Antikoaqulyasiya
Antikoaqulyasiya - Qanın ekstrakorporal konturda laxtalanması.
== Haqqında ==
HD prosesində xəstənin qanı iynə və ya kateterlə, qan magistralları ilə, hava tutucusu ilə, dializator membranı ilə təmasda olur. Bu səthlər trombogen olub qanı laxtalandıra bilərlər. Trombun əmələ gəlməsi ekstrakorporal konturun fəaliyyətini pozur. Ekstrakorporal konturda laxtanın əmələ gəlməsi hər hansı səthə qan plazmasının çökməsi ilə başlayır, sonra isə trombositlərin adheziya və aqreqasiyası baş verir, tromboksan A2 əmələ gəlməsi, laxtalanma kaskadı aktivləşir, trombin və fibrin depozitlərinin əmələ gəlməsi baş verir.
== Ekstrakorporal konturda qanın laxtalanmasına səbəb olan faktorlar ==
Qanın hərəkət sürətinin azlığı;
Yüksək hematokrit;
Yüksək ultrafi ltrasiya;
Damar yolunda resirkulyasiya;
Dializ zamanı qan yaxud onun komponentlərinin infuziyası;
Yağ məhlulların dializ zamanı infuziyası;
Hava tutucularının olması.
Ekstrakorporal konturda qanın laxtalanmasının qarşısını almağa və dializ aparmağa imkan verən heparinin təyini indi standart bir üsul sayılır. Heparin müsbət yüklənmiş, sulfatlanmış mukopolisaxarid (molekul kütləsi müxtəlifdir) olub donuzların bağırsağından və ya inəklərin ağciyərindən alınır. Heparin dövr edən antitrombin III birləşdirir və sonra I, IX, XI və XII koaqulyasiya faktorlarının serin proteazaları ilə kompleks əmələ gəlməsi səbəbindən sürətli dezaktivasiya baş verir. Heparinin yarımparçalanma müddəti 30-120 dəq-yə bərabərdir və antitrombin III, yaxud heparini neytrallaşdırmaq üçün istifadə olunmuş protamin sulfat kompleksindən azad olduqda bu dövr uzanır.