Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İbrahim Büyükak
İbrahim Büyükak (20 avqust 1983, İstanbul) — Türkiyə aktyor ve yazıçısı. Uludağ Üniversitetinin İqtisad fakültəsinin məzunu oldu. BKM Mutfak komandasına qatılan son üzvlərdən biridir. 2008-ci ildə Kanal D-də yayınlanmağa başlayan BKM Mutfaktaki Çox Gözəl Hərəkətlər Bunlar proqramında eskizləri yazıb oynadı. 2013-cü ildə Star TV-də 3+1 adlı TV proqramıyla Əsər Yenənlər və Oğuzhan Koç ilə bir gecə şousu yaratdılar. Acun Ilıcalının proqramı satın almasından sonra proqram 5 oktyabr 2013-cü ildə TV8's 3 Adam adıyla davam etdi. TV8-də yayımlanan Mənə ata dedi serialında Cüneyt obrazını canlandırmışdır. 2017-ci ildə 3 Adamın bitməsi ilə öz başına layihələr istehsal etməyə başlamışdır. Kiçik Əsnaf, Yol Yoldaşım, Yol Yoldaşım 2 və Satıcı İclası kimi filmlərin ssenaristi olsa da, 2021-ci ildə öz həyat hekayəsi ilə əlaqədar Bəzi Maraqlı Hadisələr adlı internet serialını çəkmişdir. Serialın hekayəsi, çəkilişi və baş rolu sənətkarın özünə məxsusdur.
Büyük Doğu (jurnal)
"Büyük Doğu" (azərb. Böyük şərq‎) — Türkiyədə sağçı mühafizəkar siyasi nəşr. Gündəlik qəzet kimi başlamış, sonradan həftəlik jurnal kimi fəaliyyətə keçmişdir. Nəşr onun təsisçisi Nəcib Fazil Qısakürək üçün öz arqumentlərini və fikirlərini yaymaq üçün bir platforma idi. Nəşr 1943–1978-ci illərdə müəyyən fasilələrlə dövriyyədə olmuş və cəmi 512 nörmə çıxarmışdır. == Tarix və profil == "Büyük Doğu" ilk dəfə 17 sentyabr 1943-cü ildə Allaha bağlı və yeni dünyagörüşü olan müsəlman türk xalqları üçün bir qəzet olmaq məqsədi ilə gündəlik nəşr olunmağa başlamışdır. Qurucu Türkiyədə aparıcı sağçı və mühafizəkar şəxsiyyət Nəcib Fazil Qısakürək idi. "Büyük Doğu"nun müəllifləri arasında bir çox aparıcı jurnalist və yazıçılar var idi: Ziya Şakir, Mahmut Yəsari, Rəşad Əkrəm Qoçu, Nurullah Berk, Hilmi Ziya Ülkən, Mehmet Faruk Gürtunca, Suphi Nuri İləri, Hüseyn Cahid Yalçın, Nizaməddin Nazif, Nicat Muhsinoğlu, Peyami Safa, Şükrü Baban, Burxan Belge, Kazım Nami, Saleh Zəki, Tofiq Fikrət, Özdəmir Asəf, İsgəndər Fikrət, Kənan Harun, Salah Birsəl, Mehmet Turxan və Səid Faiq. Başqa bir mühafizəkar jurnal olan "Sebilürreşaddan" əlavə, islamçı jurnalist Cevat Rıfat Atilhan da jurnal üçün yazmışdır. "Böyük Doğu"da bu qədər müxtəlif yazarların məqalələri dərc olunsa da, məqalələrin əksəriyyətini çoxsaylı təxəllüslərdən istifadə edən Nəcib Fazil Qısakürək yazmışdır.2 noyabr 1943-cü ildə "Büyük Doğu" qəzeti Nəcib Fazil Qısakürək tərəfindən müxtəlif təxəllüslərlə yazdığı yazılara görə qadağan edilmişdir.
Uyanış: Büyük Selçuklu
Oyanış: Böyük Səlcuqlu (türk. Uyanış: Büyük Selçuklu) — 28 sentyabr 2020 tarixində başlayan və 2021-ci ildә bitәn tarixi türk serialıdır. Serial Sultan Məlikşahın dövründə Böyük Səlcuqlu İmperiyasından və Sultan Məlikşah ilə Məlik (Şahzadə) Səncərin həyatından bəhs edir. Serial 2021-ci ildə 34-cü final bölümü ilə bitmişdir. Hal-hazırda TRT 1-də zaman etibarilə daha əvvəli anladan, lakin bu serialın davamı olaraq ekranlara girən Alparslan: Böyük Səlcuqlu serialı davam edir. == Adını dəyişdirməsi == Serial "Nizamı-Aləm" (türk. Nizam-ı Alem) adı ilə yayımlanmalı idi. Lakin prodüserlər serialın adını dəyişdirib "Oyanış: Böyük Səlcuqlu" etdilər. ====== Aktyorlar və obrazlar ====== 1.Buğra Gülsoy-Sultan Məlik Şah 2. Xədicə Şendil-Türkan xatun 3.
Uyanış Büyük Selçuklu
Oyanış: Böyük Səlcuqlu (türk. Uyanış: Büyük Selçuklu) — 28 sentyabr 2020 tarixində başlayan və 2021-ci ildә bitәn tarixi türk serialıdır. Serial Sultan Məlikşahın dövründə Böyük Səlcuqlu İmperiyasından və Sultan Məlikşah ilə Məlik (Şahzadə) Səncərin həyatından bəhs edir. Serial 2021-ci ildə 34-cü final bölümü ilə bitmişdir. Hal-hazırda TRT 1-də zaman etibarilə daha əvvəli anladan, lakin bu serialın davamı olaraq ekranlara girən Alparslan: Böyük Səlcuqlu serialı davam edir. == Adını dəyişdirməsi == Serial "Nizamı-Aləm" (türk. Nizam-ı Alem) adı ilə yayımlanmalı idi. Lakin prodüserlər serialın adını dəyişdirib "Oyanış: Böyük Səlcuqlu" etdilər. ====== Aktyorlar və obrazlar ====== 1.Buğra Gülsoy-Sultan Məlik Şah 2. Xədicə Şendil-Türkan xatun 3.
Buyinək
Buyinək (fars. بويينك‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 844 nəfər yaşayır (199 ailə).
Beta transformasiyaedici böyümə faktoru
β — transformasiyaedici böyümə faktorları proteinlərdirlər və sitokinlərin bir qrupudurlar.Onlara bu ad kultural mühitdə normal hüceyrələrin fenotiplərini dəyişdirə bilmə xüsusiyyətlərinin olmasına görə verilib. β transformasiya edici böyümə faktoru 3 izoformada mövcuddur və molekul kütləsi 50KDa a bərabər iki homodimerdən təşkil olunmuşdur. β transformasiyaedici böyümə faktorunun produsentlərinə,bir sıra hüceyrələr , o cümlədən ,stromal hüceyrələr,makrofaqlar və müxtəlif növ şiş hüceyrələri daxildirlər. O,qeyri aktiv formada sintez olunur,proteazaların hidrolitik təsirindən aktivləşdikdən sonra hüceyrəarası matriksin kompanentləri və α makroqlobulin molekulları ilə birləşir. İmmun sistemində β-transformasiyaedici böyümə faktorları özünü supressiv bir faktor kimi aparır.O,hemopoez prosesinə,iltihab sitokinlərinin sintezinə,limfositlərin interleykin-2,4 və 7 qarşı reaksiyalarına, təbii killer və T-sitotoksik hüceyrələrin formalaşmasına neqativ təsir göstərir.Bununla yanaşı, β tansformasiyaedici böyümə faktoru hüceyrəarası matriks zülüllarının sintezini,yaraların sağalmasını və anabolik prosesləri sürətləndirir.Onun differensisasiya təbiətli təsiri də məlumdur.Məsələn:o, plazmatik B hüceyrələrində immunoqlobulinlərin sintezini İg A istiqamətində yönəltməklə və İL-10 la birlikdə onun ifrazını 10 dəfə artırmaqla selikli qişanın müdafiəsini gücləndirə bilir.Onun geninin söndürülməsi əsasında autoimmun reaksiyaları duran və bədənin bütün ahələrini əhatə edən fatal iltihab patologiyası yaranır,yəni β tansformasiyaedici böyümə faktoru orqanizmdə autoimmun proseslərinin qarşısını alan bir faktor kimi də fəaliyyət göstərir.
Bitkilərin böyümə və inkişafı
Bitkilərin böyümə və inkişafı — hər bir orqanizm fasiləsiz olaraq kəmiyyət və keyfiyyət dəyişiklərinə məruz qalır. Bütün elm sahələrində böyümə termini həmişə hansısa prosesin, hadisənin, göstəricinin artması, yüksəlməsi kimi izah olunur. Biologiyada böyümə adı altında "canlı sistemlərin və onların hissələrinin quruluş və həcimcə dönməyən artımı" başa düşülür. Böyümənin bu tərifindən göründüyü kimi, onun yalnız inteqral və miqdarı keyfiyyəti nəzərə alınır. Burada orqanizimin quruluş elementlərinin əmələ gəlmə sürəti və istiqaməti, bu proseslərin əsasını təşkil eden mürəkkəb mübadilə reaksiyalarının xarakteri öz əksini tapmamışdır. Bəzi dərslik və dərs vəsaitlərində böyümə, orqanizmin ölçülərin və çəkisinin artması kimi götərilir. . XX əsrin əvvələrində İost göstərirdi ki, orqanizimin ölçülərinin hər hansı artımı hələ böyümə deyil. Böyümə zamanı xarici mühitdəki, qeyri-üzvi birləşmələr canlı vəziyyətə keçir.Bir qədər sonra İ. M. Şmalhauzen canlı orqanizimlərin böyüməsinə belə tərif vermişdir: "canlı varlıqların böyüməsi, orqanizimin fəal hissəciklərinin kütləcə artımından ibarətdir. Bu zaman, orqanizimdə sərbəst enerjinin artımı yüksəlir". E. S. Bonder və bir sıra alimlər, o cümlədən, İ. M. Şmalhauzen böyümə adı altında,canlı protoplazmanın kütləsinin artmasını nəzərdə tuturdular.
Bitkilərin böyümə və inkişafına endogen amillərin təsiri
Bitki morfologiyası (morfe yunanca forma, loqos elm deməkdir) — geniş mənada bitki orqanizmlərinin daxili və xarici formaları, quruluşları və fərdi inkişaflarının tarixi haqqında, məhdud mənada isə bitkilərin həm mikroskopik, həm də makroskopik quruluşları haqqında məlumat verir. Bitki morfologiyası bitkilərin xarici əlamətlərini təsvir etmək zərurətindən meydana çıxmış və nəticədə morfologiyaya aid islahatların yaranmasına səbəb olmuşdur. Lakin, bitkilərin daxili mikroskopik quruluşundan botanikanın xüsusi sahəsi olan bitki anatomiyası daha ətraflı bəhs edir. Daxili morfologiya (anatomiya) ilə xarici morfologiya arasında kəskin sərhəd yoxdur. Bunları bir-birindən fərqləndirən mikroskopik və makroskopik tədqiqat metodlarıdır. == Əsas vəzifələri == Bitki morfologiyasının əsas vəzifələri — bitki orqanlarının, məsələn, yarpaqların, budaqların, çiçək hissələrinin düzülüşlərindəki qanunauyğunluqları aydınlaşdırmaq, habelə onların bu və ya başqa hissələrinin mənşəyini təmin etməkdir. Bitki morfologiyası bitkilərin hər hansı hissələrinin həqiqi təbiətini, mənşəyini öyrəndikdə makroskopik metodla birlikdə ayrı-ayrı hallarda fizioloji və biokimyəvi üsullardan da istifadə edir. Çoxalma orqanlarının istər makroskopik, istərsə mikroskopik öyrənilməsi morfologiya elminə aiddir. Mikroskopik tədqiqatda məqsəd həmin orqanların inkişafını öyrənməkdir ki, bununla müxtəlif bitkiləri müqaisə edərək, onların mənşəyini, təbiətini və təkamülündəki dəyişiklikləri aydınlaşdırmaq mümkün olur. Vegetativ orqanların daxili mikroskopik quruluşlarını öyrənməkdə məqsəd bitkinin həyatını anlamaq, onların fizioloji vəzifələrini izah etməkdir ki, bu da anatomiyaya aiddir.