BƏDXAB

sif. [ fars. ] Yuxusu pis.
□ Bədxab olmaq – yuxusu qaçmaq.
[Əkbər:] …Səndən ayrılandan sonra gedib bədxab olub sübhədək yata bilməmişəm. Ə.Haqverdiyev.

Bədxab etmək – yuxusunu qaçırmaq, yatmağa qoymamaq, yuxudan ayıltmaq.
[Qarovulçu:] Hələ olur ki, xor oxuyub, yeddi qapı qonşuları bədxab eləyir. Mir Cəlal.

BƏDHƏRƏKƏT
BƏDXAH

Digər lüğətlərdə