Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sunam Qirsik
Malik İbrahim (tam adı: Mövlanə Malik İbrahim əs-Səmərqəndi; ö. 7 aprel 1419) və ya Sunam Qirsik və ya Kakek Bantal — Azərbaycan torpaqlarından olan qafqazlı din xadimi. O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada İslam dinini yaymağa başlamışdır. Məhz onun İndoneziyaya gəlişi ilə İslam dini bu torpaqlarda formalaşmağa başlamışdır. Həmçinin, onun övladları da İslam dininin İndoneziyada yayılmasında yaxından iştirak etmiş və tanınmış din xadimi kimi fəaliyyət göstərmişdir. Malik İbrahimin nəsəbi haqqında məlumat tam olaraq bilinməsə də ümumi nəzərə əsasən onun Yavanın xaricindən gəldiyi qəbul edilmişdir. Malik İbrahim XIV əsrin birinci yarısında dünyaya gəlmişdir. O, "Babad Tanah Yavi" və digər mətnlərdə bir çox adlarla tanınır. J. J. Meinsmanın müəllifi olduğu əsərdə onun adı Məxdum İbrahim əs-Səmərqəndi (Şeyx İbrahim Əs-Səmərqəndiyə lokallaşdırılmış) olaraq keçir. Bu indiki Özbəkistanda yerləşən Səmərqənd şəhəri ilə əlaqələndirilir.
Adolf de Sen-Simon d'Arşiak
Adolf de Sen-Simon d'Arşiak (24 sentyabr 1802, Reyms – 24 dekabr 1868, Paris; fransız dilində: Étienne Jules Adolphe Desmier de Saint-Simon, Vicomte d'Archiac) — fransız geoloq, paleontoloq. == Tərcümeyi-halı == Adolf de Sen-Simon d'Arşiak 24 sentyabr 1802-ci ildə Reyms şəhərində anadan olmuşdur. O, Sen-Sir xüsusi ali hərbi məktəbi bitirdikdən sonra 1830-cu ildə hərbi xidmətə daxil olmuşdu. Süvari hissədə 9 il zabit kimi xidmət etdikdən sonra Adolf de Sen-Simon d'Arşiak tarix və geologiya elmləri ilə dərindən məşğul olmağa başlamışdır. Ayrı-ayrı memuarlardan başqa Adolf de Sen-Simon d'Arşiak Paris Geologiya cəmiyyəti tərəfindən ]]1862]]-ci ildə nəşr olunan 8 cildlik "L'Histoire des progrès de la géologie de 1834 à 1862", 1864–1865-ci illərdə nəşr olunmuş 3 cildlik "Paléontologie stratigraphique", 1866-cı ildə nəşr olunmuş "Géologie et paléontologie" və "Asie mineure" adlı əsərlərin müəllifidir. 1857-ci ildə alim Təbiət elmləri muzeyinin paleontologiya üzrə professoru seçilmişdir. == Əsərləri == "Cours de paléontologie stratigraphique" (Paris, 1862–1864, 2 cilddə.) "Géologie et paléontologie" (Paris, 1866) "Paléontologie de la France" (Paris, 1868). "L'Histoire des progrès de la géologie de 1834 à 1862" (Paris, 1868, 8 cilddə) Mémoire sur la formation crétacée du Sud-ouest de la France, Paris, F. G. Levrault, 1837 (lire en ligne) Observations sur le groupe moyen de la formation crétacée, Paris, F. G. Levrault, 1839 (lire en ligne) Description géologique du département de l'Aisne, Paris, Langlois et Leclercq, 1843 (lire en ligne) Description des fossiles recueillis par M. Thorent dans les couches à nummulites des environs de Bayonne, Paris, P. Bertrand, 1846 (lire en ligne) Études sur la formation crétacée des versants sud-ouest et nord-ouest du plateau central de la France, Paris, Fain et Thunot, 1846 (lire en ligne) Rapport sur les fossiles du Tourtia : légués par M. Léveillé à la Société géologique de France, Paris, P. Bertrand, 1847 (lire en ligne) Descriptions des fossiles du groupe nummulitique recueillis par M. S. — P. Pratt et M. J. Delbos aux environs de Bayonne et de Dax, Paris, P. Bertrand, 1850 (lire en ligne) Les Corbières : Études géologiques d'une partie des départements de l'Aude et des Pyrénées-orientales, Paris, Gide et J. Baudry, 1856 (lire en ligne) Cours de paléontologie stratigraphique professé au Muséum d'histoire naturelle. Première année, 2 volumes, Paris, F. Savy, 1862–1864 lire en ligne à partir du premier volume Introduction à l’étude de la paléontologie stratigraphique, éditeur F. Savy, 1894, 2 tomes. Histoire des progrès de la géologie de 1834 à 1859, 8 tomes en 9 volumes, Paris, 1847–1860, lire en ligne à partir du premier tome == Mənbə == Archiac, Etienne Jules Adolphe, Vicomte d' i Salmonsens Konversationsleksikon (andra utgåvan, 1915) Arthur Birembaut: Archiac, Étienne-Jules-Adolphe Desmier (or Dexmier) de Saint-Simon, Vicompte d'.