Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aqnostisizm
Aqnostisizm — tanrının varlığının və fövqəltəbii qüvvələrin bilinməsinin qeyri-müəyyən olduğunu və ya bu varlıqların mövcud olması ilə birgə mövcud olmamasının da sübut edilə bilmədiyini irəli sürən fəlsəfi görüş.Filosof Uliam Rou aqnostisizmi belə tərif edir, "aqnostisizm insan ağlının tanrının varlığının və ya yoxluğununun rasional əsaslarla isbatlanma kifayətliliyindən aciz olduğunu qəbul edən bir görüşdür". == Ateizm və deizmdən fərqi == Aqnostisizm ateizm ilə eyni deyil. Ateizm tanrının var olmadığını və yaxud var ola bilməyəcəyini qəbul edir, lakin aqnostisizm tanrının var olub olmadığının bilinmədiyini və ya heç vaxt bilinməyəcəyini qəbul edir. Demoqrafik araşdırmalara görə isə ateizm və aqnostisizm digər bütün dinsiz fəlsəfələrlə eyni kateqoriyadadır. Bəzi mənbələr isə aqnostisizmi "neytrallıq" adlandırır. Tomas Heksli isə aqnostisizm haqqında demişdir: "Əslində bir ateistin düşüncəsi bir deistin düşüncəsi ilə eynilik təşkil edir. Bir xristian tanrının varlığını biləcəyimizi, bir ateist isə tanrının yoxluğunu biləcəyimizi iddia edir. Aqnostik isə bu barədə dəqiq bir qərar vermək üçün uyğun şərait olmadığını düşünür." Bertran Rassel , 1953 == Növləri == === Aqnostik deizm === Aqnostik deizm yaradıcının mövcud olmasını daha yüksək qəbul edən və yaradıcının varlığına inanan, amma yaradıcının mövcudluğunun sübut edilməsinin mümkün olmadığını qəbul edən fəlsəfi görüşdür. Deist biri yaradıcının varlığının beyin və müşahidə yoluyla başa düşülə biləcəyini deyər, amma aqnostik deist isə yaradıcının varlığının sübut edilməsinin heç bir yolu olmadığını, amma yaradıcının var olduğunu deyər. === Aqnostik ateizm === Aqnostik ateizm yaradıcının var olmadığını düşünən, amma yaradıcının yoxluğunun dəqiq sübut edilə bilməyəcəyini də deyən fəlsəfi görüşdür.
İqnostisizm
İqnostisizm — varlığı və yoxluğu müzakirə edilən "tanrı" anlayışının tərifində bir tutarlılıq olmadığını, tutarlı bir tərifi olmayan bir anlayışın da varlıq-yoxluq baxımından müzakirəsinin mənasız olduğunu qarşıya qoyan nəzəri mövqedir. Bu qavram 1928-ci ildə, Humanist Yəhudiliyin qurucusu Haham Sherwin Wine tərəfindən kəşf edilmişdir.
Qnostisizm
Qnostisizm (q. yunanca γνωστικός — biliyi qavrayan, dərk edən) — antik dövrünün sonunda (I-V əsrlərdə) yaranmış, özündə xristianlığın, yunan fəlsəfəsinin və bəzi Şərq dinlərinin ideyalarını birləşdirmiş dualist sinkretik dini təlimlərin ümumiləşmiş adıdır. Ezoterikaya meylli təlimlər olmuşdur, onun ardıcılları iddia edirdilər ki, onlara Tanrı və dünyanın sonu haqqında gizli biliklər verilmişdir. III əsrdə yaranan Mani dininin, eləcə də mitraizmin tarixi kökləri də qnostisizmlə bağlıdır. Qnostisizmin yaranmasının əsas səbəbini ellinizm dövründə qədim yunan polislərinin tarix səhnəsindən silinməsində, böyük imperiyaların yaranmasında, müxtəlif mədəniyyətlərin və dini-fəlsəfi təlimlərin bir-biri ilə qarışmasında, esxatoloji (axirət) əhval ruhiyyəsində, mistik ənənələrin inkişafında görürlər. Mənəviyyatları inkişaf etmiş və qnosisə bələd olan adamları "pnevma’tik" adlandırırlar. Pnevmatiklər bu dünya ilə barişmaz mübarizədədirlər. == Əsas müddəaları == Bütün qnostiklərin təlimlərində aşağıdakı müddəalar vardır: 1. Ezoterizm. Bütün insanlar “maddi” (bədənlə bağlı olanlar), “ruhi” (psixiklər) və “mənəvi”lərə (pnevmatiklər) bölünürlər.