Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağcaqaya
Ağcaqaya (Kürdüstan)
Ağcaqaya (Kürdüstan)
Ağcaqaya - İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Sənəndəc şəhristanının Qorvə bölgəsinin Xudabəndəli kəndistanında, Gültəpə qəsəbəsindən 20 km cənub-şərqdədir.
Ağcaqaya (Xudabəndə)
Ağcaqaya (fars. اقچه قيه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,469 nəfər yaşayır (312 ailə). == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanı Xudabəndalu kəndistanında, Qiydar qəsəbəsindən 36 km şərqdədir.
Ağcaqala
Kəndlər Ağcaqala (Zəncan) Ağcaqala (Borçalı) Ağcaqala (Üçkilsə) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Ağcaqala (Səlim) — Qars ilinin Səlim ilçəsinin Mərkəz bucağında kənd. Ağcaqala (Türkiyə) Aşağı Ağcaqala — Yuxarı Ağcaqala — Digər Ağcaqala (Şəki) — Şəki rayonu ərazisində yerləşən qüllə. Ağcaqala — Yelizavetpol (Gəncə) quberniyası Qazax qəzasının Çəmbərək nahiyəsində qala.
Ağcaqala (Borçalı)
Quşçu Qalası (gürc. გაგის ციხე; Gagis tsixe) — Gürcüstanın Marneuli rayonunun Quşçu kəndi yaxınlığında yerləşən qədim qala. Qalanın tarixi çox qədimlərə gedib çıxır. Qalanın Tərəkəmə xanlarından biri tərəfindən tikildiyi güman edilir.Qala sonuncu dəfə Ağa Məhəmməd şah Qacarın yürüşü zamanı dağıdılmışdır. Qalanın yaxınlığındakı Quşçu kəndi bölgədəki ən qədim kəndlərdən biridir. Bəzi mənbələrdə adı Ağcaqala kimi göstərilir. Qeyd edilir ki, Quşçu kəndi yaxınlığında, Dəbəd / Borçalı çayının aşağı axarı boyunda yerləşən qalanı 1488-ci ildə Ağqoyunlu hökmdarı Sultan Yaqubun tapşırığı ilə Xəlil bəy tikdirmişdi. Xəlil bəy Ağcaqalanı özünə iqamətgah, dayaq nöqtəsi seçmiş, buradan bütün Borçalıya, Kartliyə, Tiflisə nəzarət etmişdi. Digər mənbədə isə Quşçu kəndi yaxınındakı Ağcaqalanın əvvəlki Qurdbasar qalasının yerində 1488-ci ildə Ağqoyunlu sərkərdəsi Xəlil bəyin tikdirdiyi, sonra Səfəvi hakimi Şah İsmayılın şenləndirdiyi Ağcaqala böyük dairəvi bürcləri, ikimərtəbəli qüllələrilə, daş, saxsı qırıntılarından bəzək laylarıyla maraqlı olması göstərilir. “Tiflisskiye vedomosti”nin 1830-cu il saylarında “Zaqafqaziya diyarı ilə səyahət” rubrikasında rus publisisti D. Y. Zubaryovun Borçalı tarixi abidələrindən Sınıq körpüyə həsr olunmuş “Qırmızı körpü” (Krasnıy Most) və Ağcaqalaya həsr olunmuş “Bozqala” (Serıy Zamok) məqalələri dərc edilmişdir (Tiflisskiye vedomosti, 1830: № 71; Tiflisskiye vedomosti, 1830: № 87].
Ağcaqala (Səlim)
Ağcaqala — Qars ilinin Səlim ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 48 km, Səlim ilçəsinin inzibati mərkəzi Səlim qəsəbəsindən 18 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 859 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Çıldır şöbəsinin Cəli kənd cəmiyyətinin Ağcaqala kəndində 178 nəfər əhali yaşayırdı, onların hamısını etnik qarapapaqlar təşkil edirdi.
Ağcaqala (Türkiyə)
Ağcaqala (türk. Akçakale) — Türkiyənin Şanlıurfa ilində rayon və şəhər. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Təl-Əbyəz şəhərinə çevrilmişdir. == Coğrafiya == Ağcaqala Şanlıurfa şəhərinin 49 kilometr (30 mil) cənub-şərqində, Türkiyənin Suriya ilə olan sərhədində yerləşir. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Təl-Əbyəz şəhərinə çevrilmişdir. Şəhərin ilkin adı Təl-Əbyəz olmuşdur. == İqtisadiyyat == Ağcaqala rayonunun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur. Pambıq və buğda ən çox yetişdirilən məhsullar arasındadır. Həmçinin, rayon ərazisində əhəmiyyətli dərəcədə qarğıdalı becərilir.
Ağcaqala (Zəncan)
Ağcaqala (fars. اقجه قلعه‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 315 nəfər yaşayır (82 ailə). == Coğrafi yerləşməsi == Zəncan şəhristanının Qarapəşlu kəndistanında, Zəncan şəhərindən 72 km şimal-qərbdədir.
Ağcaqala (Üçkilsə)
Ağcaqala, Tsaxqalanc — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim. == Haqqında == Ağcaqala kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda Alagöz dağının cənub-qərbində yerləşirdi. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 1828–1830-cu illərdə Türkiyədən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 79 nəfər, 1873-cü ildə 38 nəfər, 1886-cı ildə 6 nəfər, 1897-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Toponim Azərbaycan dilində sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca şəkilçisinin qəbul etmiş qədim türk dilində "kiçik, alçaq, çox da hündür olmayan" mənasında işlənən ağ sözü ilə qala sözünün birləşməsindən əmələ gəlib "kiçik, alçaq qala yanında olan kənd" mənasında ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxqalanc qoyulmuşdur.
Ağcaqala livası
Ağcaqala livası— 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ağcaqala idi. Ağcaqala livası nahiyəyə bölünürdü.
Ağcaqala nahiyəsi
Ağcaqala nahiyəsi — Tiflis əyalətinin nahiyələrindən biri.
Aşağı Ağcaqala
Aşağı Ağcaqala — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb tərəfində yerləşir. Kəndin digər adı Hacıqala olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə türk dilində «ağımtıl, quru, bozumtul düzən, çöl» mə’nasında işlənən ağca sözünə qala sözünün qoşulmasından əmələ gəlib «ağımtıl, bozumtul yerdətikilən qala yanındakı kənd» mə'nasının ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Emı.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Nerkin Bazmaberd (Aşağı Rəngbərəng, çal qala) qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 53 nəfər, 1873-cü ildə 398 nəfər, 1886-cı ildə 502 nəfər, 1897-ci ildə 617 nəfər, 1904-cü ildə 315 nəfər, 1914-cü ildə 334 nəfər, 1916-cı ildə 733 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə mə'ruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və 1915-18-cı illərdə Türkiyənin Sasun vilayətinin Arzvik, Qrmav, Qdzak, Kaşkşenk kəndlərindən və Muş vilayətindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Göründüyü kimi, 1918-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır.
Yuxarı Ağcaqala
Yuxarı Ağcaqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 11 km şərqdə, Alagöz dağının cənub-qərb tərəfində yerləşir. Kəndin başqa adı Yuxarı Hacıqala kimi də qeyd edilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən yuxarı sözü ilə türk dilində «ağımtıl, bazumtul çöl, yer» mənasında işlənən ağca sözünə qala sözünün qoşulması əsasında əmələ gəlib, «bozumtul torpaqda tikilən qalanın yanındakı yaşayış məntəqəsi» mənasını ifadə verir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Verin Bazmaberd (Yuxarı müxtəlif rəngli, çal rəngli qala) qoyulmuşdur. Kənddə 1831-ci ildə 70 nəfər, 1873 - cü ildə 354 nəfər, 1886-cı ildə 405 nəfər, 1897-ci ildə 489 nəfər, 1904 - cü ildə 306 nəfər, 1914 - cü ildə 406 nəfər, 1916-cı ildə 500 nəfər, 1918-ci ilin yanvarında 308 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevralında erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla deportasiya olunmuş və 1915-18-cı illərdə Türkiyənin Sasun vilayətindəki Ağbin, Daşdadem, Dzağak, Hatink kəndlərindən, İranın Muş, Mosul vilayətlərindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Göründüyü kimi, kəndə ermənilər 1918-ci ildə köçürülmüşdür.
Ağcaqala (Tarixi abidə)
Ağcaqala — tarixi abidə. == Haqqında == Ağcaqala – Şörəyel vadisində, Arpaçayın Araza qovuşduğu yerdə, Türkiyə sərhəddindəki yüksək bir təpədə yerləşən və I dünya müharibəsinin gedişində xarabaya çevrilən bu qədim qalanı tarixçi A. Təbrizli də xatırlamışdır. Kitabi Dədəd Qorqud dastanlarında xatırlanan Ağcaqalanın Sürməliyə (İğdır) yaxın bir yerdə olduğu göstərilir. "Ağca Qala Sürməliyə gəlüb, Qazan qırq otaq digdirdi" (D-153) cümləsində də Kitabi Dədə Qorqud dastanlarındə adı çəkilən və Sürməli (İğdır) yaxınlığındakı bir ərazidə xatırlanan Ağcaqala adı ilə oxşarlıq təşkil edir. Doğrudan da, bu tarixi Ağcaqala İqdır mahalına yaxındır. Məhz bu amilə əsasən həmin Ağcaqalanı Kitabi Dədə Qorqud dastanlarındakı Ağcaqala ilə lokalizə etmək olar. == Mənbə == "Kitabi-Dədə Qorqud Ensiklopediyası", II cild. Bakı,2004. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. B., 1995.
Ağçaqala (Qəzvin)
Ağçaqala — İranın Qəzvin ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Avəc bölgəsinin Əşrafiyyə kəndistanında, dağ ətəyindədir.
Ağçaqala (Savə)
Ağçaqala — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 24 km cənub-qərbdə, Qaraçay çayının sahilindədir.