Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abibəyli
Abibəyli — İranın Ərdəbil ostanının Nəmin şəhristanının Vilkic bəxşində yerləşən bir şəhərdir. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində Ərdəbil şəhərindən 22 km şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 10 kilometrliyindədir. == Əhali == 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,242 nəfər və 1,090 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Dibətli
Dibətli — Azərbaycan Respublikası Xocavənd rayonunun ərazisində dağ. Böyük Kirs dağının cənub-qərbində yerləşir. Hündürlüyü 2140 m. Əsli Dibəklidir. Dibək duz, yarma, çəltik və s. döymək üçün ici oyulmuş daş və ya kötükdur. Yaylaqda daşlardakı oyuqlardan heyvanlar üçün yem qabı kimi də istifadə edilirdi. Dağda belə təbii oyuqlar olduğuna görə Dibəkli adlandırılmışdır.
Alıbəyli
Alıbəyli (Ağdam) Alıbəyli (Kəlbəcər) Birinci Alıbəyli Birinci Alıbəyli (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Birinci Alıbəyli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə. İkinci Alıbəyli İkinci Alıbəyli (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Alıbəyli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə.
Ağabəyli
Ağabəyli — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Bu soyadı olan tanınmış insanlar Mirzə Ağabəyli — aktyor, rejissor assistenti, verilişlərdə və arxiv kadrlarda iştirak edən Ağaxan Ağabəyli — Kənd təssərrüfatı elmləri doktoru, professor, Şahin Ağabəyli — "Milli Yol" qəzetinin (2006) və "Poliqon" informasiya agentliyinin təsisçisi Kəndlər Ağabəyli (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Ağabəyli (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.
Tağıbəyli
Tağıbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd. Bu kənd 1994-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Ermənilər bu kəndi tez-tez yandırırlar. Tağıbəyli kəndin yaxınlığında yerləşən Azərbaycan Silahlı Qüvvələri torpağlarımızı azad etməyə tam hazırdı. Tağıbəyli kəndi rayon mərkəzindən 20 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir; Ağdam rayonunun Güllücə və Suma kəndləriylə qonşudur. Tağıbəyli kəndi 16 aprel 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 20 aprel 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. İşğala qədərki dövrdə Tağıbəyli kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Tağıbəyli kəndinin yaxınlığında, Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur.
Alıbəyli (Ağdam)
Alıbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Alıbəyli Ağdam rayonunun Üçoğlan inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Keçmiş adı Tərəkəmə Alıbəylidir. Kəndi tərəkəmə elatının alıbəyli tirəsi saldığı üçün belə adlandırılmışdır. Sonralar toponimin birinci komponenti düşmüşdür. Etnooykonimdir. 1933-cu ildə Cəlilabad rayonunun Qaralı inzibati ərazi vahidində də eyniadlı kənd qeydə alınmışdır. == Əhalisi == === Şəxsiyyətləri === Azər Rüstəmov — Xalq Artisti Qədir Rüstəmovun birinci xanımından olan oğlu.
Alıbəyli (Kəlbəcər)
Alıbəyli (əvvəlki adları: Tirkeşəvənd (1937–2015); Bəylik (?-1937) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb == Tarix == Bu kənd 1937-ci ilə kimi Bəylik adlanıbdır. Kənddə çox sayda bəy yaşadığından Bəylik adı verilib. 1937-ci il represiyasından sonra kəndin adı Tirkeşəvənd adlandırılıbdır. Digər bir varianta görə kəndin yaxınlığında Tutxun çayı üzərindən türklər tir atıb körpü düzəltdiklərinə görə Tirkeşəvənd adlanır, yəni türk keçən bənd. Kəndin ərazisi qədim yaşayış məskəni olub. Başqa bir varianta görə bu ərazidə ilk məskunlaşan XVI–XVII əsrlərdə Laçın rayonundan gələn Qotur Məmməd olubdur. O, bu əraziyə gələndə uçulub-dağılmış kənddə divarının üstündə tirkeşəvənd və tiri qalan bir evə rast gəlib. Ona görə də kəndin adını Tirkeşəvənd qoyubdur.
Alıbəyli bələdiyyəsi
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağabəyli (Ağcabədi)
Ağabəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Ağabəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Ağabəyli kəndi Hacıbədəlli kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağabəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin adı Azərbaycanın qədim kəbirli tayfasına məxsus eyniadlı nəslin adı ilə əlaqədardır. Bu kəndin adı oykonim şəxs adı ilə bağlı olub, Ağabəyli nəslinin adını əks etdirir. Tarixi həqiqətə görə XIX əsrdə kənddə Ağabəy adlı bir bəy yaşamış və kəndə ağalıq etmişdir. Ağabəyli kəbirli tayfasının bir qoludur. == Coğrafiyası və iqlimi == Kənd Qarqarçayın sahilində yerləşir. Ağabəyli kəndinin ərazisi 5.3 km²-dir. == Əhalisi == Əhalisi 626 nəfərdir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağabəyli (Ağsu)
Ağabəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun Çaparlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağsu çayının sahilində, Şirvan düzündədir. Tam adı Hacı Ağabəylidir. Oykonim ağabəyli nəslinin adını əks etdirir. Bu etnonimlə bağlı Şamaxı rayonunda Ağabəyli (1933), Ağdam və Ağsu rayonlarında Ağalarbəyli (1917–1961), Ağsu rayonunun Bozavand kəndində Ağaboy qobusu, Qax rayonunun Zərnə kəndində Ağabəylilər obası və s. qeydə alınmışdır. Ağabəylilər kəbirlilərin ağabəyalı qoluna məxsus bir nəslin adıdır. == Din == Kənddə Ağabəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Ağabəyli (Meşkinşəhr)
Ağabəyli (fars. اقابيگلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 66 nəfər yaşayır (12 ailə).
Ağabəyli (Sulduz)
Ağabəyli (fars. اقابيگلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (97 ailə).
Ağabəyli bələdiyyəsi
Ağabəyli bələdiyyəsi (Ağsu)
Ağaxan Ağabəyli
Ağaxan Ələsgər oğlu Ağabəyli (22 dekabr 1904, Kür Qaraqaşlı – 20 avqust 1980, Bakı) — kənd təssərrüfatı elmləri doktoru, professor, Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (hal-hazırda Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyası) müxbir üzvü (1956). AMEA-nın müxbir üzvü, Azərbaycanın Əməkdar elm hadimi (1964). Camışçılıq elminin banisi. == Həyatı == Ağaxan Ağabəylinin atası Ələsgər Soltan oğlu Ağabəyli varlı, ziyalı, tacir və mülkədar olmuşdur. 1923-cü ildə Salyanda orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfat fakültəsinə daxil olur və oranı bitirdikdən sonra göndərişlə Xalq Torpaq Komitəsinin Kolxoz mərkəzi sistemindəki salyan peşə məktəbinin direktoru (1927–1929) təyin olunur, daha sonra bakı və Şəkidə aqronom – zootexnik (1929–1930) işləyir. Orta və ali məktəblərdə oxuduğu 1920–1927-ci illərdə təhsil almaqla paralel olaraq xalq məhkəməsinin istintaq şöbəsində kargüzar və Salyan şəhərinin sosial – təminat şöbəsində işaparıcı, Bakı və Salyan şəhərlərində müəllim vəzifələrində çalışmışdır. 1925–1926-cı illərdə o, tələbə elmi xətti ilə ətlik ingilis qoyun cinslərinin yetişdirilməsi tarixini öyrənmək məqsədilə Ukraniyadaki Ümumittifaq Hibridləşdirmə və İqlimləşdirmə İnstitutuna , onların yunluq və ətlik məhsuldarlığını öyrənmək məqsədilə Askaniya-Nova Hibridləşdirmə İnstitutuna, habelə professor N. D. Potyomkinin rəhbərliyi altında elmi tədqiqatlarla məşğul olmaq üçün Moskva və Leninqrad şəhərlərinə göndərilmişdir. A. Ə. Ağabəyli 1930-cu ildə "İri buynuzlu qaramalın genetika və seleksiyası" ixtisası üzrə Moskva ümumittifaq Elmi-Tədqiqat Heyvandarlıq İnistitutunun aspiranturasına daxil olmuş və "Ləzgi cinsli qoyunlar və onların meronoslarla çarpazlaşdırılmasının nəticələri" mövzusunda tədqiqatlar aparmışdır. A. Ə. Ağabəylinin bir alim kimi formalaşmasında N. D. Potyomkin, E. N. Liskin, A. S. Serebrovski, M. A. Dyakov, N. İ. Kalugin, İ. V. Fiqurovski, V. T. Smirnov-Loginov və b. Görkəmli alimlərin böyük rolu olmuşdur.
Birinci Alıbəyli
Birinci Alıbəyli (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Birinci Alıbəyli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə.
Fağıbəyli (Urmiya)
Fağıbəyli (fars. فقی‌بیگلو‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 275 nəfər yaşayır (55 ailə).
Mirzə Ağabəyli
Mirzə Qasım oğlu Ağabəyli (29 avqust 1950, Buzovna) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Mirzə Ağabəyli 1950-ci il avqust ayının 29-da Bakının Buzovna qəsəbəsində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstituna daxil olub. 1975-ci ildə SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə S.Rəhman adına Şəki Dövlət Dram Teatrında təyinatla işləyib. 1976-cı ildə hərbi xidmətə çağırılıb. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki, "Tədris" teatrında aktyor vəzifəsində işləyib. 1982-ci ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına dəvət olunub. 1994-cü ildən C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının nəzdində olan "Bəri - Bax" kinostudiyasında bədii rəhbər vəzifəsində işləyib. 2008-ci ildə "Sınaq film" prodüser mərkəzində koordinator vəzifəsində çalışıb.
Rəna Ağabəyli
Rəna Ağabəyli (3 yanvar 1942, Kirovabad) — Genetik, Biologiya elmləri doktoru, professor. Rəna Ağaxan qızı Ağabəyli 1942-ci il yanvar ayının 3-də Gəncə şəhərində tanınmış ziyalı, Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü, professor Ağaxan Ağabəylinin ailəsində dünyaya gəlmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1966-1969-cu illərdə Azərbaycan ЕА Botanika İnstitutunun aspiranturasında təhsil alarkən Moskva şəhərinə SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutuna ezam olunmuşdur. Müasir metodlara yiyələnərək böyük elmi təcrübə toplamış R.A.Ağabəyli 1972-cü ildə “Genetika” ixtisası üzrə “Yeni kompleksli kimyəvi mutagenlərin sitoloji və sitogenetik aktivliyinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 1992-ci ildə “Antioksidantlar və antioksidant fermentlər mutasiya prosesinin tənzimlənməsində” mövzusunda doktorluq dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. R.A.Ağabəyli 1972-cı ildən Azərbaycan EA Fizika İnstitutunun Fiziki-kimyəvi biologiya sektorunda böyük elmi işçi, 1983-1987-ci illərdə həmin sektorun elmi katibi vəzifələrində çalışmışdır. 1980-ci ildə SSRİ EA AAK-nın qərarı ilə o, baş elmi işçi (indiki dosent) adına layiq görülmüşdür. 1987-ci ildən etibarən onun elmi taleyi Botanika İnstitutuna bağlanmış və artıq 35 ildir ki, fasiləsiz olaraq bu elm ocağında aparıcı elmi işçi, eksperimental mutagenez qrupunun rəhbəri kimi müxtəlif vəzifələrdə çalışmış və hazırda o, İnstitutun “Geobotanika” şöbəsinin baş elmi işçisidir. 2005-ci ildə o, professor elmi adına layiq görülmüşdür.
Vüsal Tağıbəyli
Vüsal Tağıbəyli (1972, Hüngütlü, Göyçay rayonu, Azərbaycan SSR) — Azərbaycan yazıçısı, jurnalist, «Vicdanlı qələm», «Peşəkar jurnalist», «Qızıl qələm», «Məmməd Araz» mükafatçısı. Vüsal Vaqif oğlu Tağıbəyli. 1972-ci il dekabrın 26-da Göyçay rayonunun Hüngütlü kəndində doğulub. Orta təhsilini əvvəlcə kənd səkkizillik məktəbində, sonra isə Göyçay şəhər 9 saylı orta məktəbdə (indiki Rəsul Rza adına 1 saylı orta məktəb) alıb. 1990-cı ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olub və oranı 1995-ci ildə Yaxın və Orta Şərq Ölkələri üzrə mütəxəssis ixtisası üzrə bitirib. İlk əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunda başlayıb. 1998-ci ildən mətbuatda çalışır. «Rezonans», «Tam məxfi», «Bizim əsr» və digər qəzetlərdə, eləcə də «Heydər Əliyev məktəbi» jurnalında işləyib. 2001-ci ilin aprel ayından «Həftə içi» qəzetində çalışır. Mətbuatda çalışdığı illər ərzində əsasən beynəlxalq və geosiyasi proseslərin analizi ilə məşğul olub, bütün sahələrdə araşdırma və reportajları ilə fərqlənib.
İkinci Alıbəyli
İkinci Alıbəyli (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Alıbəyli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə.
Şahin Ağabəyli
Şahin Ağabəyli - “Milli Yol” qəzetinin (2006) və “Poliqon” informasiya agentliyinin təsisçisi Şahin Ağahüseyn oğlu Ağabəyli 1976-cı ildə Neftçala rayonunda anadan olub. 1997-ci ildə Türkiyədə Quru Qoşunları Hərbi Məktəbini bitirib. Jurnalist fəaliyyətinin ilk illərində “Bakı həftəliyi”, “Bizim yol” qəzetlərində çalışıb. 2003-cü ildə “Milli Yol” qəzetini, 2006-cı ildə “Poliqon” informasiya agentliyini təsis edib. Şahin Ağabəyli 2010-cu il oktyabrın 27-də Ələt-Astara magistralında, Qaradağ rayonu ərazisində yol qəzasına düşərək həlak olub.
Ağabəyli bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağabəyli bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İkinci Alıbəyli (Ağdam)
İkinci Alıbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun İkinci Alıbəyli qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
İkinci Alıbəyli (Zəngilan)
İkinci Alıbəyli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd. Kənd Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. Keçmiş adı Balabəyli olmuşdur. Yaşayış məntəqəsini Ağdam r-nunda vaxtilə mövcud olmuş Alıbəyli kəndindən köçüb gəlmiş ailələr salmışlar. Kəndin ərazisi əvvəllər Alıbəyli kəndinə məxsus yaylaq yeri olmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.