Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amarant
Pəncər (lat. Amaranthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Yunan dilində tərcüməsi "solmayan gül" deməkdir. Dekorativ gülçülükdə 4 növündən istifadə olunur. Onlardan biri dekorativ yarpaqlı bitkilərə, qalanları isə dekorativ-gül bitkilərinə aiddir. Azərbaycanda 9 növü yayılmışdır ki, onlardan 2 növü (Amaranthus cruentus və Amaranthus hypochondriacus) gülçülükdə istifadə olunur. Pəncərin toxumları may ayında torpağa əkilir. Enli, şaxələnmiş bitki yetişdirmək üçün pəncərin köklərini torpaqda bıçaqla əyri kəsmək lazımdır. Pəncər kolunun gözəl olması üçün iyun ayında bitkinin təpə tumurcuğu qopardılır. Dərilmiş pəncər otaq şəraitində güldanda yaxşı görünür.
Mutant
Mutasiya (lat. mutatio — dəyişiklik) — dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm forması. Mutant təbii seçmədə ilk material sayılır. Məhsuldarlığın artırılmasında və süni mutagenezin nəzəri məsələlərinin həllində mutantlardan geniş istifadə edilir. Mutasiya orqanizmin istər somatik, istərsə də cinsiyyət hüceyrələrində əmələ gəlir. Mutasiya terminini ilk dəfə biologiyaya daxil edən Huqo-de Friz olmuşdursa, lakin bu haqqda olan anlayışa ondan da əvvəlki alimlərin əsərlərində rast gəlirik. Hələ Ç. Darvin öz əsərində bu cür gözlənilmədən, qəflətən baş verən irsi və xırda dəyişmələr haqqında yazırdı. Darvin bədəni uzun, ayaqları qısa “ankon” qoyunları, tükləri incə və uzun “moşan” qoyunları haqqında məlumat verir və bu cür dəyişilmələri “sport” və ya tək-tək baş verən dəyişkənlik adlandırırdı. Q.Friz 1880-cı ildən başlayaraq təcrübə apardığı Enotera Lamarkiana adlanan bitkilərin içərisində mutasiya baş vermiş formalar aşkar etdi. Bəzi bitkilər öz əlamətləri ilə enotera növündən elə kəskin fərqlənmişdir ki, hətta de Friz onları yeni növ adlandırmışdı.
Azərbaycan milli amputant futbol komandası
Azərbaycan milli amputant futbol komandası – Azərbaycanı beynəlxalq arenada təmsil edən amputant futbol komandası. == İdarəetmə və heyət == Milli komanda Rövşən Quliyevin prezidenti olduğu və Avropa Amputant Futbol Federasiyasının üzvü olan Azərbaycan Amputant Futbol Federasiyası tərəfindən idarə olunur. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Minatəmizləmə Agentliyi komandaya dəstək göstərirlər. Komandanın hazırkı heyəti əsasən Ermənistanın Azərbaycanda yerləşdirdiyi minaların partlaması nəticəsində xəsarət alan futbolçulardan ibarətdir. Komandaya "Qarabağ" amputant futbol klubunun kapitanı Elnur Sadiqov rəhbərlik edir. == Tarixi == Milli komanda ilk olaraq 2023-cü ildə Avropa Amputant Futbol Federasiyası tərəfindən Şotlandiyada keçirilən Millətlər Liqasında iştirak etmişdir. Turnirin D divizionunda Niderland, Şotlandiya, Albaniya və Kosovo milliləri ilə qarşılaşan komanda 2-ci yeri tutaraq gümüş medalları qazanmış və 2024-cü ildə Fransada keçirilmiş amputant futbol üzrə Avropa çempionatına vəsiqə əldə etmişdir. Milli komanda turnirin C qrupununda Türkiyə, İrlandiya və İsrail milliləri ilə mübarizə aparmışdır. Komanda ilk matçında İrlandiyaya (0-1), daha sonra isə Türkiyəyə (1-12) uduzmuş, sonuncu oyunda İsrail (1-1) ilə heç-heçə edərək mübarizəni dayandırmışdır.
Suhail Hamuşane