Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalaqapı
Qalaqapı və ya kişmiş oyunu — Azərbaycanda tarixən oynanılan stolüstü oyun. Qo ilə oxşardır. Qalaqapı oyunu ağ və qara rənglərdə kişmiş ilə oynanılır. Oyun qara daşlar ilə oynayan oyunçunun addımı ilə başlayır. Nəticədə oyun lövhəsindəki qara daşlar qəlbə yaxınlıq və səmimiyyət simvolu olaraq oyunçunun ürəyinə doğru yerləşdirilir. Ağ daşlar ilə oynayan oyunçuya əvvəlcədən bir neçə qara daşın verilməsi oyunçuları tarazlaşdırır.Qalaqapı oyununda güclü tərəf zəif tərəfə "dədəboyu" (hərf. şans) verir. "Dədəboyu" kəsişmələrində 9-a qədər qara daş düzülə bilər. Hərəkətlər "dov" (hərf. qazanmaq) adlanır, yəni oyunçular növbə ilə bir-birinə hücum edir və güclərini artırırlar. Oyunçu qadağan olunmuş hərəkətlər edən zaman digər oyunçu "kov deyil" (hərf. hesab olunmur) deyir və daşı başqa kəsişməyə qoymağı təklif edir. Oyunda baş verən hər hansı bir vəziyyətin təkrarlanması da "kov deyil" qaydasına tabedir.
Alaqaya
Alaqaya (Təbriz) — Alaqaya (Kəlbəcər) — Kəlbəcər rayonunun inzibati ərazi vahidində yerləşən kənd. Alaqaya (dağ) — Kəlbəcər və Xocalı rayonları sərhədində yerləşən dağ.
Alaçatı
Alaçatıtürk. Alaçatı, yun. Αλάτσατα)—Türkiyənin İzmir şəhəri yaxınlığında Çeşmə yarımadasında kənd. == Ümumi məlumat == == Tarix == == Coğrafya == Alaçatı Egey dənizi sahilindədir. == Kültür == == Əhali == 2000-ci il sayımına görə əhalisi 8.401 nəfərdir.
Alaqaya (Həştrud)
Alaqaya (fars. الاقيه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 508 nəfər yaşayır (116 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 28 km cənub-qərbdədir.
Alaqaya (Kəlbəcər)
Alaqaya - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcər rayonunun ərazisinə daxildir. Bu ərazidə kənddən 2–3 km. məsafədə ala rəngli böyük bir qaya var. Həmin qayanın adı ilə kənd belə adlanır. == Etimologiyası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər. == Yaylaqlar == Sarıbaba yurdu, Turşluqaya yurdu, Xırmanlar yurdu, Yal yurdu, Vəlilər yalının yurdu, Çubuqlu yurd, Keçidüz dağının yurdu, Atağlu yurdu, Nazirli yurdu, Məşədi İslamın yurdu, Xırmandaş yurdu, Mərdandüşən yurd.
Alaqaya (dağ)
Alaqaya — Qarabağ dağ silsiləsinin şimalında, Kəlbəcər və Xocalı rayonları sərhədində dağ adı. Alaqaya dağının hündürlüyü 2583 m. == Toponimikası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər. Kəlbəcər rayonu ərazisində Alaqaya adlı kənd var. Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcərə baxan tərəfində yerləşir, ərazidə kənddən 2–3 km məsafədə Alaqaya dağı qərar tutur. Kənd öz adını həmin dağın adından götürülmüşdür.
Alaqaya (dəqiqləşdirmə)
Alaqaya (Təbriz) — Alaqaya (Kəlbəcər) — Kəlbəcər rayonunun inzibati ərazi vahidində yerləşən kənd. Alaqaya (dağ) — Kəlbəcər və Xocalı rayonları sərhədində yerləşən dağ.
Tamara alacası
Tamara alacası (lat. Zygaena tamara) — Pulcuqluqanadlılar dəstəsinə, Alacalar fəsiləsinə aid növ. Cənubi Qafqaz endemidir. Nəsli kəsilməkdə olan növdür. == Təsviri == Qanadları açılmış halda 25-30 mm-dir. Ön qanadlar üzərində 3 ədəd iri ləkələr pupdan yenicə uçmuş kəpənəklərdə qırmızı olur, zaman keçdikcə isə onlar saralır, qanadların kənarı qara haşiyelidir. Dişilərdə arxa qanadlar qırmızı, erkəklərdə isə sarıdır. Qarıncığın sonuncu buğumları qırmızı, ucu isə qaradır. == Yayılması == Zəngəzur və Dərələyəz sıra dağlarının cənub yamacları. == Həyat tərzi == Kserofil bitkilər ilə örtülü (traqakant gəvənlər (Astragalus sp.), tikanlı xaşa (Onobrychis sp.), çatır, zımbırtikan (Eryngium sp.), sığırquyruğu (Verbascum sp.), ceyranotu (Petrosimonia brachiata) və s.) açıq dağətəyi və dağ yamacları.
Alqazı (Baymak)
Alqazı (başq. Алғазы, rus. Алгазино) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Əbdülkərim kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 50 km, kənd sovetliyindən (Əbdülkərim): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 91 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.
Malaqasi ariarisi
Ariari - Madaqaskarın pul vahidi.
Malaqasi dili
Malaqasi dili — Madaqaskarın milli dili və Avstroneziya dillərinin Malay-Polineziya dilləri qrupunun bir üzvüdür. Madaqaskarın əhalisinin əksəriyyəti,Malaqasiycanı ilk dil kimi danışırlar.
Pirikitel Alazani
Pirikitel Alazani çayı (Pirikiti Alazanigürc. პირიქითი ალაზანი, Pirikita Alazani, Pirikitel Alazani, gürc. ქვახიდისწყალი) — Gürcüstanın şimal-şərqində Tuşetiya tarixi-coğrafi bölgəsində dağ çayı. Tuşeti Milli Parkının şimal hissəsindəki Kaxeti Axmeta bələdiyyəsinin ərazisindən axır. Andi Göysu çayının sol qoludur. == Toponimiyası == Yuxarı axarda çayın adı - Xvaxidisçkali (gürc. ქვახიდისწყალი) adlanır. Gürcü dilindən tərcümə edildikdə çayın adı üç hissəyə ayrılır. Sözün hərfi mənasında gürcü dilində: ქვა (kva) - daş, yük; gürcü dilində ხიდის (hidis) - körpü və yük; gürcü dilində: წყალი (tskali) - su, çay deməkdir. == Coğrafiyası == Çayın ümumi uzunluğu 46 (49) km-dir.
Qalaqazi (Bostanabad)
Qalaqazi (fars. قلعه قاضي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 474 nəfər yaşayır (93 ailə).
Afrika kəkilli çalağanı
Afrika kəkilli çalağanı (lat. Aviceda cuculoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Jerdon kəkilli çalağanı
Jerdon kəkilli çalağanı (lat. Aviceda jerdoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Madaqaskar kəkilli çalağanı
Madaqaskar kəkilli çalağanı (lat. Aviceda madagascariensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Malaqasi Nil timsahı
Malaqasi Nil timsahı (lat. Crocodylus niloticus madagascariensis) — əsl timsahlar sinfinin ən böyük nümayəndələrindən biri sayılan Nil timsahının bir yarımnövü. Yalnız Madaqaskar adasında yayılmışdır. Malaqasilər buna "voay" və ya "mamba" deyirlər. Hal-hazırda yarımnöv insanlar tərəfindən demək olar ki, məhv edilir. Son Malaqasi Nil timsahlarına əlçatmaq çətinkeşilən yerlərdə rast gəlinir. Məsələn: Ankarana massivinin yeraltı çaylarında (Ankarana Milli Parkı). "Müqəddəs göllərdə" yaşayan və dini qadağa ilə qorunan populyasiyalar da var. Belə bir göl Ambilube və Antsiranana şəhərləri arasında yerləşən Anivuranudur. == Ədəbiyyat == Мадагаскар / Сакалоў В. Е. — М.: Прагрэс, 1990.
Alqami kanalı döyüşü
Alqami kanalı döyüşü — Qara Yusifin başçılıq etdiyi Qaraqoyunlularla Əmir Teymurun nəvəsi Əbubəkr ibn Miranşahın başçılıq etdiyi Teymuri qoşunu arasında 1402-ci ilin sonlarında Bağdadı və İraqı ələ keçirmək uğrunda baş vermiş döyüş. == Arxa plan == Elxanilərin rəqib monqol tayfaları olan Çobanilər, Cəlairilər, Müzəffərilər və İncuidlərə parçalanmasından sonra baş vermiş daxili mübarizə və xarici müdaxilələr onları Əmir Teymurun işğalları üçün ideal hədəfə çevirmişdir. 1393-cü ildə yürüşə çıxan Teymur İran, İraq, Azərbaycan, Ermənistan, Gürcüstanı işğal edib yağmaladıqdan sonra 1396-cı ildə Səmərqəndə geri döndü. O, İran Müzəffərilərini bu yürüş zamanı süquta uğratdı. Lakin o, Sultan Əhməd Cəlair komandanlığındakı Cəlairiləri və ona tabe olan türkmən konfederasiyasının başçısı Qaraqoyunlu Qara Məhəmməd Türemişi, onun oğlu Qara Yusifi ortadan qaldıra bilmədi.Nəhayət, o bu ikiliyə qarşı yürüşə başladı. Lakin Osmanlı dövləti onları qaçqın kimi qəbul etdi. Bu əsnada Misirin Məmlük sultanı Nəsrəddin Fərəc Teymurun elçisini qeyri-qanuni formada həbs etdirdi. Lakin o, bu iki düşməni aradan götürməmiş Sultan Əhməd və Qara Yusifə tərəf yönəlmədi. Suriyaya hücum edən Teymur oranı Məmlüklərdən işğal etdi və İraqa geri döndü. Bağdadı 1401-ci ilin 20 iyununda mühasirəyə alıb yandırdıqdan sonra Gürcüstana yönəldi və 20 iyul 1402-ci ildə Ankarada Sultan I Bəyazidi məğlub etdi.
Sakit okean kəkilli çalağanı
Sakit okean kəkilli çalağanı (lat. Aviceda subcristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.