Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alliterasiya
Alliterasiya (lat. "ad"-yanına, "litera"-hərf) — şeirdə eyni samitin təkrarı yolu ilə bədii təsiri gücləndirən ifadə vasitəsidir. Təbiətdəki səslərin və ahəngin təqlidi alliterasiya yaradır. Eyni söz və ifadələrin təkrarı təsvir olunan lövhənin ahənginə xidmət edir.
Allitizasiya
Allitizasiya — dağ süxurlarının dərin aşınma prosesi (əsasların və silisium turşusunun aparılması ilə), bunun nəticəsində, demək olar ki, bütün ilkin minerallar (kvars və digər daha davamlı minerallar istisna olmaqla) parçalanır və adətən, ağır mexaniki tərkibli (alüminium oksidləri və kaolinit qrupu gilli minerallardan ibarət) aşınma qabığı formalaşır. Allitizasiya tropik qurşağın rütubətli rayonlarında üstünlük təşkil edir.
Alterasiya
Alterasiya (lat. alterare – dəyişmək, dəyişdirmək) — hər hansı bir səsin adını dəyişmədən yarımton yüksəlməsi və ya enməsi. == İşarələr == İşarələri bunlardır: Diyez Bemol Bekar Dubl – diyez Dubl – bemol İşarələrin qoyulması: Aid olduqları notdan əvvəl; bunlara təsadüfi işarələr deyilir, yalnız notun yazıldığı xanənin sonuna qədər, bir oktavada həqiqidir. Açardan sonra, not sətrinin əvvəlində; açar işarələri adlandırılır, pyesin sonuna qədər və ya işarələrin dəyişməsinə qədər bütün oktavalarda həqiqidir.