Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Artsrun Ağacanyan
Artsruni Knyazeviç Ağacanyan (erm. Արծրուն Ադաջանյան; 21 noyabr 1955, Ərtik) — Ermənistan siyasətçisi və dövlət xadimi. == Həyatı == Artsruni Knyazeviç Ağacanyan 21 noyabr 1955-ci ildə Ermənistanın Artik şəhərində anadan olmuşdur. O, 1979-cu ildə İrəvan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. İxtisasca iqtisadçıdır. Ağacanyan 1979–1981-ci illərdə Sovet Ordusunda hərbi xidmət keçirmişdir. O, 1981–1986 -cı illərdə Ermənistanın Şirak mərzində Ərtik rayon icraiyyə komitəsinin təlimatçısı olmuşdur. Ağacanyan 1986–1988-ci illərdə trikotaj fabrikinin direktoru olmuşdur. O, 1994-cü ilin aprelindən Qarabağ müharibəsində iştirak etmişdir. Ağacanyan 1988–1999-cu illərdə Ərtik rayon corab fabrikinin direktor müavini kimi işləmişdir.
Ağacavad Mütəllimzadə
Ağacavad Ələsgər oğlu Mütəllimzadə (14 avqust 1997, Maştağa – 22 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağacavad Mütəllimzadə 1997-ci il avqustun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağacavad Mütəllimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağacavad Mütəllimzadə oktyabrın 22-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ​ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağacavad Əlizadə
Əlizadə Ağacavad Əbdülhəsən oğlu (21 mart 1928, Salyan, Salyan qəzası – 25 aprel 1995) — şair, publisist, tərcüməçi, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Ağacavad Əlizadə 1928-ci il martın 21-də Azərbaycanın Salyan şəhərində anadan olmuşdur. Bakıda 40 saylı fəhlə-gənclər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1953-1958). Əmək fəaliyyətinə Salyan mərkəzi kitabxanasında kitabxanaçı kimi başlamışdır (1942-1944). Sonra Salyan Dövlət Dram teatrında aktyor və rejissor müavini (1944-1948), Salyan rayonu 2 saylı uşaq evində pioner baş dəstə rəhbəri, radio qovşağında ədəbi müvəkkil və direktor (1948-1949), yenə kitabxanaçı, mədəniyyət evində təlimatçı, eyni zamanda pioner və məktəblilər evinin direktoru, "Qələbə" qəzeti redaksiyasında məsul katib olmuşdur. O, universitetdə tələbəlik dövründə "Lenin tərbiyəsi ugrunda" çoxtirajlı qəzet redaksiyasında məsul katib, təyinatla "Bakı" axşam qəzeti redaksiyasında məsul katibin müavini və tərcüməçi (1958-1960), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid və biblioqrafıya şöbəsinin müdiri, məsul katib, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında məsul katib (1960-1976), "Yazıçı" nəşriyyatında böyük redaktor (1978-1987) işləmişdir. İlk mətbu şeri "9 May" 1946-cı ildə Salyan rayonunun "Sosializm yolu" qəzetində çap olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Oçerk, publisistika və bədii tərcümə ilə də ardıcıl məşğul olmuşdur. Bir sıra televiziya filmlərinin ssenari müəllifıdir.
Haykaz Ağacanyan
Haykaz Sarkisoviç Ağacanyan (erm. այկազ Աղաջանյան; 1906, Barsum, Yelizavetpol qəzası – 1990, Kislovodsk, Stavropol diyarı) — Sosialist Əməyi Qəhrəmanı (1950). == Həyatı == Haykaz Sarkisoviç Ağacanyan 1906-cı ildə Rusiya imperiyasına bağlı Yelizavetpol quberniyasındakı Çaykənd kəndində anadan olmuşdur. 1955-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü. 1936-cı ildən əmək fəaliyyətinə başlamışdır. Şamxor rayonunun "Pravda" küçəsində manqabaşçısı işləmişdir. 1949-cu ildə üzümçülük sah əsində yüksək əmək göstəricilərinə nail olmuşdur. "Oktyabr inqilabı" ordeni və medallarla təltif edilmişdir. 1990-cı ildə Rusiyanın Stavropol diyarındakı Kislovodsk şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Указ Президиума Верховного Совета СССР "О присвоении звания Героя Социалистического Труда передовикам сельского хозяйства Азербайджанской ССР" от 8 августа 1950 г.
Stepan Ağacanyan
Stepan (Stepanos) Meliksetoviç Ağacanyan (erm. Ստեփան Աղաջանյան; 16 (28) dekabr 1863, Şuşa[…] – 13 dekabr 1940[…], İrəvan[…]) — erməni əsilli rəssam, müəllim və Ermənistan SSR xalq rəssamı (1938).. == Həyatı == Stepan Ağacanyan 1863-cü ilin 16 dekabr tarixində Rusiya imperiyasının Yelizavetpol quberniyasında Şuşa qəzasına daxil olan Şuşa şəhərində, dərzi Melikset Ağacanyanın ailəsində anadan olmuşdur. 1872–1881-ci illərdə Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasına tabe olan Qazançetsots kafedralında ruhani təhsil almışdır. 1881–1884-cü illərdə Şuşada yerləşən rus məktəbində oxumuşdur. 1884-cü ildə Bakıya gələn rəssam iki il bu şəhərdə yaşadıqdan sonra 1886-cı ildə Fransaya yollanmışdır. Ağacanyanın peşəkar formada rəssamlıqla məşğul olması Fransanın cənub hissəsində yerləşən liman şəhəri Marseldə məskunlaşmasından sonra baş vermişdir. Belə ki, Stepan 1886–1890-cı illərdə Marseldə yerləşən Marsel Rəsm Studiyasında daha sonra isə Parisdəki Julian Akademiyasında təhsil almışdır. Parisdə oxuduğu 1897–1900-cı illər rəssamın ən məhsuldar yaradıcılıq dövrlərindən biri hesab olunmaqdadır. 1900-cu ildə rəssam Şuşa şəhərinə qayıtmış, 1902-1904-cü illərdə Bakıda rəssam kimi çalışmışdır.
Karlen Ağacanyan
Karlen Levoni Ağacanyan (erm. Կառլեն Լեւոնի Աղաջանյան; 1938, Aşağı Ağcakənd) — Ermənistan polis işçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. == Həyatı == Karlen Levoni Ağacanyan 1938-ci ildə Azərbaycan SSR-nin Şaumyan rayonunda anadan olmuşdur. Atası İkinci Dünya müharibəsi əlili, anası səhhətində ciddi problemlər olan tütünçü idi. O, yerli orta məktəbi bitirmişdir. Daha sonra SSRİ Daxili İşlər Nazirliyinin Rostov Ali Polis Akademiyasında təhsil almışdır. 1961–1977-ci illərdə Şaumyan rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1977–1998-ci illərdə DQMV və DQR polis sistemində işləmişdir. Balaca qardaşı Volodya Levoni Ağacanyan Şaumyan rayon komitəsinin birinci katibi vəzifəsində çalışırdı.Ağacanyan Qarabağ hərəkatı başlayandan sonra Şaumyan rayonu ərazisində partizan müharibə aparmaq üçün fəaliyyət göstərmişdir. Şaumyanda işlədiyi illərdə 1,000-dən çox ov tüfəngi toplaya bilmiş və erməni döyüşçülərini bu silahlarla təmin etmişdir.
Qarayağ
Qarayağ — oduncağın quru çəkmə nəticəsində içindən çıxan qara bir mayedir.
Qazayaq
Qazayaq (qaq. Kazayak) Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Əhali şərabçılıq ilə məşğul olur.
Ağaçay
Ağaçay — Qubadlı rayonu ərazisində çay. == Toponimikası == Qubadlı rayonu ərazisində çay. Bazarçayın qoludur. Yerli məlumata görə, çay vaxtilə oradakı yaylaq yurdundan istifadə edən Ağa adlı pirani bir seyidin adını daşıyır. Hidronim ağa (böyük, enli, güclü) və çay (hidrokomp.) sözlərindən düzəlib, "böyük çay, güclü çay" deməkdir.
Alacadağ döyüşü
Alacadağ döyüşü — 1877-1878 Rusiya-Osmanlı müharibəsi gedişatında baş tutan döyüş. Qarsın Diqor bölgəsində baş tutan döyüş rusların qələbəsi ilə başa çatmışdır.