Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aseksuallıq
Aseksuallıq – hərhansı birinə qarşı cinsi istək azlığı və ya cinsi proseslərə maraq azlığı yaxud maraq yoxluğu. Cinsi yönəlim olaraq qəbul edilən versiyalardan biridir. 2004-cü ildə aparılmış bir araşdırmaya görə dünya üzərində aseksualların sayı təxminən 1% olaraq hesablanmışdır. Aseksuallıq, fərdin şəxsi, mental və ya dini inancları kimi hansısa səbəblərdən cinsi proseslərdən qaçınmadan fərqlidir. Bəzən aseksual fərdlər də, partnyorlarını təmin etmək yaxud uşaq sahibi olmaq kimi müxtəlif səbəblərdən cinsi istək azlığına baxmayaraq cinsi proseslərdə iştirak edə bilərlər. Aseksuallığın cinsi yönəlim olaraq qəbulu və araşdırılması olduqca yeni bir prosesdir. Bəzi araşdırmaçıların aseksuallığı cinsi yönəlim olaraq qəbul etməsinə baxmayaraq, bəzi araşdırmaçılar bu fikirlə razılaşmamaqdadırlar. Özəlliklə sosial media və internetin ortaya çıxmasından sonra aseksual şəbəkələr yaranmağa başlamışdır. Bunlardan ən sürətli məşhurlaşan qurumlardan biri 2001-ci ildə "David Jay"in qurduğu Aseksual Görünürlüyü və Təhsili şəbəkəsidir (Asexual Visibility and Educational Network) - (AVEN). Aseksual fərdlər cinsi çəkim azlığına baxmayaraq, romantik əlaqələr qura bilərlər.
Seksuallıq
İnsanın seksuallığı və ya insanın cinsəlliyi — insanın cinsi həvəsinin təzahürü və ödənilməsi ilə bağlı olan bioloji, psixofizioloji, psixi və emosional reaksiyaların, təcrübə və hərəkətlərin məcmusu. Seksuallıq insan orqanizminin tənəffüs, həzm və s. kimi anadangəlmə ehtiyacı və funksiyasıdır. İnsan fizioloji olaraq müəyyən seksual potensialla doğulur, sonra fərdi həyat təcrübəsi çərçivəsində seksuallıq formalaşır. Ümumiyyətlə, insanın seksuallığı bioloji, psixi və sosial-mədəni amillərin inteqrasiya olunmuş qarşılıqlı təsiri ilə müəyyən edilir . == İnsan seksuallığının komponentləri == İnsan seksuallığının çoxsaylı formaları var. İnsan seksuallığı geniş spektrli davranış və prosesləri, cinsiyyətin fizioloji, psixoloji, sosial, mədəni, siyasi, mənəvi və ya dini aspektlərini, habelə insanın cinsi davranışını əhatə edir. Seksuallıq insan davranışının digər aspektləri kimi, həm bioloji, həm də sosial xarakter daşıyır: cinsiyyətin bəzi xüsusiyyətləri genetik, digərləri isə sosiallaşma prosesində formalaşır. Bu baxımdan insan seksuallığının bir neçə komponenti fərqləndirilir: bioloji cins — cinsi xromosomlar, cinsi hormonlar, cinsiyyət hüceyrələri, xarici və daxili cinsiyyət orqanları, ikinci dərəcəli cinsi əlamətlər kimi əlamətlər toplusu; gender kimliyi — bioloji cinslə mütləq üst-üstə düşməyən müəyyən cinsə mənsubiyyət hissi; gender rolu — cəmiyyətdə bu və ya digər "adətən kişi" və ya "adətən qadın" davranışını təyin edən, müəyyən cəmiyyətin mədəni normalarına uyğun gələn davranış; seksual oriyentasiya — əks cinsdən (heteroseksual oriyentasiya), eyni cinsdən (homoseksual oriyentasiya) və ya hər iki cinsdən (biseksual oriyentasiya) insanlara emosional, romantik və həssas cazibə və ya ümumiyyətlə hər hansı cazibənin olmaması (aseksual oriyentasiya); cinsi kimlik — özünü bu və ya digər cinsi oriyentasiyaya malik olan insanlarla eyniləşdirməsi, özünü müəyyən oriyentasiyalı şəxs kimi dərk etməsi . Fəlsəfə, xüsusilə etika və əxlaq elmi ilə yanaşı ilahiyyatın da predmetinə bu mövzu daxildir.
Seksuallıq (dəqiqləşdirmə)
Cinsi əlaqə
Biseksuallıq
Biseksuallıq və ya biseksualizm — həm kişi , həm də qadınlara, o cümlədən birdən çox genderə qarşı romantik cazibə, cinsi cazibə və ya seksual davranış. Bu termin cinsiyyətindən və gender kimliyindən asılı olmayaraq insanlara romantik və ya cinsi cazibə bəsləmək mənasında da istifadə edilə bilər. Buna panseksuallıq da deyilir. Biseksuallıq termini əsasən kişilərə və qadınlara qarşı bəslənən romantik və ya seksual hissləri ifadə etmək üçün istifadə olunur. Bu anlayış heteroseksuallıq və homoseksuallıq ilə birlikdə cinsi oriyentasiyanın üç əsas təsnifatından biridir. Biseksual kimlik hər iki cins üçün eyni cinsi cazibəyə bərabər olmaq məcburiyyətində deyil. Ümumiyyətlə, bir cinsdən digərinə nisbətən fərqli, lakin müstəsna olmayan cinsi seçimləri olan insanlar da özlərini biseksual hesab edirlər. Müasir elm adamları cinsi oriyentasiyanın dəqiq səbəbini bilmirlər. Buna baxmayaraq, onlar bunun genetik, hormonal və ekoloji amillərin mürəkkəb qarşılıqlı təsirindən qaynaqlandığını irəli sürürlər və bunu seçim kimi qiymətləndirmirlər. Cinsi oriyentasiyanın səbəbi ilə bağlı tək bir nəzəriyyə indiyədək geniş yayılmasa da, elm adamları biologiyaya əsaslanan nəzəriyyələrə üstünlük verirlər.
İnsanın seksuallığı
İnsanın seksuallığı və ya insanın cinsəlliyi — insanın cinsi həvəsinin təzahürü və ödənilməsi ilə bağlı olan bioloji, psixofizioloji, psixi və emosional reaksiyaların, təcrübə və hərəkətlərin məcmusu. Seksuallıq insan orqanizminin tənəffüs, həzm və s. kimi anadangəlmə ehtiyacı və funksiyasıdır. İnsan fizioloji olaraq müəyyən seksual potensialla doğulur, sonra fərdi həyat təcrübəsi çərçivəsində seksuallıq formalaşır. Ümumiyyətlə, insanın seksuallığı bioloji, psixi və sosial-mədəni amillərin inteqrasiya olunmuş qarşılıqlı təsiri ilə müəyyən edilir . == İnsan seksuallığının komponentləri == İnsan seksuallığının çoxsaylı formaları var. İnsan seksuallığı geniş spektrli davranış və prosesləri, cinsiyyətin fizioloji, psixoloji, sosial, mədəni, siyasi, mənəvi və ya dini aspektlərini, habelə insanın cinsi davranışını əhatə edir. Seksuallıq insan davranışının digər aspektləri kimi, həm bioloji, həm də sosial xarakter daşıyır: cinsiyyətin bəzi xüsusiyyətləri genetik, digərləri isə sosiallaşma prosesində formalaşır. Bu baxımdan insan seksuallığının bir neçə komponenti fərqləndirilir: bioloji cins — cinsi xromosomlar, cinsi hormonlar, cinsiyyət hüceyrələri, xarici və daxili cinsiyyət orqanları, ikinci dərəcəli cinsi əlamətlər kimi əlamətlər toplusu; gender kimliyi — bioloji cinslə mütləq üst-üstə düşməyən müəyyən cinsə mənsubiyyət hissi; gender rolu — cəmiyyətdə bu və ya digər "adətən kişi" və ya "adətən qadın" davranışını təyin edən, müəyyən cəmiyyətin mədəni normalarına uyğun gələn davranış; seksual oriyentasiya — əks cinsdən (heteroseksual oriyentasiya), eyni cinsdən (homoseksual oriyentasiya) və ya hər iki cinsdən (biseksual oriyentasiya) insanlara emosional, romantik və həssas cazibə və ya ümumiyyətlə hər hansı cazibənin olmaması (aseksual oriyentasiya); cinsi kimlik — özünü bu və ya digər cinsi oriyentasiyaya malik olan insanlarla eyniləşdirməsi, özünü müəyyən oriyentasiyalı şəxs kimi dərk etməsi . Fəlsəfə, xüsusilə etika və əxlaq elmi ilə yanaşı ilahiyyatın da predmetinə bu mövzu daxildir.
İnsan seksuallığı