Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • ANİZOTROPİYA

    сущ. физ. анизотропия (зависимость физических свойств вещества от направления)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ANİZOTROP

    прил. физ. анизотропный. Anizotrop qarışıq анизотропная смесь, anizotrop keçirici анизотропный проводник, anizotrop maddələr анизотропные вещества, an

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ANİZOTROPLUQ

    сущ. физ. анизотропность, см. anizotropiya

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • İZOTROPİYA

    сущ. изотропия (одинаковость свойств объектов, пространства, вещества и др. по всем направлениям)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
OBASTAN VİKİ
Anizotropiya
Anizotropiya (yun. άνισος – qeyri-bərabər + τρόπος – istiqamət), – süxurlar və mineralların fiziki xassələrinin (mexaniki, istilik, elektrik, maqnit, optik) kəmiyyət göstəricilərinin istiqmətdən asılı olaraq dəyişilməsi. Təbəqələri və ya mineral dənələri müxtəlif fiziki xassəyə malik olan laylı və həmçinin qeyri-bərabər strukturlu süxurlarda müşahi də olunur. Anizotropiya kristalların ən səciyyəvi xüsusiyyətidir və onların simmetriyası ilə əlaqədardır. Eyni zamanda kristalların bütün fiziki xassələri anizotropluğa malik deyildir: məs., onların sıxlığı, xüsusi istilik tutumu istiqamətdən asılı deyil. Kristalların anizotropiyası onların sərtliyi, elastikliyi, hissəciklərinin nizamlı yerləşməsi, qonşu his səciklər arasında məsafənin və deməli əlaqə qüvvəsinin müxtəlif istiqamətlərdə fərqli olması, maye kristallarda isə asimmetriya və elecə də molekulların müəyyən istiqamətdə səmtlənməsi ilə əlaqədardır. Kristalların fiziki xassələrinin bir qismi istiqamətdən asılı ola, bəziləri isə olmaya bilər: məs., kubik sinqoniya kristallarında elektrik keçiriciliyi, sındırma əmsalı və s. is tiqamətdən asılı deyil, elastiklik, fotoelastiklik və s. isə istiqamətdən asılıdır. Süxur kütlələrinin anizotropiyası tektonik çatlarla ayrılmış struktur vahidlərin nizamlı yatımı, laylılığı və ya nizamlı çatlılığı ilə müəyyən olunur.