Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sədrəddin Ayni
Sədrəddin Ayni (tac. Садриддин Айнӣ; əsl adı Sədrəddin Səid-Murodzoda; 1878—1954) — tacik sovet yazıçısı, ictimai xadimi və alimi. İkinci dərəcəli Stalin mükafatı laureatı (1950). == Haqqında == Sədrəddin Səid-Murodzoda (Sədrəddin Ayni) 1878-ci il aprel ayının 15-də (bəzi mənbələrdə 27-də) Özbəkistanın Buxara vilayətinin Soktare kəndində anadan olmuşdur. İlk təhsilini Buxara mədrəsələrində almışdır. Tacik sovet ədəbiyyatının banisi və tacik ədəbiyyatının yaradıcılarından biridir. İlk əsəri “Qardaşımın ölümünə” elegiyası əmir hakimiyyətinin devrilməsinə çağırış kimi səslənmişdir. Böyük Oktyabr Sosialist İnqilabını sevinclə qarşılayan Ayni cədidizmdən uzaqlaşaraq, 1920-ci il Buxara xalq inqilabında iştirak etmişdir. 1920-ci ildə yazdığı “Buxara cəlladları” ilk nəsr əsəri, “Odina” povesti, “Doxunda” və “Qullar” romanlarından ibarət trilogiyası tacik xalqının inqilabdan əvvəlki ağır həyatının və sovet hakimiyyəti uğrunda mübarizəsinin epik salnaməsidir. Böyük Vətən müharibəsi illərində faşizm əleyhinə kəskin publisist məqalələr və tarixi-bədii oçerklər yazmışdır.
Sədrəddin Ayni adına Tacikistan Dövlət Pedaqoji Universiteti
Sədrəddin Ayni adına Tacikistan Dövlət Pedaqoji Universiteti (tac. Донишгоҳи давлатии омӯзгории Тоҷикистон ба номи С. Айнӣ) — Tacikistan Respublikasının ali təhsil müəssisəsi. Düşənbədə yerləşir. Tacikistan Respublikasının dövlət ali təhsil peşə qurumu statusuna malikdir. Sədrəddin Ayni adına Tacikistan Respublikası Təhsil Nazirliyinin səlahiyyətindədir. Universitet Tacikistan Respublikasının, əsasən təhsil sistemi üçün müəllim və tərbiyəçilər hazırlayan aparıcı universitetlərdən biridir. Universitetdə tələbələrin təhsili 34 ixtisas üzrə aparılır. 2012-ci ildə TDPU-da 8000-dən çox tələbə təhsil almışdır və 585 müəllim çalışmışdır. == Tarixi == 1931-ci ildə qurulmuşdur. Universitetin keçmiş adları — Stalinabad Pedaqoji İnstitutu, T.Q.Şevçenko adına Düşənbə Pedaqoji İnstitutudur.
Aynişah Sultan
Aynişah Sultan (1463, Amasya vilayəti – 1514, Konstantinopol) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Aynişah Sultan 1475-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Şirin Xatundur. Uşaqlıq illəri Amasyada keçən Aynişah Sultan və anası 1480-ci ildə Trabzon sancaqbəyi təyin edilən qardaşı Şahzadə Abdullahla birlikdə Trabzona, ertəsi il isə Konyaya yollandı. Qardaşının ölümünədək burada qalan Aynişah Sultan və anası daha sonra Bursaya getdi. 1489-cu ildə Aynişah Sultan atasının istəyilə, Ağqoyunlu sultanı Uzun Həsən Osmanlılara sığınan oğlu Uğurlu Məhəmmədlə bibisi Gövhər Sultanın oğlu Gödək Əhməd bəylə nigahlandı. Bir neçə il sonra Şərqi Anadoluda başlayan taxt mübarizəsinə qatılan Gödək Əhməd qısa müddət hakimiyyətdə qaldıqdan sonra 1497-ci ildə qətlə yetirildi. Bu müddət ərzində İstanbulda qalan Aynişah Sultan müxtəlif xeyriyyə işləriylə məşğul oldu. 1506-cı ildə Fatehdə sübyan məktəbi inşa etdirdi və vəfatından sonra vəsiyyətinə əsasən, bu məktəbin həyətinə dəfn edildi.
Aqni
Aqni (sanskr. अग्नि) — qədim hind veda dinində od tanrısı. Ad sanskrit dilindədir. == İstinadlar == == Əlavə ədəbiyyat == Kramrisch, Stella; Burnier, Raymond. The Hindu Temple. Motilal Banarsidass. 1976. səh. 92. ISBN 978-81-208-0223-0.
Ayna
Ayna (qəzet) — həftəlik ictimai-siyasi Azərbaycan qəzeti. Ayna TV — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli internet televiziya kanalı.FilmlərAyna (film, 2000) — qısametrajlı bədii televiziya filmi. Ayna (film, 2006) — qısametrajlı cizgi filmi.
Ayti
Ayçi prefekturası — Yaponiyanın Çubu regionunda, Honşu adalarının mərkəzi hissəsində prefektura. Ərazisi 5 164 kvadrat kilometr, əhalisi 7 415 000 nəfərdir. Mərkəzi Naqoya şəhəridir.
Ağni
Ağni Tiflis quberniyasının Borçalı qəzasına mənsub Lori pristavlığında kənd adı. == Toponimkası == Ağni- Tiflis quberniyasının Borçalı qəzasına mənsub Lori pristavlığında kənd adı. XIX əsrin ortasında kəndin əhalisi Türkiyədən gəlmə ermənilər idi.(yenə orada). Yaqut Həməvi (XIII əsr) Gəncə şəhərinin yaxınlığında bir qalanın Akna adlandığını yazmışdır. Ehtimal ki, kəndin əhalisi müəyyən tarixi hadisə ilə əlaqədar olaraq həmin qaladan çıxmadır.
AYİ
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
Ani
Ani (erm: Անի, yun: Ανίον, lat: Abnicum) — Türkiyə Cümhuriyyətinin Şərqində, Anadolunun qədim mədəniyyət mərkəzlərindən biri, şəhərlər şəhəri, yalnız şəhər, min bir kilsəli şəhər kimi tanınmış qədim erməni şəhəri. Bu möhtəşəm şəhərin dövrümüzə yalnız xarabalıqları çatmışdır. 961–1045 ilərdə Erməni Ani çarlığının paytaxtı olub. 1064-cü ildə şəhər səlcuqlu türklərinin əlinə keçib. 1072-ci ildən şəhər Şəddadilərin hakimiyyəti altında olub. 1236-cı ildə şəhər monqollar tərəfindən işğal edilib. 1319-cu ildə zəlzələ zamanı şəhərin xeyli hissəsi dağılıb və tədricən şəhər xarabalığa çevrilib.1878-ci ildə Rusiya ərazini işğal etsə də 1914–1918-ci illərdə türklər ərazini yenidən geri qaytarıblar. Şəhərin adını indi Ermənistan Respublikasında bir rayona veriblər. Akademik Nikolay Marr 1892-ci ildən başlayaraq kiçik fasilələrlə 14 il bu ərazidə arxeoloji qazıntılar aparıb. == Tarixi == Şəhərlə bağlı əfsanədə qeyd edilir ki, bir zaman Ani şəhərində Urum baba adlı bir qoca yaşayırmış.
Anni Erno
Anni Erno, (fr. Annie Ernaux; 1 sentyabr 1940[…], Lilbon[d], Dənizkənarı Sena, Fransa) — Fransalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2022). == Həyatı == Anni Erno 1940-cı il sentyabrın 1-də Fransanın Lilbon şəhərində anadan olub. O, Ruan Universitetini bitirdikdən sonra orta məktəbdə ədəbiyyat fənnini tədris edib. == Yaradıcılığı == Anni Erno "Boş rəflər" (fr. "Armoires vides") adlı ilk romanından etibarən şəxsi təcrübə və sosial tarixlə birləşən elementləri ortaya qoymağa başlayıb.O, təkmilləşmə, evlənmə, qadın azadlığı, cinsəllik, abort, xəstəlik, qocalıq və ölüm kimi məsələləri öz təcrübələri ilə nəql edib, əsərlərinin arxa planında daima ictimai həyat və onu təşkil edən mədəni, siyasi və tarixi hadisələrə yer verib. Onun yaradıcılığı "sosial yaddaş ədəbiyyatı" olaraq təsvir edilə bilər. Ədəbi fəaliyyətə 1974-cü ildə "Boş rəflər" adlı avtobioqrafik romanla başlayıb. Bu roman müəllifin sonrakı yaradıcılığına da təsirsiz ötüşməyib. İlk romanında və sonrakı romanlarında da daha çox avtobioqrafik motiv xarakterikdir.1984-cü ildə o, atası ilə münasibətlərindən və Fransanın kiçik bir şəhərində artan təcrübələri, sonrakı köç prosesindən bəhs edən növbəti avtobioqrafik romanını qələmə alıb.
Anni Espar
Anni Espar (d. 8 yanvar 1993) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Anni Espar, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Anni Espar, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Anni Fişer
Anni Fişer (mac. Fischer Annie; 5 iyul 1914, Budapeşt — 10 aprel 1995, Budapeşt) — yəhudi əsilli macar pianoçusu. Təsirli ifası, "danışan", canlı səsləri, nəfis özünəməxsusluğu ilə daha da məşhurlaşmışdır. == Həyatı == Anni Fişer 5 iyul 1914-cü ildə anadan olmuşdur. 1922-ci ildə, 8 yaşında ikən Budapeştdə Bethovenin 1 saylı konsertini ifa etmişdir. Ferens List Musiqi Akademiyasında tanınmış pianoçular Arnold Sekey və Ernst fon Donanyinin sinfində təhsil almışdır. 1933-cü ildə Ferens List adına 1-ci Beynəlxalq Müsabiqənin qalibi olmuşdur. 1940-cı ildə Macarıstan Berlin-Roma-Tokio oxu ölkələrinin ittifaqına qoşularkən həyat yoldaşı ilə birlikdə İsveçə qaçmış və 1946-cı ildə yenidən Budapeştə qayıtmışdır. Ferens List Musiqi Akademiyasında dərs demiş, 1965-ci ildə isə professor adına layiq görülmüşdür. 1926-cı ildə etibarən konsertlər vermişdir.
Anni Jirardo
Anni Jirardo (fr. Annie Girardot; 25 oktyabr 1931 - 28 fevral 2011) — fransız aktrisası. == Həyatı == 1950-ci illərdən başlayan karyerası ərzində Jirardo onlarla filmə çəkilmişdir. 1965-ci ildə Venesiya kinofestivalının ən yaxşı aktrisası adını almış, həmçinin 3 dəfə Fransanın “Sezar” milli kino mükafatının laureatı olmuşdur. Aktrisa son illər Alsheymer xəstəliyindən əziyyət çəkirdi və yaddaşını tamamilə itirmişdi. Anni Jirardo uzun sürən xəstəlikdən sonra, 2011-ci il fevralın 28-də 79 yaşında vəfat etmişdir.
Anni Kibanci
Anni Kibanci (4 aprel 1989-cu ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Kibanci 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Ayin qətli
Ayin qətli — bir növ qurbanlıq: ən yüksək dəyər - insanın həyatı - tanrıya qurban (hədiyyə) olaraq təqdim olunan qurban. Müasir hüquq sistemlərində insan qurbanlığı cinayət sayılır və xüsusi bir qətl növü - ritual qətl kimi qəbul edilir . Ayin qətlinin kult funksiyası mədəniyyətdən mədəniyyətə görə fərqlənir - Tanrıya yaxınlaşma vasitəsi, günahların kəffarəsi üsulu, hərbi qələbələrə görə minnətdarlıq (son halda hərbi əsirlər çox vaxt qurban olurdu). == Yaranması == İnsan qurbanlığı praktikasının ortaya çıxması qanın müqəddəsliyinin insan həyat gücünün təcəssümü kimi tanınması ilə əlaqələndirilir. Bu səbəbdən ölümə səbəb olan qansız formalar (boğulma, asfiksiya) nadir hallarda dini və kult bir məzmunda istifadə olunurdu. İnsan qurbanları torpaq məhsuldarlığı kultu ilə əlaqələndirilir və buna görə də ovçular və köçərilərdən daha çox əkinçilik xalqları üçün tipikdir. Ən qədim insan qurbanı Anadolu Çayönüda qeyd olunur. İbtidai əkinçilik cəmiyyətlərində qurban yerin bitki gücünü təcəssüm etdirən və məhsuldarlıq tanrısı ilə eyniləşdirilən kral rahib idi. Bəzən qurban vermədən əvvəl onun yerinə bir adi adam əkilirdi və müəyyən bir müddətdən sonra həqiqi kral kimi qurban verirdilər. Amerikalı tədqiqatçı Barbara Erenreyx, insanları qurban vermək adətinin on minilliklər yaşı olduğunu və təbiət baxımından praktik olduğunu düşünür.
Aymi Kunitake
Aymi Kunitake (d. 10 yanvar 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Ayna.az
Ayna və ya ayna.az- 1990–2014-cü illərdə həftəlik ictimai-siyasi Azərbaycan qəzeti, 27 iyun 2015-dən Azərbaycan informasiya saytı. == Tarixi == 1990-cı ildə yaradılıb. Təsisçi və baş redaktor: Elçin Şıxlı. İnternet ünvanı: www.ayna.az"Ayna" qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Azərbaycan dilində çıxan "Ayna" həftəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmamış, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanmışdır. 2014-cü il avqustun 27-də "Ayna" və "Zerkalo" qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib.
Ayna (qəzet)
Ayna və ya ayna.az- 1990–2014-cü illərdə həftəlik ictimai-siyasi Azərbaycan qəzeti, 27 iyun 2015-dən Azərbaycan informasiya saytı. == Tarixi == 1990-cı ildə yaradılıb. Təsisçi və baş redaktor: Elçin Şıxlı. İnternet ünvanı: www.ayna.az"Ayna" qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Azərbaycan dilində çıxan "Ayna" həftəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmamış, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanmışdır. 2014-cü il avqustun 27-də "Ayna" və "Zerkalo" qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib.
Ayna Sultanova
Ayna Mahmud qızı Sultanova (1895, Pirəbədil, Quba qəzası – 3 iyul 1938, Bakı) — ictimai-siyasi xadim, Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda Sovet hakimiyyətinin möhkəmləndirilməsi olmuşdur. Müəyyən müddətdən sonra yeni qurulmuş rejimin onun uğrunda çalışdığı rejim olmadığını görmüş, Stalinlə görüşüb şikayətlərini bildirmək üçün Moskvaya getmiş, elə vağzalda da həbs olunmuşdur. Xüsusi mühafizə dəstəsinin müşayiəti ilə Bakıya gətirilmiş və SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə ən yüksək cəzaya — güllələnməyə məhkum edilmişdir. Ayna Sultanova istintaq zamanı çox alçaldılmışdır. SSRİ-nin dağılmasının sonra Ayna Sultanova olan ictimai münasibət digər dövrün marksist düşüncəli fəallarına olan münasibət kimi qarışıq olmuşdur. Ayna Sultanova Nəriman Nərimanov ilə birlikdə heykəli hələ də Bakı şəhərində mövcud olan solçu siyasətçidən biridir. == Həyatı == Ayna Sultanova 1895-ci ildə indiki Şabran (keçmiş adı Dəvəçi) rayonunun Pirəbədil kəndində doğulmuşdur. 1912-ci ildə Bakıda "Müqəddəs Nina" gimnaziyasını bitirib və həmin məktəbdə dərs deyib. 1917–1918-ci illərdə bolşeviklərlə sıx əməkdaşlıq edib, 1918-ci il Mart soyqırımı zamanı bolşevik mövqeyini dəstəkləmişdir.
Ayna TV
Ayna TV — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli internet televiziya kanalı. == Tarixi == Ayna TV 2017-ci ildən fəaliyyətə başlamışdır. Hazırladığı ilk verilişin adı "Ayna"dadır. Həmin veriliş 2016-cı ilin yekunlarına həsr olunmuş və müzakirə formatında çəkilmişdir. Müzakirəçilərin İbrahim Nəbioğlu, Arif Əliyev və Elçin Şıxlı olduğu bu verilişin ilk buraxılışı 27 dəqiqə 34 saniyədir və 8 yanvar 2017-ci il tarixdə "YouTube"un ayna.az kanalına yüklənmişdir. == Yayımlanan verilişlər == === "Ayna"da === 2017-ci ildən etibarən yayımlanır. Ayna TV-nin ilk verilişidir.
Ayna Ulmane
Ayna Ulmane (latış. Aina Ulmane‎: d. 20 sentyabr 1939) — Latviyanın 1-ci Birinci xanımı (1993—1999). == Həyatı == Ayna Ulmane 1939-cu il sentyabrın 20-də Valmier rayonunda anadan olub. == Ailəsi == Ayna Ulmanis 1993-1999-cu illərdə Latviya Prezidenti olan Quntis Ulmanis ilə ailəlidir, Alvis adında oğul, Qunta adında isə qız övladı var.
Ayna Ulmanis
Ayna Ulmane (latış. Aina Ulmane‎: d. 20 sentyabr 1939) — Latviyanın 1-ci Birinci xanımı (1993—1999). == Həyatı == Ayna Ulmane 1939-cu il sentyabrın 20-də Valmier rayonunda anadan olub. == Ailəsi == Ayna Ulmanis 1993-1999-cu illərdə Latviya Prezidenti olan Quntis Ulmanis ilə ailəlidir, Alvis adında oğul, Qunta adında isə qız övladı var.
Ayna neyronları
AYNA NEYRONLARI (Təqlidçi hüceyrələr) 1990-cu ildə elm adamları məməlilərdə beynin necə işlədiyini, şərtləndiyini, öyrəndiyini və bir şeyə qarşı niyə maraq duyduğunu bilmək üçün bir çox tədqiqatlar aparmışdılar. Bunlardan birində meymunların beyninə elektrik voltlarını qeyd edən elektrodlar yerləştirdilər. Daha sonra meymunlara yemək üçün banan verdilər. Elm adamları, meymunların bananları yediyi zamanda beyinlərinin bəzi bölgələrində (premotor korteksdə F5 nahiyəsi və Broca sahəsində ) elektriklənmələr olduğunu müşahidə etdilər. Daha sonra bir tədqiqatçı meymunun qarşısında iştahala banan yeməyə başlayanda, meymun banan yemədiyi halda, sanki banan yeyirmiş kimi beynindən yüksək voltlarda elektriklənmə başladı. Bir başqası eyni işi edərkən, beyindəki eyni mərkəzə aid bənzər bir qrup neyronda elektrik fəaliyyətləri artmağa başladı.(lakin hərəkət etdiklərində baş verən elektrik fəaliiyətlərindən biraz az). Bioloji bir qaynaq xaricində, bəzi hisslər (iştaha, şəhvət, və s.) təspit etmədiyimiz bir yol ilə meymunları, insanları ve quşları qarşısındakını təqlid etməyə məcbur edirdi. Nəticədə "ayna neyron "lar bir sözlə "təqlidçi neyron"lar adı verilən bəzi beyin hüceyrələri də aktiv vəziyyətə keçirdi. Ayna neyronlar, əsasən eşitmə və görmə olmaq üzrə bütün duyğular vasitəsiylə, xarici dünyadan gələn siqnalları alıb, sanki onların surətini saxlayan hüceyrələrdir. Bu neyronlar təqlid etmə və qarşıdakını öyrənmə kimi bir müddətdə özlərinə verilmiş rolu həssas bir şəkildə əks etdirir və adamı əlində olmadan təqlidə meyilli hala gətirməkdədir.
Aynu dili
Aynu dili(Ainu: aynu. アイヌ・イタㇰ, Aynu itak; Yaponca: yap. アイヌ語 Ainu-go)-Aynu dilləri​​ndən biridirki Aynu etnik qrupu üzvləri tərəfindən şimalı Yapon adası Hokkaydoda danışılır. == Şifahi ədəbiyyat == Aynu malik zəngin bir yukar adlı qəhrəman-sagas şifahi ənənəyə malikdir ki bir sıra qrammatik və leksik arxaizmləri qoruyur.
Aynu mifologiyası
Aynu mifologiyası – aynuların mifoloji təsəvvürlərinin toplusudur. Aynuların mifoloji təsəvvürlərinin və mifoloji folklorunun xarakteri və inkişaf səviyyəsi dağınıq məskunlaşma xüsusiyyəti, təsərrüfat növü (yığımcılıq, balıqçılıq, ovçuluq) kimi amillərlə müəyyənləşdirilir. Bu cür yaşam təbii mühitdə və insan populyasiyasında (demoqrafik partlayışa inkişafın qarşısını almaq) balansı saxlamaq üçün zəruri idi. Aynuların mifologiyası Şimal-Qərb Asiya xalqlarının, xüsusi ilə də yapon mifologiyası ilə təmas edərək inkişaf etmiş, lakin bununla birgə sonuncudan mühüm fərqlilikləri qorumağı bacarmışdır. Aynuların mifologiyasının araşdırılması mənbəsi qismində miflərin şifahi olaraq nəsildən-nəsilə ötürlməsinin 19-cü əsrin sonları – 20-ci əsrin əvvələri avropalı missionerlərin qələmə aldığı və müasir yapon tarixçilərinin araşdırdığı sənədlər çıxış edir. Aynu mifləri ilə bağlı elmi tənqidi nəşrlər mövcud deyil. Aynu mifologiyası animistik təsəvvürlərlə doludur – ona əsasən, insan, heyvan, balıq, quş kimi, bitkilər və hətta dünyada olan hər bir əşya və hadisələr də ruha malikdir. Hər şeyin ruha malik olması aynuların dini və mifoloji təsəvvürlərinin politeistik olmasında əks olunur. Aynuların mifoloji toplusunda kosmoloji, kosmoqonik, toponimik, totemistik miflər və bəd ruhlar (şeytanlar) çoxluq təşkil edir. == Aynu ilahlarının ierarxiyası == Aynu miflərində ilahlar “örtən kimsə (nəsə)” anlamını verən “kamuy” (aynu カムイ, yap.
Ayçi prefekturası
Ayçi prefekturası — Yaponiyanın Çubu regionunda, Honşu adalarının mərkəzi hissəsində prefektura. Ərazisi 5 164 kvadrat kilometr, əhalisi 7 415 000 nəfərdir. Mərkəzi Naqoya şəhəridir.
Gennadi Ayqi
Gennadi Nikolayeviç Ayqi (çuvaş Айхи Геннадий Николаевич anadan olanda Lisin soyadını daşıyırdı, lakin soyadını doğma çuvaş dilinə uyğun Ayqi dəyişdirmişdir. 21 avqust 1934-cü il Şaymurzino kəndi, Batır rayonu, Çuvaşıstan ASSR, RSFSR - 21 fevral 2006, Moskva, Rusiya Federasiyası) - çuvaş, rus şairi və tərcüməçisi. Çuvaş Respublikasının Xalq şairi (1994). Andrey Belıy Mükafatının (1987), Pasternak Mükafatının (2000, birinci laureatı), Fransız Akademiyası Mükafatının (1972), Petrarx Mükafatının (1993) və başqalarının qalibi olmuşdur. "İncəsənət və Ədəbiyyat" ordeni kamandorudur. == Həyatı == 1934-cü il avqustun 21-də Çuvaşıstanın Şaymurzino kəndində, müəllim ailəsində anadan olmuşdur. Milliyyətcə çuvaşdır. Atası Böyük Vətən müharibəsi zamanı həlak olub. Gənc yaşlarından çuvaş dilində şeir yazmağ başlamışdır. On beş yaşından Çuvaş dövri mətbuatda nəşr edilməyə başlanmışdır.
Alnı
Alnı — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,739 nəfər yaşayır (1,197 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Ayrı
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984—1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Gölgede Aynı (albom)
Gölgede Aynı – Mustafa Sandal-ın 1996-cı ildə çıxardığı 2-ci albomudur. == Mahnı haqqında == "Gölgede Aynı" albomu Mustafa Sandalın ikinci albomudur. İlk klip "Araba" musiqiyə çəkilmişdir. Bu klip hit-paradlarda uzun müddət uğur əldə etmişdir. Mahnının sözləri və musiqisi Mustafa Sandala məxsusdur. Ardınca "Jest Oldu" mahnısına klip çəkilir. Bu mahnı da böyük uğur qazanır. 1997-ci ildə "Bir Anda" musiqisinin remiksinə klip çəkilir.
Ayı
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. == Bədən quruluşu == Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.