ATMACA

is. Birinə sataşmaq məqsədi ilə, yaxud zarafatla deyilən kinayəli söz.
[Mindilli:] Yusif, atmaca ilə danışma. S.Rəhman.
Gülsənəmin atmacasından sonra heç kim dinmirdi. M.Hüseyn.
Nərgizin atmacaları, Həbibin eyhamları səmərə vermədi. Ə.Vəliyev.

// Sif. mənasında.
[Kərbəlayı Rəcəb:] O zalım balası da həmişə mənim atmaca sözlərimi özgə cürə yozub. N.Vəzirov.
[Hətəm:] Bu qızdan elə atmaca söz çıxır ki! Mir Cəlal.

□ Atmaca atmaq – kinayəli söz atmaq.
Adamların içində danışıq genişləndi, mübahisə şəklində yerdən atmacalar atıldı. S.Rəhimov.

ATMA
ATMACALAMA

Digər lüğətlərdə

вертика́льный волочи́льщик обеспы́ливаться предо- приседа́ние спра́шивание суеве́р двухле́ток намозо́лить глаза согре́ть шарни́р сортировать acupressure civilianize classable Coverley gig-work Juliana syntony tumble grass верхолаз вкопать влюбиться заключённый пикейный