Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arıqdam
Arıqdam — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arıqdam kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Gədəbəy çayının (Şəmkir çayının qolu) sol sahilindən bir qədər aralı, Şəkərbəy dağının ətəyindədir. Kənd XVIII əsrin axırlarında yaranmışdır. Hazırda həmin rayonun Hacılar kəndinin bir hissəsi də Arıqpəyə adlanır. Xalq etimologiyasına görə, toponim Arıq Alı adlı şəxsin adı ilə bağlıdır. Qədim türk dillərində arık/erik "kanal, arx, su hövzəsi", dam "mal saxlanan yer, yaşayış yeri" mənalarını ifadə edir. Oykonim "su, çay sahilində yaşayış yeri" kimi izah olunur. Gürcüstan ərazisində Arıxdam, Qazaxıstanda Arıkbalık yer adları da mövcuddur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2653 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Arıqdam bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağlama divarı
Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı (ivr. ‏ הַכּוֹתֶל הַמַּעֲרָבִי‏‎) adı ilə tanınır.. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır. Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.
Sen Ağlama (albom)
Sen Ağlama – Sezen Aksunun 6 sentyabr 1984-cü ildə çıxan altıncı studiya albomudur. == Albom haqqında == Albomda yer alan mahnıların bəstələri Onno Tunç, sözləri isə daha Aysel Gürel və Sezen Aksunun özünə məxsus olub. Albomdakı musiqi və sözlərin hər biri türk popunda saysız-hesabsız mahnılara ilham verib. Albom LP və MC formatlarında nəşr olunub və 1984-1985 mövsümündə həftələrlə hit-paradların başında yer alıb və Sezen Aksunun ən populyar və ən çox satılan klassik albomu olub. Uzun illər sonra CD nəşri də buraxılıb.
Bəsdir, ağlama! (film, 1999)
== Məzmun == Film Qarabağ müharibəsində ermənilərə əsir düşmüş azərbaycan əsgərlərinin, qadınlarının əzab-əziyyətli günlərindən danışır. == Film haqqında == Filmin çəkilişlərinə Şamaxı bölgəsi Kərkəng kənd sakinləri köməklik göstərmişdir.