Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aerofitllər
Antrofitlər
Antrofitlər — insanın düşünülməmiş və ya şüurlu olaraq təsiri ilə fitosenozlarda və ya aqrosenozlarda tez-tez rast gəlinən antropofil bitkilər, həm də insan tərəfindən becərilən bitkilər daxildir. == Antrofitlərin növləri == 1) bu və ya digər dərəcədə insan tərəfindən pozulmuş (otarma biçin, ağacların kəsilməsi nəticəsində) fitosenozlarda və aqrosenozlarda inkişaf edən yerli alaq otları; 2) insan tərəfindən təbii bitki örtüyünün məhv edildiyi yerdə, məs. herikdə və zibillikdə qısa müddətli prosenozlar yaradan yerli ruderal növlər (rudefitlər); 3) yerli becərilən bitki növləri; 4) pozulmuş fitosenozlara insanın kənardan gətirib düşünmədən daxil edildiyi növlər; 5) Kənardan gətirilib aqrosenoz kimi becərilən (introduksiya edilən) növlər (aqrofitlər); 6) yabanılaşmış mədəni bitkilər (erqaziofitlər); 7) iqlimləşdirməyə uyğunlaşmayan kənar növlər (efemerofitlər) aiddir.
Kserofitlər
Kserofitlər — rütubət qıtlığı şəraitində bitən bitkilər. Kserofitlər susuz şəraitə uyğunlaşmağa imkan verən bir sıra xüsusiyyətlərə malikdir. Bunlardan bəziləri (sukkulentlər) ilin əlverişli vaxtlarında rütubət ehtiyatı toplayır, digərlərində (saksaullar) isə uzunluğu 20–25 m-ə çatan və dərin sulu horizontlarından su sormağa imkan verən güclü kök sistemi inkişaf edir. Kserofitlər əksəriyyətində buxarlanmanı yavaşıdan sistem olur: xırda yarpaqlar (bəzən tikan şəkilli, məsələn: kaktuslarda), qalınlaşmış yarpaq kutikulaları, intensiv büzüşmə, mum qaysağı, yarpaqların til tərəfinin günəşə doğru çevrilmə qabiliyyəti, içəri batmış ağızcıq və b. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Makrofitlər
Su bitkiləri — suda bitən bitkilər. Su bitkiləri hidrofitlərə və hidatofitlərə ayrılır. Yalnız aşağı hissəsi suda olan bitkilər hidrofitlər, tamamilə və yaxud çox hissəsi suda olan bitkilər hidatofitlər adlanır. Su bitkiləri içərisində faydalıları var. Su hövzələrinin öz-özünə təmizləməsində böyük rolu var. Bəzən çox artıb kanalları və su hövzələrini basır. Su bitkilərini məhv etmək üçün herbisidlərdən istifadə edilir. Balıqların yemi olan su bitkilərini yetişdirmək üçün isə xüsusi aqrotexnika vardır. Su bitkilərinə buynuzyarpaq, suzanbağı, süsənbər, oxyarpaq, acı qıjı, suoxu, salvinia üzən, sufındığı, elodeya, bir çox yosunlar aiddir. Toxum və meyvələri bir çox quşların qidasıdır.
Mezofitlər
Saprofitlər
Apofitlər
Apofit — əkin sahəsində yayılıb alağa çevrilə bilən bitkilər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Geofitlər
Geofitlər - qışlamanı, yaxud uzunmüddətli quraqlığa davamlığı təmin edən orqanları və bərpa tumurcuqları həyat formalarından ibarətdir. Əlverişsiz şəraitdə dözə biləcək geofitlər torpaqla, soyuq qışda isə məhv olmuş yerüstü orqanlar və qarla mühafizə olunur. Geofitlərə bir çox soğanaqlı (zanbaqkimilər), kökümsovlu (bir çox taxıllar, cil) və köküyumrulu bitkilər (kartof, batat) aiddir.