Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antimax (Frasianoranın oğlu)
Antimax (q.yun. Ἀντίμαχος) — yunan mifologiyasında personaj. O, Heraklın övladlarından, Frasianoranın oğlu olmuşdur. Antik müəllif Pavsani qeyd edir ki, Antimax Peloponnesi fəth edən dori liderlərindən biri olan Deifonun atası idi. Onun liderlik bacarığı sayəsində dorilər Arqosu fəth etmişdilər.
Andaman adaları
Andaman adaları (ing. Andaman Islands) — Hind okeanınında yerləşən və Hindistan ilə Myanma arasında yerləşən arxipeleaq. Hindistanın birləşmiş ərazisidir. Nikobar adaları ilə birlikdə 204 adadan ibarətdir. Adsların ümumi sahəsi 6408 km² təşkil edir. Adalarda hal-hazırda 343 125 (2011) nəfər insan yaşayır. Onlardan cəmi 500 nəfəri yerli əhalidir. Cənubdan Nikobar adalarından Onuncu Dərəcə boğazı ilə ayrılır. Adaların və inzibati bölgənin ən iri şəhəri Port-Blerdir. Şəhərdə hal-hazırda 100,608 nəfər yaşayır.
Andaman alabayquşu
Andaman alabayquşu (lat. Tyto deroepstorffi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Andaman dənizi
Andaman dənizi (hind अंडमान सागर, birm. မုတ္တမ, tay ทะเลอันดามัน, malay və ind. Laut Andaman) — Hind okeanın yarım qapalı dənizi. Şərqdə Hind-Çin və Malay yarımadaları arasında, cənubda Sumatra adasıyla, qərbdə ki, Andaman və Nikobar adaları arasında yerləşir (adalar saəsində Benqal körfəzindən ayrılır). Şimalda İravadi çayının deltasına qədər uzanır. Malakka boğazı ilə Cənubi Çin dənizi ilə birləşir. Sahəsi 605 min km², orta dərinliyi 1043 m, maksimal dərinliyi isə 4507, suyun orta həcmi 660 min km³. Dibi qumlu və gillidir, şimaldan cənuba ərazisindən fəal vulkan qövsi keçir. İqlimi tropik, rütubətli və mussonludur. Dənizin səthi temperaturası qışda 27,5-dən °C, yayda 30 °C qədərdir.
Böyük Andaman
Böyük Andaman (ing. Great Andaman) — Andaman adalarına daxil olan adalar qrupu. Qrupa 5 ada daxildir. Arxipelaqın sahəsi - 4606,5Şimaldan cənuba: Şimali Andaman — 1376 km²; Orta Andaman — 1535,5 km²; Bratanq — 238 km²; Cənubi Andaman — 1347,7 km²; Rutland — 109,3 km².3 ada qrupun ən iri adaları sayılır. İnzibati baxımdan Hindistanın Andaman və Nikobar adaları ərazisinə daxildir. Arxipelaqın inzibati mərkəzi Cənubi Andaman adasının cənub-şərqində yerləşən Port Bler şəhəridir. Böyük Andaman Kiçik Andaman adalarından cənubda yerləşir. Qrplar bir-birindən Dunkan boğazı ilə ayrılır.
Cənubi Andaman
Cənubi Andaman adası (ing. South Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ada. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Adanın cənub-şərqində ərazinin inzibati mərkəzi Port Bler yerləşir. Adanın digər hissələri isə bütünlüklə meşə ilə örtülüdür. Cənub sahillərində isə carava xalqının 100 nəfərlik bir icması yaşayır. Onlar Andaman dillərinin birində danışırlar. Ada turistlər arasında məşhurdur.. Adanın bəzi hissələrinə giriş qadağandır. Ora ancaq xüsusi insanları buraxırlar.
Kiçik Andaman
Kiçik Andaman adası (ing. Little Andaman island, hind लिटल अंदमान) — Andaman adaları qrupuna daxil sahəsinə görə 4-cü böyük ada. Sahəsi 734,39 km² təşkil edir. Arxipelaqın cənubunda yerləşir. Rutland və Böyük Andaman adalarından Dunkan boğazı ilə ayrılır. == Coğrafiya == . Adanın düzən hissələri tropik meşələrlə örtülüdür. Burada nadir dəniz tısbağalarını müşahidə etmək olar. Kiçik Andaman bəzən Böyük Andaman əks olaraq təqdim olunur. == Əhalisi == Onqelər adanın köklü əhalisi hesab edilir.
Orta Andaman
Orta Andaman adası (ing. Middle Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük ada. Arxipelaqın mərkəzində yerləşir. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1535,5 km². Adada 2001-cin il məlumatına görə 54 385 nəfər yaşayır. Əhalisi əsasən Tamilnada, Kerala və Benqaliya ərazisindən gəlmişlərdən təşkil olunmuşdur. Ada əhalisi əsasən kənd təsərrüfatı ilə məşqul olur. Əsas şəhərləri— Ranqat, Billiqraund, Kadamtala, Bakultata və Bedapur. Adada yerləşən ən şimal şəhəri olan Mayabunder inzibati baxımından Şimali Andamana daxildir.
Şimali Andaman
Şimali Andaman adası (ing. Nouth Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük adalardan biri. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1376 km². Adada 42 163 nəfər yaşayır. Adanın ən böyük yaşayış məntəqəsi Diqlipurdur. == Coğrafiya == Adanın ən hündür nöqtəsi Seddl-Pik dağıdır (738 m). Şimali Andaman zəlzələlər baxımından zəngin ərazidə yerləşir. Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra bölgə böyük zərər görmüşdür. == İqtisadiyyat == Ada iqtisadiyyatının əsasını çəltik və portağal satışından gələn gəlir təşkil edir.
Barren (Andaman adaları)
Barren (ing. Barren Island) — Hindistana məxsus olan eyni adlı adada yerləşən vulkan. Bu vulkan Cənubi Asiyanın yeganə aktiv vulkanıdır. == Coğrafiyası == Ada Andaman adalarından 60 km şərqdə, Port-Blerdən isə 125 km şimal-şərqdə yerləşir. Vulkan dəniz səviyyəsindən 354 metr hündürlüyə malikdir. 2250 metr isə dəniz dibindən qalxır. Vulkan kraterinin diametri 2 km-dir, adanın eni isə 3 km-dir. Barrendən 150 km şimalda Narkomdam vulkanı yerləşir. Onlar eyni şit üzərində yerləşir. Burada ilk vulkan püskürməsi 1787-ci ildə qeydə alınmışdır.
Andaman və Nikobar adaları
Andaman və Nikobar adaları (hind अंडमान और निकोबार द्वीप; ing. Andaman and Nicobar Islands) — Hindistanın bir hissəsi olaraq adalar birliyi ərazisidir. İnzibati mərkəz və ən böyük şəhəri Port Blerdir. Əhalisi 379 944 nəfər təşkil edir (2011). == Coğrafiya == Sahəsi 8249 km²-dir (Birlik əraziləri arasında 1-ci yeri tutur). Ərazi Hind okeanına daxil olan Benqal körfəzinin cənub-şərq hissəsində yerləşir. Onuncu Dərəcə boğazı ilə ayrılan iki adalar qrupundan ibarətdir (Andaman adaları və Nikobar adaları) ibarətdir. Adaların ümumi sayı 570-ə yaxındır, onlardan 550-i Andaman adalarına aiddir. Ərazidə olan adaların 40-a yaxınında yaşayış vardır. Bunlkardan 26-sı Andaman adaları qrupuna daxildir..
Acalypha andina
Acalypha padifolia (lat. Acalypha padifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Animal Planet
Animal Planet (azərb. Heyvanlar aləmi‎) — Discovery Channel şirkətinə məxsus Amerika kabel kanalıdır. 1 oktyabr 1996-cı ildə yaradılıb, şəbəkə əsasən vəhşi və ev heyvanları haqqında seriya və sənədli filmlərə həsr olunub. Peyk və kabel versiyalarında yayılmışdır. Kanal, yaşayış yerlərində heyvanları göstərən filmləri, Qırmızı Kitabda qeyd olunan növlərlə bağlı hekayələr yayımlayır. Kanalın şüarı — «Planetimizdə 2 milyondan çox canlı var. Onlardan biri — sənsən. Qalan hissəsini isə Animal Planet kanalının proqramlarında tanış ol.» Kanalın müəyyən versiyaları Kanada, Hindistan, Yaponiya, Tayvan və digər ölkələrdə yaradılmışdır. Bəzi yayımları DVD şəklində buraxılır. == Tarixi == «Animal Planet» kanalı 1 oktyabr 1996-cı ildə əsası qoyulmuşdur.
Arenaria (animal)
Daşçevirən (lat. Arenaria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Buddleja andina
Buddleja aromatica (lat. Buddleja aromatica) — buddlejaceae fəsiləsinin buddleya cinsinə aid bitki növü.
Huarpea andina
Huarpea (lat. Huarpea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Passiflora andina
Passiflora andina (lat. Passiflora andina) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Anima mundi
Anima mundi — yəni dünyanın saf, səmavi ruhu. Antik filosoflara görə təbiətin hər yanına nüfuz etdiyi irəli sürülmüşdür. == Haqında == Fikrin Platon ilə ortaya çıxdığı deyilsə də, qavramın kökəninin daha antik olduğu və ilk dəfə bəzi şərqli filosofların sistemlərində irəli sürüldüyü iddiası da vardır. Stoaçılara görə, o bəşəriyyətdəki tək mühüm, həyati gücdür.Bənzər qavramlara Parakelsus kimi hermetik filosoflar və daha sonra Fridrix Şellinq (1775–1854) də sahib olmuşdur. == Okultizmdə Anima mundi == Anime mundi termini Ökult terminologiyasının termini olub, dünyanın tamamilə canlı varlıq olduğu qavramını dilə gətirmək üçün "Dünya canı" anlamında isifadə edilir. Latıncadan da tərcüməsi bu mənaya gəlir.Basilius Valentinusun "dünya ölü bir vücuddan ibarət deyildir" sözü ilə bildirdiyi Anima mundi Okultistlərin ardından Teozoflar tərəfindən də qəbul edilmişdir. Bu qavramı qəbul edən düşüncəyə görə, insan bədənində olduğu kimi Anime mundinin bədənində də sinir sistemi, hərəkət sistemləri, nəfəs sistemi mövcuddur. Anima mundinin insan varlığında olduğu kimi ruh, sübtil bədən və maddi bədən olaraq üçlü quruluşa sahib olduğu qəbul edilir.
Animal Planet Germany
«Animal Planet Germany» — «Discovery Networks CEEMEA» şirkətinin sahibləndiyi və təbiət, heyvan və vəhşi həyatdan bəhs edən Almaniya telekanalı. Telekanal Almaniya, İsveçrə və Avstriyada yayımlanır. Telekanalın açılması və «Premiere» platformasında yayımlanması haqqında razılıq 2003-cü ilin oktyabrında «Discovery Networks Deutschland» və «Premiere» arasında əldə olunmuşdur. Telekanal 31 mart 2004-cü il saat 21:00-da yayınlanmağa başlamışdır. Yeni «Animal Planet» loqosu 2008-ci ilin noyabr ayında qəbul olunmuşdur.30 iyun 2009-cu ildə kanalın əsas rəqibi «Nat Geo Wild» yayımını dayandırmışdır. Bu, iyul ayında kanalın «Sky Deutschland» platformasında yayımlanması üçün «Discovery Networks Deutschland» və «Premiere» arasında müqavilə imzalanmasına səbəb olmuşdur. Telekanal hal-hazırda «Unitymedia» rəqəmsal kabel şəbəkəsində mövcuddur.
Animal Diversity Web
Animal Diversity Web minlərlə heyvan növlərinin tarixini, təsnifatını, növlərin xüsusiyyətlərini, və yayılması məlumatlarını toplayan onlayn verilənlər bazasıdır.