Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədəlan
Bədəlan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Məlumat == Masallı rayonu Bədəlan kənd inzibati ərazi dairəsi mərkəzi Bədəlan kəndi olmaqla Bədəlan, Çayqıraq, Aşurlu və Dəmirçi kəndlərini əhatə edir. Kənd paytaxtdan 244 km və rayon mərkəzindən 11 km məsafədə yerləşir. Bədəlan kəndinin və bu toponimin yaranması haqqında mülahizəyə görə kənd sakinləri Lerikin Barzavu kəndindən hazırda yaşadıqları məkana köçüb gəlmiş Bədəl adlı bir şəxsin başçılıq etdiyi tayfanın nümayəndələridirlər və bu kənd adı da bu şəxs adı ilə bağlı yaranmışdır.[mənbə göstərin] == Əhalisi və coğrafi mövqeyi == Bədəlan kəndi respublikanın cənub-şərqində - Lənkəran ovalığında yerləşir, o rayonun Xıl, Sirəbil, Musaküçə, Kolatan, Lürən, Qızılavar, Xanəlion, Babaser, Mollaoba, Məmmədoba kəndləri və Boradigah qəsəbəsi ilə həmsərhəddir. Masallı-Boradigah şose yolunun 11-ci kilometrliyində yerləşir. Bədəlan kəndinin sahəsi 382 ha, Çayqıraq kəndinin sahəsi 260 ha, Aşurlu kəndinin sahəsi 289 ha, Dəmirçi kəndinin sahəsi 340 ha olmaqla kənd ərazi dairəsinin ümumi sahəsi 1271 hektardır. 2017-ci ilin əvvəlinə olan məlumata görə Bədəlan kəndinin əhalisi 2598 nəfər, Çayqıraq kəndin əhalisi 1554 nəfər, Aşurlu kəndinin əhalisi 2094 nəfər, Dəmirçi kəndin əhalisi 2190 nəfər olamqla ümumilikdə kənd ərazi dairəsində 8436 nəfər yaşayır. Kənddə 1936 ev təsərrüfatların olmaqla 1230 fərdi yaşayış evi və 2 ümumi yaşayış binası vardır.[mənbə göstərin] == İnfrastruktur == Bədəlan kənd inzibati ərazi dairəsi dövlət əhəmiyyətli avtomobil yolunun üstündə yerləşməklə əhətə etdiyi bütün kəndlələ asfalt yollarla birləşdirilmişdir. Bədəlan kənd inzibati ərazi dairəsində Poçt Şöbəsi (İndeks: AZ4412) və 1104 yerlik EATS (Kod: 62/63) fəaliyyət göstərir. Geniş zolaqlı internetdən itifadə edən abonentlərin sayı 520 nəfərdir.
Bədəl
Bədəl — kişi adı. Bədəl bəy Bədəlbəyli — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti.TəxəllüsÜmmügülsüm Bədəl — Türkiyəni təmsil edən həndbolçu.Yaşayış məntəqələriMolla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Əli Bədəl (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.DigərHacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü.
Busefal
Busefal (q.yun. Βουκέφαλος: d. E.ə. 355 - ö. E.ə. 326) — Makedoniyalı İsgəndərin sahibi olduğu və antik dövrün ən tanınan əfsanəvi müharibə atı. Makedoniyadan Hindistana qədər uzanan səfərlərdə İsgəndərin yanında olmuş, Şimali Hindistanda baş verən Hydaspes döyüşündən sonra ölmüş və Bukefalyada basdırılmışdır. Bukefalya, Makedoniyalı İsgəndərin Busefalın xatirəsinə qurduğu bir şəhər olub hazırda Pakistan sərhədləri daxilində yerləşir və Jhelum olaraq adlandırılır. == Əhliləşdirilməsi == Plutarkhosun dediklərinə görə Busefal Tesalyadan təlim edilməsi üçün Makedoniyaya gətirilən atlardandır. Bir at taciri olan Philoneicus tərəfindən e.ə.
Bədəl Bədəlov
Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti (2011–2023). == Həyatı == Bədəlov Bədəl Şamil oğlu 1961-ci ildə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. Milliyyətcə Qaraqoyunlu türküdür. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Mühəndislik fəaliyyətinə "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestinin 2 saylı Tikinti-quraşdırma idarəsində başlamış, böyük iş icraçısınadək yüksəlmişdir. 1997–2003-cü illərdə "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" Trestinin Tikinti-quraşdırma İdarəsinin və Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəisi vəsifələrində çalışmış, 2003-cü ildə "Azərneftyanacaq" Neft Emalı Zavodunun (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) əsaslı tikinti üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 2005–2007-ci illər ərzində ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2007–2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olmuşdur. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin Sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilmişdir. 28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.
Molla Bədəl
Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim dini anlayış bildirən molla sözü ilə Bədəl şəxs adı əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Keçmişdə Rəhimabad və Rəfiabad da adlanmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexeknut qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 300 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 360 nəfər, 1904-cü ildə 335 nəfər, 1914-cü ildə 355 nəfər, 1916-cı ildə 252 nəfər, 1918-ci ilin əvvəlində 335 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Ümmügülsüm Bədəl
Ümmügülsüm Bədəl (8 fevral 1995, Fəthiyə, Muğla ili) — Türkiyəni təmsil edən həndbolçu. Ümmügülsüm Bədəl, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Ümmügülsüm Bədəl, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Federal kansler
Kansler (alm. Kanzler, ing. Chancellor) — Almaniyada və Avstriyada hökumət başçısı (Bundeskansler). == Ədəbiyyat == Шепелёв Л.Е. Чиновный мир России: XVIII—начало XX вв. СПб: «Искусство-СПб», 1999. 479 с.
Federal memarlıq
Federal, üslublu memarlıq — 1780-1830-cu illər arasında Şimali Amerikada yaranıb genişlənən memarlıq adı. Xüsusilə 1785-ci ildən 1815-ci ilə qədər bu memarlıq üslubu üstünlük təşkil etmişdir. Bu üslub öz adını yarandığı dövrü ilə - ölkənin federal müddəti ilə bölüşdürmüşdür. Federal üslubu ismi eyni zamanda, Birləşmiş Ştatlarında mebel dizaynı ilə birlikdə istifadə olunur. Üslub daha çox orta sinif klassisizm, almandilli torpaqlarda Biedermeier üslubu ilə uyğunluq təşkil edir. Eyni zamanda Britaniyada Regency üslubuna uyğundur. == İstindalar == == Xarici keçidlər == Federal-üslub memarlıq anlayışı Arxivləşdirilib 2008-02-22 at the Wayback Machine Federal-üslub memarlıq ilə tanışlıq Federal Style, 1780-1820 - Coleman-Hollister Evi Federal üsluba Nümunələr (1780-1820) Federal üslubun tədqiqat biblioqrafiyası, federal Evlərin fotoşəkilləri.
Federal torpaq
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Federal şəhər
Federal şəhər — Almaniya, İsveçrə və Rusiyanın müəyyən şəhərləri üçün istifadə olunan ifadə. == Almaniya == Almaniyada keçmiş Qərbi Almaniyanın paytaxtı Bonn unikal federal şəhər (Bundesstadt) adı ilə təyin edilmişdir. 28 aprel 1994-cü ildən Almaniya Prezidentinin, Almaniya kanslerinin, Bundesratın (yuxarı palata) ikinci rəsmi iqamətgahı, altı federal nazirliyin və təxminən 20 federal orqanın əsas rəsmi iqamətgahıdır. Bu, sadəcə bir başlıqdır, çünki Bonn, bir çox digər Almaniya şəhərləri kimi, müstəqil bir şəhərdir, lakin bir dövlətin bir hissəsidir. == Rusiya == Rusiya konstitusiyasında qeyd olunur ki, onun federal əhəmiyyətli üç şəhəri var: Moskva, Sankt-Peterburq və Sevastopol. == İsveçrə == Federal şəhər İsveçrə parlamentinin və hökumətinin oturduğu yer olduğu üçün Bernin rəsmi adıdır. == Digər == Boqota, Braziliya, Buenos-Ayres, Kanberra, Karakas, Cakarta, Mexiko, Astana, Seul və Vaşinqton kimi bəzi milli paytaxtlar federal statusa malikdirlər, heç bir əyalətə və ya əyalətə aid deyillər (yaxud əyalətdirlər). Berlin, Dehli, Moskva, Oslo, Praqa, Sofiya və digər şəhərlərdə olduğu kimi, öz əyaləti. Bəzən buna federal rayon deyilir.
Federal Ərazi
Federal ərazi — federasiya quruluşlu bəzi dövlətlərdə ölkənin inzibati bölgüsünə daxil olan subyektlər tərəfindən deyil, birbaşa federal hökumət tərəfindən idarə olunan xüsusi ərazi. Bu tip bölgüyə, əsasən federal paytaxtın yerləşdiyi ərazilər daxil olur.
Bədəl bəy Bədəlbəyli
Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyli (1875, Şuşa – 12 sentyabr 1932, Bakı, Azərbaycan SSR) — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, Əfrasiyab Bədəlbəyli və Şəmsi Bədəlbəylinin atası, Fərhad Bədəlbəylinin babası. == Həyatı == Bədəl bəy Bəşir bəy oğlu 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdı. Sonra şəhər real məktəbində oxumuşdu. Bədəlbəylilər nəslinin qocaman nümayəndəsi Bədəl bəy Bədəlbəyli xalq maarifçisi idi. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra o, bir müddət Şuşada müəllimlik etmişdi. Lakin Bədəl bəyin pedaqoji fəaliyyəti XX əsrin əvvəllərindən Bakı şəhəri ilə bağlı olub: belə ki, o, 35 il fasiləsiz rus-müsəlman məktəbində müdir vəzifəsində çalışmışdı. O, xalq kütləsi daxilində maarifçiliyin, təhsilin vacibliyini və gərəkliyini açıqlayırdı. Bununla bərabər Bədəl bəy mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin ən fəal üzvü olmuşdu. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xalası oğlu Bədəl bəy özünü aktyor kimi də dəfələrlə sınamışdır.
Hacı Bədəl körpüsü
Hacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü. ХIХ əsrdə Dəmirçilər kənd sakini, mötəbər insan, şer yazmaqda fitri istedad sahibi оlan Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikilmişdir. Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla) əhəng və yumurta sarısından istifadə оlunmuşdur. Bu körpü 15 kəndin Qubadlı rayоnunun mərkəzi ilə əlaqəsini bərpa etmişdir. Körpünün son dərəcə maraqlı arxitekturası vardır. Belə ki, körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər an kükrəyib daşan dağ çayının (Ağa çayı) üstündə salınmışdır. Heç vaxt ram olunmayan, dəlisov dağ çayının üstündə salındığından körpü tağbənd formasında idi. Onun ortasında dayaqlar qoyulmamışdı. Belə etməkdə məqsəd kükrəyib daşan dağ çayının maneəsiz axını üçün idi. Bu tariхi abidə də 31 avqust 1993-cü ilə qədər оlduğu kimi qalırdı.
Əli Bədəl (Bicar)
Əli Bədəl (fars. علي بدل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (8 ailə). Əhalisini kürdlər təşkil edir.
ABŞ Federal Torpaqları
Federal Torpaqlar (ing. Insular areas, hər. təcrid olunmuş ərazilər) — ABŞ-nin federal torpaqlarına ölkənin heç bir ştatına və federal ərazisinə tabe olmayan adaları daxildir. Palmira atollu — hazırda birləşdirilmiş yeganə ərazidir, yəni Birləşmiş Ştatların ayrılmaz hissəsidir. Palmira atollunun xüsusi statusu heç bir şəkildə yeri və əhəmiyyəti ilə əlaqəli deyil, atollun dövlət statusu aldığı 1959-cu ilə qədər Havay ərazisinin bir hissəsi olması səbəbindən yaranan qanuni bir hadisədir (lakin atollun tərkibindən çıxması ilə). Birləşdirilməmiş ərazilər konsepsiyasının özü, 1901-ci ildə İspaniya ilə müharibədən sonra 1898-ci ildə ABŞ-nin tərkibinə daxil olan adaların statusu haqqında Ali Məhkəmənin bir sıra qərarlarına qədər rəsmi olaraq mövcud deyildi. Buna görə, Konqresin bu presedentdən əvvəl təşkil etdiyi bütün ərazilər, Havay Bölgəsi də daxil olmaqla (1898-ci ildə təşkil edilmiş) avtomatik olaraq birləşdirilmiş sayılırdı. Amerika Birləşmiş Ştatlarının özünü və ya bir hissəsini birləşdirilmiş ərazidən təsisata çevirərək hər hansı bir ərazi üzərində suverenlikdən imtina etməsi üçün bir qanuni mexanizm mövcud deyil və bu səbəbdən 1901-ci ilə qədər birləşdirilmiş Havay Ərazisinin bir hissəsi olan Palmyra Atoll, 1959-cu ildən sonra öz statusunu qorudu. inzibati olaraq Havaydan ayrıldı. Federal vergi ödəməmələrinə və prezident seçkilərində iştirak edə bilməmələrinə baxmayaraq bir sıra ada ərazilərinin sakinləri ABŞ vətəndaşı sayılır.
ABŞ federal hökuməti
Birləşmiş Ştatların federal rəhbərliyi — Amerika Birləşmiş Ştatlarını yaradan 50 ştatın aid olduğu konstitusiya respublikasının milli rəhbərliyi. Federal hökumət (və ya idarəetmə), üç orqandan ibarətdir: Qanunvericilik, icra və məhkəmə. Bu orqanlar və onların qüvvələri ABŞ Konstitusiyası ilə qeyd edilmişdir; qüvvələr haqqında daha çox detal, Konqres tərəfindən həyata keçirilən qanunlarda bildirilir. Birləşmiş Ştatların idarəetmə mərkəzi Vaşinqton şəhərində yerləşir, bu coğrafi ərazi heç bir əyalətə aid deyil. Bu səbəbdən Amerika Birləşmiş Ştatları federal hökuməti üçün "Vaşinqton" ifadəsi geniş istifadə edilir. Bu mətndə hökumət sözü "nazirlər kabineti" mənasında deyil, bir ölkəni idarə edən təşkilatlar mənasında və "idarəetmə" sözü ilə sinonim istifadə edilmişdir. == Tarix == Birləşmiş Ştatlar hökumətinin əsas xətləri konstitusiyasında xülasə olaraq qeyd edilmişdir. Hökumətin 1789-cu ildə qurulması ilə ABŞ, dünyanın ilk müasir milli konstitusiya respublikalarından biri olmuşdur. Amerika Birləşmiş Ştatları Konstitusiyasında qeyd olunduğu kimi, Birləşmiş Ştatlar hökuməti federalizm əsası üzərində qurulmuşdur, siyasi güc, federal hökumət ilə əyalət hökumətləri arasında bölüşülmüşdür. Amerikan federalizm detalları (federal hökumətin hansı qüvvələrə malik olması və bu qüvvələrin necə həyata keçirilməsi vacibliyi də daxil olmaqla), Konstitusiyanın qəbulundan bəri müzakirə olunmuşdur.
Almaniyanın Federal Kansleri
Federal kansler (alm. Bundeskanzler‎) – Almaniya Federativ Respublikasında hökumət başçısı. == Tarix == Federal kansleri vəzifəsi 1949-cu ildən mövcuddur. İlk Federal kansleri Konrad Adenauer olub. Bu günə kimi Federal Kansleri kürsüsünə yalnız Xristian-Demokratik Birliyinin (CDU) və ya Almaniya Sosial Demokrat Partiyasının (SPD) namizədləri seçilmişdir.
Baiya Federal Universiteti
Baiya Federal Universiteti (port. Universidade Federal da Bahia və ya qısaca UFBA) — Braziliyanın Salvador şəhərində yerləşən dövlət universiteti.
Baiya Federal İnstitutu
Baiya Federal İnstitutu (isp. Instituto Federal da Bahia — IFBA) — Braziliyanın Salvador şəhərində yerləşən dövlət universiteti.
Bedeyak-e-Ena
Bedeyak-e-Ena (fr. Bédeilhac-et-Aynat) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Taraskon-syur-Aryej kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09045. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 187 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 112 yaşında (15-64 yaş arasında) 83 nəfər iqtisadi fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,1%, 1999-cu ildə 65.3%). Fəal olan 83 nəfərdən 67 nəfər (41 kişi və 26 qadın), 16 nəfər işsiz (7 kişi və 9 qadın) idi. Fəal olmayan 29 nəfər arasında 6 nəfər şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 5 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Cənub Federal Dairəsi
Cənub Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri.
Federal Aviasiya Administrasiyası
Federal Aviasiya İdarəsi və ya Federal Aviasiya Administrasiyası (ing. Federal Aviation Administration (FAA) )— Birləşmiş Ştatlar Nəqliyyat Departamentinə bağlı olan "federal" dövlət təşkilatı. Təşkilatın vəzifəsi ABŞ-nin hava məkanında bütün növ təyyarələrin, uçuş, istehsal, müdaxilə, effektivlik və etibarlı təhlükəsizlik qaydalarının izlənilməsinə və tətbiqinə nəzarət etmək və ABŞ-də hava təhlükəsizliyini təmin etməkdir. 23 avqust 1958-ci ildə ABŞ Konqresi tərəfindən təsis edilmiş və bu sahədə əsas qurum olaraq təyin edilmişdir. Bu tarixə qədər xidmət edən CAA (Civil Aeronautics Administration - Mülki Aeronavtika İdarəsi) və AMB (Airways Modernization Board - Hava Yollarının Modernləşdirilməsi Şurası) qurumları bu qurumun altına toplaşdırılmışdırlar.
Federal Ehtiyat Sistemi
Federal Ehtiyat Sistemi (FES) (daha çox FED olaraq da adlandırılır) — 1913-cü il dekabrın 23-də Federal Ehtiyat haqqında qanuna əsasən məxsusi olaraq yaradılan və ABŞ-nin Mərkəzi Bankı səlahiyyətində olan maliyyə strukturu. FES-in kapital formasının şəxsi olmasına baxmayaraq (aksiyaları xüsusi statusa malikdir) onun idarə olunmasında dövlət xüsusi rol oynayır. Mərkəzi bank funksiyasını icra edən müstəqil maliyyəiqtisad institutu. == Ümumi məlumat == 23 dekabr 1913 ildə "Federal ehtiyatlar haqqında" (Federal Reserve Act) qanuna əsasən yaradılmışdır. Federal Ehtiyat Sistemi ABŞ dollarının rəsmi emissiyasını həyata keçirə bilir; milli pul siyasətini (iqtisadi artımı əks etdirən pul və kredit aqreqatlarının uzunmüddətli artımını qoruyub saxlamaq və maksimum məşğulluğ, qiymət stabilliyinə nail olmaq və uzunmüddətli orta faiz dərəcələrini saxlama məqsədilə) müəyyən edir; özəl kommersiya bank institutlarının fəaliyyətinin nəzarət və tənzimlənməsini həyata keçirir; depozit institutlarına, ABŞ hökumətinə maliyyə xidmətləri göstərir. Federal Ehtiyat Sisteminin strukturu (1935 ildən): federal hökumət agentliyi – Direktorlar şurası (7 üzvünü ABŞ prezidenti seçir, senat təsdiq edir); 12 regional federal ehtiyat bankı (Atlanta, Boston, Dallas, Kanzas-Siti, Klivlend, Minneapolis, Nyu-York, Riçmond, San-Fransisko, Sent-Luis, Filadelfiya, Çikaqo). FES == FES-in strukturu == on iki regional federal rezerv bankı — ABŞ xəzinədarlığının fiskal nümayəndələri verdikləri rezerv kapitala görə Federal Ehtiyat Banklarının aksiyalarından gəlir götürən çoxsaylı özəl banklarFES-in idarəetmə sistemi : ABŞ Prezidenti tərəfindən təsdiq edilən və 7 nəfərdən ibarət İdarəetmə Şurası. Hər bir üzv 14 illiyə təyin edilir. ABŞ Prezidentinin Qanuna əsasən İdarəetmə Şurası sədrini vaxtından əvvəl vəzifədən azad etmək hüququ vardır (indiyə qədər bu maddədən istifadə edilməyib). Açıq bazar üzrə federal komitə müxtəlif məsləhət şuralarıfevral 2018-ci ildən FES İdarəetmə Şurasının sədri Cerom Pauel dir.
Federal Müdafiə Nazirliyi
Federal Müdafiə Nazirliyi — Almaniya Federativ Respublikasının ali federal orqanıdır . Federal Nazirlik Federal Hökumət daxilində hərbi müdafiə və bütün Bundesver işləri üzrə mütəxəssisərin firmalaşdırıldığı şöbədir.Bu, silahlı qüvvələr üçün ən yüksək hərbi komandanlıq orqanı və Bundesver administrasiyası üçün ən yüksək xidmət orqanıdır.
Federal Rezerv Sistemi
Federal Təhqiqat Bürosu
Federal Təhqiqat Bürosu (ing. Federal Bureau of Investigation, FBI (oxunuşu: Ef-Bi-Ay), FTB) — ABŞ-nin daxili kәşfiyyat vә hüquq-mühafizә orqanı. ABŞ Ədliyyә Nazirliyinin yurisdiksiyası altında fәaliyyәt göstәrir. ABŞ federal qanunvericiliyinin pozulmaları ilә bağlı tәhqiqat işlәri aparır, dövlәt tәhlükәsizliyini tәmin edir, hәmçinin bu sahәdә ABŞ dövlәt aparatının bütün orqanlarının fәaliyyәtini әlaqәlәndirir. əsası 1908-ci ildə qoyulmuşdur. İlk adı "Təhqiqat Bürosu" (ing. Bureau of Investigation) (BOİ) olmuşdur. Yeni adını 1935-ci ildə almışdır. ABŞ-nin federal təhqiqat bürosudur. == Büdcəsi və Vəzifələri == Büronun illik büdcəsi 2012-ci ildə 8.12 milyard ABŞ dolları olmuşdur.
Federal Təhqiqatlar Bürosu
Federal Təhqiqat Bürosu (ing. Federal Bureau of Investigation, FBI (oxunuşu: Ef-Bi-Ay), FTB) — ABŞ-nin daxili kәşfiyyat vә hüquq-mühafizә orqanı. ABŞ Ədliyyә Nazirliyinin yurisdiksiyası altında fәaliyyәt göstәrir. ABŞ federal qanunvericiliyinin pozulmaları ilә bağlı tәhqiqat işlәri aparır, dövlәt tәhlükәsizliyini tәmin edir, hәmçinin bu sahәdә ABŞ dövlәt aparatının bütün orqanlarının fәaliyyәtini әlaqәlәndirir. əsası 1908-ci ildə qoyulmuşdur. İlk adı "Təhqiqat Bürosu" (ing. Bureau of Investigation) (BOİ) olmuşdur. Yeni adını 1935-ci ildə almışdır. ABŞ-nin federal təhqiqat bürosudur. == Büdcəsi və Vəzifələri == Büronun illik büdcəsi 2012-ci ildə 8.12 milyard ABŞ dolları olmuşdur.
Federal dairə (Braziliya)
Federal dairə (port. Distrito Federal) — Braziliyanın federal inzibati vahidi. Bu böldə özündə Braziliyanın paytaxtı olan Brazilia şəhəri əhatə edir. == Tarixi == Federal dairə 1960-ci ildə paytaxt Rio-de-Janeyrodan Qoyas və Minas-Jerays ştatlarınln ərazisindən təşkil olunmuş bölgəyə köçürülmüşdür. Bu zaman federal ərazi olan Rio-de-Jneyroda Qunabara ştatı təşkil olunmuşdur. 1975-ci ildə bölgə Rio-de-Janeyro ştatına birləşdirilir. == Əhalisi == 2010-cu il siyahıya alınmağa görə əhalisi 2 570 160 nəfər təşkil edir.. Şəhər əhalisinin böyük qismi dövlət qulluqçuları və şəhər inşaatçılarının törəmələridir. == İrqi tərkib == Əhalisi əsasən afrika-hindu məhşəlli qarışıq portuqallardan ibarətdir. İrqi tərkib == İnzibati quruluş == İnzibati cəhətdən 1 mezoregion və 1 mikroregion.
Federal fondların dərəcəsi
Federal fondların dərəcəsi (ing. federal funds rate) — ABŞ banklarının öz izafi ehtiyatlarını qısa müddətə (adətən bir gecədə) digər banklara borc verdiyi faiz dərəcəsi.Borc alan bank və borc verən bank kredit üzrə faiz dərəcəsini öz aralarında razılaşdırırlar; bütün bu cür əməliyyatlar üçün tariflərin orta çəkili məbləği effektiv federal fondların dərəcəsi (ing. federal funds effective rate) adlanır. Hədəf federal fondların dərəcəsi (ing. federal funds target rate), adətən ildə səkkiz dəfə, təxminən yeddi həftədə bir dəfə keçirilən Fed-in Federal Açıq Bazar Komitəsinin iclası tərəfindən müəyyən edilir. Komitə həmçinin əlavə iclaslar keçirə və normal cədvəlindən kənarda hədəf dərəcəsini dəyişə bilər. Federal Ehtiyat ABŞ iqtisadiyyatında pul təklifini idarə etmək üçün açıq bazar əməliyyatlarından istifadə edir ki, effektiv məzənnə hədəfə uyğun olsun. Uzunmüddətli məcmu təklif və gözlənilən inflyasiya ilə müqayisədə real ÜDM artımının sabit olduğu hədəf dərəcəsi neytral federal fondlar dərəcəsi adlanır. == Mexanizmi == Qanunla maliyyə institutlarından ya FED-də ehtiyatlar, ya da kassada nağd pul kimi müəyyən bir ehtiyat səviyyəsini saxlamaları tələb olunur. Bu ehtiyatların səviyyəsi hər bir depozitar institutunun ödənilməmiş aktivləri və öhdəlikləri, habelə FED-in özü tərəfindən müəyyən edilir, lakin adətən bankın tələb hesablarının ümumi dəyərinin 10%-ni təşkil edir (ölçüsündən asılı olaraq).
Federal Şura (Avstriya)
Federal Şura (alm. Bundesrat‎ — bundesrat' ) — Avstriya parlamentinin yuxarı palatası - Federal Məclis. Koğuşda 62 yer var. Deputatlar Avstriya torpaqları (parlamentləri) tərəfindən seçilir. Torpaqları əhaliyə görə fərqli sayda millət vəkili (3-dən 12-dək) təmsil olunur. Bundesratın deputatının səlahiyyət müddəti seçilmiş parlamentin səlahiyyət müddəti ilə bağlı 4 ildən 6 ilə qədərdir.
Mərkəz Federal Dairəsi
Mərkəz Federal Dairəsi (rus. Центра́льный федера́льный о́круг) — Rusiya Federasiyası federal dairələrindən biri. == İqtisadiyyatı == Rusiya Federasiyasının Avropa hissəsinin mərkəzini əhatə edir. Tərkibinə Moskva, Tver, Tula, Yaroslavi, Bryansk, Vladimir, İvanova, Kaluqa, Kostroma, Oryol, Ryazan, Smolensk vilayətləri daxildir. Sahəsi 485 min km²–dir. Əsas təbii ehtiyatları qonur kömür, torf, fosforit, dəmir filizidir. Rusiyanın geniş istehsal profili mühüm emal sənaye rayonudur. Ümumrusiya miqyasında yüksək inkişaf etmiş maşınqayırma (əsasən, nəqliyyat maşınqayırması, dəzgahqayırma, elektrotexnika və elektronika), yüngül (əsasən, toxuculuq), kimya (xüsusilə rezin) sənayesi, həmçinin tikinti materialları istehsalı ilə tanınır. Elmi-texniki və layihə işləri üzrə ixtisaslaşmışdır. Mühüm kənd təsərrüfatı rayonudur.