Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Feromonlar
Feromonlar – heyvanların ifraz etdiyi xüsusi maddələrdir. == Ümuni məlumat == Həmin maddələr əvvəllər ektohormon, indi isə feromon adlanır. İnsanlar arasında ünsiyyət görmə və danışıq vasitəsi ilə olduğu halda, məməlilər və xüsusilə kiçik orqanizmlərdə bir-biri ilə əlaqə saxlamaq məhz feromon adlanan kimyəvi maddələr ifraz etməklə mümkün olur. Əksər heyvanlar ətraf mühitə feromonlar ifraz edir. Bu isə eyni növdən olan heyvanların bir-biri ilə əlaqə saxlamağına imkan verir. == Feromonların növləri == Feromonlar iki cür olur və bir-birindən fərqlənir: İfraz edilən feromonlar (relizerlər) Həyacanlandırıcı feromonlar (praymerlər). İfraz edilən feromonlar (relizerlər) – heyvanların davranışında tez dönən dəyişiklikləri törədir. Həyacanlandırıcı feromonlar (praymerlər) – resipientlərdə uzunmüddətli fizioloji dəyişikliklərə səbəb olur. Heyvanların cütləşməsi dövründə erkəkləri cəlb etmək üçün dişilər xüsusi feromon ifraz edir. Feromonlar çox az qatılıqda və böyük məsafədə (3 km-ə qədər) fəallıq göstərir.