Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Saudi Aramco
Saudi Aramco (ərəb. أرامكو السعودية‎ tələf. Arāmkō s-Saʿūdiyyah) — Səudiyyə Ərəbistanının milli neft şirkəti. Hasilat və ehtiyatlarının həcminə görə dünyanın ən böyük neft şirkəti. "Saudi Aramco"nun dəyərinin 1,25 trilyon ABŞ dolları ilə 7 trilyon dollar arasında olduğu hesab edilir və bununla da dünyanın ən böyük dəyərə sahib şirkətidir. Şirkətin baş qərargahı Dahran şəhərində yerləşir."Saudi Aramco" 260 milyard barellə dünyanın ən böyük təsdiq olunmuş neft ehtiyatlarına və ən böyük gündəlik hasilat səviyyəsinə malikdir. Şirkət Səudiyyə Ərəbistanındakı bütün enerji resurslarının sahibi və istifadəçisidir. "Saudi Aramco"nun 2013-cü ildəki neft hasilatı 3,4 milyard barrel (544 milyon ton) təşkil etmişdir. Şirkət Səudiyyə Ərəbistanındakı 100-dən artıq neft və qaz yatağını, o cümlədən 8,2 trilyon m3 təbii qaz ehtiyatlarına nəzarət edir. "Saudi Aramco" dünyanın qurudakı ən böyük neft yatağı olan Qavar və dənizdəki ən böyük neft yatağı olan Safaniyə yatağını idarə edir.
Arama beni (mahnı)
Arama beni — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının söz və musiqisi türkiyəli müğənni və bəstəkar Altan Çetinə aiddir. Mahnı 2014-cü ildə "Kaya Müzik" səsyazma studiyasında lentə alınmışdır.
Afarca
Afar dili-Efiopiya, Eritreya və Cibutidə danışılan bir Düzənlik Şərq Kuşit dilidir. Ən yaxın qohumu Saho dilidir.
Aralia
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Aramicə
Arami dilləri, həmçinin aram dili və ya aramey dili (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) —— sami dilləri tərkibində qrup (mərkəzi qol). Qədim dövrlərdə imperator aramicəsi Yaxın Şərqin böyük bir hissəsində "lingua franca" kimi xidmət edirdi. Eramızın VII əsrində arami dilinin yerini ərəb dili aldı. == Tarixi == Arami dilinin tarixi qədim, orta və yeni arami dövrlərinə ayrılır (alman alimi K. Bayerin təsnifatı).Qədim arami dövrü e.ə. II minilliyin sonu – I minilliyin əvvəlindən başlayır. Dövrümüzə qədər gəlib çatan ən qədim nümunələri e.ə. IX–VII əsrlərə aid epiqrafik abidələrdir. Müxtəlif mərhələlərdə Aşşur (e.ə VII əsr) və Babilistan (e.ə. VII–VI əsrlər), Əhəməni (e.ə. VI–IV əsrlər) dövlətlərinin rəsmi dili olmuşdur.
Aramid
Aramid — lif istiyə davamlı və güclü sintetik lifdir. Kosmik tədqiqat və hərbi məqsədlər üçün güllə keçirməyən geyimlərdə və ballistik kompozisiyalarda velosiped təkərlərindəki asbestin əvəzedicisi kimi istifadə edilə bilər. Aramid adı "aromatik poliamid" sözlərinin birləşməsindən yaranır. == Tarixi == Aromatik poliamid əvvəlcə DuPont tərəfindən 1960-cı illərin əvvəllərində HT-1, sonra isə Nomex kommersiya məqsədi ilə istifadə edilmişdir. 1973-cü ildə Kevlar adlandırıldı.
Aramil
Aramil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Aramus
Aramus - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Başqa adı Ərəmusdur 1590-cı ilə aid türkcə mənbədə Əramus kimidir [169, 61]. Mənbədə adı İrəvan əyalətinin Qırxbulaq nahiyəsində çəkilir [23, 75]. Yerli tələffüz forması -Ərəmis. VII əsrdən məlumdur. Katolikos David Aramusetsinin [728-741] məlumatından göründüyü kimi [150, 70] kənddə ermənilər də yaşamışlar. Orta əsrlərdə Qatar-göl monastırının Vəqf kəndi olmuşdur [150, 358]. 1886-cı ilə aid məlumatlarda əhalisi ermənilər idi. Lakin XX əsrin əvvəllərində orada azərbaycanlıların da yaşadığı məlumdur və onlar 1918-ci ildə qovulmuşlar. Türk dillərindəki urem "dağ vadisində çaykənarı dərinləşmiş zolaq" [126, 380] və erməni dilindəki yunan mənşəli os (us) şəkilçisindən ibarətdir.
Aratta
Aratta – Şumer mifalogiyasında yer alan ölkə. Bu ölkə Urukun iki hökmdarı Enmerkar və Luqalbanda ilə əlaqəlindirilir. Onlar Şumer hökmdarları siyahısında qeyd olunurlar. == Arattanın tarixinə dair qaynaqlar == Aratta dövləti ilə əlaqədar (e.ə. III minilliyin I yarısı) hadisələr və məlumatlar bir neçə şumer əfsanəsində əks olunmuşdur. Onlar aşağıdakılardır: En-Merkar və Aratta hökmdarı En-Merkar və En-Sukuşsiranna En-Merkar və Luqalbanda Luqalbanda və Hurrum dağı == Arattanın coğrafi mövqeyi == Arattanın coğrafi mövqeyi müxtəlif fərziyələrə əsaslanır. Mütəxəssizlər mənbə kimi şmer əfsanələrindən istifadə edirlər. Bu əfsanələrə əsasən Aratta Urukun şimalında yerləşir və ora su yolu ilə getmək mümkündür. Quru yolu ilə isə Şuş və Anşan şəhərlərini keçmək lazımdı. Bu ölkədə və ya onun yaxınlığında zəngin lazurit yataqları var.
Arauka
Arauka — Kolumbiyanın Arauka deparatamentində yerləşən şəhər, Venesuela ilə sərhəddir. Tam adı Santa Barbara Araukadır. Şəhər dağlıq yerdədir və tez-tez daşqınlara məruz qalır. == Tarixi == Arauka ərazisi 1536-cı ildə Almaniyalı konkistador Xorxe de la Espira tərəfindən əsası qoyulmuşdur. Lakin kondistadorlar bu yerdə qalmadılar və Eldorado da axtarışa yolandılar. Daha sonra yezuitlər gəlidi və yaşayış məntəqələrini burda qurdular. Arauka şəhəri, 4 dekabr 1780-ci ildə Xuan İsidro Daboyn tərəfindən kiçik kənd Quaxironun yerində əsası qoyuldu. Burada kiçik bi hind ailəsi 10 ilə yaxın yaşadı. Arauca indi Venesueladan ayrılan və öz növbəsində yerli əhalinin özünə məxsus adını verən Arauca çayının adına verildi.Bir zamanlar şəhər Kasanare vilayətinin paytaxtı idi. Kasanare müasir Araukanın indiki departamentindən daha böyük idi.
Armata
T-14 Armata Rusiya Federasiyası tərəfindən istehsal olunmuş əsas döyüş tankıdır. Bu, ilk dəfə seriyalı istehsal olunmuş yeni nəsil tankdır. Rusiya Ordusu 2015-2020-ci illər aralığında orduya təhvil verilmək üzrə 2,300 ədəd T-14 tankı sifariş vermişdir. T-14 tankı ilk dəfə 2015-ci il may ayının 9-da Faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Moskva şəhərində Qırmızı meydanda keçirilmiş hərbi parad zamanı nümayiş etdirilmişdir.T-14 Armata tanklarıRusiya Federasiyasının istehsal etmiş olduğu ən müasir tankdır.T-14 Armata tanklarının maksimum sürəti saatda təxminən 80-90 kilometr arasında dəyişir.Bu tankların hərəkət mənzili də kifayət qədər yüksəkdir-500 kilomerdir. == Konstruksiya == T-14 Armata yeni nəsil tank olaraq digər tanklarla müqayisədə daha fərqli dizayna sahibdir. Tank insansız qüllənin olması və üç nəfərdən ibarət ekipajının ön tərəfdə zirehli kapsul içərisində olması kimi bir sıra fərqli xüsusiyyətlərə sahibdir. Konstruksiya müddəti 5 il(2009-2014-cü illər arasında)çəkmişdir. == Silahlanması və təchizatı == T-14 Armata tankının əsas silahı əvvəlki rus tanklarında olduğu kimi 125 mm-lik yivsiz topdur. Dəqiqədə 10-12 atəş açmaq qabiliyyətinə malik olan bu top 8 km uzaqlıqda yerləşən zirehli maşını məhv etməyə qadirdir. Gün işığında 5 km, gecə qaranlığında isə termal kamera sayəsində 3.5 km uzaqlıqdakı hədəfi təyin edə bilir.
Arnica
Öküzotu (lat. Arnica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Arnica acaulis (Walter) "Britton, Sterns & Poggenb." Arnica angustifolia Vahl Arnica angustifolia subsp. alpina (L.) I.K.Ferguson Arnica angustifolia subsp. iljinii (Maguire) I.K.Ferguson Arnica attenuata (Greene) Maguire Arnica cernua Howell Şamisso öküzotu (Arnica chamissonis Less.) Arnica cordifolia Hook. Arnica dealbata (A.Gray) B.G.Baldwin Arnica denudata Greene Arnica discoidea Benth. Arnica fulgens Pursh Arnica gracilis Rydb. Arnica griscomii Fernald Arnica griscomii subsp. frigida (C.A.Mey. ex Iljin) S.J.Wolf Arnica intermedia Turcz.
Avarca
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan Avar xalqının dili. Avarlar, əsasən Dağıstanda, Azərbaycanda (Balakən və Zaqatala rayonları) və qismən də Türkiyədə yaşayırlar. 13-22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən, ana dili avar dili olan Azərbaycan vətəndaşlarının sayı 46.610 nəfərdir.
Franca
Frankenia (lat. Frankenia) — qərənfilçiçəklilər dəstəsinin frankeniaceae fəsiləsinə aid bitki cinsi. == Sinonim == Anthobryum Phil. Beatsonia Roxb. Franca Boehm. Hypericopsis Boiss. Niederleinia Hieron. Tetreilema Turcz.
Qaraca
Qaraca dağı (Daşkəsən) — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ. Qaraca dağı (Yevlax) — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağ. Qaraca dağı (Şamaxı) — Şamaxı rayonunda yerləşən dağ. Qaraca dağı (Yardımlı) — Yardımlı rayonunda yerləşən dağ.
Qrampa
Qrampa, Ziazan — Ermənistanın Üçkilsə rayonunda kənd.
Tarama
Tarama (yap. 多良間島) — Miyako qrupuna, Sakişima adaları, Ryukyu arxipelaqına daxil olan ada. Minna adası ilə birlikdə Tarama dairəsini əmələ gətirir və Miyako qəzası, Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 19,75 km² təşkil edir. Tarama adasının şimalında Siokava və Nasasuci qəsəbələri yerləşir. Adada 1000 nəfər yaşayır. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 33 metrdir. Adaya yaxınlaşmaq məqsədi ilə sal quraşdırılmışdır.
Tramua
Tramua (fr. Tramoyes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Reryo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01424. == Coğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 17 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1674 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1442 nəfərdən (15-64 yaş) 834 nəfəri iqtisadi cəhətdən, 308 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu 76.5%). 834 fəal sakindən 791 nəfər (406 kişi və 385 qadın) işləyir, 43 nəfər işsizdir (22 kişi və 21 qadın).
Yarımca
Yarımca (Babək) — Azərbaycanın Babək rayonunda kənd. Yarımca (Xızı) — Azərbaycanın Xızı rayonunda kənd. Yarımca (Tərtər) — Azərbaycanın Goranboy rayonunda kənd.
Tramva
Zədə (yun. τραῦμα, yara) — xarici faktorlar nəticəsində orqanizmin fiziki zədələnməsi. Yaralayan faktora görə zədələr mexaniki (əzilmə, sümük sınığı və s.), termik (yanıq, şaxta vurma), kimyəvi zədə, barozədə (atmosfer təzyiqinin dəyişməsi nəticəsində), elektrik cərəyanının vurması və s., həmçinin kombinə olunmuş olur. Zədə alınmasına görə zədələnmə məişət, idman, istehsalat, döyüş idman növlərinin təsiri nəticəsində olur. == Ədəbiyyat == Волков В.Н., Датий А.В. Судебная медицина: Учебное пособие для вузов / Под ред. проф. А.Ф.Волынского. — М.: ЮНИТИ-ДАНА, Закон и право, 2000. — 639 с. «Юнити» 2000 Пиголкин Ю.И., Баринов Е.Х. Судебная медицина: Учебник / Под ред.
Achillea arabica
Achillea arabica (lat. Achillea arabica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
ANAMA
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). == Tarixi == Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. == Fəaliyyəti == ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.
Araba
Аrаbа – türk mənşəli söz оlub, qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа аrаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı. Аrаbаnın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Cüt qоşqu аrаbаlаrı təkqоllu оlub, аrаbаnın qаrşı tərəfindən оrtа hissəyə bərkidilir. Qоl аrаbаnın müхtəlif tərəflərə yönələ bilməsini təmin еtmək məqsədi ilə оnun ön hissəsinə birləşdirilmiş dişləyə bəndlənir. Dişlə türk mənşəli tuşlа sözündən оlub, аrаbаnın tuşlаnа biləcəyi istiqаməti ifаdə еdir.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Xramçay
Anaxatır və ya Xram (gürc. ხრამი (Xrami)) — Gürcüstan və Azərbaycanda çay. Kür çayının sağ qolu. Başlanğıcını Kiçik Qafqaz dağlarının Ərcivan dağ silsiləsinin Gürcüstan Respublikasının Samtsxe-Cavaxeti mxaresinin Borjomi bələdiyyəsi ərazisində yerləşən Tsxratskaro dağ keçidinin (2 454.3 m) ətəyindən, 2 422 m hündürlükdən götürür. Çayın illik orta su sərfi 1 km³/san-dir. Borjomi bələdiyyəsinin ərazisindən başlayan çay Aşağı Kartli mxaresinin Barmaqsız, Ağbulaq, Çörük Qəmərli və Sarvan bələdəyyələrindən axaraq Azərbaycan Respublikasının Qazax rayonunun II Şıxlı kəndi yaxınlığında Kür çayına tökülür.Anaxatır çayının uzunluğu 201 km, hövzəsinin sahəsi 8.340 km²-dir. Çayın hövzəsinin 4.378 km²—lik qismi Ermənistanın ərazisində yerləşir.
Maralça
Maralça (lat. Tragulus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin maralçalar fəsiləsinə aid heyvan cinsi.