Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tamaşalı nekropolu
Tamaşalı nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş kəndində eyni adlı yaşayış yerinin 1 km-liyində təpə üzərində yerləşir. Burаdа аpаrılmış tədqiqаtlаr nəticəsində müəyyən еdilmişdir ki, nеkrоpоlda dаş qutu tipli və tоrpаq qəbirlər vаrdır. Nеkrоpоldаn аşkаr еdilmiş mаddi-mədəniyyət nümunələri kiçik ölçülü küpə tipli qаblаrа аiddir. Küpələr əldə nisbətən kоbud şəkildə fоrmаlаşdırılmışdır. Оnlаr I-VI əsrlərə аiddir. Tоrpаq qəbirlər X-XVI əsrlərə аiddir. Оnlаr qərb-şərq istiqаmətində qаzılmışdır. Bəzisinin üzərində sənduqə tipli sinə dаşlаrı vаr.
Amerika maralı
Amerika maralı (lat. Odocoileus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Donuz maralı
Donuz maralı (lat. Axis porcinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Kalamian maralı
Kalamian maralı (lat. Axis calamianensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. Kalamian adası üçün endemik növdür. == Təsviri == Heyvanın bədəninin uzunluğu 105–115 sm, süysününün hündürlüyü 60–75 sm, kütləsi 36–50 kq olur. Maralın yunu qəhvəyi çalardadır və erkəkləri böyüdükcə yununun rəngi tündləşir.
Kul maralı
Kul maralı (lat. Axis kuhlii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Müşk maralı
Müşk maralı, Qabarğa və ya Sibir geyiki (lat. Moschus moschiferus) — qabarğalar (Moschidae) fəsiləsinə aid maralabənzər gövşəyən heyvan növü. == Etimologiya == Vasili Radlova görə rus dilindəki Кабарга sözü Teleüt, Şor və Sağay dillərindəki Tabırğa sözündən gəlib.. Bu türk mənşəli sözdür. == Təsnifatı == Qabarğa növünün 4-6 yarımnövü var. Bəzi təsnifatlarda bu yarımnövlər ayrıca növ kimi göstərilir. Qabarğanın bədəninin uzunluğu 1 m, quyruğunun uzunluğu 4—6 sm, süysününün hündürlüyü 70 sm-ə qədər, kütləsi isə 11—18 kq olur. Qabarğanın buynuzları olmur. == Coğrafiyası == Qabarğa Himalay və Tibet dağlarının şərqindən Şərqi Sibir, Koreya və Saxalinə kimi olan sıldırım qayalıqları və iynəyarpaqlı meşələr olan ərazılərdə yayılmışdır. Təqribən dəniz səviyyəsindən 600–900 m, nadir hallarda 1600 m yüksəklikdə yaşayır.
Su maralı
Su maralı (lat. Hydropotes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Şimal maralı
Şimal maralı (lat. Rangifer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cınsı.
Kanada maralı
Kanada maralı (lat. Cervus canadensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü.
Tamaşalı yaşayış yeri
Tamaşalı yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş kəndində yerləşən yaşayış yeri. Hər tərəfdən hündür dağlarla əhatələnmiş, düzənlik sahədə, səfalı bir yerdə salınmış yaşayış yeri maldarlıq və heyvandar lıq üçün olduqca əlverişlidir. Hər tərəf yam-yaşıl bitkilərlə örtülmüşdür. Hazırda yaşayış yerində daşdan inşa olunmuş tikintilər, iri daş dibəklər, ictimai binaların qalıqları qalmaq dadır. Yerüstü materiallar başlıca olaraq çəhrayı rəngdə bişirilmiş, xaricdən cilalanmış kasa və küpə tipli qabların parçalarından ibarətdir. Tamaşalı yaşayış yerinin sahəsi bir hektardır. Yaşayış yerində 2 x 2 metr ölçüdə kəşfiyyat qazıntısı aparılmış, divar qalıqları, külyığımı, çəhrayı rəngdə bişirilmiş kerami ka aşkar edilmişdir. Tədqiqat zamanı 3 metr qalınlığı olan iki mədəni təbəqə aşkar edilmişdir. Üst mədəni təbəqədən şirli və şirsiz keramika, osteoloji qalıqlar tapılmışdır. Bu təbəqə XI-XVI əsrlərə aiddir.
Cənub And maralı
Cənub And maralı (lat. Hippocamelus bisulcus) — And maralının iki yarımnövündən biridir. Cənubi Amerikanın cənubunda Çili və Argentina ərazisində yaşayan emdemik canlı. Bu növ marallar And dağlarında 3—5 min metr yüksəklikdə yaşayır. Onlar qrup halında yaşayır. Bu qruplar 2-8 maraldan ibarət olur. Yay ayları dağlara istiqamətlənirlər. Qışda isə 1000 metr səviyyəsinə qədər enirlər . Bəzən dəniz səviyyəsinə qədər enirlər. Günorta qayaların üzərinə çıxırlar.
Qarabağın maralı (mahnı)
"Qarabağın maralı" — Sözləri və musiqisi İskəndər Novruzluya məxsus mahnı. == Tarixi == "Qarabağın maralı" xalq mahnısı kimi məşhurlaşan bu sənət incisinin sözləri və musiqisi Ağdamlı İsgəndərindir. Mahnı Qarabağ gözəli, teatr aktrisası Suğra Bağırova-Abdullayeva həsr olunmuşdur. İlk dəfə 1951-ci ildə şuşalı xanəndə İsa Rəhimovun ifasında səslənib. Sonralar bir çox müğənnilər "Qarabağın maralı"nı böyük həvəslə oxuyublar. Bəzi hallarda da mahnının adını və sözlərini təhrif edərək "Azərbaycan maralı" kimi səsləndiriblər. == İfaçıları == Bu mahnının ən gözəl ifaçıları isə xalq artistləri Sara Qədimova və Şövkət Ələkbərova olub.
Adi şimal maralı
Adi şimal maralı (lat. Rangifer tarandus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin şimal maralı cinsinə aid heyvan növü. Cinsin yeganə nümayəndəsidir. Avrasiya və Şimali Amerikanın şimal hissəsində yaşayır. Şimal maralı ot və şibyədən əlavə kiçik məməli və quşlarla da qidalanır. Avrasiyada şimal maralı əhliləşdirilib və artıq şimal xalqları üçün qida və material mənbəyi kimi mühüm əhəmiyyət kəsb edir. Şimal marallarının çəkisi 220 kiloqrama çatır. Onların boyunları nisbətən uzun, ayaqları isə qısa olur. Şimal marallarının həm erkəklərinin, həm də dişilərinin buynuzu olur. Onların buynuzlarının özünə məxsus forması var.
Ankaralı Mehmed Əmin Əfəndi
Ankaralı Mehmed Əmin Əfəndi (1619, Ankara – 2 noyabr 1687) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == 1619-cu ildə Ankarada dünyaya gəlmişdir. Bu səbəblə bir çox tarixi mənbələrdə Ankaralı olaraq anılır. Atası Hüseyn Əfəndi Ankaranın məşhur tacirlərindən olmuşdur. Kiçik yaşlarında Ankara müftisi Kırşəhərli Mehmed Əfəndinin xidmətinə girdi və burada ilk təhsilini aldı. Ardından şeyxülislam Zəkəriyazadə Yəhya Əfəndinin dərslərini aldı və dini təhsilini başa vurdu. Bir müddət kiçik dərəcəli mədrəsələrdə müdərris oldu. Daha sonra 1650-ci ilin oktyabrında Mehmed ağa darülhədisində, 1656-cı ilin avqustunda Pərviz Əfəndi, ertəsi il Qasım Paşa mədrəsəsinə təyin edildi və fətva əmini oldu. Ardından 1663-cü ilədək bir sıra önəmli mədrəsələrdə müdərris olaraq fəaliyyət göstərdi. Daha sonra qazılığa keçərək 1663-cü ilin oktyabrında Yenişəhər qazısı oldu.
Sovet İttifaqı Donanma Admiralı
Sovet İttifaqı Donanma Admiralı — SSRİ hərbi dəniz donanmasında ən yüksək hərbi rütbə. SSRİ Ali Soveti Rəyasət Heyətinin 3 mart 1955-ci il tarixli qərarı ilə təsis edilib. Sovet İttifaqı Marşalı hərbi rütbəsinə uyğundur.
Jaime Enrike Qarsiya Amaral
Jaime Enrike Qarsiya Amaral — Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ildən)