Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
AutoCAD
AutoCAD — Autodesk şirkətinin hazırladığı proqram olub maşınqayırma, tikinti və digər mühəndislik layhələrinin işlənməsində tətbiq olunur. Tarixi Proqramın köməyi ilə mühəndislikdə əl ilə yerinə yetirilən cizgi işləri avtomatlaşdırılmış və bununla layihələndirmə işləri sürətləndirilmişdir. Hər il Autocad-ın yeni, daha təkmilləşdirilmiş versiyası yaradılır. İndiyə qədər yaradılmış versiyaları: == İmkanları == Sadə cizgidən başlayaraq 3D modellərin qurulmasına qədər işləri yerinə yetirməyə imkan verir. AutoCAD-ın ən güclü vasitələrindən biri də onun proqramlaşdırma görünüşünün olmasıdır. Hər bir istifadəçi AutoLİSP-dən istifadə etməklə AutoCAD-ı fərdi sorğu və tələblərinə uyğunlaşdıra bilər. AutoLİSP proqramlaşdırma dilində notepad-də proqramı yazıb qurtardıqdan sonra onu .lsp faylı kimi yaddaşa vermək lazımdır. Əks halda AutoCAD bu faylı tanımayacaq və proqram yüklənməyəcək. AutoLİSP proqramlaşdırma dilində bütün əmrlər mötərizələr ilə əhatə edilir. Açılan və bağlanan mötərizələrin sayı mütləq bərabər olmalıdır, əks halda proqram işləməyəcək.