Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aksinit
Aksinit — mineral, Ca2Fe2+Al2BO3 [Si4O12](OH). == Haqqında == Triklinik kristalları pazabənzər, yastılanmış. Ayrılma orta, yaxud qeyri-mükəmməl {010}, {12}, {10}. Aqreqat.: lövhəcikvari, dənəvar. Boz, qonur, bənövşəyi-göy, bozumtul-yaşıl. Parıltı şüşəli. Sərtliyi 6,5–7. Xüsusi çəkisi 3,3. Skarnlarda, epidoditlərdə, peqmatitlərdə, karbonatlı-kvars və kvars damarlarında. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Aktinium
Aktinium (Ac) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 89-cu element. == Haqqında == Aktinium dövri sistemin III qrupunun radioaktiv kimyəvi elementi, sıra sayı 89, ən çox yaşayan izotopun kütlə ədədi 227. Yer qabığında miqdarı 6×10−10 çəki %. As227 radioaktiv aktinouran (U235) sırasının üzvüdür və uran filizlərində tapılır; b - hissəciklər (98,8%) və a - hissəciklər (1,2%) ayırmaqla parçalanır. As228 (MsTh2) -b şüalandırıcısı olub yarımparçalanma dövrü 6,13 saat. Aktinium - gü­müşü-ağ metal, ərimə temperaturu 1050±50 °C. Kimyəvi cəhətdən lantanın ali homoloqudur və tədqiq olunmuş birləşmələri (Ac2O3, AcF3, AcCl3, AcBr3 və b.) lantanın müvafiq birləşmələri ilə izomorfdur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Aktinoid
Aktinoidlər – dövri sistemin 7-ci dövründə yerləşmiş, sıra nömrəsi 89–103 arasında olan 14 elementin ümumi adıdır. Adının mənası yunan dilindən tərcümədə "aktis" "şüa", "eidos" "oxşar" deməkdir. Bunlar aktinium, torium, protaktinium, uran, neptunium, plutonium, amerisium, kürium, berklium, kalifornium, eynşteynium, fermium, mendelevium, nobelium, lourensiumdur. Onlardan heç birinin stabil izotopu yoxdur. Torium, protaktinium və uran təbii radioaktiv elementlər olduğu halda, digər aktinoidlər nüvə reaksiyalarında süni yolla sintez edilmişdir. == İlkin təsəvvürlər == Aktinoidlər ailəsi haqqında təsəvvürləri ilk dəfə 1944-cü ildə Amerika alimi Q. Siborq vermişdir. Özünün aktinoidlər ailəsi nəzəriyyəsinə uyğun olaraq o söyləmişdir ki, toriumdan başlayaraq bu elementlərin atomlarında lantanoidlərdə 4f yarımsəviyyələri dolduğu kimi, 5f yarımsəviyyəsi də dolmağa başlayır. Ona görə də bütün 14 aktinoidləri dövri sistemdə aktiniumla birlikdə bir qəfəsdə yerləşdirirlər. Onlar dövri sistemdə lantanoidlər sırasının altında yerləşdirilir. Aktinoidlərin bu cür yerləşdirilməsi geniş yayılmışdır.
Artinit
Artinit — mineral, Mg2[(OH)2|CO3]× 3H2O. == Haqqında == Artinit - Monoklinik. Habitus iynəvari. Ayrılma {100} üzrə mükəmməl, {001} üzrə orta. Aqreqat: qabıqcıqlar, çəplifli, damarcıqlar, kürəvi, radial-şüavi. Rəngi ağ. Sərtliyi 2,5. Xüsusi çəkisi 2,03. Aşağı temperaturlu hidrotermal; serpentinləşmiş hiperbazitlərdə brusit, araqonit, kalsitlə birgə. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Martinik
Martinika (fr. Martinique [maʀtiˈnik], Kreol. Matinik və ya Matnik) – Karib dənizi hövzəsində Kiçik Antil arxipelaqına daxil olan ada. Fransaya məxsusdur və onun Dənizaşırı departamentinə daxildir. Martinikanın qədim sakinləri onu "Çiçəklənən ada" – Madinina adlandırmışlar. Bu ada Fransanın ərazisi kimi Avropa Birliyinə inteqrasiya olunmuşdur. == Coğrafiyası == Martinika adası Atlantik okeanında, Karib dənizi hövzəsinə aid Kiçik Antil arxipelaqına aid olub Dominikan Respublikasından 25 km cənubda, Sent-Lüsiyadan 37 km şimalda yerləşmişdir. Adanın uzunluğu 73 km, eni isə 39 km-dir. Sahilinin uzunluğu təxminən 350 km-dir. Ada ilə Paris arasındakı məsafə 6850 km-dir.
Akinak
Akinak (q.yun. ἀκινάκης) — gödək (40—60 sm) dəmir qılınc, skiflər tərəfindən işlənirdi. == Tarixi məlumat == Bəzi antik müəlliflər skiflərin adətləri haqqında da məlumat verirlər. Skiflərin səciyyəvi adətlərindən biri at südü içmək idi. Hələ Homer kimmerləri "at südü içənlər" adlandırmışdı. Maldar türk tayfaları tarix boyu at südü içmiş və at əti yemişlər. Bir antik mənbədə deyilir ki, "skiflərin böyük əksəriyyəti yalnız at südü ilə qidalanırlar". İrandilli xalqların heç birində bu adət olmamışdır. Arxeoloqlar skiflər üçün səciyyəvi ox ucluqlarının və "skif heyvan stili"nin Altayda və Qərbi Sibirdə təşəkkül tapdığını artıq sübut etmişlər. Altayda və Sibirdə irandilli etnosların heç zaman yaşamadığını sübut etməyə isə ehtiyac yoxdur.
Akvink
Akvink (Akvinkum və ya Atsinkum, Aquincum) — Roma imperiyasının bir vilayəti, Pannoniyanın şimal sərhədlərində yerləşən qədim şəhər. Şəhərin xarabalıqları Macarıstanın Budapeşt şəhərinin müasir ərazisində yerləşir. Əvvəlcə Kelt yaşayış məntəqəsi olaraq, Aquinca Roma sərhədlərini mühafizə edən müdafiə sisteminin bir hissəsi olan qədim Roma hərbi düşərgəsi kimi xidmət etmişdir. Təxminən 41-54-cu illərdə şəhərə 500 süvari dəstəsi gəldi və 1989-cu ilə qədər burada 6 min Roma legionu yerləşdirildi. Qəsəbədə yaşayan insanlar evdə və ictimai hamamda mərkəzi isitmə kimi imperiyanın belə nailiyyətlərini istifadə etmişlər, şəhərdə ictimai istifadə üçün saraylar və amfiteatrları tikmişlər. Akvinkdə iki amfiteatr mövcud idi: Böyük Hərbi Amfiteatr (Akvinkin əsas hissəsindən bir neçə kilometr cənubda yerləşirdi) və Kiçik Mülki Amfiteatr. Antik Roma qəbiləsinin qalıqları Budapeştin digər yerlərində, məsələn, Akvink qalıqları Pestdə yerləşir. 2002-ci ildə, Akvink, Buda qalası və Andrassi prospekti ilə birlikdə, UNESCO Dünya Mirası Siyahısına daxil edildi. == Qazıntı və bərpa == Akvink qalıqları XVIII əsrin sonlarında aşkar edilmişdir. 1778-ci ildə bir şərabçı buz üçün çuxur qazdıqda Obudakı Roma yeraltı istilik sisteminin qalıqlarını tapdı.
Atipik
Atipik — Netflix üçün Robia Rashid tərəfindən yazılmış qara yumor serialı. Autizm spektr pozğunluğu olan 18 yaşındaki Sam Gardnerin (Keir Gilchrist) həyatı ilə əlaqəlidir. İlk mövsüm 11 avqust 2017-ci ildə 8 seriadan ibarət idi. Serial ümumiyyətlə rəyçilər tərəfindən müsbət qiymətləndirildi. == Arxa plan == Əslində Antaractica adı ilə tanınan serial ,əvvəllər "Ananız ila necə raslaşdım" və "Qızıl Buzdağı" filmləri üzərində prodüser olaraq işləmiş, Robia Rəşid tərəfindən yaradılmış və ssenarisi yazılmışdı. Daha doğru bir təsvir üçün O, Kalifornia dövlət Universiteti professoru, UCLA-nın araşdırma və müalicə mərkəzində işləyən, Michelle Dean ilə məsləhətləşdi. === Əsas === Jennifer Jason Leigh - Elsa Gardner obrazında, Sam və Caseyin Anası Keir Gilchrist - Sam Gardner obrazında, autizm spectrum pozğunluğu olan 18 yaşlı oğlan, Gilchrist obraz haqqında bunları demişdi, "O autistik spectrum pozğunluğu olan bir nəfərdir.O çox xüsusi bir obrazdır ". Brigette Lundy - Paine Casey Gardner obrazında, Samin kiçik bacısı. Amy Okuda - Julia Sasaki obrazında, Samin terapvti və sevgi maraqlısı. Michael Rapaport - Doug Gardner obrazında, Sam və Caseyin atası və Elsanın əri.
Autenik mətn
Autenik mətn — Hansısa bir sənədin orijinal mətni. Beynəlxalq hüquqda beynəlxalq müqavilənin mətninin qəbul olunmasına prosesi autenik mətnin müəyyən edilməsi adlanır.
Passiflora actinia
Passiflora actinia (lat. Passiflora actinia) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Typhlodromips akilinik
Amblyseius akilinik
Amblyseius akilinik (lat. Amblyseius akilinik) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü.
Klinik psixologiya
Klinik psixologiya şəxsin zehni, funksional və emosional əskikliklərini araşdıran psixologiya sahəsidir. Psixoterapiya metodlarından mütəmadi olaraq istifadə edən klinik psixologiya, tədqiqat, tədris və proqram inkişafı ilə əlaqəli mövzuları əhatə edir. Klinik psixologiya bir ixtisas sahəsi olaraq, fərdlər, eləcə də ailələr və fəqrli irqlərə mənsub cəmiyyət həyatının qarşılaşdığı problemləri həll etməyə çalışır. Ümumi olaraq klinik psixologiya problemləri test və ya müsahibə üsulları vasitəsilə qiymətləndirmək, diaqnoz qoymaq, həll yollarını tapmaq məqsədilə müdaxilə etmək və elmi tədqiqat sahələrini əhatə edir. Yəni, burada təhsil, tədris və məsləhət metodları ilə yanaşı, ciddi psixopatoloji müdaxilə və elmi tədqiqat sahələrindən də istifadə olunur. Bu fəaliyyətləri idarə edən şəxslər psixiatriya sahəsi üzrə müəxəssislər və klinik psixoloqlardır. == Klinik psixoloq == Türkiyədə 2014-ci ildə çıxan 1219 saylı Qanun və 29007 saylı İdarəçiliklə Səhiyyə Nazirliyinə bağlı olaraq klinik psixologiya sahəsində çalışacaq peşə mənsubları və fəaliyyətləri təyin olunmuşdur. Bu qanunla ilk dəfə olaraq psixoloq və klinik psixooqların vəzifə sahələri aydın şəkildə müəyyənləşdirilmişdir. Rəsmi qazetdə yayımlanan İdarəçilikdə "Klinik psixoloq" obyektiv ölçü vasitələri, müşahidə və müsahibə üsullarından istifadə edərək psixoloji qiymətləndirmə ilə beynəlxalq diaqnoz və təsnifat sistemlərində xəstəlik olaraq qəbul edilməyən və Səhiyyə Nazirliyinin də uyğun hesab etdiyi hallarda psixoterapiya prosedurlarını həyata keçirir. Xəstəlik olaraq qəbul edilən vəziyyətlərdə isə mütəxəssis həkimin diaqnozuna və müalicə üçün istiqamətləndirməsinə uyğun olaraq psixoterapiya metodlarını tətbiq edir.
Klinik ölüm
Klinik ölüm - insanın bir müddət ölüm halına oxşar hala düşməsidir. Ürək dayandıqdan beyin qabığı ölənə qədər keçən vaxt klinik ölüm adlanır. Bu termin qan dövranının və nəfəs almağın dayanmasını ifadə edir ki, bu iki meyar insanların və bir çox digər orqanizmin həyatını davam etdirmək üçün zəruridir. Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs dayandıqdan sonra 2-3 dəqiqə ərzində beyin qabığı məhv olur. Xüsusi hallarda - bədən çox soyudulduqda və ya uşaqlarda bu müddət 10-15 dəqiqəyə qədər uzana bilər. Bu vaxt ərzində xəstənin ürək fəaliyyətini bərpa etmək mümkün olsa onu yenidən həyata qaytarmaq da mümkündür. Beyin qabığı məhv olduqdan sonra klinik ölüm bioloji ölümə keçir. Klinik ölüm vəziyyətinə hər birimiz şahid ola bilərik.
Kinik məktəbi
Kiniklər, siniklər (yun. κῠνικοί – it, lat. cynici) — ən tanınmış sokratçı məktəbinin ardıcılları olmuşdurlar. == Təlimləri == Kiniklərin fikrincə müdriklik nəzəri biliklər deyil, xeyrin nə olduğunun dərk edilməsidir. Həqiqi xeyir hər bir şəxsə ayrı-ayrılıqda aid edilə bilər. Ərdəmli (insanın müsbət keyfiyyətlərinin toplusu, xeyrə yönəlməsi və o xeyrin həyata keçirilməsidir) həyatın məqsədi bir məqamdır, yəni məmnunluq halıdır. Bu hala çatmağın şərti hər bir asılılıqdan (o cümlədən ailədən, əmlakdan) azad olmaqdır. Ona görə də kiniklər abidliyi, sadə həyat yaşamağı təbliğ etmişdirlər. Hətta onlardan bəziləri bir çox ehtiyac və tələbatlarını inkar edib onları rədd edirdilər. Onlar adətlərə və dini ayinlərə istehza ilə yanaşırdılar.
Atipik (teleserial, 2017)
Atipik — Netflix üçün Robia Rashid tərəfindən yazılmış qara yumor serialı. Autizm spektr pozğunluğu olan 18 yaşındaki Sam Gardnerin (Keir Gilchrist) həyatı ilə əlaqəlidir. İlk mövsüm 11 avqust 2017-ci ildə 8 seriadan ibarət idi. Serial ümumiyyətlə rəyçilər tərəfindən müsbət qiymətləndirildi. == Arxa plan == Əslində Antaractica adı ilə tanınan serial ,əvvəllər "Ananız ila necə raslaşdım" və "Qızıl Buzdağı" filmləri üzərində prodüser olaraq işləmiş, Robia Rəşid tərəfindən yaradılmış və ssenarisi yazılmışdı. Daha doğru bir təsvir üçün O, Kalifornia dövlət Universiteti professoru, UCLA-nın araşdırma və müalicə mərkəzində işləyən, Michelle Dean ilə məsləhətləşdi. === Əsas === Jennifer Jason Leigh - Elsa Gardner obrazında, Sam və Caseyin Anası Keir Gilchrist - Sam Gardner obrazında, autizm spectrum pozğunluğu olan 18 yaşlı oğlan, Gilchrist obraz haqqında bunları demişdi, "O autistik spectrum pozğunluğu olan bir nəfərdir.O çox xüsusi bir obrazdır ". Brigette Lundy - Paine Casey Gardner obrazında, Samin kiçik bacısı. Amy Okuda - Julia Sasaki obrazında, Samin terapvti və sevgi maraqlısı. Michael Rapaport - Doug Gardner obrazında, Sam və Caseyin atası və Elsanın əri.
Kotic Medi-Klinik
Cottage Medi-Clinic – Namibiyanın Svakopmund şəhərində yerləşən özəl xəstəxana. 1984-cü ildə Rössinq kottec xəstəxanası kimi qurulmuşdur. Hazırda Medi-Clinic şirkətinə aiddir. Xəstəxananın 70 ədəd çarpayısı var.
Mərkəzi Klinik Xəstəxana
Mərkəzi Klinik Xəstəxana — 1960-cı ildə inşa edilərək 300 çarpayılıq Səhiyyə Nazirliyinin 1 nömrəli Klinik Xəstəxanası adı ilə fəaliyyətə başlamışdır. 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərancamı ilə Mərkəzi Klinik Xəstəxananın rekonstruksiyasına başlanmışdır. 2001-ci ilin iyun ayından Mərkəzi Klinik Xəstəxana adı ilə müasir səhiyyə sisteminin bütün faktor və meyarlarını özündə əks etdirən, beynəlxalq standartlara cavab verən, yüksək səviyyəli xəstəxana olaraq fəaliyyətə başlamışdır. Mərkəzi Klinik Xəstəxana 3 blok, 4 şöbə (poliklinika, diaqnostika, stasionar, təcili yardım), 97 yataq, 4 əməliyyatxana, 12 yataqlı reanimasiya və intensiv terapiya bölmələrindən ibarətdir. Xəstə yataq otaqları 1 nəfərlik, 2 nəfərlik, CİP-VİP xüsusiyyətlidir. Xəstəxanada 105 həkim, 250-yə yaxın tibb bacısı və kiçik tibb işçiləri və inzibati personal da daxil olmaqla 600 personal fəaliyyət göstərir.
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası
Aktanış rayonu
Aktanış rayonu (tatar. Актаныш районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimal-şərqində yerləşir. Respublikanın Minzələ, Muslin rayonları ilə, Başqırdıstan (İleş, Krasnokamski, Bakalı rayonları, Ağidel şəhər dairəsi) və Udmurtiya (Karakulino rayonu) ilə həmsərhəddir. İnzibati mərkəzi Aktanış kəndidir. == Coğrafiyası == Rayon ərazisindən çoxlu sayda çay axır. Bunlar arasında Avropadakı ən böyüklərindən olan Kama və Ağıdel çayları da varddır. Rayon ümumilikdə mütləq yüksəklikliyi 62-235 m olan düz yamaclı düzənlikdən ibarətdir. Ən ən aşağı nöqtələr Kama, Ağıdel və İk çaylarının yatağı boyunca Nijnekamsk hava limanının ərazisindədir. Ən yüksək yerləri rayonun cənub hissəsində yerləşir.
Aktın tərtib edildiyi yerin qanunu
Lex loci actus və ya aktın tərtib edildiyi yerin qanunu — beynəlxalq xüsusi hüquqda qəbul edilmiş qayda. Bu qaydaya görə, mülki hüquq aktının tərtib olunduğu dövlətin hüququ tətbiq olunmalıdır. Bu, təhkimetmənin ümumi formuludur və bu şəkildə nadir hallarda istifadə olunur. Buna səbəb mülki hüquq aktının müxtəlif mülki-hüquqi hərəkətlərini əhatə edən geniş anlayış olmasıdır. Buna görə də aktın növündən asılı olaraq bu formul dəqiqləşdirilir. Aktın tərtib edildiyi yerin qanununun ən çox yayılmış variantları "Müqavilənin tərtib edildiyi yerin qanunu", "Müqavilənin icra edildiyi yerin qanunu", "Zərər vurulma yerinin qanunu"dur.