Qağayılar (pyes)
Qağayılar (rus. Чайка) — rus yazıçı Anton Pavloviç Çexovun pyesi.
Anton Çexovun 1896-cı ildə yazılmış 4 pərdəli "Qağayı" komediyasının personajları, əsasən, ziyalılar, yazıçılar, həkimlər və digər ailələrdən olan savadlı qızlardır. Burada fövqəladə ideal insan olmadığı kimi, mənfi tiplər də yoxdur. Hərənin özünə görə həm müsbət, həm də mənfi cəhətləri vardır, hərəsi də bir cür bədbəxtdir.
İrina Nikolayevna Arkadina - məşhur aktrisa, ərlik soyadı isə Treplyovadır.
Konstantin Qavriloviç Treplyov - İrina Nikolayevnanın oğlu
Pyotr Nikolayeviç Sorin - İrinanın qardaşı
Nina Mixaylovna Zareçnaya - gənc xanım, varlı mülkədarın qızı
İlya Afanasyeviç Şamrayev - istefaya çıxmıç poruçik, Sorinin malikanə müdiri
Polina Andreyevna - onun arvadı
Maşa - onun qızı
Boris Alekseyeviç Triqorin - yazıçı
Yevgeni Sergeyeviç Dorn - həkim
Semyon Semyonoviç Medvedenko - müəllim
Yakov - işçi
Aşpaz
Qulluqçu qadın
Qırx yaşında olan İrina Nikolayevna Arkadina istedadlı aktrisadır. O, sənətini çox sevir. Lakin həddindən artıq şöhrətpərəst, xəsis və eqoistdir. Bankda 70.000 pulu olduğu halda, oğluna kömək etmir, xidmətçilərin haqqını kəsir, onları incidir.