Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Axtaçı
Sabirabad rayonu Axtaçı — Sabirabad rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsində kənd. Axtaçı Muğan — Sabirabad rayonunun Güdəcühür kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Axtaçı — Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsində kənd.Digər Axtaçı Şirvan — Axtaçı (Kürdəmir) — Kürdəmir rayonunda kənd. Axtaçı Qarabucaq — Kürdəmir rayonunun Axtaçı kənd inzibati ərazi dairəsində kənd.
Axtaçı (Həmədan)
Axtaçı - İranın ŞHəmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsinin Çaharbölük kəndistanında, Bahar qəsəbəsindən 21 km qərbdədir.
Axtaçı (Kürdəmir)
Axtaçı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Axtaçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Kürdəmir rayonunun Axtaçı i.ə.v.-də kənd. Şirvan düzündədir. Kəndin keçmiş adı Axtaçı Yekəqurşaqlı olmuşdur. 1933-cü ildə həmin i.ə.v.-də Axtaçı-binə adlı başqa bir kənd də qeydə alınmışdır. Etnooykonimdir. Axtaçı "atabaxan, mehtər" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 449 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Axtaçı (Sabirabad)
Axtaçı (əvvəlki adı: Axtaçı Şaumyan) — Azərbaycan Respublikasının Sabirabad rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Sabirabad rayonunun Axtaçı Şaumyan kəndi Axtaçı kəndi adlandırılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Axtaçı Muğan
Axtaçı Muğan — Azərbaycan Respublikasının Sabirabad rayonunun Güdəcühür kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Sabirabad rayon Sabir Ağayev adına tam orta məktəb mövcuddur. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Axtaçı Qarabucaq
Axtaçı Qarabucaq (əvvəlki adı: Qarabucaq) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Axtaçı kənd inzibati ərazi dairəsində kənd.
Axtaçı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Axtaçı Şaumyan
Yuxarı Axtaçı (əvvəlki adları: Axtaçı Şaumyan; Axtaçı) — Azərbaycan Respublikasının Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Sabirabad rayonunun Axtaçı Şaumyan kəndi Axtaçı kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Axtaçı kəndi Yuxan Axtaçı kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Əhalisi 302 nəfərdir.
Axtaçı Şirvan
Axtaçı Şirvan — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Axtaçı Şirvan Hacıqabul r-nunda eyni adlı i.ə.v-də kənd. Şirvan düzündədir. Kürün Şirvan hissəsində yerləşdiyi üçün belə adlanmışdır. 1917-ci ildə Göyçay qəzasında Axtaçı Salyan adlı yaşayış məntəqəsi də qeydə alınmışdır. XIX əsrə aid mənbələrdə Axtaçı Sultanbəyli, Axtaçı Kəkəli kəndlərinin olduğu da göstərilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 587 nəfər əhali yaşayır.
Yuxarı Axtaçı
Yuxarı Axtaçı (əvvəlki adları: Axtaçı Şaumyan; Axtaçı) — Azərbaycan Respublikasının Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Sabirabad rayonunun Axtaçı Şaumyan kəndi Axtaçı kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Axtaçı kəndi Yuxan Axtaçı kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Əhalisi 302 nəfərdir.
Hacıabad-i Axtaçı (Bükan)
Hacıabad-i Axtaçı (fars. قاجر‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 934 nəfər yaşayır (191 ailə).
Axtaçılar
Axtaçılar — türk tayfalarından biri. Bu tayfanın üzvləri ordunun və dövlətin heyvanlarına, xüsusilə atlarına baxan məsul şəxslər idi. Onları bəzən atçəkən, bəzən də miraxurla eyniləşdirirlər. Axtaçı adı türklərin və monqolların ortaq birləşdiyi adlardan biridir. Sözün kökü "axta" – "axtalamaqla" əlaqədar olub, monqol dilindədir. Ona əlavə edilən şəkilçi isə türk dilindəki "-çı" şəkilçisidir. Zəki Vəlidi Toğan bu adı oğuzlarla əlaqələndirir. Amma mənbələrdə axtaçı adına ilk dəfə Çingiz xanla əlaqədar hadisələrdə rast gəlinir. Sonralar monqol-türk dövlətlərinin və hakim tayfaların başında məhz axtaçıların durduğu və onun ilkin mənasından ayrılaraq sərkərdə, tayfa başçısı kimi işlədildiyi görünür. Maraqlıdır ki, Sultan Əlaəddin Keyqubad Axtaçı ünvanı almış, Ərtoğrul Qazi axtaçı akıncılarına başçılıq etmişdir.
Axtalı
Axtalı - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında kənd adı. == Tarixi == Axtalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan rayonunda) kənd adı. 1828-1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də oturmuşdular. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1940-cı ildə kənd ermənicə Dzorastan adlandırılmış.
Taxtaçı türkmənlər
Taxtaçı türkmənlər "Ağac əri" türkmənlərinin nəslindəndir. Taxta işləriylə məşğul olduqları üçün belə adlanırlar. Taxtaçılar Oğuz türklərindəndir. Alp Arslandan əvvəl Anadoluya gəlmiş və burada məskunlaşmışlar. Daha əvvəllər yaşadıqları yerlər Türküstan, Xorasan və Azərbaycandır. Taxtaçılar indi də özlərinə türkmən deyirlər. Onların xalq yaradıcılığı başqa oğuz xalqlarının ənənəvi şer biçimlərindədir.
Axtac (Savə)
Axtac — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 30 km şimal-qərbdədir.
Aldaçı
Aldaçı – türk və altay mifologiyasında ölüm mələyi. "Aldacı Xan" kimi də tanınır. == Xüsusiyyətləri == Yeraltı tanrısı Erlikin insanların canını alması üçün yer üzünə göndərdiyi və onun elçisi olduğuna inanılan pis ruhdur. Uzun qara geyimləri və quru bir atı vardır. Görünüşü heybətli və qorxu vericidir. Keçdiyi yerlərə qorxu salar. Idarə etdiyi ölüm ruhlarına da Aldaçılar adı verilər. Altaylılara görə ölü bir evdən çıxdıqdan sonra aldacı deyilən pis ruhlar evdə qalar. Bunun üçün o evdən yeddi gün çölə əşya verilməz və içəriyə də alınmaz. Ev, yeddi gün sonra təmizlənir və ancaq sonrasında o evə girilib yemək edilir.
Axtala
Aşağı Axtala — Ermənistan Respublikasının Loru mərzində şəhər. Yuxarı Axtala — Ermənistan Respublikasının Loru mərzində kənd. Axtala (selav) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda selav. Axtala (mədən) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda mədən yeri. Axtala (çay) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, Allahverdi rayonu ərazisində çay. Axtala monastır kompleksi — Loru mahalında, Allahverdi rayonu ərazisində erməni-gürcü monastırı və qalası.
Axtarış
Axtarış — nəyisə tapmağa, əldə etməyə yönələn hərəkət. Yeni və ya itirilmiş informasiya, bilik, nəticə və sərvət əldə etmək üçün edilən fasiləsiz cəhddir. Axtarış eyni zamanda təbiət, insan haqqında biliklərin məqsədyönlü toplanmasıdır. İnternetdə informasiya ələd etmək üçün axtarış sistemindən istifadə edilir.
Açaçı
Açaçı — İranın Şərqi Azərbaycan ostanının Miyana şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,777 nəfər və 1,020 ailədən ibarət idi.Açaçı xalqı Azərbaycanlı dır və Azərbaycan Türkcəsində Danışırlar. Azərbaycanın iki böyük çayı bu şəhərdə qovuşur, biri Qızılüzən, digəri isə Miyanaçaydır. Şəhərin Güney hissəsində Qaflantı dağ silsiləsi və onun tunelləri, eləcə də Qız Qalası və Qız Körpüsü hər bir tamaşaçının beyinin məşğul edən gözəl təbiət yaradıb. Bu şəhər Batı Qaflantının (Qaflankuh-e Gharbi) mərkəzidir. Tehran-Təbriz-Avropa tranzit yolu bu şəhərin mərkəzindən keçir.Yol boyu çoxsaylı supermarketlərin olması bu şəhəri Azərbaycanın quru meyvələri, süd məhsulları və suvenirlər bazarına çevirib. Açaçı sakinlərinin məşğuliyyəti əsasən kənd təsərrüfatıdır. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsində, Miyanə şəhərindən 8 km cənub-şərqdə, Miyanə-Tehran avtomobil yolunun 2 kilometrliyindədir..
Axçalı dağı
Ağçala dağı Gürcüstan Respublikasının Borçalı bölgəsində yaşayan azərbaycanlılara məxsus Qaraxaç yaylaqlarında yerləşən və regionda ən uca dağ. Gürcüstanın Ermənistanla sərhəd xəttinin üzərində, Ağçala çayının yuxarı axarında və Dibsiz gölünün üzərində kəskin parçalanmış dağ-nival hündürlük qurşağına yerləşir. Hündürlüyü 3196 metr təşkil edir. 80-ci illərdən erməni mənbələrində adı erməniləşdirilərək Açkasar kimi təqdim edilir.
Aşağı Axtala
Aşağı Axtala / Gümüşxana , Axtala (erm. Ախթալա) — Ermənistan Respublikasının Loru mərzində şəhər. 1939–cu ildə işçi qəsəbəsi, 1995–ci ildə isə şəhər statusu almışdır. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən yaxınlığındaki kurort kəndi ilə birlikdə "Axtala bələdiyyəsi"ni (erm. Ախթալայի քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən şəhərin (de–yuri) daimi əhalisi 2.092 nəfərdir, şəhərdən 3 km aralıda yerləşən və onunla eyni bələdiyyəyə daxil olan (adsız) kurort kənddə isə cəmi 14 nəfər əhali yaşayır.
Axtarış-xilasetmə
Axtarış və xilasetmə zamanı hər hansı bir təbii və ya texnogen əsaslı fövqəladə hal və ya fəlakət zamanı təcili yardıma ehtiyacı olan insanları tapmaq, lazım olduqda ilk yardım tətbiq etmək və daha əhatəli kömək ala biləcəkləri təhlükəsiz bir yerə köçürmək mümkündür. Qısaca ingilis dilindəki “search and rescue” (az: “axtarış-xilasetmə”) sözlərindən yaradılan SAR istifadə olunur. Bəzi axtarış və xilasetmə qrupları qurbanlara xilasetmə sonrası xidmət və yaşayış yerlərini təmin etməkdə də kömək edirlər. Axtarış-xilasetmə işləri zamanı insanlar və xüsusi təlim keçmiş heyvanlardan başqa sadə avadanlıqlardan xüsusi təchiz edilmiş hava, quru və dəniz nəqliyyat vasitələrinə qədər müxtəlif çeşidli avadanlıqlardan istifadə olunur. Fəlakət növünə görə daha sürətli və daha effektiv xidmət göstərmək üçün axtarış-xilasetmə qrupları bir neçə alt siniflərə bölünür. Onların arasında; Dağ, dəniz, zəlzələ, sel və qarşıdurma bölgələrində fəaliyyət göstərən axtarış-xilasetmə qrupları nümunə göstərilə bilər.
Axtarış alqoritmi
Axtarış alqoritmləri — kompüter elmlərində, müxtəlif növ verilənlərin strukturlarının (data structures) üzərində bir məlumatın axtarılması sırasında istifadə edilən alqoritmlərin ümumi adıdır. Məsələn, faylda bir sözün və ya massivdə (array) bir məlumatın axtarılmasında bu alqoritmlərdən istifadə olunur. Kompüter elmlərində axtarış alqoritmi verilənlər arasından hər hansı xüsusiyyətə malik veriləni tapmaq üçün istifadə olunan alqoritmdir. == Növləri == === Uninformed Search (Bilmədən axtarış) === Axtarış prosesinin bilmədən aparılması bir sıra çətinliklərə səbəb olur məsələn problemə xas asanlıqları alqoritm bilmir. Yəni hər vəziyyətdə eyni şəkildə işləyən alqoritmlərə uninformed search (bilmədən axtarış) adı verilər. Bu axtarışların bəziləri bunlardır: ==== Massivlər üzərində işləyənlər ==== Xətti axtarış (Linear Search) İkili axtarış (Binary Search) İnterpolyasiya ilə axtarış (Interpolation Search) ==== Qraflar üzərində işləyənlər ==== Sabit Qiymətli axtarış (Uniform Cost Search) Floyd Warshall alqoritmi Prim Alqoritmi Kruskal Alqoritmi Dijkstra Alqoritmi Bellman Ford Alqoritmi İkili axtarış ağacı (Binary Search Tree) Eninə axtarış alqoritmi (Breadth first search) Dərinə axtarış alqoritmi (Depth first search) Dərin Limitli Axtarış Alqoritmi (Depth Limited Search) Trie Ağacları (mətn ağacları, trie trees) B-ağacları (B-Tree) ==== Mətn Axtarış Alqoritmləri ==== Horspool Axtarış Alqoritmi Knuth-Morris Prat Axtarış Alqoritmi Boyer-Moore Axtarış Alqoritmi Brute Force Text Search DFA Mətn Axtarış Alqoritmi === Informed Search (Bilərək axtarış) === Bu növ axtarışda alqoritm problemin bəzi xassələrini bilir və problem üzərində dəyişiklik edə bilir.
Axtarış alqoritmləri
Axtarış alqoritmləri — kompüter elmlərində, müxtəlif növ verilənlərin strukturlarının (data structures) üzərində bir məlumatın axtarılması sırasında istifadə edilən alqoritmlərin ümumi adıdır. Məsələn, faylda bir sözün və ya massivdə (array) bir məlumatın axtarılmasında bu alqoritmlərdən istifadə olunur. Kompüter elmlərində axtarış alqoritmi verilənlər arasından hər hansı xüsusiyyətə malik veriləni tapmaq üçün istifadə olunan alqoritmdir. == Növləri == === Uninformed Search (Bilmədən axtarış) === Axtarış prosesinin bilmədən aparılması bir sıra çətinliklərə səbəb olur məsələn problemə xas asanlıqları alqoritm bilmir. Yəni hər vəziyyətdə eyni şəkildə işləyən alqoritmlərə uninformed search (bilmədən axtarış) adı verilər. Bu axtarışların bəziləri bunlardır: ==== Massivlər üzərində işləyənlər ==== Xətti axtarış (Linear Search) İkili axtarış (Binary Search) İnterpolyasiya ilə axtarış (Interpolation Search) ==== Qraflar üzərində işləyənlər ==== Sabit Qiymətli axtarış (Uniform Cost Search) Floyd Warshall alqoritmi Prim Alqoritmi Kruskal Alqoritmi Dijkstra Alqoritmi Bellman Ford Alqoritmi İkili axtarış ağacı (Binary Search Tree) Eninə axtarış alqoritmi (Breadth first search) Dərinə axtarış alqoritmi (Depth first search) Dərin Limitli Axtarış Alqoritmi (Depth Limited Search) Trie Ağacları (mətn ağacları, trie trees) B-ağacları (B-Tree) ==== Mətn Axtarış Alqoritmləri ==== Horspool Axtarış Alqoritmi Knuth-Morris Prat Axtarış Alqoritmi Boyer-Moore Axtarış Alqoritmi Brute Force Text Search DFA Mətn Axtarış Alqoritmi === Informed Search (Bilərək axtarış) === Bu növ axtarışda alqoritm problemin bəzi xassələrini bilir və problem üzərində dəyişiklik edə bilir.
Axtarış işləri
Axtarış işləri (rus. Разведка месторождений полезных ископаемых) — faydalı qazıntı yataqlarının aşkar edilməsi və qiymətləndirilməsinə dair işlər kompleksi. Faydalı qazıntı yataqlarının axtarışı 3 mərhələdə aparılır: ümumi axtarışlar. bilavasitə axtarış işləri. axtarış-qiymətləndirmə işləri.Ümumi axtarışlar prosesində ərazilərdə tədqiqat aparmaqla faydalı qazıntıların mövcudluğuna birbaşa əlamətlərin olması ilə onların perspektivliyi təsdiq edilir. Axtarış işlərinin miqyası axtarış müşahidələri şəbəkəsinin sıxlığı ilə müəyyən edilir, faydalı qazıntıların növü və ərazinin geoloji quruluşunun mü rəkkəbliyindən asılı olur. Axtarış işlərinə geoloji, geokimyəvi və s. üsullar kompleksi ilə axtarışlar aparılması, səth mədən qazmalarının keçilməsi, axtarış quyularının, qanov, şurf, dairəvi şurf qazılması ilə ana süxurların aşkarlanması daxildir. Səmərəli xtarış işləri kompleksi faydalı qazıntıların növündən və işlərin aparıldığı ərazinin quruluşu, landşaft-coğrafi şəraitin dən asılı olaraq seçilir. Qapalı və yer səthinə çıxışı olmayan faydalı qazıntı yataqlarının aşkar edilməsi üçün axtarış işləri dərin, sütuncuqlu qazıma quyuları ilə aparılır.
Axtarış sistemi
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Baronçi altarı
Baronci Altarpiece — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1500–1501-ci illərdə yağlı boya ilə işlədiyi portret. Əsər İtaliyada Breşiya şəhərində saxlanılır.
Axıncı
Axıncı (Osmanlı Türkcəsi: آقنجى Akıncı) və ya cəm şəklində Axıncılar — Osmanlı İmperiyasının hərbi təşkilatında, sərhəd bölgələrində, düşmən ölkələrinə hücumlar, basqınlar təşkil edərək zəiflətmə hərəkatında olan yüngül süvari birlikləri. == Etimologiyası == "Akıncı" sözü Türk mənşəlidir. Ak "akmak" felindən gələn sözün strukturunda feldən ad düzəltmə əlavə "-n" və addan ad düzəltmə əlavə "+cı" var: Ak-ı-n+cı. Sözün mənası "ak" felinin "ard-arda və kütləvi olaraq getmək", "axın etmək, zəbt etmək, hücum etmək" mənalarından yaradılıb. == Tarixi == Osmanlı İmperiyasının ilk illərində görülən və sərhəd boylarında qəza məqsədi ilə hücumlar təşkil edən "Qazilər" zamanla axıncılara çevrilmişdir. Osmanlı İmperiyasından nə vaxt bəhs edilsə, ilk ağla gələn şey Osmanlı hərbi gücünün ən önəmli təşkilatı olan axıncılar olur. Axıncılar, ürəklərindəki məhəbbət və həyəcanla özlərini dövlətin, millətin və dinlərinin behasına həsr etmiş, lazım gələndə canını verməkdən çəkinməyən haqq fədailəri idi. Axıncılar yağma üçün düşmən içinə girən və yalanla həyatlarını keçirən bir toplum deyildi. Onlar, özlərinə qılınc çəkməyənə qılınc çəkməz, aman istəyənə toxunmurdular. Müharibədə onların əsas rolu ön sıralarda yer alaraq düşməni demoralizə etmək və bu məqsədlə partizan taktikalarından istifadə edərək düşmən birliklərini dağıdırdılar.
Adaçi
Adaçi rayonu (足立区, Adaçi-ku) — Tokionun şimali hissəsində yerləşən xüsusi rayon. Adı tarixi Adaçi qəzasından irəli gəlir (足立郡, adaçi koori).
Avaci
Avaci (yap. 淡路島) — Yaponiyaya məxsus olan ada. Avaci adası Daxili Yapon dənizində, Osaka körfəzinin şərqi və Kii boğazının cənubunda yerləşir. Onun sahəsi 592,17 km² təşkil edir. Avaci adası şimaldan Honşu adası ilə Asaki-Kayke, Şikoku adası ilə isə cənubdan Naturo körpüsü ilə birləşir. Adada dəmir yol nəqliyyatı mövcud deyildir. Yeganə nəqliyyat vasitəsi avtomobildir. == Tarixi == VII əsrdən XIX yüz illiyinə qədər ada ayrıca Avaci vilayəti tərkibinə daxil idi. Avaci sözü tərcümədə Ava vilayətinə gedən yol mənasını verir. == İnzibati bölgü == İzibati cəhətdən ada Hyoqo prefekturasına daxildir.
Arpaci günbəzi
Arpaci günbəzi - Cəbrayıl rayonunda təpə adı. Tovuz rayonunda Arpaçökəği və Qubadlı rayonunda Arpaçüxuru adları ilə mənaca eynidir.
Axıncı nahiyəsi
Axıncı nahiyəsi — Qarabağ bəylərbəyliyinin bölgələrindən biri. == Tarixi == Qarabağ bəylərbəyliyinin Xılxına qəzasına bağlı idi. Mərkəzi Quşçu kəndi olub, 15 yaşayış məskənini birləşdirirdi.