Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qazanxana
Qazanxana — suyu qızdıraraq doymuş buxara və ya suyun qaynama temperaturundan yuxarı temperatura qədər qızdırılmış buxara çevirmək və bununla da mənzil və digər obyektləri qızdırmaq üçün nəzərdə tutulmuş qurğular sistemidir. Qazanxanalarda kimyəvi enerji istilik enerjisinə çevrilir. Bu zaman həmin enerji vasitəsilə xüsusi qazanlarda olan su qızdırılaraq lazım olan buxar halına gətirilir. Sonra isə həmin buxar müəyyən olunmuş obyektlərə su boruları vasitəsilə ötürülür. Borularda hərəkət edən buxar özündən müəyyən miqdar istiliyi ayraraq yenidən suya çevrilir və qazana qayıdır.
Çaparxana
Çapar Xana (Farsca: چاپارخانه, kuryer evi) Əhəmənlər dövründə istifadə olunan poçt xidməti üçün bina adı. Sistem, Əhəmən İmperiyasının qurucusu II Kir tərəfindən icad edildi və daha sonra I Dara tərəfindən inkişaf etdirildi və imperyada kral ünsiyyət üsulu olaraq quruldu. Hər bir "Çapar Xana", əsasən Sardisdən Susaya qədər uzanan, imperyada böyük şəhərlərinin əksəriyyətini birləşdirən 2500 km uzunluğundakı qədim magistral yol olan Kral Yolu boyunca yerləşən bir stansiya idi.Çaparların "Çapar Xana" binalarında yeni ləvazımları təmin edilərdi. Çapar yol boyu hər stansiyada təzə ləvazimatlar və atlarla təmin olunan təcili kuryerlər idilər ki, özləri tədarük almadan və ya atlarının dincəlməsini gözləmədən yollarını tez bir zamanda tamamlasınlar. Herodot eramızdan əvvəl 440-cı ildə yazır: "Nə qar, nə yağış, nə istilik, nə də gecənin qaranlığı bu məmurların işlərini tez bir zamanda yerinə yetirməsinə mane ola bilməz. Birinci Çapar tez bir zamanda ikinci Çapara çatdırır, ikinci üçüncünə çatdırır və ... beləliklə məktub məqsədə çatır, Yunanların Hefest məbədinə çatdırmaq üçün əllərində tutduqları Olimpiya məşəli kimi.
Karxana
Karxana - tikinti məhsulları (qum, daş, çınqıl, gil, üzlük daşlar) potensial-münbit süxurlar və faydalı qazıntıların çıxarılması ilə əlaqədar yer səthində və altında (şaxta) qazılmış müxtəlif forma və ölçüyə malik çökəkliklərdir. == Karxananın bağlanması == Müəyyən ərazidə olan faydalı qazıntıların istehsal ehtiyatının tükənməsi ilə əlaqədar və ya ətraf ərazinin təhlükəsizliyini təmin etmək məqsədilə istismarı dayandırılmış yataqdır. == Karxana sahəsi == Yatağın açıq üsulla işlənməsi və istismarı zamanı əmələ gələn örtük və qarışıq süxurların yerləşdirilməsi üçün ayrılmış sahədir.
Zorxana
Zorxana — qədim Azərbaycan şəhərlərində pəhləvanların Azərbaycan milli güləşi zamanı yarışdıqları meydan. == Zorxana pəhlivanları == Bu baxımdan XVIII əsrin sonlarında Çin, Hindistan, İran və Misirdə şöhrət tapmış Maştağalı Hüseynqulu Hacı Mürsəloğlu, onun yetirməsi, vaxtilə "altıaylıq pəhləvan" adı ilə məşhur olan Əbdüləli Axundov, yenilməz meydan pəhləvanı Abşeronlu Hüseynqulu Mirzə Haşım oğlu, Göyçaylı Çingiz pəhləvan, Balaxanılı Sap Pənci, Bakılı Şobı oğlu Abdulla, Əhmədli Məmməd, Atababa bu dövrdə zorxana üzrə xüsusi hörmət qazanmış pəhləvanlar olublar. Qarabağda, Şuşada pəhlivanlıq məktəbi vardı. Məktəbin xərcini Cəfərqulu xan Nəva çəkirdi. Pəhləvan Nabat, Pəhlivan Seyid Həsən çox məşhur idi. XIX əsrin sonları, 20-ci əsrdə Azərbaycanda Sali Süleyman və Rəşid Yusifov kimi məşhur pəhləvanlar el hörməti qazanmışdılar. Muxtar Dadaşov və Salar Aslanovun "Azərbaycan pəhləvanları" kitabında Sali Süleymanın pəhləvanlığı haqqında bunları oxuyuruq: "Məşhur pəhləvan İvan Poddubnının rəhbərliyi ilə beynəlxaq yarışlara hazırlaşan Sali Süleyman tezliklə misilsiz atletik bədən quruluşu, fenomenal gücü və güləş texnikası ilə idman həvəskarlarını valeh etmişdi. Avropanın sirk meydanlarında-London, Paris, Praqa, Roma və başqalarında dünyanın bir çox tanınmış güləşçilərini məğlub edən Sali Süleyman "çempionların qənimi" kimi şöhrət tapmışdı. O, öz məşqçisi İvan Poddubnı ilə birlikdə Vaşinqtonda və Çikaqoda keçirilmiş beynəlxalq turnirlərdə də müvəffəqiyyətlə çıxış etmişdi". Sali Süleyman həmçinin Bakıda, Tiflisdə, İrəvanda, Gəncədə, Dərbənddə, Qroznıda, Mahaçqalada, Moskvada və başqa şəhərlərdə özünəməxsus çıxışları ilə tamaşaçıları heyran qoymuşdu.
Çarxana
Çarxana (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Çarxana (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Albert Azaryan
Albert Vağarşakoviç Azaryan (erm. Ալբերտ Վաղարշակի Ազարյան; rus. А́льберт Вагарша́кович Азаря́н; 11 fevral 1929[…], Böyük Qarakilsə – 5 sentyabr 2023, İrəvan) — SSRİ bədii gimnastı, məşqçisi, beynəlxalq dərəcəli hakim (1970). Əməkdar idman ustası (1954). Ermənistan SSR əməkdar məşqçisi (1966). Ermənistan SSR əməkdar bədən tərbiyəsi və idman işçisi (1967). Üçqat olimpiya çempionu, dördqat dünya çempionu, ikiqat Avropa çempionu, on birqat SSRİ çempionu. == Həyatı == Albert Vağarşakoviç Azaryan 11 fevral 1929-cu ildə Böyük Qarakilsədə anadan olmuşdur. O, 1956-cı ildə Ermənistan Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. halqalarla hərəkətdə ikiqat Olimpiya çempionu (1956, Melburn; 1960, Roma), komanda çempionatında (1956), komanda çempionatında Olimpiya gümüş mükafatçısı (1960, Roma).
Eduard Azaryan
Eduard Albertoviç Azaryan (erm. Էդուարդ Ազարյան; rus. Эдуард Альбертович Азарян; 11 aprel 1958, İrəvan) — SSRİ gimnastı, Olimpiya çempionu (1980), dünya çempionatının mükafatçısı (1978), dördqat SSRİ çempionu. SSRİ əməkdar idman ustası (1980). MOİK-də çıxış etmişdir. == Həyatı == Eduard Azaryan kiçik yaşlarından atası, üçqat olimpiya çempionu Albert Azaryanın rəhbərliyi altında gimnastika ilə məşğul olmağa başlamışdır. 1978-ci ildə Eduard Azaryan çoxnövçülükdə SSRİ çempionu olmuş və SSRİ yığmasının üzvü olmuşdur. Elə həmin il fərdi çoxnövçülük üzrə Dünya Kubokunun bürünc mükafatçısı və komanda çempionatında dünya çempionatının gümüş mükafatçısı olmuşdur. 1980-ci ildə Moskvada keçirilən Olimpiya Oyunlarında Eduard Azaryan SSRİ yığma komandasının tərkibində komanda birinciliyində Olimpiya çempionu adını qazanmışdır.1992-ci ildən ABŞ-də yaşayır. Aliso Viexoda (Kaliforniya) yaratdığı gimnastika mərkəzində məşqçiliklə məşğuldur.
Karxana avtomobilləri
Karxana avtomobilləri (Mədən avtomobilləri) — maksimal kütlələri (maksimal ox kütlələri), ölçüləri və başqa xətti parametrləri ümumi istifadədə olan avtomobil yollarından istifadəyə icazə verməyən iriqabaritli və ağırçəkili avtomobil nəqliyyatı vasitəsi. Karxana avtomobillərinin ölçülərinin və başqa xətti parametrlərinin, kütlələrinin və ox kütlələrinin minimal hədləri "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri" ilə müəyyən olunur.
Karxana fırçaotu
Karxana fırçaotu (lat. Dipsacus fullonum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin fırçaotu cinsinə aid bitki növü. == Sinonimləri == Dipsacus arcimusci Lojac. Dipsacus botterii Maly ex Nyman Dipsacus carminatorius Salisb. Dipsacus connatofolius Gilib. [Invalid] Dipsacus divaricatus C.Presl Dipsacus fullonum var. sylvestris (Huds.) Huds. Dipsacus fullonum f. ternatus Farw. Dipsacus horridus Opiz Dipsacus meyeri Chabert Dipsacus mirabilis Gand.
Çarxana (Qəbələ)
Çarxana — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Çarxana kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çarxana kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == 1846-ci ilin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində maldarlıqla məşğul olmuş və sonralar oturaq həyata keçmiş çarxana (dörd evli) tayfası salmış və kənd də onların adı ilə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qaraçayın sahilində, Hacallı düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 817 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Qara Əhmədov — tarix elmləri doktoru, professor, Azərbaycanda arxeologiya sahəsində ilk elmlər doktoru, AMEA-nın müxbir üzvü. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, tərəvəzçilik və maldarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Qara Əhmədovun ev-xatirə muzayi var. == Din == Kənddə Çarxana kənd məscidi dini icması fəaliyyət göstərir.
Çarxana (Siyəzən)
Çarxana — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Çarxana kəndi Sədan kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Əsl adı Çaparxana olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, əvvəllər burada çaparxana (poçt məntəqəsi) var idi. Sonralar yaranmış yaşayış məntəqəsi ərazinin əvvəlki adını saxlamışdır. Çarxana çaparxana sözünün fonetik variantıdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == Əhalisinin sayı 80 nəfərdir və tatlardır (2009-cu il).
Çarxana bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zorxana 2017 İslam Həmrəyliyi Oyunlarında
Zorxana IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 20-22 may tarixləri arasında Baкı Kristal Zalında baş tutacaq.
2017 İslam Həmrəyliyi Oyunlarında zorxana
Zorxana IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 20-22 may tarixləri arasında Baкı Kristal Zalında baş tutacaq.