Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Futbol üzrə dünya çempionatında qeydə alınmış avtoqolların siyahısı
Bu siyahıda FİFA Dünya Kubokunda avtoqola imza atmış futbolçular göstərilmişdir (Seçmə mərhələlərində qeydə alınan avtoqollar nəzərə alınmamışdır). == Avtoqolların siyahısı == Cədvəldəki məlumatlar avtoqolların qeydə alındığı tarixə əsasən ardıcıl sıralanmışdır. Əgər futbolçu öz milli yığması ilə birlikdə medal mükafatçısı olmuşdursa, onda, onun adı komandanın tutduğu yerdən asılı olaraq qızılı, gümüşü və ya bürünc fonda göstərilmişdir. === Futbol üzrə dünya çempionatlarında avtoqollar === Yalnız 4 mundialda heç bir avtoqol vurulmamışdır. Bunlar 1934, 1958, 1962 və 1990-cı illərdə keçirilmiş turnirlərdir. Ən çox avtoqol 1998-ci ildə keçirilən futbol üzrə dünya çempionatında vurulmuşdur. Fransada keçirilmiş həmin futbol üzrə dünya çempionatında 6 avtoqola imza atılmışdır. Orta hesabla dünya çempionatı ərzində 2,05 avtoqol qeydə alınır. Son beş turnirlərdə qeydə alınan avtoqolların sayı ikidən az olmamışdır. == Statistika == İlk Avtoqol: Manuel Rosas, Meksika - Çili, 1930.
FİFA Dünya Kubokunda qeydə alınmış avtoqolların siyahısı
Bu siyahıda FİFA Dünya Kubokunda avtoqola imza atmış futbolçular göstərilmişdir (Seçmə mərhələlərində qeydə alınan avtoqollar nəzərə alınmamışdır). == Avtoqolların siyahısı == Cədvəldəki məlumatlar avtoqolların qeydə alındığı tarixə əsasən ardıcıl sıralanmışdır. Əgər futbolçu öz milli yığması ilə birlikdə medal mükafatçısı olmuşdursa, onda, onun adı komandanın tutduğu yerdən asılı olaraq qızılı, gümüşü və ya bürünc fonda göstərilmişdir. === Futbol üzrə dünya çempionatlarında avtoqollar === Yalnız 4 mundialda heç bir avtoqol vurulmamışdır. Bunlar 1934, 1958, 1962 və 1990-cı illərdə keçirilmiş turnirlərdir. Ən çox avtoqol 1998-ci ildə keçirilən futbol üzrə dünya çempionatında vurulmuşdur. Fransada keçirilmiş həmin futbol üzrə dünya çempionatında 6 avtoqola imza atılmışdır. Orta hesabla dünya çempionatı ərzində 2,05 avtoqol qeydə alınır. Son beş turnirlərdə qeydə alınan avtoqolların sayı ikidən az olmamışdır. == Statistika == İlk Avtoqol: Manuel Rosas, Meksika - Çili, 1930.
Alkoqol
Alkoqol — Etanol
Avtonom
Muxtariyyət — dövlətin müəyyən bir hissəsinə müstəqilliyin hər hansı formasının verilməsi. Muxtariyyət bütün ərazilərə deyil, unitar dövlətin yalnız coğrafi vəziyyəti və milli tərkibinə görə fərqlənən bir hissəsinə verilir. Muxtariyyətin iki növü vardır: 1. Korporativ muxtariyyət — adətən linqvistik icmanın mövcudluğu ilə əlaqələndirilir ki, bunun üçün də bir qayda olaraq dövlət aparatında müəyyən yerlər ehtiyyatda saxlanılır. Digər etnik qrupların həmin rayonda işləyən dövlət qulluqçuları isə həmin azlığın dilini, məişətini və adət-ənənələrini bilməlidir. Bundan başqa, məhkəmə prosesi, məktəblərdə tədris yerli dildə aparıla bilər. Muxtariyyətin belə forması Hindistanda geniş tətbiq olunur. 2. Ərazi muxtariyyəti — adətən milli-ərazi və geosiyasi səciyyə daşıyır. Etnik əlamətə deyil, konkret ərazidə yaşayan əhalinin adət-ənənələrinə və mədəni xüsusiyyətlərinə əsaslanan muxtariyyətdir.
Alkoqol deliriyası
Alkoqol deliriyası — titrəmə ilə müşahidə olunur və xəstənin çox həyəcanlı bir vəziyyəti kimi ortaya çıxır. Alkoqolik şəxsin belə bir vəziyyəti yuxarıda izah edilən və alkoqoldan irəli gələn fiziki asılılıqdan ibarətdir. Demək olar ki, bütün alkoqolik şəxslərdə içkinin ardı kəsildikdən sonra müşahidə edilir. Xəstə bu zaman gözünün qarşısında qorxunc heyvanların, o cümlədən ilan və əqrəbin göründüyünü iddia edir. Əgər həmin vəziyyətdə olan bir içki düşkününə dərhal uyğun tibbi müdaxilə göstərilməzsə xəstə ölə bilər.
Alkoqol paranoidi
Alkoqol paranoidi — ruh pozulmasının əsas əlamətlərindən biri olub, özünü şiddətli qısqanclıq şəklində büruzə verir. Xəstə şəxs hamının onu aldatdığı qənaətinə gəlir. Eyni zamanda öz qızı və ya ona xidmət edən şəfqət bacısı haqqında da fikirləşir. Bundan başqa belə xəstə ailəsi içərisində də ona pis gözlə baxıldığını, onu öldürmək istədiklərini zənn edir.
Avtonom avtomobil
Özügedən avtomobil və ya avtonom avtomobil həmçinin sükansız avtomobil içində saxladıqları avtomatik idarə sistemləri sayəsində bir sürücüyə ehtiyac duymadan yolu, nəqliyyat axınını və ətrafını dərk edərək sürücünün müdaxiləsi olmadan gedə bilən avtomobillərdir. Özügedən avtomobilləri radar, GPS, odometr, kompüter görüşü kimi texnologiyalar və texnikalar istifadə edərək ətrafındakı cisimləri dərk edə bilməkdədir. Avtonom avtomobillərin tarixinə baxanda 1920–1930-cu illərdə bəzi gözə dəyən sistemlər avtonom avtomobillərin müjdəsini çoxdan vermişdirlər. Öz-özünə gedə bilən ilk modellər 1980-ci illərdə ortaya çıxmışdı. İlk avtomobil 1984-cü ildə Karnegi Mellon Universitetinin həyata keçirdiyi navlab və ALV layihələri ilə həyata keçirildi. Bu layihəni 1987-ci ildə Mercedes-Benz firmasının və Bundesver Universitetinin bir yerdə həyata keçirtdiyi Eureka Prometheus layihəsi izlədi. Bu iki avtomobilədən sonra saysız şirkət minlərlə avtonom avtomobillər istehsal etdilər və bu avtomobillərin bəziləri hal-hazırda bir neçə ölkədə nəqliyyata açılmış vəziyyətdədirlər. Özügedən avtomobilləri nəqliyyat sektorunda bir inqilaba yol açaraq avtomatik texnika sektorunda da böuük bir çevrilişə səbəb olacaq kimi görünür. Sürücüsüz nəqliyyat vasitəsi texnologiyalarındakı sürətli inkişaf çok yaxın bir zamanda Henri Fordun oyununun qaydalarını böyük ölçüdə dəyişdirəcək. Xüsusilə avtomatik texnikalar sənayesi bu inkişafdan ən çox təsir alan sənayelərdən biri olacaq.
Avropanın alkoqol kəmərləri
Avropanın alkoqol kəmərləri — Avropanı ənənəvi spirtli içkilərinə görə üç yerə bölür: pivə, şərab və ya likorlar. Onlar mütləq mövcud içmə vərdişləri ilə uyğun gəlmir, məsələn, pivə dünyada ən populyar alkoqollu içkidir. Ona görə də kəmərlər tamamilə obyektiv deyildir.
Qaraciyərin alkoqol xəstəliyi
Qaraciyərin alkoqol xəstəliyi — Qaraciyərin alkoqol xəstəliyi qaraciyər hüceyrələrinə etanolun zədələyici təsiri ilə xarakterizə olunur. Bəzi ölkələrdə qaraciyərin alkoqol mənşəli xəstəliyinin yayılma dərəcəsi qaraciyərin başqa xəstəlikləri, məsələn, B və C virus hepatitlərinin rastgəlmə səviyyəsi ilə müqayisə edilə bilər. Qaraciyərin alkoqol mənşəli piy distrofiyası (steatozu) Alkoqol mənşəli hepatit Alkoqol mənşəli sirroz Bəzən alkoqol mənşəli hepatitləri kəskin və xroniki hepatitlərə ayırırlar, ancaq bu nozoloji formalar bir-birindən ciddi şəkildə fərqlənmirlər. Gün ərzində 40 q-dan artıq etanol qəbulu qaraciyərin alkoqol xəstəliyinin yaranma riskini artırır. 10 ildən artıq müddətdə gün ərzində 80 q-a qədər təmiz etanol qəbulu qaraciyərin sirrozunun yaranması ilə nəticələnə bilər . Qaraciyərin alkoqol mənşəli xəstəliyinin ağır formalarının yaranmasında genetik meyllilik, qadın cinsi, B və C virus hepatitləri ilə yoluxma, qidalanmanın çatışmazlığı, qida disbalansı və s. etioloji amillər əhəmiyyətlidir. Qaraciyərin alkoqol mənşəli steatozu əksər hallarda simptomsuz keçir və təsadüfi müayinə nəticəsində aşkara çıxır. Bəzən xəstə ürəkbulanma, qarnının sağ yuxarı kvadrantında küt ağrılardan, ümumi diskomfort hislərindən şikayətlənir. Qaraciyərin alkoqol mənşəli hepatitinin əlamətləri başqa etiologiyalı qaraciyər çatışmazlığı zamanı yaranan klassik simptomlara uyğundur.
Ən çox alkoqol qəbul edən ölkələr
Ən çox alkoqol qəbul edən ölkələr — 2010-cu ilin nəticələrinə görə Moldovanın yaşından asılı olmayaraq hər bir sakininə adambaşına il ərzində 18 litr qəbul edilmiş alkoqol düşür. Bu dünya üzrə göstəricilərdən üç dəfə çoxdur. İkinci yerdə Çexiya durur. Orada bu rəqəm 16,45 litrdir. Siyahıda üçüncü yeri Rusiya tutur. Burada il ərzində adambaşına 15,76 litr alkoqol düşür. Onluğa bu ölkələrdən başqa Ukrayna, Estoniya, Rumıniya, Sloveniya, Belarus və Böyük Britaniya daxildir.