Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qardili
Qardili — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Açardaşı
Açardaşı — tağın ən üst hissəsində yerləşən daş. Adətən paz və pramida formasında olur. Çox vaxt tağın digər kəmərdaşlarından ölçüsünə və formasına görə fərqlənir. == Əhəmiyyəti == Tağda bütün kəmərdaşlarının yekun istiqamətini simmetrik olaraq müəyyənləşdirir. O həm də tağın davamlılığını və mökəmliyini qoruyub saxlayır. Açardaşı həm də estetik funksiya daşıyır. Memarlıqda açardaşını çox vaxt fərqli şəkildə, bəzəkli və gözə çarpar şəkildə hazırlayırlar. Adətən açardaşını sonuncu olaraq yerləşdirilər tağda. == Qalereya == == Həmçinin bax == Tağ == Xarici keçidlər == Декоративные элементы в романской архитектуре: арка и свод Арабо-мусульманская архитектура.
Acarlı
Acarlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kənd inzibati ərazi dairəsində qəsəbə. Dağətəyi ərazidədir. Toponimiyada atsa/aca coğrafi termin kimi "iti uclu qaya; yüksəklik; dağətəyi yer" mənalarını ifadə edir. Acarlı kəndində gedən döyüşlərdə bir çox şəhid verilmişdir. Bunlardan biridə Sadiq Hümbətovdur. O, 1990-cı ildə hərbiyə çağırılmış və müxtəlif kəndlərində ermənilərə qarşı uğurla vuruşmuşdu. 4 illik döyüşdən sonra Acarlı üzərində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş və mart ayının 15-də, yaralanmış Azərbaycan əsgərini qurtarmaq istəyərkən mənfur düşmənin snayper gülləsinə tuş gəlmiş və qəhrəmancasına həlak olmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Ağardıcı gillər
Ağardıcı gillər – müxtəlif maddələrin, əsasən, mayelərin boyayıcı, zərərli və çirkləndirici qarışıqlardan təmizlənməsində istifadə edilən faydalı qazıntılar. Ağardıcı gillərin tərkibində 4–10% qələvi və qələvi-torpaq metallar olan alümosilikatların hidratlarından ibarətdir. Ağardıcı gillərin təbii və ya aktivləşdirilmiş halda tətbiqi onların piqmentləri, selikləri, xıltı, qatranları və s. udmaq qabiliyyətinə əsaslanır. Ağardıcı Gillərin əsas kütləsi tərkibində kvars, çöl şpatı, biotit, piroksen və digər minerallar qarışığı olan gilli minerallardan-montmoril lonit, beydellit və saponit ibarətdir. Onların tərkibində ölçüsü 0,01 millimetrdən az olan hissəciklər üstünlük təşkil edir. Ağardıcı Gillər tərkibində çox miqdarda suyun olması və yüksək udma qabiliyyəti ilə səciyyələnir. Ağardıcı Gillərə, başlıca olaraq, Təbaşir, Paleogen və Neogen dövrləri çöküntülərində, vulkanik sahələrdə rast gəlinir. Gillərlə yanaşı, neft məhsullarını, bitki yağlarını, piyləri, sirkəni, şərabı, meyvə şirələrini təmizləmək ücün trepel və opokadan, şəkər sənayesində, əsasən, diatomit kimi ağardıcı torpaqlardan istifadə edilir. Gildən fərqli olaraq bunlar turşularla aktivləşdirildikdən sonra öz adsorbsiya xassələrini artırmır.
Ağardıcı əhəng
Ağardıcı əhəng və ya xlorlu əhəng — pambıq və kətan parçaları ağartmaq üçün işlədilən qarışıq xlorid-kalsium hipoxlorit. İlk dəfə 1799-cu ildə Çarlz Tennant tərəfindən hazırlanmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Зефиров Н. С. и др. т.5 Три-Ятр // Химическая энциклопедия. М.: Большая Российская Энциклопедия. 1998. ISBN 5-85270-310-9. Менделеев Д. И. Основы химии. Москва, Ленинград, ГНТИХЛ. 1947. == Xarici keçidlər == Ağardıcı əhəng // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Carcılı (Urmiya)
Carcılı (fars. جارچلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Bərgəşli kəndistanında, Urmiya şəhərindən 7 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.380 nəfər yaşayır (370 ailə).
Carçılı (Qoşaçay)
Carçılı (fars. جارچلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmədabad kəndistanında, Miyandab qəsəbəsindən 11,5 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 835 nəfər yaşayır (210 ailə).
Açıq açarlı kriptoqrafiya standartları
Açıq açarlı kriptoqrafiya standartları – RSA Data Security şirkəti tərəfindən qeyri-formal konsorsiumla birlikdə yaradılmışdı. Konsorsiuma ilk vaxtlar Apple, Microsoft, DEC, Lotus, Sun və MIT daxil idi. Hazırda PKCS#1, PKCS#3, PKCS#5, PKCS#6, PKCS#7, PKCS#8, PKCS#9, PKCS#10, PKCS#11 standartları nəşr edilib. PKCS həm alqoritmdən asılı, həm də alqoritmdən asılı olmayan realizələri müəyyən edir. Bir çox alqoritm dəstəklənir, lakin yalnız Diffi-Helman və RSA alqoritmləri ətraflı təsvir olunur. PKCS standartları vaxtaşırı nəzərdən keçirilir və kriptoqrafiya sahəsində son nailiyyətlər izlənilir.
Teymur xan Acarlı Şamlı
Teymur xan Acarlı Şamlı və ya Teymur xan Acarlı — Səfəvi imperiyasının XVII əsrdə fəaliyyət göstərmiş hərbi və dövlət xadimlərindən biri. Səfəvi dövlətini yaradan qızılbaş türk tayfalarından biri olan Ustaclı tayfasına mənsub Teymur xan Səfəvi dövlətinin bəylərbəyilərindən biri olmuşdur. O, Kürdüstan vilayətinin nifrət edilən bəylərbəyi Xosrov xan Ərdəlanın Səfəvi şahı I Süleyman (1666–1694) tərəfindən vəzifədən çıxarılıb edam edilməsindən sonra Kürdistan bəylərbəyi təyin edilmişdir. O, bu vəzifəni 1682-ci ildən 1688-ci ilə qədər icra edib. Beləliklə, Temur xan Acalı Şamlı Səfəvi Kürdüstanında bəylərbəylik edən ilk qeyri-kürd şəxs olmuşdur. Vilayətə kənardan gəldiyi üçün o, 1688-ci ildə bu vəzifəsindən yerlilər tərəfində qovuldu və onun əvəzinə bu vəzifəyə II Xan Əhməd xan Ərdəlan təyin edildi. Ağa xan Müqəddəm ‎ Floor, Willem. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, D.C.: Mage Publishers. 2008.