Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cıbıllı
Cıbıllı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 67 km cənub-şərqdə yerləşirdi. Kəndin digər adı Cibikli olmuşdur. Toponim cibikli (> cıbıllı) tayfa əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 82 nəfər, 1904 - cü ildə 80 nəfər, 1914 - cü ildə 160 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 53 nəfər, 1931-ci ildə 77 nəfər azərbaycanlı yaşamışdır.
Midilli
Lesbos (yunan. Λέσβος, türk. Midilli) — Egey dənizinin şimal-şərq hissəsində yerləşən, Yunanıstana məxsus ada. Lesbos adasının ərazisi 1 636 km²-dir. Ada ərazisinin böyüklüyünə görə Yunanıstan adaları arasında 3-cü, Aralıq dənizi hövzəsində isə Siciliya, Sardiniya, Kipr, Korsika, Krit, Malyorka və Evbeyadan sonra 8-ci yeri tutur. Əsas şəhəri Mitilenadır. Şair Terpandr (e.ə. VIII əsr) bu adada anadan olmuşdur. Qədim yunan şairəsi Sapfo da e.ə. VII–VI əsrlərdə bu adada yaşayıb-yaratmışdır.
Midilli boğazı
Midilli boğazı (yun. Στενό της Μυτιλήνης, türk. Midilli Boğazı) — Yunanıstanın Lesbos adası ilə Türkiyənin qərb sahili arasında olan Egey dənizinə aid boğazı. Boğazın sahilində Midillinin əsas şəhəri və limanı yerləşir]. Bizans dövründə Midilli adı tez-tez bütün adaya münasibətdə istifadə olunurdu. Boğazdan keçən bərə xidməti Midilini Ayvalıq və Dikili ilə birləşdirir . Boğaz cənub-şərqdəki Çandarlı körfəzindən Dikili körfəzindən[ keçərək Edremit körfəzinə aparır. Boğazın cənub girişində, Aqrilla burnu ilə üzbəüz Baston adaları yerləşir. Mahera və Mavros-Lofos burnu arasında Pamfilon adası, Ayvalıq yaxınlığında Mosko adaları yerləşir.