Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ampermetr
Ampermetr — dövrə hissəsində cərəyan şiddətini ölçən cihaz. İş prinsipi maqnit sahəsinin cərəyanlı çərçivəyə göstərdiyi yönəldici təsirə əsaslanır. Ampermetr dövrəyə ardıcıl birləşdirilir. == Tarixi == İlkin ampermetrlərin iş prinsipi Yerin maqnit sahəsindən asılı idi. == Növləri == === Maqnit-elektrik ampermetrlər === Maqnit-elektrik ölçmə mexanizmini ampermetr kimi birbaşa dövrəyə qoşduqda nisbətən kiçik cərəyanları ölçmək olur. Çərçivə dolağının nazik naqilini və spiral yayları 20-30 mA-dən artıq cərəyanla yükləmək olmaz ona görə də maqnit-elektrik ölçmə mexanizmindən mikro və milliampermetr kimi istifadə olunur. === Elektromaqnit ampermetrlər === Elektromaqnit ampermetrlərdə sarğacın sarğılar sayı cərəyanın nominal qiymətində hərəkət edən hissəsinin tam yerdəyişməsini təmin etmək üçün seçilir. Elektromaqnit ampermetrlər stasionar və qeyri-stasionar hazırlanır. Birincicilər müəyyən birhədli, ikincilər isə çoxhədli olub, ölçmə mexanizminin sarğacı bir neçə seksiyalı hazırlanır. Elektromaqnit ampermetrlərin ölçmə həddi cərəyan transformatorlarının köməyi ilə genişləndirilir.