycanlı musiqiçi, kamança ifaçısı, Elnur Aslanov — siyasi elmlər üzrə fəlsəfə doktoru. Elnur Bayram — Azərbaycanlı şair, jurnalist. Elnur Hidayətoğlu — televiziya müxbiri. Elnur Həsənov — Azərbaycan Respublikasının Elm üzrə "Prezident mükafatçısı". Elnur HüseynovElnur Hüseynov (müğənni) — azərbaycanlı müğənni.
Enkur
Enkur (fr. Aincourt) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 657 nəfər (1999).Bələdiyyə Paris şəhərinin təxminən 50 km şimal-qərbində, Serji bələdiyyəsinin 21 km şimal-qərbində yerləşir.
Eunus
Yevn (yun. - Eunus) (? - e.ə.132, Enna) - Siciliya adasında birinci qul müharibəsinin rəhbəri (e.ə. 138-e.ə. 132). == Həyatı == Mənşəcə suriyalı idi. Üsyançılar onu Antiox adı ilə çar elan etmişdilər. E.ə. 132-ci ildə Roma konsulu Rupili tərəfindən əsir alınmış və həbsxanada işgəncə ilə öldürülmüşdü.
Hünüt
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Qunut
Qunut - əlləri qoşalaşdırıb üz bərabərinə qaldırmaq vəziyyətidir. Şiə məzhəbində cümə namazında birinci rukudan əvvəl və ikinci rukudan sonra, eləcə də digər namazlarda ikinci rukudan əvvəl qunut tutulması müstəhəbdir. Fitr və Qurban bayramı namazlarında 9 qunut tutulur. Fitr və Qurban bayramı namazlarında yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Vitr namazında qunut axrıncı rukuya getməzdən əvvəl sünnətdir (yaxud müstəhəbdir). Qeyd: Camaat namazına ikinci rəkətdə qoşulan kəs ikinci rəkətdə (özünün birinci rəkəti) camaat namazının tərtibini pozmamaq üçün qunutu rəca niyyəti (savab ümidi) ilə tutur.
Şunut
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən bir dağ. Uralın 15 kilometr uzunluğundakı hisəsinin dağ zirvəsi. Yekaterinburqun qərbində yerləşir. Konovalovski silsiləsinin ən yüksək nöqtəsi olduğu kimi bir stratotipdir. Turistlər tərəfindən tez-tez ziyarət edilən, nadir bitkilərin yayılmış olduğu qaranlıq iynəyarpaqlı tayqa meşələri ilə örtülmüşdür. == Coğrafiyası == Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində yerləşir. Konovalovski Uval silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 726,2 metr olan dağ tamamilə qaranlıq iynəyarpaqlı meşə ilə örtülmüşdür və Krasnoyar kəndindən 10 kilometr cənub-qərbdə yerləşir. Dağın cənubunda Bardım çayının sağ qolu olan Şunut çayının başlanğıcı başlayır. == Təsviri == Dağın zirvəsində şərq tərəfdən 60-70 metr hündürlüyə çatan kənar qayalar var.
Əsyut
Əsyut (ərəb. أسيوط‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 389.307 nəfərdir (2006).
Ekyu
EKU (ing. European Currency Unit (₠ or ECU)) — Avropa ölkәlәri tәrәfindәn yaradılmış kollektiv Avropa valyuta (hesab) vahidi. EKU, real valyutanın bir çox xüsusiyyətlərinə sahib idi: tam hüquqlu bir ölçü standartı idi; AVS ilə əlaqəli hər şeyin, habelə iqtisadi və maliyyə fəaliyyətlərinin və İcmada mühasibat uçotunun vahidi idi; ehtiyat dəyəri varlığı idi; valyuta ehtiyatlarının təhlükəsizliyinə qarşı çıxarılan və faiz ödəmə obyekti olan; AVS üzvü ölkələrin mərkəzi bankları arasındakı əməliyyatlarda hesablaşma vasitəsi idi. == Haqqında == 10 Avropa ölkәsi EKU-nu öz valyutaları әsasında dәyәrlәndirir, onlar EKU-nu tәmin etmәk üçün 2800 t qızıl (sadәcә qeydlәrdә) vә Amerika dollarını depozitә qoymuşlar. Tәdricәn vahid statusu ilә yanaşı, EKU beynәlxalq hesablaşmaların tәnzimlәnmә alәti olan real pul vәsaitlәri statusunu da qazanır. Qızılın dünya pulu kimi müxtәlif surroqatlarla әvәz olunmasına gәtirәn dünya valyuta sistemi böhranından sonra kollektiv valyuta vahidlәri yayılmağa başlamışdır. Belә valyuta vahidlәrinin daxil edilmәsinin vacibliyi, milli valyuta kursunun (hesablaşma pulu kimi) müqayisәsi mәqsәdilә onlardan istifadә olunması ilә müәyyәn edilir. Kolletiv valyutalar kağız әsginazlar vә ya metal sikkәlәr formasında buraxılmaması, sadәcә hesablarda (book money) pul şәklindә qeyd edilmәsi ilә milli valyutalardan fәrqlәnirlәr. Belә pulların mәzәnnәsini qeyri-mәhdud kreditorlara malik tәsisçi ölkәlәr müәyyәn edirlәr. 1970-ci illәrin sonlarından ölkәlәrin kollektiv valyutaları sayәsindә beynәlxalq hesablara xidmәt etmәk mümkün olan dünya puluna çevirmәyә çalışdıqları daha dәqiq tendensiyalar yaranmağa başlamışdır.
Kent
Kent (ing. Kent. /kɛnt/;, lat. Cantium, Canthia) — İngiltərədə qraflıq. Cənub-Şərqi İngiltərənin tərkibində yerləşir. Paytaxtı və ən böyük şəhəri Meydstondur. Əhalisi — 1 359 milyon nəfər (qraflıqlar arasında 1-ci yer; 2004-cü ilin hesablamaları).
Knud
Knud (994, Danimarka – 12 noyabr 1035) – Danimarka şahzadəsi I Sven Çəngəlsaqqalən oğlu. O, I Haroldun oğlu və varisi. Beləliklə, Danimarkanın birləşməsində rolu olan Skandinaviya hökmdarlarından biridir. Harthacnut I 10-cu əsrin əvvəllərində Danimarka kral evinin yarı əfsanəvi qurucusu idi və onun oğlu Qoca Qorm nəsildə birinci kral oldu (adındakı "Qoca" bunu göstərir). Qormun oğlu və Knutun babası Harald Bluetooth, Danimarkanın xristianlaşması zamanı Danimarka kralı idi; Xristianlığı qəbul edən ilk Skandinaviya krallarından biridir.
Cunut bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dadıyev Elnur
Dadıyev Elnur Cəlal oğlu (6 mart 1998, Buruq, Lerik rayonu – 28 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Dadıyev Elnur Cəlal oğlu 6 mart, 1998 ci ildə Lerik rayonunun Buruq kəndində anadan olub. 2005-2011 ci illərdə 94 nömrəli , 2011 -2013 cü illərdə isə Sabunçu rayonu, Balaxanı qəsəbəsinin 69saylı məktəbdə oxuyub. Məktəbi bitirən kimi 14 saylı Bakı Peşə Liseyinə daxil olub, 2016 cı ildə oranı bitirib. == Hərbi xidmətləri == 2016-cı il avqustun 14-də həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə qranatamyod atıcısı vəzifəsini daşıyıb. 2018 ci ildə hərbi xidmətini başa vurub. === İkinci Qarabağ müharibəsində iştirakı === Elnur Dadıyev İkinci Qarabağ müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmışdır. 21 sentyabr 2020-ci il tarixində müharibəyə qoşulmuşdur və Azərbaycanın illər boyu düşmən əlində olan torpaqlarını azad etmək uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Dadıyev 28 oktyabır 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Danut Koman
Danut Koman (rum. Dănuț Coman) — Rumıniyalı sabiq futbolçu. "Astra" futbol klubunun prezidentidir. == Fəaliyyəti == Sabiq qolkiper olan Danut Koman karyerasına 2015-ci ildə məhz "Astra"da son qoyub. O, karyerasını bitirdikdən sonra da "Astra"da qalaraq, klubun prezidenti olmuşdur.
Elnur Cabbarov
Elnur Şahmurad oğlu Cabbarov (15 sentyabr 1994; Ağcabədi, Azərbaycan — 12 noyabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Cabbarov 15 sentyabr 1994-cü ildə Ağcabədidə anadan olmuşdur. == Hərbi xidməti == Hərbi xidmət müddəti bitdikdən sonra Elnur Laçın rayon polis orqanında işə düzəlir, daha sonra N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətini davam etdirir. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsinə Elnur könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə qoşulduqdan sonra yollanır. Döyüşlərdən birində ağır yaralansa da, yenidən döyüş meydanına qayıdır. O, Füzulinin, Cəbrayılın, Hadrutun, Zəngilanın, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşur. Laçın dəhlizinin işğaldan azad edilməsi də Elnur və onun komandasına tapşırılmışdı. Əsgər Elnur Cabbarov 5 noyabr 2020-ci ildə Şuşanın azad edilməsində ağır yara almış, əvvəlcə, Hadruta, oradan Bakıya aparılmışdır. 1 həftəlik komadan sonra 12 noyabr 2020-ci ildə Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. Ağcabədi rayonunda dəfn olunmuşdur.
Elnur Cəbrayılov
Elnur Tofiq oğlu Cəbrayılov (26 aprel 1981, Çaylı, Xanlar rayonu ― oktyabr 2020, Füzuli rayonu) ― Azərbaycan Silahlı Qüvvələrinin kapitanı; Vətən Müharibəsi şəhidi. == Həyatı == Elnur Cəbrayılov 1981-ci il aprel ayının 26-da Göygöl rayonunun Çaylı kəndində anadan olmuşdur. 1999-cu ildə Göygöl şəhəri 6 saylı məktəbin 11 -ci sinifini bitirərək Gəncə Dövlət Universitetinin Tarix ixtisasına qəbul olmuşdur. Təhsilini başa vurduqdan sonra bir müddət Göygöl şəhər 1 saylı məktəbdə və Çaylı kənd məktəbində tarix müəllimi vəzifəsində çalışmışdır. Ailəli idi və 2 övladı var idi. == Hərbi xidməti == Kapitan Cəbrayılov universiteti başa vurduqdan sonra 2003-2004-cü illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş və Təlim Tədris Mərkəzində təhsil alaraq leytenant rütbəsi almışdır. 2013-cü ildə Elnur Cəbrayılov müəllimlik vəzifəsindən könülü ərizəsi ilə ayrılmış və həmin ildən leytenant rütbəsi ilə yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamışdır. 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş və yaralı hərbçi yoldaşlarına köməklik göstərmişdir. Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə ona kapitan rütbəsi verilir. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın ani hücumunun qarşısının alınması və erməni işğalı altında olan torpaqların azad edilməsi uğrunda başladılan Vətən Müharibəsi zamanı kapitan Cəbrayılov Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edir.
Elnur Cəfərov
Elnur Cəfərov (kapitan) — kapitan
Elnur Dadiyev
Dadıyev Elnur Cəlal oğlu (6 mart 1998, Buruq, Lerik rayonu – 28 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Dadıyev Elnur Cəlal oğlu 6 mart, 1998 ci ildə Lerik rayonunun Buruq kəndində anadan olub. 2005-2011 ci illərdə 94 nömrəli , 2011 -2013 cü illərdə isə Sabunçu rayonu, Balaxanı qəsəbəsinin 69saylı məktəbdə oxuyub. Məktəbi bitirən kimi 14 saylı Bakı Peşə Liseyinə daxil olub, 2016 cı ildə oranı bitirib. == Hərbi xidmətləri == 2016-cı il avqustun 14-də həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə qranatamyod atıcısı vəzifəsini daşıyıb. 2018 ci ildə hərbi xidmətini başa vurub. === İkinci Qarabağ müharibəsində iştirakı === Elnur Dadıyev İkinci Qarabağ müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmışdır. 21 sentyabr 2020-ci il tarixində müharibəyə qoşulmuşdur və Azərbaycanın illər boyu düşmən əlində olan torpaqlarını azad etmək uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Dadıyev 28 oktyabır 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Elnur Dəryagir
Elnur Dəryagir (21 iyun 1985, Kirovabad) — Azərbaycan peşəkarlar kəmərinin sahibi, Avropa çepionu, iki qat dünya çempionu, Azərbaycan Respublikası "əməkdar idman ustası". == Həyatı == Elnur Qəhrəman oğlu Dəryagir 21 iyun 1985-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1991-ci ildə 37 sayli orta məktəbə başlayıb, 2001-ci ildə bitirmişdir. 2003-cü ildə hərbi xidmətə çağrılmış, 2005-ci ilin yanvarın 2-də tərxis olmuşdur. 2006-cı ildə Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi fakültəsinə daxil olmuş, 2010-cu ildə bitirmişdir. == İdman fəaliyyəti == Peşəkar idmançı 1999-cu ildə kikboks idman növü ilə məşğul olmuşdur. Kikboks üzrə Elnur Dəryagir bir çox nailiyyətlər əldə etmişdir. 20 dekabr 2014-cü ildə Bakıda keçirilən kikboks üzrə beşinci beynəlxalq turnirin qızıl medal qalibçisi olmuşdur.2015-ci il may ayının 7-də Şərur Rayon Olimpiya İdman Kompleksində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə "Azərbaycan kəməri" uğrunda peşəkarlar arasında ilk ölkə çempionatı keçirilir və Elnur Dəryagir kikboksinq üzrə "Azərbaycan kəmərinə" sahib olur. === Ümumi nəticələri === 5 dəfə Azərbaycan çempionu ikincisi 5 Respublika turnirinin qalibi; 3 dəfə Azərbaycan kubokunun qalibi; 7 qat Azərbaycan çempionu; 5 dəfə Beynəlxalq turnirlərin qalibi; Avropa çempionu; 2 dəfə dünya üçüncüsü; 2 dəfə dünya ikincisi; 2 qat dünya çempionu.
Elnur Eltürk
Elnur Eltürk (Elnur Hüseynov Nazim oğlu; d. 26 noyabr 1983, Sahil qəsəbəsi, Qaradağ rayonu, Azərbaycan SSR, SSRİ) — diaspor üzrə araşdırmaçı ekspert. Azərbaycan Kikboksinq Federasiyası üzvü və AMEA Mərkəzi Elmi Kitabxanasında Sərbəst Elektron Resursları şöbəsinin müdiri(2018–2020). Elnur Eltürk Azərbaycan diasporunun inkişafı üçün göstərdiyi fəaliyyətlərə görə mərkəzi Niderlandda yerləşən Niderland Türk Federasiyasının təşəkkür plaketi ilə təltif olunmuşdur, AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini (2019–2020)., Türk Ağsaqqalları Birliyinin sədr müavini == Həyatı == Elnur Eltürk 1983-cü ilin 26 noyabr tarixində Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2001–2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix faklütəsində təhsil almışdır. Təhsil aldığı müddətdə ictimai fəallığı ilə seçilən Elnur Eltürk ilk jurnalist təcrübələrinidə tələbəlik illərində qazanmışdır. Jurnalist kimi Azərbaycan mətbuatına gəlməsi 2008-ci ildə baş verib. İnternet üzərindən yayımlanan müxtəlif xəbər saytlarında işləməyə başlayan Elnur Eltürk 2012-ci ildən etibarən Azərbaycan diasporunun inkişafı istiqamətlərində də işlər görməyə başlayır. Müxtəlif vaxtlarda Güney Azərbaycan Televiziyası və Təzadlar qəzetində mütəxəssis kimi çalışmışdır. Mətbuat sahəsində çalışdığı orqanlardan biri də BayMedia İnformasiya Portalıdır.
Elnur Hacıyev
Elnur Yaqub oğlu Hacıyev (12 iyun 1979, Ucar – 17 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. 1986-1996-cı illərdə Ucar şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmə edirdi. O, 2002-2006-cı illərdə Qobustan rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2006-2011-ci illərdə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2011-2015-ci illərdə Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2015-2019-cu illərdə Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2019-cu ildən isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun mayoru olan Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Hacıyev oktyabrın 17-də Füzulinin azad edilməsi zamanı şəhid olub.