Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Delator
Delator — Qədim Romada prokuror və ya donosçu. Cinayət hüququ və fiskal iddialar məsələlərində donosçunun rolu adekvat polis qüvvəsi və ya dövlət ittihamçısı olmayan Roma cəmiyyətində asayişin qorunması üçün müstəsna əhəmiyyət kəsb edirdi. Mükafatlar vətəndaşlar üçün pul mükafatları və ictimai təriflərdən tutmuş kölələrə azadlıq və əcnəbilər üçün vətəndaşlığa qədər dəyişirdi. Donosçuluq imperiya dövründə gəlirli, lakin nüfuzsuz bir peşə oldu. Bundan sui-istifadə edənlər "infamia" (bir çox vətəndaş hüquqlarının itirilməsi), damğalanmaq, şallaqlanmaq və ya sürgünlə cəzalandırılırdı. Onların fəaliyyəti imperatora, xüsusən də tabeliyində olanlara etibar etməyən və ya maliyyə vəsaitinə ehtiyacı olan biri üçün müstəsna faydalı ola bildiyinə görə, bəzi delatorlar cəzadan qurtula bilmiş və hətta siyasi hakimiyyət əldə etmişdilər.
Miryaqub Dulatov
Miryaqub Dulatoğlu (qaz. Міржақып Дулатұлы; 25 noyabr 1885 -1935) — qazax şairi, yazıçısı, ictimai xadimi. Miryaqub Dulatoğlunun adını qazaxlar Mırjakıp, soyadını isə Dulatoğlu və ya Dulatov kimi yazırlar. O, 1885-ci il noyabrın 25-də Qostanay vilayətinin Sarıkopo kəndində anadan olub. Qazaxların Orta cüzünə daxil olan Arğın tayfasının zədagan ailəsində doğulan Miryaqub iki yaşında anasını, 12 yaşında isə atasını itirir. 1893-cü ildə kənd mollası yanına oxumağa gedən Miryaqub orada “Quran” oxumağı, şəriəti, fars və türk dillərini öyrənir. 12 yaşında olanda onu Torqaydakı ikisinifli rus-tuzem məktəbinə gönərirlər. Əslində Rusya hökuməti üçün kiçik məmur kadr və tərcüməçilər hazırlamaq üçün açılmış bu məktəbləri bitirənlərin böyük əksəriyyəti sonralar rus dili vasitəsilə Rusiyadakı millətçilik şüuru ilə tanış olmuş və beləcə vətənlərini Rusiya əsarəti altından qurtarmaq istəyən vətənsevərlərə çevrilmişlər. Miryaqub Dulatov da belə bir yol keçib. 1906-cı ildə Ufa şəhərindəki Qaliya mədrəsəsinə qəbul olunan Miryaqub Dulatov burada Alimcan İbrahimov, Şeyxzadə Babiç, Məcid Qafuri və b.