Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adapter
Adapter (ing. adapter,lat. adapto — uyğunlaşdıran,uyğunlaşdırıcı ) — hər hansı sonuncu qurğunu və ya detalı, başqa birləşmə yolu olmadığından əvvəlki ilə əlaqələndirmək üçün nəzərdə tutulmuş qurğu. Bəziləri güc və ya siqnal atributlarını dəyişdirir, digərləri isə sadəcə bir konnektorun fiziki formasını digərinə uyğunlaşdırır. Avropa ilə əlaqəli bir çox ölkələr müxtəlif dəyişən cərəyan üçün taxıc yuvalarından 230 volt, 50 Hz AC şəbəkə gərginliyindən istifadə edir. == Ümumi məlumat == Hesablama texnikasında – kompyuterin kənar qurğularla (çap qurğusu, displey, skaner və s.) əlaqəsini uzlaşdıran qurğu. Məs., displeyin ekranına simvollarla işarələnən və ya qrafik informasiyanı çıxarmaq üçün işlədilən Adapter rəqəmi siqnalı analoq siqnala çevirir. Elektron sxem və ya mikrosxem şəklində düzəldilir, əməli yaddaşa, ixtisaslaşdırılmış prosessora malikdir. Elektrotexnikada – dəyişən cərəyan (220 V) şəbəkəsinin gərginliyini sabit gərginliyə (1,5–15 V) çevirən qurğu; pleyerlərin, mobil telefonların, rəqəmli ölçmə cihazlarının, daşınan radioqəbuledicilərin və s. akkumulyatorlarının yüklənməsi üçündür.
EGA (Enhanced Graphics Adapter)
EGA (ing. Enhanced Graphics Adapter – Təkmilləşdirilmiş qrafiki adapter) — öz xarakteristikasına görə (rəngli) CGA və VGA arasında yerləşən, IBM PC üçün monitor və videoadapterlərin standartıdır. IBM firması 1984-cü ilin avqustunda IBM PC/AT fərdi kompüterinin yeni modeli üçün EGA standartını buraxıb. EGA videoadapteri 16 rəng və 640×350 keyfiyyətini dəstəkləyir. Videoadapter MC6845 Motorolasının videokontrolleri və BİOS-un qrafiki funksiyalarının genişləndirilməsi üçün 16kB PZU ilə təchiz olunub. EGA adapteri 640×350 keyfiyyətini dəstəkləməsi zamanı mümkün 64 rəngdən (hər biri 2 bit olmaqla qırmızı, yaşıl və göy tərkibli) 16-nı eyni vaxtda istifadə etməyə imkan verir. EGA həmçinin qrafiki dəstəkli, 16 rəng keyfiyyətli CGA-in 640×200 və 320×200 keyfiyyətini dəstəkləyir; bu zaman yalnız CGA palitrasındakı rənglərdən istifadə etmək olar. EGA standartı CGA ilə tam uyğunlaşmasa da, CGA-in ilkin rejimləri EGA tərəfindən dəstəklənir. EGA şəkilləri MDA monitorlarında ekrana çıxara bilər, bu imkan platadakı dəyişdiricilərin köməyilə əldə olunur, bu vaxt yalnız 640×350 keyfiyyət rejimi mümkündür. EGA platası ISA şininə 8 bit variantından başlayaraq qoşulur.
Adaptiv bölgə
Adaptiv bölgə — taksonun inkişaf edə bildiyi yaşama sahəsi. == İstinadlar == == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Adaptiv gözləntilər
Adaptiv gözləntilər (ing. adaptive expectations theory) — iqtisadi göstəricilərlə bağlı gözləntilərin formalaşması prosesini təsvir edən makroiqtisadiyyat konsepsiyası. Adaptiv gözləntilər bu göstəricilərin keçmişdəki müşahidələrinə əsasən formalaşır. Məsələn, keçmişdə inflyasiya səviyyəsinin sistematik olaraq qiymətləndirilməməsi faktı gələcəkdə inflyasiyanın qiymətləndirilməsinə təsir göstərir. Əvvəllər mövcud olan makroiqtisadi modellər iqtisadiyyatda ya işsizliyin, ya da inflyasiyanın ola biləcəyini düşünürdü, lakin hər iki fenomen eyni vaxtda baş verə bilməzdi. Keçən əsrin 50-60-cı illərində empirik tədqiqatlar əsasında iqtisadçılar yeni bir əlaqənin mövcud olduğunu təsdiqlədilər və bu əlaqələr Fillips əyrisi kimi tanınmağa başladı: inflyasiya ilə işsizlik arasında sabit və proqnozlaşdırıla bilən bir tərs əlaqə var. p e = p − 1 e + λ ( p − p − 1 e ) {\displaystyle p^{e}=p_{-1}^{e}+\lambda (p-p_{-1}^{e})} burada λ {\displaystyle \lambda } 0 ilə 1 arasındadır. Bu, gələcək inflyasiya ilə bağlı cari gözləntilərin keçmiş gözləntiləri və cari gözləntilərin həqiqi inflyasiya ilə əvvəlki gözləntilər arasındakı fərqə uyğun olaraq artdığı (və ya düşdüyü) "səhv düzəldilməsi" ifadəsini əks etdirdiyini göstərir. Bu səhv düzəlişinə "qismən düzəltmə" də deyilir. Fillips əyrisi işsizlik və inflyasiya arasında sabit bir əlaqənin mövcudluğunu göstərir.
Adaptiv idarəetmə
Adaptiv idarəetmə — idarə olunan obyektin parametrlərinin dəyişməsindən və ya xarici təsirdən asılı olaraq, tənzimləyicinin parametr və ya strukturunu optimallaşdırma meyarına və ya təlimata uyğun adaptasiya etməyə imkan verən idarəetmə üsuldur. Uyğun üsulu icra edən sistemlər adaptiv idarəetmə sistemləri adlanır. == İşləmə prinsipi == Optimallaşdırma meyyarına uyğun adaptasiya adətən bir dəfə və ya çox az sayda baş verir. Verilmiş təlimata uyğun adaptasiya isə daimi yerinə yetirilir. Tənzimləyicinin öz-özünə adaptasiyası adətən onun parametrləri üzərindən həyata keçirilir. Öz-özünə tənzimlənən, uyğunlaşan və optimallaşan sistemlər "adaptiv" sözünə sinonim işlədilən analyışlardır. Klassik adaptiv idarəetmə sistemində tənzimləmə üç səciyyəvi mərhələdən ibarətdir: identifikasiya, qərar qəbuletmə və modifikasiya. İdentifikasiya "on-line" şəraitində tənzimləmə dövrəsinin giriş və çıxış siqnallarının qiymətləndirilməsi ilə aparılır. Burada, ya tənzimləyici dövr, ya da bir başa tənzimləyicinin öz parametri təyin edilir. Qərarvermə mərhələsində əldə olunmuş informasiya nəticəsində tənzimləyicinin qiymətinin verilmiş qiymətə uyğun gəlməsi dəyərləndirilir və uyğunlaşma müəyyənləşdirilir.
Adaptiv optika
Adaptiv optika — idarəolunan optik elementlərdən istifadə etməklə qeyri-bircins mühitdə işığın yayılması nəticəsində yaranan qeyri-müntəzəm təhriflərin aradan qaldırılması üsullarını öyrənən optika bölməsi. Adaptiv korreksiyanın məqsədi optik cihazların ayırdetmə qabiliyyətini yüksəltmək, qəbuledicidə şüalanmanın konsentrasiyasını artırmaq, işıq dəstəsini hədəfə maksimal dərəcədə iti fokuslamaq və ya şüalanmanın intensivliyinin verilən paylanmasını almaqdır. Adaptiv optika yerüstü astronomik teleskoplarda, optik rabitə sistemlərində, lazer texnologiyasında, oftalmologiyada, mikroskopiyada və s. istifadə olunur ki, bu da müvafiq olaraq atmosfer təhriflərini, optik sistemlərin aberasiyalarını kompensasiya etməyə imkan verir. == Tarix == Adaptiv optika ideyası ilk dəfə 1953-cü ildə Hores U. Bebkok tərəfindən irəli sürülmüşdür və Paul Andersonun Tau Zero (1970) romanında olduğu kimi elmi fantastikada da nəzərdən keçirilmişdir. Lakin 1990-cı ildə kompüter texnologiyası həmin texnikanı praktik hala gətirənə qədər ümumi istifadəyə daxil olmamışdır. Adaptiv optika ilə bağlı ilkin inkişaf işlərinin bəziləri Soyuq Müharibə zamanı ABŞ ordusu tərəfindən həyata keçirilmiş və Sovet peyklərinin izlənməsində istifadə üçün nəzərdə tutulmuşdu. Mikroelektromexaniki sistemlər (MEMS) deformasiya olunan güzgülər və maqnit konseptli deformasiya olunan güzgülər, onların çox yönlülüyü, vuruşu, texnologiyanın yetkinliyi və yüksək rezolyusiyaya malik dalğa cəbhəsinin korreksiyası nəzərə alınmaqla, adaptiv optika üçün dalğa cəbhəsi formalaşdırma proqramlarında hazırda ən geniş istifadə olunan texnologiyadır. == Maili korreksiya == Ən sadə adaptiv sistemdə mailliyini dəyişmək mümkün olan bir müstəvi güzgü yerləşir ki, onun köməyilə burulğanlı atmosferin müşahidəsi zamanı təsvirin titrəməsini aradan qaldırmaq olur. Daha mürəkkəb sistemlərdə yüksək tərtibli aberrasiyaları kompensə etməyə imkan verən böyük sayda sərbəstlik dərəcələri olan korrektorlardan istifadə olunur.
Adaptiv radiasiya
Adaptiv radiasiya — eyni başlanğıcdan olan müxtəlif canlıların müxtəlif şəraitə uyğunlaşması hadisəsi. Məsələn, plasentalı məməlilərin müasir formalarından bəzilərinin Yer üzərində sürətlə hərəkət etməyə (yırtıcılar, antiloplar), ağac həyatına (sincablar, primatlar və s.), uçmağa (yarasalar), suya (balinalar, delfinlər), torpaq altına (həşəratyeyənlər) uyğunlaşması. == Xüsusiyyətlər == Adaptiv radiasiyanı müəyyən etmək üçün dörd xüsusiyyətdən istifadə edilə bilər: Komponent növlərinin ümumi əcdadı: xüsusilə də yeni nəsil. Qeyd edək ki, bu, ortaq bir əcdadın bütün nəslinin daxil olduğu monofiliya ilə eyni deyil. Fenotip-mühit əlaqəsi: mühitlər və bu mühitlərdən istifadə etmək üçün istifadə olunan morfoloji və fizioloji əlamətlər arasında əhəmiyyətli bir əlaqə. Xarakter faydası: xasiyyət dəyərlərinin müvafiq mühitlərdə performans və ya uyğunluq üstünlükləri. Sürətli spesifikasiya: ekoloji və fenotipik fərqliliyin davam etdiyi dövrdə yeni növlərin yaranmasında bir və ya bir neçə partlayışın olması. == Şərtlər == Adaptiv şüalanmaların ekoloji fürsət və ya yeni uyğunlaşma zonası tərəfindən yaradılması düşünülür. Ekoloji imkanların mənbələri antaqonistlərin (rəqiblər və ya yırtıcılar) itirilməsi, əsas yeniliyin təkamülü və ya yeni mühitə səpələnməsi ola bilər. Bu ekoloji imkanlardan hər hansı biri əhalinin sayının artması və rahat stabilləşdirici (məhdudlaşdırıcı) seçimlə nəticələnmə potensialına malikdir.
Adaptiv yanaşma
Adaptiv yanaşma — insan psixikasının fəaliyyətinə və prinsiplərinə dair neofreydçi nəzəri baxışlardan biridir. Bu yanaşma, genetik yanaşma ilə yanaşı, Ziqmund Freydin metapsixologiya sahəsindəki ilkin inkişaflarına əlavə olaraq, 1940-cı illərin əvvəllərində ingilis psixoanalitiki Edvard Qlover tərəfindən tərtib edilmişdir. Adaptiv yanaşma müxtəlif psixososial amillərin insan psixikasına təsirini nəzərdə tutur. Bu yanaşmaya görə, insanın qəbul etdiyi istənilən qərarlar, hətta nevrotik qərarlar da (məsələn, iddia) fərdin ətraf mühitlə qarşılıqlı əlaqə təcrübəsinə əsaslanır. Ümumiyyətlə, adaptiv nöqteyi-nəzər nəzərə alır ki, insan ətraf mühitə uyğunlaşma prosesini heç vaxt dayandırmır (uyğunlaşma prinsipcə mövcudluğun ayrılmaz hissəsi kimi əldə edilir) — müvafiq olaraq, fərdlərin ətraf mühitin təsiri altında dəyişməsi faktı fiziki və sosial mühit nəzərə alınır.
Cari-vaxt adaptiv təhlükəsizliyi
Cari vaxt adaptiv təhlükəsizliyi — şəbəkə təhlükəsizliyi modeli olub şəbəkə üzərindən inkişaf etmiş müəssisələrə olan hücmların qarşısını almaqda xüsusi rol oynayır. Adaptiv təhlükəsizlik şəbəkədəki təhlükəli nəqliyyatı izləməkdə, anomalik davranışları aşkarlamaqda, zəif nöqtələri aşkara çıxarmaqda, sistemdə olan cari dəyişiklikləri tapmaqda, avtomatik olaraq icazəsiz müraciətin qarşısını almaqda, təhlükəli şəbəkə nəqliyyatını bağlamaqda, mühüm rol oynayır. Digər başqa xüsusiyyətləri ilə yanaşı adaptiv təhlükəsizlik elə bir təhlükəsizlik platformasıdır ki, yalnız spesifik problemi həll etmək əvəzinə onun kökündən həllini tapmaqda əvəzsizdir və beləliklə heuristic sistemlər təhlkükələrə qarşı daha asan mübarizə apara bilir. Təhlükəsizliyi hazır tətbiqetməyə daxil etmək əvəzinə bu təhlükəsizlik modeli tətbiqetmənin ilkin dizayn mərhələsində yaradılır. Cari adaptiv təhlükəsizliiyin bu modelində böyük bir dəyişiklik müəllif menecmenti ve siyasətini istifadəçinin vəziyyətinə adaptasiya ola bilən, tələbə cavabdeh bir servise çevirməsidir.
Adaptiv yaxud qazanılmış immun sistemi
Qazanılmış immun sistemi təkamül prosesində sonrakı mərhələlərdə fərmalaşdığından onurğasız heyvanlarda ona demək olar ki, rastlanmır. Qazanılmış immun sisteminin əsasını limfositlər təşkil edir. İmmunolji reaksiyaların spesifikliyə və immunoloji yaddaşa malik olmaları bu hüceyrələrin fəaliyyəti ilə əlaqədardır. Qazanılmış immun sisteminin işləmə prinsipiini izah etmək üçün klonal seleksiya nəzəriyyəsi irəli sürülmüşdür. Bu nəzəriyyəyə görə limfositlər inkişafları zamanı antigenlə qarşılaşmadan asılı olmayaraq çoxlu miqdarda klonları əmələ gətirirlər. Klon daxilindəki hüceyrələr identikdirlər.(eynidirlər). Müxtəlif klonların hüceyrələri isə bir birilərindən səthlərindəki antigen tanıyan zülal reseptorlarına görə fərqlənirlər. Beləliklə orqanizmdəki milyardlarla limfositlər milyonlarla klonlarda paylanırlar. Ona görə də , orqanizmə düşmüş hər hansı bir antigen (yad cisim) spesifik olaraq ona komplementar olan klonların hüceyrələrinin reseptorları ilə tutulurlar. Antigen eseptor qarşılıqlı əlaqəsi yalnız bu klonların hüceyrələrini activləşdirir.
Adaptiv neyro-qeyri səlis çıxarış sistemi
Adaptiv neyro qeyri-səlis çıxarış sistemi (ing. Adaptive neuro fuzzy inference system)— Takagi Sugeno qeyri-səlis çıxarış sisteminə əsaslanan süni neyron şəbəkənin növlərindən biri. Bu üsul 1990-cı illərin əvvəllərində inkişaf etdirilib. Həm neyron şəbəkələr, həm də qeyri-səlis məntiqin prinsiplərini özündə birləşdirəndən sonra, bu sistem vahid quruluşda hər ikisinin üstünlüklərini almaq üçün potensiala malik oldu. Onun çıxarış sistemi yaxın qeyri-xətti funksiyalar üçün öyrənmə qabiliyyətinə malik olan qeyri-səlis ƏGƏR-ONDA qaydalarının (İF-THEN) məcmusuna uyğundur. Deməli, ANFİS universal qiymət təyin edən sayılır. ANFIS-in daha səmərəli və optimal şəkildə istifadəsi üçün, genetik alqoritm vasitəsilə əldə olunan parametrləri istifadə etmək olar.