andaman 2021

andaman
and-qəsəm
andamanlar 2021
OBASTAN VİKİ
Andaman adaları
Andaman adaları (ing. Andaman Islands) — Hind okeanınında yerləşən və Hindistan ilə Myanma arasında yerləşən arxipeleaq. Hindistanın birləşmiş ərazisidir. Nikobar adaları ilə birlikdə 204 adadan ibarətdir. Adsların ümumi sahəsi 6408 km² təşkil edir. Adalarda hal-hazırda 343 125 (2011) nəfər insan yaşayır. Onlardan cəmi 500 nəfəri yerli əhalidir. Cənubdan Nikobar adalarından Onuncu Dərəcə boğazı ilə ayrılır. Adaların və inzibati bölgənin ən iri şəhəri Port-Blerdir. Şəhərdə hal-hazırda 100,608 nəfər yaşayır.
Andaman alabayquşu
Andaman alabayquşu (lat. Tyto deroepstorffi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Andaman dənizi
Andaman dənizi (hind. अंडमान सागर, birm. မုတ္တမ, tay ทะเลอันดามัน, malay və ind. Laut Andaman) — Hind okeanın yarım qapalı dənizi. Şərqdə Hind-Çin və Malay yarımadaları arasında, cənubda Sumatra adasıyla, qərbdə ki, Andaman və Nikobar adaları arasında yerləşir (adalar saəsində Benqal körfəzindən ayrılır). Şimalda İravadi çayının deltasına qədər uzanır. Malakka boğazı ilə Cənubi Çin dənizi ilə birləşir. Sahəsi 605 min km², orta dərinliyi 1043 m, maksimal dərinliyi isə 4507, suyun orta həcmi 660 min km³. Dibi qumlu və gillidir, şimaldan cənuba ərazisindən fəal vulkan qövsi keçir. İqlimi tropik, rütubətli və mussonludur.
Böyük Andaman
Böyük Andaman (ing. Great Andaman) — Andaman adalarına daxil olan adalar qrupu. Qrupa 5 ada daxildir. Arxipelaqın sahəsi - 4606,5 Şimaldan cənuba: Şimali Andaman — 1376 km²; Orta Andaman — 1535,5 km²; Bratanq — 238 km²; Cənubi Andaman — 1347,7 km²; Rutland — 109,3 km². 3 ada qrupun ən iri adaları sayılır. İnzibati baxımdan Hindistanın Andaman və Nikobar adaları ərazisinə daxildir. Arxipelaqın inzibati mərkəzi Cənubi Andaman adasının cənub-şərqində yerləşən Port Bler şəhəridir. Böyük Andaman Kiçik Andaman adalarından cənubda yerləşir. Qrplar bir-birindən Dunkan boğazı ilə ayrılır.
Cənubi Andaman
Cənubi Andaman adası (ing. South Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ada. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Adanın cənub-şərqində ərazinin inzibati mərkəzi Port Bler yerləşir. Adanın digər hissələri isə bütünlüklə meşə ilə örtülüdür. Cənub sahillərində isə carava xalqının 100 nəfərlik bir icması yaşayır. Onlar Andaman dillərinin birində danışırlar. Ada turistlər arasında məşhurdur.. Adanın bəzi hissələrinə giriş qadağandır. Ora ancaq xüsusi insanları buraxırlar.
Kiçik Andaman
Kiçik Andaman adası (ing. Little Andaman island, hind. लिटल अंदमान) — Andaman adaları qrupuna daxil sahəsinə görə 4-cü böyük ada. Sahəsi 734,39 km² təşkil edir. Arxipelaqın cənubunda yerləşir. Rutland və Böyük Andaman adalarından Dunkan boğazı ilə ayrılır. == Coğrafiya == . Adanın düzən hissələri tropik meşələrlə örtülüdür. Burada nadir dəniz tısbağalarını müşahidə etmək olar. Kiçik Andaman bəzən Böyük Andaman əks olaraq təqdim olunur.
Orta Andaman
Orta Andaman adası (ing. Middle Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük ada. Arxipelaqın mərkəzində yerləşir. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1535,5 km². Adada 2001-cin il məlumatına görə 54 385 nəfər yaşayır. Əhalisi əsasən Tamilnada, Kerala və Benqaliya ərazisindən gəlmişlərdən təşkil olunmuşdur. Ada əhalisi əsasən kənd təsərrüfatı ilə məşqul olur. Əsas şəhərləri— Ranqat, Billiqraund, Kadamtala, Bakultata və Bedapur. Adada yerləşən ən şimal şəhəri olan Mayabunder inzibati baxımından Şimali Andamana daxildir.
Şimali Andaman
Şimali Andaman adası (ing. Nouth Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük adalardan biri. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1376 km². Adada 42 163 nəfər yaşayır. Adanın ən böyük yaşayış məntəqəsi Diqlipurdur. Adanın ən hündür nöqtəsi Seddl-Pik dağıdır (738 m). Şimali Andaman zəlzələlər baxımından zəngin ərazidə yerləşir. Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra bölgə böyük zərər görmüşdür. Ada iqtisadiyyatının əsasını çəltik və portağal satışından gələn gəlir təşkil edir.
Barren (Andaman adaları)
Barren (ing. Barren Island) — Hindistana məxsus olan eyni adlı adada yerləşən vulkan. Bu vulkan Cənubi Asiyanın yeganə aktiv vulkanıdır. == Coğrafiyası == Ada Andaman adalarından 60 km şərqdə, Port-Blerdən isə 125 km şimal-şərqdə yerləşir. Vulkan dəniz səviyyəsindən 354 metr hündürlüyə malikdir. 2250 metr isə dəniz dibindən qalxır. Vulkan kraterinin diametri 2 km-dir, adanın eni isə 3 km-dir. Barrendən 150 km şimalda Narkomdam vulkanı yerləşir. Onlar eyni şit üzərində yerləşir. Burada ilk vulkan püskürməsi 1787-ci ildə qeydə alınmışdır.
Andaman və Nikobar adaları
Andaman və Nikobar adaları (hind. अंडमान और निकोबार द्वीप; ing. Andaman and Nicobar Islands) — Hindistanın bir hissəsi olaraq adalar birliyi ərazisidir. İnzibati mərkəz və ən böyük şəhəri Port Blerdir. Əhalisi 379 944 nəfər təşkil edir (2011). == Coğrafiya == Sahəsi 8249 km²-dir (Birlik əraziləri arasında 1-ci yeri tutur). Ərazi Hind okeanına daxil olan Benqal körfəzinin cənub-şərq hissəsində yerləşir. Onuncu Dərəcə boğazı ilə ayrılan iki adalar qrupundan ibarətdir (Andaman adaları və Nikobar adaları) ibarətdir. Adaların ümumi sayı 570-ə yaxındır, onlardan 550-i Andaman adalarına aiddir. Ərazidə olan adaların 40-a yaxınında yaşayış vardır.
Andamanlılar
Andamanlılar — Andaman adalarının yerli xalqlarıdır. Hazırda onların sayı 200—300 nəfər təşkil etdiyi düşünülür. Çavaralar və Onqelərin sayının 100 nəfər olması düşünülür. Şimali Senrinel adasında yaşayan Sentinellərın sayının 50 (bəzi mənbələr 250) nəfər təşkil edir. Sentinellər xarici aləmlə heç bir əlaqə qurmurlar. Bu səbəbdən nə sayları nə də dilləri haqqında məlumat əldə etmək mümkün deyildir. Hindistan hökuməti onları ciddi şəkildə mühafizə edirlər. Onların izolyasiyası tam təmin edilir. == Yayılması == Andamanlılar əvvəlki dönəmlərdən fərli olaraq hszırda Andaman adalarının daxili xissələrini və Şimali Sentinel adasında cəmləşmişlər. Hindistanın müstəqil olmasından sonra inzibati mərkəz Streyt adasına yerləşdirilir.
Eulophia andamanensis
Eulophia andamanensis (lat. Eulophia andamanensis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin eulophia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cyrtopera andamanensis (Rchb.f.) Rolfe Graphorkis andamanensis (Rchb.f.) Kuntze === Heterotipik sinonimləri === Eulophia keithii Ridl. Eulophia poilanei Gagnep.
Ficus andamanica
Ficus andamanica (lat. Ficus andamanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Mangifera andamanica
Mangifera andamanica (lat. Mangifera andamanica) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin manqo cinsinə aid bitki növü.
Syzygium andamanicum
Syzygium andamanicum (lat. Syzygium andamanicum) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Typhlodromips andamanicus