Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ayrımlar
Ayrımlar (yaxud İmi, Eymi, Eymir, Eymür) — "Oğuz xaqan dastanı"na görə, 24 oğuz boyundan biri və Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" kitabına görə 24 oğuz boyunun 11-cisi. Azərbaycanlıların etnoqrafik qolu hesab edilirlər. Əmir Teymur Ankara vuruşmasından (1402) sonra Türkiyə ərazisindən köçürdüyü 50 min ailəni Dağlıq Gəncəbasarda, Qarabağ və Ermənistanda yerləşdirmiş, onlar sonralar ayrım adı ilə tanınmışdır. Gəncə xanı Cavad xanın general Knorrinqə yazdığı məktubda eymurlar Gəncə xanlığının qədim elatı adlandırılır. XVII əsrdə eymurların bir hissəsi İrana keçərək şahsevən adlanmışdır. Eymurlar Türkiyə türkcəsinin Qara dəniz dialektində danışırlar. Əksəriyyəti islam dininin sünni məzhəbinə etiqad edirlər. == Eymur sözü ilə bağlı coğrafi adlar == Ermənistan ərazisində Ayrım – Noyemberyan və Tumanyan rayonlarında kənd adları, Böyük Ayrım – Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Tumanyan rayonunda) kənd adıdır. İmirli – İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı olmuşdur. Ziya Bünyadova görə, "Kiçik Qafqazda və Qazax qəzasında səpələnmiş ayrımlar Ağsaq Ayrum, Quşçu Ayrum, Baqanis Ayrum, Dadanis Ayrum, Polad Ayrum və başqa qollara bölünmüşlər".
Bayramlar
Bayram — milli, dini və xüsusi olaraq əhəmiyyəti olan,qeyd olunan gün və ya günlərdir. == Türk xalq mədəniyyətində bayramlar == Türk və altay xalq inancında bayram xüsusiyyəti daşıyan fərqli müqəddəs günlər tapılar. Türklərdə İslam əvvəli ümumi qəbul görmüş iki bayram vardır. Qoçaqan: Bahar gün dönümü. (Qoça və Saya) Paqtıqan: Payız gün dönümü. (Paqta və Payna) Bundan başqa Şumer ənənəsindən yaxın şərq və orta asiyaya yayılan və bu sıralamaya uyğun düşən Narduqan bayramı tapılar. Qoçagan (Kosa) baharda edilir və Novruz bayramıdır, bahar gün dönümündedir. Qoça xan adına edilir. Paqtıqan (Paqta) isə payız gün dönümündedir və Baxtı Xan adına edilir. Yakutlar payız bayramına "Abası Isıyah", bahar bayramı ilə isə "Ayıhı Isıyah" deyərlər.
Arılar
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17–18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35–40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Ana arı Erkək arı Dişi və ya işçi arı Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. == Arı ailəsi == Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir.
Ayılar
Ayılar (lat. Ursinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Bayramlar (Ağdam)
Bayramlar — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Nimtac Ayrımlı
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko, Qerrero[d]) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. == Həyatı == Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
Ayrılma (film)
Ayrılma (ing. Detachment) — Toni Key tərəfindən çəkilmiş Amerikalı əvəzedici müəllimin dağınıq və depressiv həyatı haqqında film. == Süjet == Əvəzedici müəllim Henry Barthes bir aylıq vəzifəyə çağırılır və bir çox şagirdin aşağı səviyyədə çıxış etdiyi orta məktəbdə ingilis dili dərsi keçir. İlk günündə o, tələbələrinin yazı bacarıqlarını, öldükdən sonra necə xatırlanacaqlarına inandıqları ilə bağlı inşa ilə qiymətləndirir. Bu dərs zamanı o, bir çox düşmənçilik və antaqonizm hərəkətlərini, o cümlədən bir tələbənin ona qışqırmasını və onu fiziki təhdid etməsini, həmçinin dərsdən sonra tanış olduğu şagird Merediti şifahi şəkildə təhqir edən iki tələbəni müşahidə edir. Həmin gün müəllim Sarah Madisonu təqib etdiyinə görə məktəbdən qovulan tələbənin anası onunla qarşılaşanda o, daha çox aqressivliyin şahidi olur. Dərsdən sonra Henri demensiyadan əziyyət çəkən babasını görmək üçün baxım müəssisəsinə çağırılır, çünki o, vanna otağına qapanıb və çölə çıxmır. Ziyarətdən sonra yola çıxarkən, Henri babasına lazımi qayğı göstərilmədiyinə inandığı üçün bir işçi ilə məyusluğunu bildirir. Henri avtobusla evə gedərkən gənc seks işçisi Erikanın ona pul verməkdən imtina edən bir adam tərəfindən vurulduğunu görür. Erika Henrini onunla cinsi əlaqədə olmağa inandırmağa çalışır, o isə bundan imtina edir.
Arılar alqoritmi
Arılar alqoritmi — Problemin bəzi xassələrinin bilindiyi və problem üzərində dəyişikliklərin edilə bilindiyi(Bilərək Axtarış) axtarış alqoritmlərindən biridir. Alqoritmin əsas məqsədi ən optimal nöqtənin tapılmasıdır. Alqoritm arılarının bal hazırlamaq üçün istifadə etdikləri axtarış metodundan götürülmüşdür. Arılar hər zaman ən yaxşı çiçəklərdən bal toplayırlar, əgər hər hansısa arı yaxşı nektarlı çiçək tapırsa yuvaya qayıdıb bunu müəyyən rəqslə digər arılara xəbər verir. Bu mesajda yuvadan çiçəyə qədər olan məsafə, hava şəraiti, günün hansı vaxtında olduğu və.s kimi xüsusi əhmiyyətli məlumatlar yer alır. Buna bəzən 'Kəşf et- Rəqs et - Ən Yaxşıya Hücum Et' modeli də deyilir. == Alqoritmin işləmə prinsipi == İlk öncə alqoritmin icrası zamanı istifadə olunan bəzi terminləri açıqlayaq. n: Hal-hazırda axtarışda olan arı sayı. m: Axtarılacaq nöqtələrin sayı(arı və bal nümunəsin götürsək, çiçəklərin sayı ola bilər). e: Hal-hazırda m dənə çiçəkdən olan ən yaxşılarının sayı.
Eynəkli ayılar
Eynəkli ayılar (lat. Tremarctinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Kisəli ayılar
Parıldaq arılar
Parıldaq arılar lat. Chrysididae-Hazırda dünya faunasında 200-ə yaxın növü məlumdur (Tobias, 1978). == Biologiyası == Chrysidoidea fəsiləüstü İki fəsilədən ibarətdir: Cleptidae və Chrysididae. Birinci fəsilə Azərbaycanda qeydə alınmamışdır.Parıldaq arılar fəsiləsi – Chrysididae. Hazırda dünya faunasında 200-ə yaxın növü məlumdur (Tobias, 1978). Onlar başlıca olaraq isti ölkələrdə yayılmışdır. Dişilərin qarıncığı xaricdən görünən üç seqmentdən ibarətdir, qalan seqmentlər isə nazik hərəki boruya - yumurtaqoyana çevrilmişdir. Bədəni metal rənglərində – mavi, yaşıl, qırmızı, parlaqdır. Parlaq arılar arıkimilərin sürfələrində parazitlik edir. Onların sahiblik dairəsi genişdir və bəzən bir növ hüdudlarında çox rəngarəngdir.
Qısasifət ayılar
Əsl arılar
Əsl arılar (lat. Apidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. 5700-ə yaxın növü əhatə edir. Fəsilə ən çox rast gəlinən bombuslar və bal arıları da daxil olmaqla, az yayılan digər növləri də əhatə edir. Əksəriyyəti təbii senozlarda və kənd təsərrüfatı bitkilərində qiymətli tozlayıcılardır. == Dünyada yayılması == Antarktidadan başqa dünyanının hər yerində yayılıblar.
Ayrılan qazların analizi
Ayrılan qazların analizi – nümunənin isidilməsi və ya parçalanması nəticəsində yaranan qazların termiki analizatorlarda tədqiqidir. == Termiki analizatorlarda nümunənin isidilməsi və ya parçalanması ilə yaranan qazların analizi == Ayrılan qazların analizi – termiki analiz üsullarından biridir. Termiki analiz üsulları ilə eyni vaxtda yaranan qazları tədqiq edərkən tədqiq olunan nümunə haqqında ən tam məlumat əldə edilə bilər. === Sinxron termiki analiz (STA) alətləri === Sinxron termiki analiz (STA) alətləri temperaturun proqramlaşdırılmış artımı şəraitində bir nümunəni öyrənmək üçün bir neçə üsuldan bir anda istifadə etməyə imkan verir, məsələn, termoqravimetriya analizi (TGA) və differensial termiki analiz (DTA) və ya TGA və differensial skaner kalorimetriya (DSC) ilə kombinasiyada (birlikdə). Bu tədqiqatların məqsədi nümunənin, baş verən proseslərin başlanğıc mərhələsində və ara mərhələlərdə, eləcə də onun qalığının öyrənilməsidir. Amma nümunənin isidilməsi zamanı ayrılan uçucu maddələr analitiklərin nəzərindən kənarda qalır. Uçucu maddələrin öyrənilməsi olmadan baş verən proseslərin və onların fiziki-kimyəvi təbiəti haqda məlumatın tam və dəqiq əldə edilməsi mümkün deyil. === Ayrılan qazların analizi üçün sistemlər === ==== STA cihazının İQ Furye spektrometri ilə birləşdirilməsi ==== STA cihazının İQ Furye spektrometri ilə birləşdirilməsi uçucu maddələrin öyrənilməsinin mümkünlüyünü əlavə edir, bununla nümunənin parçalanma mərhələlərinin ardıcıl olaraq ayrılmasını əldə etməyə imkan verir və alınan maddələrin kimyəvi identifikasiyasını təmin edir. İQ Furye spektroskopiya metodu inert və simmetrik iki atomlu molekulları olan qazlar istisna olmaqla, hər hansı bir qazı aşkar etmək üçün istifadə olunur. O, izomerləri ayırmaq və kompleks qarışıqlarda qazları müəyyən etmək üçün istifadə edilə bilər.
Teymur xan Ayrımlı
Teymur xan Ayrımlı (d. Şimali Azərbaycan, Rusiya imperiyası - ö. İran) — Azərbaycan türklərinin tayfalarından olan Ayrım tayfasına mənsub briqada generalı. Rza şah Pəhləvinin kraliçası Tacülmülukün atası, Pəhləvilərin sonuncu şahı Məhəmməd Rza şah Pəhləvinin ana babası. == Həyatı == Teymur xan Ayrımlının və ümumiyyətlə Ayrımlı ailəsinin əsli Şəmşəddil mahalındandır. Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Ayrımlının ailəsini tam olaraq nə zaman Qacar imperiyasına apardığı bəlli deyil.
Ayrılan yollar (film, 1997)
Beynəlxalq Ağ Ayılar Günü
Beynəlxalq Ağ Ayılar Günü — hər il fevralın 27-də ağ ayıların ana və balalarının yuvalarında yatdıqları vaxta uyğun gələn və qütb ayılarının mühafizəsi statusu haqqında məlumatlılığı artırmaq məqsədilə qeyd olunan hadisə. == Təsvir == Beynəlxalq Ağ Ayılar Günü qlobal istiləşmə və dəniz buzlarının azalmasının ağ ayılar populyasiyalarına təsiri haqqında məlumatlılığı artırmaq üçün Beynəlxalq Ağ Ayılar qeyri-kommersiya təşkilatı tərəfindən təşkil edilir. Gün insanları termostatları söndürmə və ya daha az maşın sürmə kimi karbon emissiyalarını azaltmağın yollarını tapmağa təşviq edir. Bu gün həmçinin evlərdə enerjiyə qənaət edən izolyasiyanın tətbiqini təşviq etmək üçün də istifadə edilmişdir. == İstifadə == Bir çox zooparklar bu gündən qütb ayılarının mühafizəsi ilə bağlı maarifləndirmək və qütb ayısının eksponatlarını ziyarət etməyi təşviq etmək üçün istifadə edir. Günün bir sıra siyasi nəticələri də var. ABŞ Prezidenti Barak Obamanın iqlim kampaniyası üzrə direktor müavini Cek Şapiro Konqresin iqlim dəyişikliyi ilə bağlı tədbir görməli olduğunu müdafiə etmək üçün bu gündən istifadə etdi. Saskaçevan Universiteti 2014-cü ildə Beynəlxalq Ağ Ayılar Gününü qeyd etmək üçün termostatlarını yayda iki dərəcə yuxarı, qışda isə iki dərəcə aşağı çevirəcəyini açıqladı. Bu qərarın universitetin karbon emissiyasını iki min ton azaltması və universitetə ildə iki yüz min dollardan çox qənaət edəcəyi gözlənilirdi. Beynəlxalq Ağ Ayılar Gününün məlumat axtarışı vasitəsilə onlayn olaraq qütb ayıları haqqında məlumatlılığın artırılmasında təsirli olduğu qeyd edilmişdir.
Arimlər
Arimlər (yun. ει̉ν 'Αρίμοις) — Homerin "İliada" poemasında adı çəkilən xalq. Yozef Markvart onları armenlər ilə eyniləşdirir. == Coğrafiya == Zevs və Tifon arasındakı döyüşü təsvir edən Homer arimləri xatırladır və Tifonun iqamətgahının onların ölkəsi olan Arima ərazisində yerləşdiyini göstərir. == Tifon == Tifon mifoloji nəhəng idi və vulkanik hadisələri təcəssüm etdirirdi. Homeri onun iqamətgahını Arima ölkəsində, digər yunan salnaməçiləri Pindar və başqaları Kilikiyada hesab edirlər. Bu əlamətlərə əsaslanaraq Almaniya alimi C. Parç izah etmişdir ki, yunan mənbələrində arimlərin Kilikiya torpağında yerləşdiyi olunan vulkan əslində indiki Türkiyənin Kayseri vilayətindəki Ərciyəs dağıdır. == Ermənilər ilə eyniləşdirmə == Yozef Markvart güman etmişdir ki, Homerin "İliada"sında adı çəkilən arimlər armenlərdir və bu, onlar haqqında ən qədim məlumatdır. Yunan salnaməçisi Posidoni və onun ardınca C. Parç arimləri aramilər ilə eyniləşdirmişdi, lakin Markvart bu fikri rədd edərək onları ermənilərin əcdadları olan armenlər ilə eyniləşdirmişdi. Markvartın fikrinə görə, o dövrdə samidilliassuriyalılar Kilikiyada və ya Cənubi Kappadokiyada deyil, Pontun şimal tərəfində yaşayırdılar.
Yarimar Merkado
Yarimar Merkado Martinez (12 mart 1995) — Puerto-Rikolu atıcı. Yarimar Merkado Puerto-Rikonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yarimar Merkado birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 406.6 xal toplayaraq 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.