Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədbuy səhləb
Anacamptis coriophora (lat. Anacamptis coriophora) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Kökyumrusu şar və ya ellipsvari, 1(2) sm uzunluqdadır. Gövdəsi 20-40 sm hündürlükdədir. Yarpaqları 4-7 sayda, lansetvari və ya xətvarilansetvari, 14 sm-ə qədər uzunluqda, 1 sm enindədir. Çiçəkqrupu çoxçiçəkli uzunsov-silindrik sünbül, 10 sm-ə qədər uzunluqdadır. Çiçəkaltlığı ensiz lansetvaridir. Çiçəkyanlığının xarici yarpaqları xətvari, lansetvari, qəhvəyitəhər-fırfır rənglidir. Dodaqcığı 3 dilimlidir.
Bəddua
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
İsfəndiyar Bərxu
İsfəndiyar Əli oğlu Bərxu və ya İsfəndiyar Coşqun - Azərbaycan Milli-azadlıq Hərəkatının fəallarından biri, Azərbaycan Milli Hökümətinin fədai dəstələrinin üzvü, dissident, ustad qarmon ifaçısı və şair. == Həyatı == İsfəndiyar Əli oğlu Bərxu 1929-cu il (pasportda 1925-ci il) sentyabrın 14-də Gəncə şəhərində, Cənubi Azərbaycandan olan mühacir ailəsində anadan olmuş, uşaqlıq illərini isə Şəmkirdə keçirmişdir.Sonradan Stalinin əmrinə əsasən İrandan və Cənubi Azərbaycandan olan mühacirlərin ölkədən çıxarılması zamanı İsfəndiyar Bərxunun da ailəsi Azərbaycan SSR-dən çıxarılmışdır. == Fəaliyyəti == === Azərbaycan Milli Höküməti dövrü === 1941-ci ilin iyun ayının 22-də alman-sovet müharibəsi başladıqdan sonra Qızıl Ordu hissələri Sovet-İran müqaviləsinin (1921-ci il) 6-cı maddəsinə görə İrana daxil oldular. İranda siyasi iqlim yumşaldı və siyasi təşkilatlar fəaliyyətə başladı. 12 yaşlı İsfəndiyar Bərxu da bu təşkilatlardan birinə kömək edirdi.1945-ci ilin dekabrın 12-də Təbrizdə Azərbaycanın Milli Hökuməti elan edildikdə, onu qorumaq məqsədi ilə fədai dəstələri yaradıldı. 16 yaşlı İsfəndiyar Bərxu da əlinə silah alaraq fədailərə qoşulmuşdur. Azərbaycan Milli Hökumətinə savadlı hərbi kadrlar lazım olduğundan 1946-cı ilin iyulunda bir qrup gənc Bakıya hərbi məktəbə oxumağa gəldi. Onların arasında İsfəndiyar da var idi.1946-cı ilin dekabrın 21-də Azərbaycan Milli Hökuməti süqut etdi. Hökumət üzvləri və onları dəstəkləyən minlərlə insan qətlə yetirildi. 1947-ci ilin iyun ayında Milli Hökumətin rəhbəri S.C.Pişəvəri Yevlax rayonunda təşkil edilmiş sui-qəsd nəticəsində avtomobil qəzasında həlak oldu.
Beddu Amanq
Beddu Amanq (7 avqust 1936, Makasar – 9 yanvar 2021) — İndoneziyalı iqtisadçı. 1995–1998-ci illərdə İndoneziyanın Qida Naziri vəzifəsini icra etmişdir. O, həmçinin, Dövlət Lojistik Agentliyinin (BULOG) rəhbəri idi. Qacah Mada Universitetinin Kənd Təsərrüfatı fakültəsini, sonra isə 1977-ci ildə Kənd Təsərrüfatı Sosial-İqtisadiyyat Bölməsini və magistr dərəcəsini bitirmişdir. 1981–1984-cü illərdə ABŞ-nin Deyvis Kaliforniya Universitetinin iqtisadi inkişaf doktoru dərəcəsini almışdır.
Bedey (Aryej)
Bedey (fr. Bédeille) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Sent-Krua-Volvestr kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09046. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 83 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 44 yaşda (15-64 yaş arasında) 32 nəfər iqtisadi cəhətdən fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə 69.2%). 32 aktiv adamdan 27 nəfəri (14 kişi və 13 qadın), 5 nəfər işsizdir (4 kişi və 1 qadın). 12 hərəkətsiz 2 nəfər arasında şagird və ya tələbə, 3 nəfər təqaüdçü, 7 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Bekuy (departament)
Bekuy — Burkina-Fasonun Tuy vilayətinə daxil olan departament. İnzibati mərkəzi Bekuy qəsəbəsində yerləşir.
Məhəmməd Bedur
Məhəmməd Bedur (d. 23 sentyabr 2000) — İordaniyalı üzgüçü. Məhəmməd Bedur İordaniyanı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == === Dünya Çempionatı === Məhəmməd Bedur 2015 Su idman növləri üzrə Dünya Çempionatında iştirak etmişdir. Bedur kişilər 100 m sərbəst, kişilər 100 m arxası üstə, 4 x 100 m qarışıq sərbəst, 4 x 100 m qarışıq estafet yarışlarında iştirak etmişdir.Məhəmməd Bedur növbəti dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 52.68 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 71-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi. === İslam Həmrəyliyi Oyunları === Məhəmməd Bedur birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 100 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 58.85 saniyəlik nəticəsi ilə 12-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Demyan Bednıy adaları
Demyan Bednıy adaları — Şimal Torpağının qərb hissəsində (Rusiya) yerləşın adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Adalar qrupunun tərkibinə 8 ada və ən azı beş adacıq daxildir. Onlar cənub-şərqdən şimal qərbə doğru 10 km məsafədə uzanır. Qrupun şərq nöqtəsini təşkil edən ada Komsomoles adasından Posadoçnaya çayının mənsəbindən 5 km şimalda yerləşir. Tərkibi (qərbdən şərqə): Kolobok — oval formaya malik və şimalında kiçik körfəzi olan ada. Ada 650 m uzunluğa malikdir. Şimal — elədə böyük olmayan qayadan ibatət olan ada. 800 metr uzunluğa malikdir.
Şimal adası (Demyan Bednıy adaları)
Şimal adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şimalında yerləşir. Öz adınıda yerləşdiyi mövqeyi ilə əlaqədar almışdır. Komsomoles adasının 12,3 km şimal-qərbdə yerləşir. 550 m qərbdə Kolobok adası, 1 km-dən bir az artıq məsafədə Çervyak və Utyonok adaları yerləşir. Adalar su altı qumlu sayla bir-birinə birləşmişdir. == Təsviri == Ada uzunsov formaya malikdir. Uzunluğu 700 metrdir. Qərbində kiçik göl vardır.