Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlisədr Mağarası
Əli Sədr ya Əlisəddi mağarası — İranın Həmədan əyalətində yerləşən böyük mağara. Əlisədr mağarası Kəbudər Ahəng şəhristanının (Kəbutərahəng adına farslaşmışdır) Gül Təpə bəxşinin Əlisədr kəndində yerləşir. Əlisədr mağarası dünyanın, içində su axan ən böyük mağarasıdır. Əlisədr kəndinin Sarı Qaya dağında yerləşən mağara gündəlik, 5000 min nəfər turisti özünə cəlb edir. Sarı Qaya dağında, 7 və 11 km-lik, Subaşı və Sarab adında, iki başqa böyük böyük mağara da vardır və Əlisədrin suyunun Subaşı mağarasından qaynaqlandığı deyilir. 2001-ci ildə Alman və İngilis araşdırma qruplarının tədqiqatına görə, Əlisədr mağarasının uzunluğu 11 km-dir və içindəki ən böyük dalan 100m x 50m genişliyində və 40 m hündürlüyündədir.
Üliger
Üliger (Monqol: Улгэр), monqol və buryat xalq mədəniyyətində nağıllara və mifoloji əhvalatlara verilən ümumi bir addır. Buryatlar və digər sibir qəbilələri arasında şifahi ənənələrinin əhəmiyyətli bir hissəsidir və digər funksiyaları arasında, Buddist əhvalatlarını şifahi olaraq çatdırmaq üçün də istifadə edilmişdir. Şifahi ənənə göz önünə alındığında, monqol ədəbiyyatında ağızdan ağıza köçürülən hekayələrin əhəmiyyətli bir qisimini meydana gətirərlər. Bu əhvalatlar, "Ülgerci" və ya "Üligerçin" (İngilis: ulgerchi və ya uligershin) deyilən kəslər tərəfindən xüsusilə yaylı alətlər yoldaşlığında oxunur. Üliger (Türkçe "Ülger") sözü şeir şəklindəki nağıl, fövqəladə öykü mənasını verər. Nəsilə nəsilə köçürülən əhvalatlardan ibarətdir. Monqolustanda 1960-ci ildə Üligerləri yığmaq üçün "Üliger Evi" (Monqol: Улгэрийн танхим, Rus: Палата Ульгэров) adı verilən xüsusi bir müəssisə yaradıldı. Burada hal-hazırda 250dən çox Üliger'in olduğu bilinməkdədir. Üligerler ümumiyyətlə tarixi və mifolojik qəhrəmanların əfsanələrini izah edərlər. Ümumiyyətlə qış aylarında tonqal ətrafında izah edilən bu əhvalatlarda ortaq bir motiv olaraq şəri ümumiləşdirən "Manqus" adlı bir əjdaha var.
Miconia aligera
Miconia aligera (lat. Miconia aligera) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Miracle Aligner
"Miracle Aligner" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu Everything You've Come to Expect-dən dördüncü sinql. 28 mart 2016-cı ildə Domino Records tərəfindən buraxılmışdır. Mahnı Aleks Törner, müğənni Aleksandra Savior və prodüser Ceyms Ford tərəfindən yazılıb. "Miracle Aligner" barokko-pop, soul-pop və sofisti-pop janrında olan mahnıdır. Savior mahnın kokain satıcısı haqqında olduğunu deyib. Musiqi videosu Londonda yerləşən Hotel Café Royal-da rejissor Saam Farahmand tərəfindən lentə alınıb. Video "İtalyan dastanı" üçləməsinin sonuncu hissəsidir, klipdə Keyn və Törnerin bəzəkli otaqda kamera qarşısında rəqs etdiyi göstərilir. Musiqi videosu 16 may 2016-cu ildə yayımlandı və qrupun ən populyar videosu oldu. The Last Shadow Puppets mahnını "Le Grand Journal" və "The Late Late Show with James Corden" televiziya verilişlərində canlı olaraq ifa edib. Mahnı ilk olaraq Törnerin ağlına gəlmişdi.
Alişer Usmanov
Alişer Burhanoviç Usmanov (özb. Alisher Burxonovich Usmonov; 9 sentyabr 1953, Çust[d], Nəməngan vilayəti[…]) — özbək əsilli Rusiya sahibkarı, milyarder, USM Holdingsin təsisçisi. 1994-1998-ci illərdə Usmanov İnterfin Banklararası İnvestisiya-Maliyyə Şirkətinin rəhbəri olarkən qaza görə borclar yığırdı. 1990-cı illərin sonunda Usmanov Rem Vyakhirevlə tanış oldu; “Qazprom” və “İnterfin” öz səylərini və maliyyə vəsaitlərini birləşdirərək Oskol Elektrometallurgiya Zavodunda (OEMK) və Lebedinski Mədən və Emalı Zavodunda nəzarət səhmlərini əldə edərək, onları Qazmetall-da birləşdirdilər. 2002-ci ildə Usmanovun “İnterfin” şirkəti “Qazprom”un bu şirkətdəki payını alıb və yeganə nəzarət paketi sahibi olub. 2005-ci ildə Usmanov Vasili Anisimov ilə birlikdə Mixaylovski GOK-u Boris İvanişvilidən aldı.