Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksiya
Disleksiya — beyin qabığının zədələnməsi nəticəsində oxumaq (qiraət) qabiliyyətinin itməsidir. Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır. Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və yanlış dərman istifadəsi səbəb ola bilər. Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir. İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər..
Adveksiya
Adveksiya (lat. advectio – gətirmə ) – meteorologiyada – havanin üfüqi istiqamətdə hərəkət edərək istini, soyuğu və rütubəti bir yerdən başqa yerə aparması.
Alergiya
Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası aiddir. Allergenlərin orqanizmə daxil olma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər. Allergiyanın Arxivləşdirilib 2021-07-09 at the Wayback Machine fizioloji mexanizmi, orqanizmdə antitelin əmələ gəlməsinə əsaslanır. Bu da həssaslığın artmasına və ya azalmasına gətirib çıxarır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü büruzə verir. Bronxial astma kimi ağır xəstəliyin əsasında allergiya dayanır.
Anneksiya
Anneksiya (lat. anneks-birləşdirmə)— Bir dövlətə məxsus məskunlaşmamış ərazinin digər dövlətə qeyri-qanuni yolla (zorla, qəsb etməklə) birləşdirməsidir. Anneksiya beynəlxalq hüquqda kobud qanun pozuntusudur. Anneksiya nəticəsində ərazilərin zəbt olunmasının qeyri-qanuniliyi Nürnberq hərbi tribunalının hökmündə, həmçinin beynəlxaq müqavilə və aktlarda, o, cümlədən dövlətin daxili işinə qarışmaq, onun suverenliyinə və müstəqilliyinə sədd cəkməyin yol verilməzliyi haqqında BMT-nin 1965-ci il bəyanaməsində, ATƏT-in yekun aktında öz əksini tapmışdır.
Ataksiya
Ataksiya — parez, əzələ tonusunun pozulması və ya istəmsiz hərəkət olmadan hərəkətlərin dayanıqlı və məqsədinə uyğun şəkildə icrasında pozulmanın olması zamanı istifadə olunur. Ümumi olaraq bədən və ətraflarda olmaqla iki qrupa bölünür. Beyincik xəstəliklərinə bağlı yarana bildiyi kimi, vestibulyar nüvələr, vestibulyar sinir və ya arxa ciyə xəstəliklərində də ataksiya rast gəlinir. Qeyd olunan hissələrin funksiyasının pozulmasına irsi, iltihabi, degenerativ, damar, infeksiyon, metabolik, endokrin və ya neoplastik kibi geniş xəstəliklər qrupu səbəb ola bilər.
Ereksiya
Ereksiya və ya sərtləşmə — penisin böyüdüyü və daha da sıxlaşdığı fizioloji bir anlayış. Ereksiya, adətən cinsi ehtiras və ya cinsi cazibə nəticəsində yaranır; Psixoloji, sinir, damar və endokrin amillərin mürəkkəb qarşılıqlı təsirinin nəticəsidir. Qadınlardakı oxşar xəbərdarlıq klitoral ereksiyadır. == Fiziologiyası == Erektil disfunksiya (Ereksiya yəni) parasimpatik sinir sisteminin stimullaşdırılması nəticəsində baş verən penisin corpus cavernosum və Corpus spongiosum hissələrinə qan dolması ilə əlaqədar baş verən fizioloji hadisə kimi də təyin edilə bilər. Fizioloji olaraq, oyanma zamanı arterial damarlar vasitəsilə qan sürətlə penisə vurulur, cinsiyyət orqanının kavernoz kameralarının divarları getdikcə böyüyür və genişlənir və daha çox qan qəbul edərək şişir və həcmini artırır. Beləliklə, penis qanla dolaraq böyüyür və sərtləşir. Ən xaricdəki sərt qabıqlar və pərdələr gərilir, vena damarları bağlanır və cinsiyyət orqanının öz sərtliyini uzun müddət saxlaması təmin edilir. Yəni cinsiyyət orqanını dolduran qan yenidən dövr etmir, bir müddət orada qalır. Penis sərtliyini itirdikcə bu damarlar açılır, qan penisi tərk edir, kavernoz sistemlərinin divarları büzülür və balacalaşır. Penis əvvəlki vəziyyətinə qayıdır.
Seleksiya
Seleksiya sözü latınca Selectio – seçmə deməkdir. Seleksiya seçmҽdҽn bəhs edən bir elmdir. İnsanlar yabanı bitkiləri becərməyə və vəhşi heyvanları əhliləşdirməyə başladığı çox qədim vaxtlardan seleksiyanın bünövrəsi qoyulmağa başlamışdır. Seleksiya dedikdə praktiki olaraq mövcud olan ev heyvan cinsləri və mədəni bitki sortlarının yaxşılaşdırılması, həmçinin, yenilərinin yaradılması haqqında elm başa düşülür. Bunlarla birlikdə seleksiya adı altında insanlar tərəfindən öz tələbatları naminə heyvan, mədəni bitki və müxtəlif mikroorqanizmlərin dəyişdirilməsi prosesi başa düşülür. Beləliklə, seleksiya insanların təcrübi fəaliyyətinin bir üsuludur. == Ədəbiyyat == Регель Р. Э. Научные основы селекции в связи с предусматриванием константности форм по морфологическим признакам // Тр. 1-го съезда деятелей по селекции сельскохозяйственных растений. Харьков, 1911. Вып.
Valensiya
Valensiya və ya tarixi adı ilə Bələnsiyə — İspaniyada şəhər. == Ümumi məlumat == İspaniyada əhalisinin sayına görə Madrid və Barselonadan sonra 3-cü şəhər olan Valensiya, eyni zamanda Valensiya Muxtariyyətinin də paytaxtıdır. Tarixən bu şəhər ticarət və toxuculuq sənayesi mərkəzi olmuşdur. Günümüzdə sənaye ilə yanaşı, tarixi-turistik əhəmiyyətini qorumaqdadır. Hal-hazırda şəhər ətrafında çox sayda müəssisələr yerləşir. Bunların sırasında məşhur avtomobil istehsalçısı "Ford" zavodu vardır. == Mədəniyyət == Valensiyaya məxsus Fayyas Bayramı hər il martın ayının 2-ci və 3-cü həftələrində, 15-19 mart tarixləri arasında qeyd edilir.
Aleksey
Aleksey — Dünyada daha çox işlədilən rus kişi adı. Bu adı olan tanınmış insanlar Aleksey Favorski — rus, sovet üzvi-kimyaçısı, birinci dərəcəli Stalin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı (1945), SSRİ EA-nın (1929) akademiki. Aleksey Smertin — Rusiya futbolçusu Aleksey Çirikov — Rus səyyahı. Aleksey Kosov — Rusiyalı ağır atlet.
Aleksin
Aleksin — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Aleriya
Aleriya (fr. Aléria, kors. Aleria) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qizonaçça kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B009.
Aleziya
Aleziya (lat. Alesia) — Fransada qədim şəhər-qala. E.ə. 52-ci ildə Yuli Sezar Aleziyada qalların üsyanını yatırmaqla Qalliyanın işğalını başa çatdırmışdır. 1860-cı ildən aparılan arxeoloji qazıntılar zamanı Sezarın tikdirdiyi bəndlər, qazdırdığı xəndəklər, Roma və qall silahları, müxtəlif sikkə, məbəd xarabalıqları və s. aşkar olunmuşdur. Orta əsrlərdə tənəzzul etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Jean-Louis Voisin. Alésia: Un village, une bataille, un site. Librairie Académique Perrin.
Leksika
Leksika (q.yun. τὸ λεξικός) – Sözün Lüğət Tərkibini öyrənir. Leksikologiya dilin lüğət tərkibindən bəhs edir. Dilin əsas vahidlərindən biri sözdür. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını, yəni lüğət tərkibini təşkil edir. Leksika yunan sözüdür: lexikos – lüğət, loqos – təlim deməkdir. Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.
Aksiya
Aksiya (alm. Aktion; Handlung‎; fr. Action; ing. Action; activity; ərəb. فؼم‎) – hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki, insanın hər hansı bir xarici səbəblə deyil, birbaşa istəkdən qaynaqlanır. Aksiyaların arxasında müstəqil iradə dayanır. Aksiya kəlməsi müasir sosioloji anlam kimi daha geniş mənalarda işlənməkdədir. İnsanların toplaşaraq hər hansı bir məkanda planlayaraq keçirdikləri kütləvi etiraz nümayişləri ilə eyni mənada da işlədilir.
Azərbaycanda seleksiya
Azərbaycanda təbii seçmənin kənd təsərrüfatına tətbiq edilməsinin tarixi 19-cu əsrlərdən başlamış, Sovet İttifaqı dövründə intensivləşmişdir. == Tarixi == Azərbaycanda kənd təsərrüfatıbitkilərinin becərilməsi hələ qədim zamanlardan başlamışdır. Qədim Yunanıstanın görkəmli alimlərinin əsərlərində Azərbaycan torpağının məhsuldarlığı qeyd olunur. Məsələn, Herodot, Strabon və s. özlərinin arxeoloji və paleontoloji qazıntılarının əsasında müəyyən etmişlər ki, Azərbaycanda dənli bitkilər hələ 4-5 min il bundan əvvəl becərilirdi. Tarixi mənbələrdən məlum olur ki, orta əsirlərdə Azərbaycanda dənli bitkilər, pambıq, meyvə və subtropik bitkilər geniş yayılmışdır. Azərbaycanda kənd təsərrüfatının çoxəsrli fəaliyyəti nəticəsində və xalq tərəfindən aparılan kortəbii seçmə çoxlu dənli bitkilərin, meyvə və tərəvəz bitkilərinin sortları yaradılmışdır. Bir çox sortlar, hətta bu günə qədər kənd təsərrüfatında öz əhəmiyyətini itirməyib, tarlalarında müvəffəqiyyətlə becərilməkdədir. İnqilabdan qabaq Azərbaycan ərazisində kənd təsərrüfatı bitkiləri üzrə tədqiqat işlərinin inkişafının tarixinə dair cüzi məlumatlar var. Kənd təsərrüfatı bitkilərinin öyrənilməsində ilkin işlərdən aşağıdakıları qeyd etmək olar: Lənkəran qəzasında 19-cu əsrin 40-cı illərdə A.A.Dudinski tərəfindən aparılan işlərin, o cümlədən bəzi meyvə və zeytun ağaclarının öyrənilməsi, həmçinin həmin əsrin 70-ci illərində Kaziskiy tərəfindən bir çox sitrus bitkilərin iqlimə alışma məsələlərinin öyrənilməsini qeyd etmək olar.
Ereksiya halqası
Ereksiya halqası (ing. - cock ring) - ereksiyanı daha güclü hala gətirmək və ya müddətini uzatmaq üçün nəzərdə tutulmuş penisin ətrafına taxılan halqa. Ereksiya halqası orqazmın intensivliyini də əhəmiyyətli dərəcədə artıra bilər. Seks oyuncaqlarından biri hesab olunun ereksiya halqaları dəri, metal, plastik, kauçuk, silikon kimi müxtəlif materiallardan hazırlana bilər. == Risklər == Ereksiya halqası satıcıları və tibbi mənbələr ereksiya halqasının 30 dəqiqədən çox taxılmamalı olduğunu vurğulayırlar. Bu müddətdə yuxuya getmək və ya narkotik istifadə etmək təhlükəlidir. Penisin keyiməsi, soyuması və ya ağrıması problemlərin başlamasına işarədir. Belə hislər yarandıqda ereksiya halqası mütləq çıxarılmalıdır.
Klitoral ereksiya
Klitoral ereksiya — klitorun böyüdüyü və gücləndiyi fizioloji bir hadisə. Klitoral ereksiya psixoloji, sinir, damar və endokrin amillərin kompleks qarşılıqlı təsirinin nəticəsidir və ümumiyyətlə, məxsusi olaraq olmasa da, cinsi oyanma ilə əlaqələndirilir. == Fiziologiyası == Klitor qadınlardakı penisin homoloqudur. Çöldə görünən hissə bir neçə millimetrdən bir santimetrə qədər dəyişir və xarici dodaqların içərisində gizlənir.
Valensiya (İspaniya)
Valensiya və ya tarixi adı ilə Bələnsiyə — İspaniyada şəhər. == Ümumi məlumat == İspaniyada əhalisinin sayına görə Madrid və Barselonadan sonra 3-cü şəhər olan Valensiya, eyni zamanda Valensiya Muxtariyyətinin də paytaxtıdır. Tarixən bu şəhər ticarət və toxuculuq sənayesi mərkəzi olmuşdur. Günümüzdə sənaye ilə yanaşı, tarixi-turistik əhəmiyyətini qorumaqdadır. Hal-hazırda şəhər ətrafında çox sayda müəssisələr yerləşir. Bunların sırasında məşhur avtomobil istehsalçısı "Ford" zavodu vardır. == Mədəniyyət == Valensiyaya məxsus Fayyas Bayramı hər il martın ayının 2-ci və 3-cü həftələrində, 15-19 mart tarixləri arasında qeyd edilir.
Valensiya FK
Valensiya Futbol Klubu (İspanca València Club de Futbol, Valensiya, Yarasalar kimi də tanınır) — İspaniyanın eyniadlı şəhərini təmsil edir. İspaniya futbol tarixi və Avropanın ən məşhur komandalarından biridir. Valensiya 6 dəfə İspaniya Primerası (la liqa) 8 dəfə Kral Kuboku, 3 dəfə UEFA Kuboku, 1 dəfə Kuboklar Kuboku və 1 dəfə Avropa Super Kubokunun qalibi olmuşdur. İki dəfə UEFA Çempionlar Liqasının finalına qədər yüksəlmiş Real Madrid və Bavariyaya məğlub olmuşdur, müvafiq olaraq 2000 və 2001-ci illərdə. Ümumilikdə götürdükdə Valensiya 7 dəfə Avrokubokların finalına çıxmış 4-ünü qalib kimi başa vurmuşdur. Bütün illər üzrə la liqanın turnir cədvəlində Valensiya 3-cü yerdə qərarlaşır, Real Madrid və Barselonadan sonra. Qitə yarışlarındakı nailiyyətlərinə görə də həmin klublardan sonar ölkənin 3-cü ən güclü klubudur. Klubun əsası 1919-cu ildə qoyulmuşdur və 1923-cü ildən etibarən ev oyunlarını 55,000 nəfərlik Mestalla stadionunda (əsl adı Estadio Mestalla) keçirir. Klub hazırda 75,000 nəfərlik yeni arenaya – Nou Mestalla stadionuna keçməyi planlaşdırır. Valensiya eyni adlı şəhərin digər təmsilçisi Levante ilə əzəli rəqibdir.
Enner Valensiya
Enner Valensiya (4 noyabr 1989[…], San-Lorenso[d]) — Türkiyə Super Liqasında çıxış edən Fənərbaxçanın futbolçusu.
Valensiya krallığı
Valensiya krallığı (kat. Regne de València, isp. Reino de Valencia, lat. Regnum Valentiae) — Araqon tact-tacının və XV əsrin sonlarında Araqon-Kastiliya birliyindən sonra – İspaniya monarxiyasının tərkib hissələrindən biri. Mərkəzi Valensiya şəhəridir. Valensiya krallığı keçmiş Valensiya tayfası ərazisində 9 oktyabr 1238-ci ildə Rekonkista zamanı Valensiya şəhərini ərəblərdən fəth edən Araqon kralı I Xayme tərəfindən yaradılmışdır. Araqon fəthləri və Kastiliya ilə demarkasiya müqavilələri böyüdükcə XIII əsr boyu krallığın ərazisi genişlənmişdir. == Ədəbiyyat == Robert Ignatius Burns. The Crusader Kingdom of Valencia: Reconstruction on a Thirteenth-Century Frontier. Harvard University Press, 1967.
I Aleksios
Aleksios Komnenos (ya da Aleksi Komnin; yun. Ἀλέξιος Κομνηνός; 1048[…], Konstantinopol – 15 avqust 1118, Konstantinopol) — 1081–1118-ci illərdə Bizans imperatoru. Komnenos sülaləsinin qurucusu I İsaakiosun qardaşı oğludur.
Stalin Valensiya
Stalin Evander Valensiya Kortes (isp. Stalin Evander Valencia Cortéz; 10 oktyabr 2003) — Ekvador futbolçusu, "Onse Kaldas" FK-nin müdafiəçisi.
Aleksey Abrikosov
Aleksey Abrikosov (rus. Алексей Алексеевич Абрикосов; 25 iyun 1928[…], Moskva – 29 mart 2017[…], Palo-Alto[d], Kaliforniya)- 25 İyun 1928-ci ildə Moskvada anadan olan rus nəzəri fizikdir. 2003-cü ildə Fizika üzrə Nobel mükafatını qazanmışdır. == Bioqrafiyası == 1928-ci ildə Moskvada fizik ana-ata Aleksey İvanoviç Abrikosov və Fanny Davidovna Vulf oğulları olaraq dünyaya gəlmişdir. 1977-ci ildə Svetlana Yuriyevna Bunkova ilə evlənən Abrikosovun iki oğlu, bir də qızı var. == Təhsili == 1943-cü ildə məzun olan Abrikosov Enerji Mühəndisliyi İnstitutunda bakalavr təhsilinə başlayır. 1945-ci ildə daxil olduğu Moskva Dövlət Universitetinin Fizika bölməsindən 1948-ci ildə məzun olur. Kapitza İnstitutu-Fizika Problemləri bölməsində həkim şagirdi olaraq qəbul edilir. Lev Landau həkim müəllimi olmuşdur. 1951-ci ildə verdiyi' istilik diffuziyası tamamilə və tam ionlaşmış plazmalar 'tezisiylə professor ünvanı alır.
Aleksey Anoxin
Aleksey Nikitiç Anoxin (7 avqust 1961) — avtomatik idarəetmə sistemləri, caz pianoçusu və ictimai xadim, Sovet və Rusiya alimi, Elmlər doktoru (2001), NNIU MEPhI Obninsk Nüvə Enerji İnstitutunun Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinin müdiri (2001), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik eksperti, Obninsk Caz Klubunun direktoru. == Təhsili == Bakıda orta məktəb (1978-ci ildə bitirmişdir) Moskva Mühəndis Fizika İnstitutunun Obninsk filialı, Avtomatik idarəetmə sistemləri (1984-cü ildə bitirmişdir) Texnika elmləri namizədi, ixtisas 05.13.01 — sistem təhlili, idarəetmə və informasiyanın işlənməsi (1990). Tezisin mövzusu: "Nüvə stansiyanın enerji blokunun operatoru üçün informasiya dəstəyi dizaynının formalaşdırılması metodlarının işlənməsi" Elmlər doktoru, ixtisas 05.13.01 — sistem təhlili, idarəetmə və informasiya işlənməsi (2001) Tezisin mövzusu: "Nüvə stansiyaların dizayn və istismarının erqonomik təminatının sistemli təhlili" == Bioqrafiya == O Bakıda böyümüş və orta məktəbi bitirmişdir. 1984-cü ildə MEPhinin Obninsk filialını bitirdikdən sonra, bir il Hydrometeorological Instrumentation Mərkəzi Dizayn Bürosunda (2006-cı ildən QHT-nin Typhoon hissəsi kimi) işləmişdir. 1986–1989-cu illərdə IAEA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində stajçı tədqiqatçı vəzifəsində çalışıb. Orada tam zamanlı aspiranturada təhsil almışdır. Məzuniyət sonrasında bölümdə qalıb. Asistent (1989), dosent (1991), bölüm müavini (1996), şöbə müdiri (2001). 1996-cı ildən etibarən Bauman Moskva Dövlət Texniki Universitetinin Politexnik Təhsil Universitetinin ali təhsil müəssisələrinin bir hissəsi, 220200 "İnformasiya və idarəetmə proseslərinin avtomatlaşdırılmış sistemləri" ixtisası üzrə təhsil və metodik komissiya sədrinin müavinidir. Onun vəzifələrinin bir hissəsi olaraq, bu ixtisas üzrə bir neçə Rusiya universitetinin daimi metodoloji dəstəyi təmin edir, təhsil proqramlarının lisenziyalaşdırılması və sertifikatlaşdırma imtahanlarını aparır və sənədləri saxlayır.