YARIMCA

Yarım”dan kiç. Yarımca saat gözləyin. Yarımca gün vaxt lazımdır.
– Salman [Mayaya] savışdı: – Bu istidə hara? Bir yarımca saat otur, mən də dururam. M.İbrahimov.

YARIMBÜKÜK
YARIMCAN
OBASTAN VİKİ
Yarımca
Yarımca (Babək) — Azərbaycanın Babək rayonunda kənd. Yarımca (Xızı) — Azərbaycanın Xızı rayonunda kənd. Yarımca (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunda kənd.
Yarımca (Ağdərə)
Yarımca — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Yarımca kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Yarımca kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Yarımca kəndi ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin avqustunda ermənilər yenidən kəndi işğal edib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Yarımca kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Yarımca (Babək)
Yarımca — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsində kənd. Oykonim "kəndin yarısı" mənasındadır. Yarımca kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Naxçıvan şəhərindən 4 km şimal-şərqdə, Naxçıvançayın sahilində, Naxçıvan-Sirab avtomobil yolunun kənarında, dağ ətəyində yerləşir. Əhali taxılçılıq, tütünçülük, üzümçülük və heyvandarlıqla məşğuldur. Kənddə mədəniyyət evi mövcuddur. Kənddə Yarımca kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə tibb məntəqəsi mövcuddur.
Yarımca (Tərtər)
Yarımca — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Yarımca kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Yarımca kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Yarımca kəndi ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin avqustunda ermənilər yenidən kəndi işğal edib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Yarımca kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Yarımca (Xızı)
Yarımca — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd.
Yarımca nekropolu
Yarımca nekropolu — Babək rayonunun eyniadlı kəndi yaxınlığında arxeoloji abidə. 1977-ci ildə qeydə alınmışdır. Qəbirlər düzbucaqlı şəklində olub qərbdən şərqə doğru istiqamətlənmişdir. Başdaşılarının əksəriyyəti düşmüş və dağıdılmışdır. Saxlanılan başdaşıları yastı daş plitələrdən olub yuxarısı tağvari sonluqla tamamlanmışdır. Bəzi başdaşıların üzərində nəsx və ya süls xətti ilə ərəbdilli yazılara, həmçinin, qoç başdaşılarına rast gəlinir. Qəbiristanlıq 10–15-ci əsrlərə aid edilir.
Yarımca yaşayış yeri
Yаrımcа yаşаyış yеri — Babək rayonunun Yarımca kəndi yахınlığındа yеrləşir. Yаşаyış yеri Yаrımcа kəndinin yахınlığındаn kеçən аsfаlt yоlun sаğ tərəfində yеrləşən uzunsоv, təpədən ibаrətdir. Vахtilə təpənin üzərində Оrtа əsrlərə аid qəbiristаnlıq оlmuşdur. Аrаşdırmаlаr zаmаnı müəyyən еdilmişdir ki, yаşаyış yеri Оrtа Tunc dövründən istifаdə оlunmuşdur. Аrаşdırmа zаmаnı Оrtа Tunc dövrünün sоn mərhələsinə аid pоliхrоm nахışlı bоyаlı kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Nахışlаr sаrı fоnа qırmızı və qəhvəyi rənglə çəkilmiş tоrlu üçbucаqlаrdаn ibаrətdir. Аşkаr оlunаn mаtеriаllаrа əsаsən, yаşаyış yеrini е.ə. II minilliyə аid еtmək оlаr.

Digər lüğətlərdə