Adapter
Adapter (ing. adapter,lat. adapto — uyğunlaşdıran,uyğunlaşdırıcı ) — hər hansı sonuncu qurğunu və ya detalı, başqa birləşmə yolu olmadığından əvvəlki ilə əlaqələndirmək üçün nəzərdə tutulmuş qurğu. Bəziləri güc və ya siqnal atributlarını dəyişdirir, digərləri isə sadəcə bir konnektorun fiziki formasını digərinə uyğunlaşdırır. Avropa ilə əlaqəli bir çox ölkələr müxtəlif dəyişən cərəyan üçün taxıc yuvalarından 230 volt, 50 Hz AC şəbəkə gərginliyindən istifadə edir.
== Ümumi məlumat ==
Hesablama texnikasında – kompyuterin kənar qurğularla (çap qurğusu, displey, skaner və s.) əlaqəsini uzlaşdıran qurğu. Məs., displeyin ekranına simvollarla işarələnən və ya qrafik informasiyanı çıxarmaq üçün işlədilən Adapter rəqəmi siqnalı analoq siqnala çevirir. Elektron sxem və ya mikrosxem şəklində düzəldilir, əməli yaddaşa, ixtisaslaşdırılmış prosessora malikdir.
Elektrotexnikada – dəyişən cərəyan (220 V) şəbəkəsinin gərginliyini sabit gərginliyə (1,5–15 V) çevirən qurğu; pleyerlərin, mobil telefonların, rəqəmli ölçmə cihazlarının, daşınan radioqəbuledicilərin və s. akkumulyatorlarının yüklənməsi üçündür.