Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aktiniyalar
Aktinilər və ya dəniz anemonları (lat. Actiniaria) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi. Tək-tək yaşayan dəniz polipləridir. Uzunluğu bir neçə millimetrdən 1,5 metrədək olur. Rəngi əlvandır. Skeletsizdir. Yastı oturacağı ilə bərk substrata yapışır; qazıcı və neyston (suyun səthinə yapışan) növləri də var. Aktiniyaların ağzı onun yemi olan onurğasızları və balıq körpələrini iflic edən (və ya öldürən), dalayıcı çıxıntılarla əhatə olunmuşdur. Aktiniyalar qeyri-cinsi və cinsi yolla çoxalır. Cinsiyyət hüceyrələri suda mayalanır.
Aktinidiya
Aktinidiya (lat. Actinidia) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinə aid bitki cinsi. Onun iki növünün meyvəsindən istifadə olunur. Bunlardan biri kişmiş, digəri isə kolomikt aktinidadır. Adları çəkilən hər növ aktinida ağaclara sarılan incə budaqlı sarmaşıq bitkisidir. Bu növlərin ikisi də iyun ayında çiçəkləyir, meyvələri isə sentyabr – oktyabr aylarında yetişir. Meyvələri şirəlidir, xaşagələn şirin və ətirli dada malikdir. Bu bitkilər bəzən dekorativ məqsəd üçün də becərilir. 1934-cü ildə bu bitkilərdən N. V. Miçurin seleksiya yolu ilə yeni, şaxtaya davamlı və məhsuldar meyvəli çeşidlər əldə etmişdir. Aktinidanın meyvələri tam yetişən zaman toplanır.
Aktinium
Aktinium (Ac) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 89-cu element. == Haqqında == Aktinium dövri sistemin III qrupunun radioaktiv kimyəvi elementi, sıra sayı 89, ən çox yaşayan izotopun kütlə ədədi 227. Yer qabığında miqdarı 6×10−10 çəki %. As227 radioaktiv aktinouran (U235) sırasının üzvüdür və uran filizlərində tapılır; b - hissəciklər (98,8%) və a - hissəciklər (1,2%) ayırmaqla parçalanır. As228 (MsTh2) -b şüalandırıcısı olub yarımparçalanma dövrü 6,13 saat. Aktinium - gü­müşü-ağ metal, ərimə temperaturu 1050±50 °C. Kimyəvi cəhətdən lantanın ali homoloqudur və tədqiq olunmuş birləşmələri (Ac2O3, AcF3, AcCl3, AcBr3 və b.) lantanın müvafiq birləşmələri ilə izomorfdur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Alpiniya
Alpiniya (lat. Alpinia) — zəncəfilçiçəklilər sırasının zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi.
Kataniya
Kataniya (it. Catania) — İtaliyanın Siciliya muxtar vilayətindəki eyniadlı Kataniya vilayətinin mərkəzidir. Bələdiyyə sərhədləri içindəki əhalisi (30.06.2010 etibarilə) 294.756 nəfər olub əhali baxımından Sicilyanın ikinci böyük bələdiyyəsi, İtaliyanın 10-cu böyük şəhəri və 10-cu sırada olmasına baxmayaraq, bir İtalyan inzibati region mərkəzi olmayan tək böyük əhalisi olan şəhəridir. Metropoliten Katanya bölgəsi üçün əhali 752,895 nəfərdir. İtaliyanın ada şəhərlərindən biri olan Katanyanın Aralıq dənizinə sahilində yerləşir. == Coğrafi mövqe == Katanya şəhəri Siciliya adasının şərqində İyonyen dənizi sahillərində Messina ilə Sırakuza şəhərləri arasında və Etna Dağı vulkanı ətəklərində qurulmuşdur. Şəhərin dərhal ətraflarındakı dəniz sahilləri yanardağ lavalarından və qara bazalt kayalarından heyəti böyük yarları ibarətdir. Lakin şəhərin qurulduğu mövqeyi cənubunda "Simento Çayı" var və bu çay Siciliya adasının ən geniş (2000 hektarı aşan sahədə) mümbit düzənliklərində biri olan və Katanya şəhərinin əhəmiyyətli hissələrinin qurulmuş olduğu Katanya düzənliyində Katanya Körfəzinə yerləşir. Şəhərin limanı və ticarət və sənaye bölgələri bu düzənlikdə çayın ağızına doğru yerləşir. == Tarixi == Katanya şəhərini uzun və çox hadisələrə dolu bir tarixi vardır.
Fotiniya
Fotiniya (lat. Photinia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Antoniya
Antoniya — ad. Antoniya Moraiti — Yunanıstanı təmsil edən su poloçusu. Antoniya Brentano Antoniya Misura Antoniya Tomas — Böyük Britaniya aktrisası. Antoniya Misura — Xorvatiyanın peşəkar basketbolçusu.
Attinya
Attinya (fr. Attignat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Monrevel-an-Bres kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01024. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 2936 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 1875 əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1495 nəfər iqtisadi cəhətdən fəal, 380 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.7%, 1999-cu ildə 73.2%). Aktiv 1495 sakindən 1391 nəfəri (718 kişi və 673 qadın), 104 nəfəri işsizdir (43 kişi və 61 qadın). 380 hərəkətsiz 154 nəfər arasında şagird və ya tələbə, 154 nəfər - təqaüdçü, 72 nəfər digər səbəblərə görə hərəkətsiz idi.
Alpiniya qalanqa
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Antoniya Brentano
Antoniya (Toni) Brentano (alm. Antonie Brentano‎, uşaqlıq adı: İohanna Antoniya Yozef fon Birkenştok), (alm. Johanna Antonie Josefa von Birkenstock‎; 1780—1869) — avstriya incəsənət kolleksiyaçısı, mesenat və Lüdviq van Bethovenin yaxın dostu. == Bioqrafiyası == 28 May 1780-ci ildə Vyanada anadan olmuşdur. Atası avstriya diplomatı və sənət kolleksiyaçısı Johann Melchior von Birkenstock, anası isə Carolina Josefa von Hay (1755-1788) idi. Antoniya ilə yanaşı ailədə daha üç qardaş vardı: Hugo Conrad Gottfried (1778-1825), Konstantin Viktor (1782-ci ildə anadan olub və öldü) və Johann Eduard Valentine (1784-cü ildə anadan olub vəfat etdib). Atası Entoni üçün layiqli ər axtarırdı və tacir Frans Brentano buna namizəd idi - Clemens Brentano və Bettina von Arniminin qardaşı. 1796-cı ilin sonlarında və ya 1797-ci ilin əvvəllərindəonlar görüşdülər. Uzun danışıqlardan sonra gənclər 23 iyul 1798-ci ildə Vyanadakı Müqəddəs Stefan kilsəsində evləndilər. Bir həftə sonra onlar Frankfurt şəhərinə yola düşdülər.
Antoniya Misura
Antoniya Misura (xorv. Antonija Mišura; 19 may 1988-ci il təvəllüdlü) — Xorvatiyanın peşəkar basketbolçusu. O, Xorvatiya qadınlar basketbol liqasında ŽKK Jolly JBS üçün və Xorvatiya qadınlar milli basketbol komandası üçün oynayır.
Antoniya Moraiti
Antoniya Moraiti (d. 2 may 1977) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Antoniya Moraiti, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu.
Kataniya FK
Kataniya (it. Catania Società Sportiva Dilettantistica)- İtaliya futbol klubu. 1953-1954-cü illərdə klub 1960-1961, 1963-1964, 1964-1965 və 2012-2013-cü illərdə ən yaxşı yer kimi səkkizinci yeri tutaraq, 17 çempionat oynadığı kateqoriyada ilk dəfə İtaliya A Seriyasına yüksəldi. O, Birinci Divizion çempionluğu, İtaliya B Seriyası çempionluğu və altı İtaliya C Seriyası çempionluğu qazanıb.
Poliqam aktinidiya
Poliqam aktinidiya (lat. Actinidia polygama) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. Saxalində, Koreyada, Şimal-Şərqi Çində təbii halda bitir. Kol lianasıdır. Cavan zoğların qabığı boz-qonur, yaşlılarda qırmızımtıl-qonurdur. Yarpaqları vegetasiya dövründə rəngini dəyişir. İyunun əvvəlindən avqustun ortalarınadək təxminən 30 gün ağ, ətirli çiçəklərlə çiçəkləyir. Bitki birevlidir. Hündürlüyü 5–8 m-ə qədər, gövdəsinin qalınlığı 2–3 sm olan, orta boylu lianadır. Xarici görünüşünə görə kolomikta aktinidiyasına bənzəyir, ancaq ondan kiçikdir, az budaqlanır.
Purpur alpiniya
Purpur alpiniya (lat. Alpinia purpurata) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Sivriyarpaq aktinidiya
Sivriyarpaq aktinidiya (lat. Actinidia arguta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. Saxalində, Kuril adalarında, Koreya və Yaponiyanın iynəyarpaqlı meşələrində bitir. Uzaq Şərq meşələrinin ən iri, oduncaqlı lianasıdır. 25 m hündürlüyə çatan bitkidir. Gövdəsi möhkəm oduncaqlaşmış, diametri 10–15 sm-ə çatır. Kürəvi, yumurtavari yarpaqları üstdən dərivari, tünd-yaşıl,15 sm uzunluğunda, 10 sm enində olur. Çiçəkləri ikievlidir. Zoğları hamar, açıq-bozdur. İyun-iyul aylarında çiçəkləyir.
Xortumlu aktinidiya
Poliqam aktinidiya (lat. Actinidia polygama) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. Saxalində, Koreyada, Şimal-Şərqi Çində təbii halda bitir. Kol lianasıdır. Cavan zoğların qabığı boz-qonur, yaşlılarda qırmızımtıl-qonurdur. Yarpaqları vegetasiya dövründə rəngini dəyişir. İyunun əvvəlindən avqustun ortalarınadək təxminən 30 gün ağ, ətirli çiçəklərlə çiçəkləyir. Bitki birevlidir. Hündürlüyü 5–8 m-ə qədər, gövdəsinin qalınlığı 2–3 sm olan, orta boylu lianadır. Xarici görünüşünə görə kolomikta aktinidiyasına bənzəyir, ancaq ondan kiçikdir, az budaqlanır.
Şişuc aktinidiya
Sivriyarpaq aktinidiya (lat. Actinidia arguta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. Saxalində, Kuril adalarında, Koreya və Yaponiyanın iynəyarpaqlı meşələrində bitir. Uzaq Şərq meşələrinin ən iri, oduncaqlı lianasıdır. 25 m hündürlüyə çatan bitkidir. Gövdəsi möhkəm oduncaqlaşmış, diametri 10–15 sm-ə çatır. Kürəvi, yumurtavari yarpaqları üstdən dərivari, tünd-yaşıl,15 sm uzunluğunda, 10 sm enində olur. Çiçəkləri ikievlidir. Zoğları hamar, açıq-bozdur. İyun-iyul aylarında çiçəkləyir.
Antoniya Tomas
Antoniya Lora Tomas (ing. Antonia Laura Thomas; 3 noyabr 1986) — Böyük Britaniya aktrisası. "Misfits" serialında Alişia Beyli roluna görə tanınır. == Karyerası == Antonia Tomas London şəhərində anadan olub və böyüyüb. Uşaqlıqda Antonia Çelsi İncəsənət Kollecinə daxil olur. Lakin daha sonradan teatr dərnəklərinə yazılır və 2001-ci ildə Gənc Tamaşaçılar Teatrına daxil olur və qastrollarda iştirak edir. 2006-2009-cu illərdə Bristol şəhərində yaşayır və Old Vik teatr məktəbində təhsil alır. 2009-cu ildə televiziyada ilk rolunu Misfits teleserialında alır. Bu serialda Antonia Alişia Beyli rolunu ifa edir. Qısa zamanda serial böyük populyarlıq qazanır və 2010-cu ildə BAFTA (British Academy of Film and Television Arts) mükafatına layiq görülür.
Passiflora actinia
Passiflora actinia (lat. Passiflora actinia) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Avstriyalı Mariya Antoniya
Avstriyalı Mariya Antonia (alm. Maria Antonia von Österreich‎) (18 yanvar 1669, Vyana – 24 dekabr 1692, Vyana) — Bavariya kürfürstü. Müqəddəs Roma imperatoru I Leopold və ilk xanımı Marqarita Terezanın yeganə qızıdır. 1685-ci ildə Bavariya kürfürstü olan II Maksimilyanla evləndirildi. == Mənbə == Ceballos, F C; Álvarez, G (August 2013). "Royal dynasties as human inbreeding laboratories: the Habsburgs". Heredity.
Antoniya Malatesta (Milan hersoqinası)
Antoniya Malatesta (it. Antonia Malatesta di Cesena; XIV əsr, Rimini – XV əsr, Çezena, Forli-Çezena əyaləti[d]) — Milan hersoqu Jan Mariya Vizkontinin xanımı, Milan hersoqinası. == Mənbə == Bueno de Mesquita, D. M. (Daniel Meredith) (2011) [1941]. Giangaleazzo Visconti, Duke of Milan (1351-1402): A Study in the Political Career of an Italian Despot (reprint ed.). Cambridge, UK: Cambridge University Press. ISBN 9780521234559 Tuchman, Barbara Wertheim (1978). A distant mirror : the calamitous 14th century. New York: Knopf. p. 240.