Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağımtıl Psefellus
Ağımtıl psefellus (Psephellus dealbatus (Willd.) Boiss. Centaurea dealbata Willd.)-Hündürlüyü (15) 20-60 sm, gövdəsi düzduran, yarpaqlarla örtülmüş və sadə olan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları üst tərəfdən tünd-yaşılrənglidir, çılpaqdır, alt tərəfdən ağımtıl-keçəli,saplaqlı, görünüşünə görə uzunsov və yauzunsov-neştərtvaridir, lələkvari-bölünmüşdür.Yarpaq seqmentləri uzunsovdur, kütdür, çox vaxtqısa sivri ucludur, yarpağın qaidə hissəsinədoğru kiçiləndir, yuxarı seqmentləri tədricən saplaqla birləşəndir, aşağıdakılar isə demək olar ki, birləşir, adətən tamkənarlıdırlar, bəzən kənardan 1-3 sayda dişciklidir; kökətrafıyarpaqlar iri, uzun saplaqlıdır, gövdə yarpaqlarıisə tədricən azalan, ən yuxarı yarpaqları deməkolar ki, bütövdür, səbətə yaxınlaşandır və ondanbir az uzun yaxud qısadır. Yarpaqların təpəseqmentləri çox vaxt yan tərəfdəkilərdən böyük olur. == Çiçək == Səbətin eni 2-4 sm, yumurtavarişarşəkillidir.Çiçəkləri çəhrayı rəndə olub, üzərində bənövşəyi çalarları vardır. Çiçəkləməsi İyun-İyul aylarına təsadüf edir. == Meyvə == Toxumları 5–6 mm uzunluqdadır, uzunsov, hamar, çılpaq və köndələn qabarıqzolaqlıdır. Meyvə verməsi İyul-Avqust aylarına təsadüf edir. == Azərbaycanda yayılması == Böyük Qafqaz(BQ) Quba, BQ şərq, BQ qərb. Orta dağ qurşağında, subalp qurşağına qədər.
Ağımtıl buxurkolu
Ağımtıl buxurkolu (lat. Cistus albidus) — buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid biki növü. == Təbii yayılması == Aralıq dənizi ölkələrində rast gəlinir. == Botaniki təsviri == Uzunsov və ya oval-lansetvarı,bozumtul-ağ,möhkəm tükcüklərlə örtülmüş koldur.Çəhrayı,5 ləçəkli,iri çiçəkləri budaqların uclarında kiçik qruplara yığılmışdır.Maydan iyuna qədər çiçəkləyir.Çiçəkləri çoxləçəkli olmayan qızılgülə bənzəyir,ləçəklərin bünövrəsində çox vaxt qırmızı və ya bənövşəyi xallar olur.Çiçəkləri uzunömürlü deyil,səhər onların kağıza bənzər ləçəkləri açılır,axşam tökülür,solmuş çiçəklərin yerinə iyunun əvvlindən avqustun ortalarınadək yeni qönçələr əmələ gətirir. == Ekologiyası == Buxurkolu əlverişli olmayan şəraitdə qeyri münbit,qumlu və əhəngli torpaqda,dəniz sahilində bitir.Kölgə və şaxtalar ona pis təsir göstərir. == Azərbaycanda yayılması == Abşeronda park və bağçalarda,bəzi özəl həyətyanı sahələrdə rast gəlinir. == İstifadəsi == Bitki aromoterapiyada,içkilərin,qənnadı məmulatlarının hazırlanmasında,ekstraktı qankəsici kimi,saçların bərkidilməsində,dəri xəstəliklərində istifadə edilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Ağımtıl böyürtkən
Ağımtıl böyürtkən (lat. Rubus candicans) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Yunanıstanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək çatır. Gövdələri boz, budaqları yaşılımtıl, tikanlıdır. Yarpaqların kənarları iti, ürəkvari və ya silindirik olub, üzəri çatlı, sadə və ya mürəkkəb olub yarpaqaltılıqdır. Yarpaqları üstdən çılpaq, qarşı-qarşıya olub, bir saplaqda 3 yarpaq yerləşir ki, onlardan biri zoğun kənarında yerləşir. Yarpaq ayasının kənarları tikanlı olub, ucu bizdir. Çiçəkləri iki bəzən birevlidir, kasayarpaqcıq və ləçəkləri 5 (6-8)-dir, erkəkcik və yumurtalığı çoxdur. Çiçəkləmə may-iyun aylarında, meyvə əmələ gətirmə iyul-avqust aylarına təsadüf edilir.
Ağımtıl tərə
Ağımtıl tərə (lat. Chenopodium album) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. == Sinonimləri == Anserina candidans (Lam.) Montandon Atriplex alba (L.) Crantz Atriplex viridis (L.) Crantz Blitum viride (L.) Moench Botrys alba (L.) Nieuwl. Botrys alba var. pauper Lunell Botrys pagana (Rchb.) Lunell Chenopodium agreste E.H.L.Krause Chenopodium album var. album album Chenopodium album subsp. bernburgense Murr Chenopodium album var. candicans Moq. Chenopodium album subsp. collinsii Murr Chenopodium album var.
Ağımtıl şibyəyeyən
Ağımtıl şibyəyeyən (lat. Eilema caniola) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 15–17 mm-dir. Ön qanadları açıq-sarı, ön kənarı ensiz sarı rənglə haşiyələnmişdir. Onun arxa kənarı isə sarı rəngdədir. Arxa qanadı isə daha açıqdır. Başı sarı, bədəni açıq boz, qarıncığın qurtaracağı isə sarıdır. Tırtılı qırmızımtıl qonur rəngdədir, üzəri qısa tüklərlə örtülüdür, iki qırmızımtıl yan xətti və bir qara bel xətti vardır. == Həyat tərzi == Tırtılı ağac və divar üzərindəki şibyələrlə qidalanır.
Ağırlıq qüvvəsi
Cazibə qüvvəsi, qravitasiya qüvvəsi və ya sadəcə cazibə (lat. gravitas—"ağırlıq") — kütləyə malik maddi obyektlərin bir-birini cəzb etməsini bildirən təbii fenomen və fizikada təbiətin dörd fundamental qüvvələrindən biridir (başqalar güclü, elektromaqnit, zəif qüvvələr olmaqla). Cazibənin qarşılıqlı təsiri cazibə sahəsi vasitasilə yayılır və zəif olduğundan elementar zərrəcik fizikasında nəzərə alınmır.Yerin cazibə qüvvəsi nəticəsində cisimlər Yer tərəfindən cəzb edilir. Bu qüvvə həm də Yerin və başqa planetlərin trayektoriyasını təyin edir və bununla astronomiyada böyük rol oynayır. Müasir fizika cazibəyə Ümumi Nisbilik Nəzəriyyəsi çərçivəsində yanaşır, yəni fəza-zamanın əyriliyi kimi. Nyutonun nəzəriyyəsi cazibəni qüvvə kimi hesab edir və Nyutonun Ümumdünya Cazibə Qanunu asan olduğundan bir çox hesablamalarda təqribi qiymətləri tapmaq üçün istifadə olunur. == Yaranmasına dair == Qədim hind müəllifləri sərbəst düşməni artıq cismin kütləsi ilə mütənasib olan və yerin mərkəzinə yönəlmiş qüvvə ilə izah etmişlər. Aristotel yeri bütün cismləri özünə cəlb edən cism kimi təsvir etmişdir. Fars astronomu Məhəmməd ibn Musa IX əsrdə fəza cismlərinin hərkətini casibə qüvvəsi ilə izah etmişdir. Əl-Biruni XI əsrdə hind dilində olan materialları ərəb dilinə çevirir.
Süni ağırlıq
Süni ağırlıq (kosmosda) — kosmik gəmi heyəti üçün Yerdəkinə yaxın həyat şəraitinin yaradılmasını təmin edən süni ağırlıq. Uzunmüddətli kosmik uçuşlar üçün böyük əhəmiyyətə malikdir. Qısamüddətli süni ağırlıq gəminin kütlə mərkəzinə təcil verən reaktiv mühərriklər vasitəsilə yaradılır; uzunmüddətli süni ağırlıq üçün kosmik gəmi (və ya onun tərkib hissələri) öz oxlarından birinin ətrafında fırladılır. Bir-birinə trosla birləşdirilmiş iki kosmik gəmidə süni ağırlıq yaratmaq üçün onlar ümumi kütlə mərkəzi ətrafında fırlandırılmalıdır. Bu halda birləşdiriçi tros uzunluğunun dəyişdirilməsi yolu ilə süni ağırlığı tənzim etmək olur.
Bağırçı
Bağırçı (qaq. Baurçu) Moldovanın Qaqauziya muxtariyətində Bələdiyyə və kənddir, Çadır şəhərindən 12 kilometr (7.5 mil) qərbdə yerləşir. Göy Oğuz Yerinin üçüncü ən böyük kəndidir. 2004 ildə Bağırçıda 8,783 nəfər yaşayırdı.
Arçil
II Arçil (1713 – 1762) — I Yesenin oğlu, Kartli naibi. == Həyatı == 1713-cü ildə anadan olmuşdu. Müsəlman olduqdan sonra Abdullah bəy adını almışdı, 25 yaşında Nadir şahın naibi olan Arçil II Teymurazın dövründə Aşağı Kartli və Somxetinin hakimi oldu. 1747-ci ildə II Teymurazın yoxluğundan istifadə edərək Tiflisi ələ keçirən Arçil 1748-ci ildə məğlub olaraq dağlara çəkildi. == Ailəsi == Arçil I İrakli Baqrationinin qızı Kotevanla evlənmişdi. 5 oğlu və 1 qızı olmuşdu: Ağas (ö. 1765) - 1745-ci ildə Mariam Orbeliani ilə evlənmişdi. David (ö. 1767) - Elizbar Taktakişvilinin qızı Tinatin ilə evlənmişdi. Yese (ö.
Arçil Cordcadze
Arçil Konstantinoviç Cordcadze (gürc. არჩილ კონსტანტინეს ძე ჯორჯაძე;10 yanvar 1872, Tiflis – 21 mart 1913, Batumi) — Gürcü siyasətçisi, Gürcüstan Sosialist Federalist Partiyasının qurucularından və baş ideoloqlarından biri. == Həyatı == Hərbçi ailəsindədə dünyaya gəldiyindən ailə tezliklə Kutaisiyə köçdü. Arçil Kutaisi şəhərində klassik gimnaziyada təhsil almağa başladı. Sonra təhsilini Tiflisdə davam etdirdi və 1892-ci ildə Birinci Tiflis Kişi Gimnaziyasını bitirdi. Elə həmin il Sankt-Peterburq Universitetinə daxil oldu. Arçil Cordcadze qısa müddət sonra Varşavaya köçdü. Ancaq bir müddət sonra Arçil qayıdıb Təbiət Elmləri Fakültəsində təhsilini davam etdirdi. Tezliklə Paris və London universitetlərində mühazirələrə qatılmaq üçün xaricə getdi. Bu dövrdə sosiologiyaya maraq göstərir, sonradan isə Lev Tolstoyun təlimlərini özü üçün rəhbər tuturdu.
Arçil Gelovani
Arçil Viktoroviç Gelovani (gürc. არჩილ გელოვანი , rus. Арчил Викторович Геловани; 27 noyabr 1915 – 19 avqust 1978, Moskva) — sovet zabiti, sonra Mühəndis Qoşunlarının Marşalı, II Dünya Müharibəsi zamanı və ondan sonra istehkam, hərbi infrastruktur və logistika üzrə məsul. Ona İkinci Dünya Müharibəsi zamanı və ondan sonra bir neçə dəfə strateji əhəmiyyətli ərazilərin, o cümlədən bütün Qara dəniz limanlarının möhkəmləndirilməsi və yenidən qurulması tapşırılıb. O, ilk növbədə hərbi mühəndislik və müdafiə strategiyası vəzifələrində, o cümlədən müdafiə nazirinin müavini vəzifəsində çalışıb və Soyuq Müharibə dövründə Sovet silahlı qüvvələrinin və strateji raket qüvvələrinin struktur inkişafında böyük rol oynayıb. Gürcüstanın paytaxtı Tbilisidə prospektə və Sevastopol şəhərində bir küçəyə marşal Gelovaninin adı verilib. == Erkən həyat == Gelovani 27 noyabr 1915-ci ildə Gürcüstanın Tsageri bələdiyyəsinin Spataqori kəndində anadan olub. Qafqazda mühəndis Viktor Gelovani kimi tanınan atası tif xəstəliyindən öləndə onun hələ altı yaşı yox idi. Yetim, yaşamağı və büyüməyi çətin yoldan öyrənmək məcburiyyətində qaldı. Ancaq bu, gənci sındırmaq yerinə, onun xarakterini gücləndirməyə kömək etdi.1936-cı ildə Tiflis Sənaye İnstitutunu bitirdikdən sonra mühəndis kimi əmək fəaliyyətinə başlamışdır.
Arçil Qomiaşvili
Arçil Mixayloviç Qomiaşvili (gürc. არჩილ მიხეილის ძე გომიაშვილი) — Sovet və rus aktyoru, sahibkar və Gürcüstan SSR xalq artisti (1966). == Həyatı == Arçil Mixayloviç Qomiaşvili 23 mart 1926-cı ildə anadan olmuşdur. 1940-1942-ci illərdə Tbilisi incəsənət texnikumunda təhsil almışdır. Teatra olan böyük həvəsi Qomiaşvilini "MXAT" məktəb-studiyasına gətirir. O, bu təhsil ocağında bir neçə il oxumuşdu. Lakin orada az qala dava-dalaş həddinə qədər gəlib çıxmış qalmaqaldan sonra o, məhkəmə ilə problemləri yarandığından Moskvanı tərk edir. Tbilisidə onu Marcanişvili adına Akademik teatrın truppasına qəbul edirlər. 1958-ci ildə isə aktyor Poti şəhərinə gedir və əvvəl Eristavi adına teatrda, sonra isə Qriboyedov adına Tbilisi rus teatrında işləməyə başlayır. Arçil Qomiaşviliyə ümumxalq məhəbbətini isə 1971-ci ildə kinorejissor Leonid Qaydayın İlf və Petrovun əsəri əsasında çəkdiyi "12 stul" filmində ifa etdiyi Ostap Bender rolu gətirir.
Vircil van Deyk
Vircil van Deyk (8 iyul 1991, Breda[d], Şimali Brabant) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun holland əsilli futbolçusu.