Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İmam Hüseyn bəlağəti (Etimad)
İmam Hüseyn bəlağəti və ya əsil adı ilə Bəlağətul-Huseyn (ərəb. البلاغة حسين‎) — Ayətullah Seyid Mustafa Musəvi Ali Etimadın İmam Hüseynin (ə) xütbələri, məktubları və hikmətli sözlərindən ibarət kitabı. Əsərdə döyüşlərdəki igidliyi və rəşadəti ilə seçilən İmam Hüseynin eyni zamanda gözəl bəlağət və fəsahətə malik olduğu bir daha təsbit edilir. == Məzmun == Məzmun və tərtib etibarilə “Nəhcül-Bəlağə”yə bənzəyən “İmam Hüseyn Bəlağəti” kitabı döyüşlərdəki igidliyi və rəşadəti ilə seçilən İmam Hüseynin (ə) eyni zamanda gözəl bəlağət və fəsahətə malik olduğunu göstərən dəyərli əsərdir. Kitabın orijinallığı da o həzrəti (ə) biz oxuculara məhz bu yöndən tanımağa imkan verməsində özünü büruzə verir. Kitabın tərcümə olunmasında məqsəd mömin bacı və qardaşlarımızı İmam Hüseynin (ə) şəxsiyyəti ilə daha yaxından tanış etməkdir. == Nəşr == Kitab 2018-ci ildə Müşfiq Mehdibəyli tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 160 səhifədə 57x86 ölçüsündə çap edilib. Əsər 2018-ci ildə həm də Aslan Həbibov tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, "Bəlağətül-Hüseyn" adı ilə Bakıda Nurlar nəşriyyatında çap edilib. Bu tərcümə 2019-cu ildə KainatFilm Studiyasında Elşən Rüstəmov və Rauf Ağakişiyev tərəfindən səsləndirilmiş, Hüseyn Həsənov və Camal İbadovun səs rejissorluğu ilə, Süleyman Fərzəliyev, Xeyrulla Zeynalov və Ziya Məlikov tərəfindən kitabın səsli (audio) variantı hazırlanıb. == İstinadlar == == Həmçinin bax == Nəhcül-Bəlağə == Xarici keçidlər == "İmam Hüseyn Bəlağəti" ( (az.)).
Bəlağət
Bəlağət (ərəbcədən tərcümədə səlis, gözəl danışıq, natiqlik məharəti) — zəngin, gözəl, obrazlı, canlı, səlis danışıq qabiliyyəti, natiqlik istedadı və ya natiqlik sənətindən bəhs edən elm. Orta əsrlər ərəb filoloqlarının (əl-Cahiz, İbn əl-Mütəzz, əs-Səkkaki və başqaları) yaratdığı bəlağət elmi, əslində, nitqin gözəlliyi və səlisliyi haqqında üslubiyyat nəzəriyyəsi olub, üç bölməni əhatə edir: elm əl-məani, elm əl-bəyan, elm əl-bədi. Birinci bölmə nitqin qrammatika və məntiq qanunları baxımından düzgün qurulmasından bəhs edir. "Bəyan" elmi fikrin gözəl və aydın ifadə edilməsini və bu məqsədlə təşbeh, istiarə və kinayə kimi bədii təsvir vasitələrindən istifadə üsullarını öyrədir. "Bədi" istilahı altında isə bədii nitqin istər məzmun, istərsə də forma baxımından gözəlliyi üçün məcazi mənada işlənən söz və ifadələrin, həmçinin səs tərkibi etibarilə yaxın olan sözlərin bacarıqla seçilib, yerli-yerində işlədilməsi nəzərdə tutulurdu. Bəlağət elmi bütün bölmələri ilə birlikdə ilk dəfə əs-Səkkakinin "Miftəh ül-ülum" adlı ensiklopedik əsərində əsaslı şərh edilmiş və sistem halına salınmışdır. Azərbaycan alimləri Xətib Təbrizi, Şərəfəddin Həsən Rami Təbrizi, Vahid Təbrizi və başqaları bəlağət elmindən bəhs etmişlər. == Həmçinin bax == Ritorika Ritorik fiqurlar == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Əlaqəli hüquqlar
Əlaqəli hüquqlar – Müəlliflik hüququ ilə qorunan əsərlərin kütləyə çatdırılmasında iştirak edən vasitəçilərin müəlliflik hüququ ilə təmasda olan hüquqları. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Əlaqəli ifadə
Əlaqəli ifadə – iki, yaxud bir neçə əlaqəni tutuşdurmaq üçün əlaqə (münasibət) operatorlarının (məsələn, “kiçikdir”, yaxud “böyükdür”) istifadə olunduğu ifadə. Əlaqəli ifadənin nəticəsi Bul kəmiyyəti (doğru/yalan) olur. Bax: BOOLEAN, RELATIONAL OPERATOR. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əlaqəli model
Əlaqəli model (ing. Relational model) — verilənlərin əlaqələr əsasında təşkil olunduğu model; çağdaş verilənlər bazalarının idarəolunması sistemlərinin əksəriyyətində bu model gerçəkləşdirilib. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əlaqəli siyahı
Əlaqəli siyahı (en. linked list) – proqramlaşdırmada: verilənlər strukturunun göstəricilərlə (POINTER) bir-birinə bağlanmış bəndlərinin və ya elementlərinin siyahısı. Sadə bağlantılı siyahının hər bir bəndində bir göstərici var ki, həmin göstərici siyahının növbəti bəndinə göndərir (müraciət etdirir); ikiqat bağlantılı siyahının (DOUBLE-LINKED LIST) hər bir bəndində iki göstərici var ki, onlardan bir növbəti, o biri isə əvvəlki bəndə göndərir; dairəvi siyahıda birinci və axırıncı bəndlər əlaqəlidir. Massivlər kimi, bağlantılı siyahılardan da tez-tez siyahıların, steklərin və verilənlər növbələrinin yaradılmasında istifadə olunur. Bağlantılı siyahılar daha əlverişlidir, çünki onlarda bəndlər dinamik paylanır və bütün bəndlərin eyni tipdən olması tələb olunmur; massivlər isə, öz növbəsində, verilmiş bəndə birbaşa erişməyə imkan verir. == Həmçinin bax == Dövrün tapılması == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əlaqəli damarlar
Əlaqəli damarlar — eyni venoz sistemin 2 fərqli nöqtəsi ilə əlaqə quran venalar. Səthi venoz sistemi dərin venoz sistemlə birləşdirən digər venalara perforator venalar deyilir. Onlar böyük dəri altı venasını kiçik dəri altı vena ilə əlaqələndirə bilərlər (məsələn, Giakomini venası). == Giakomini venası == Giakomini venası — böyük dərialtı vena (BDV) və kiçik dərialtı vena (KDV) arasında birləşdirici damardır. Giakomini venası ya gövdənin proyeksiyası kimi, ya da kiçik dərialtı venanın qolu kimi budun arxası boyunca uzanır. Giakomini venasının çatışmazlığı təcrid olunmuş şəkildə özünü göstərə bilər, lakin daha çox böyük dərialtı vena çatışmazlığı ilə birlikdə müşahidə olunur. Bunun ya endovenöz lazer ablasiyası, ya da ultrasəslə idarə olunan skleroterapiya ilə effektiv şəkildə müalicə olunduğu bildirilir.
Bankın əlaqəli şəxsləri
Paratiroid hormonu ilə əlaqəli zülal
Paratiroid hormonu ilə əlaqəli zülal — bir hormondur və mezenximal kök hüceyrələr tərəfindən ifraz olunan paratiroid hormonları ailəsinin üzvüdür. Bəzən xərçəng hüceyrələri tərəfindən ifraz olunur (məsələn, döş xərçəngi, ağciyər xərçənginin müəyyən növləri, o cümlədən skuamöz hüceyrəli ağciyər karsinoması). Bununla belə, sümük, diş, damar toxumaları və digər toxumalarda da normal funksiyalara malikdir. == Funksiyası == PTHrP endokrin, avtokrin, parakrin və intrakrin hormon kimi hərəkət edir. Endoxondral böyümə plitəsinin sabit genişliyini saxlamaqla endoxondral sümük inkişafını tənzimləyir. O, həmçinin süd vəzilərinin formalaşması zamanı epiteliya-mezenximal qarşılıqlı əlaqəni tənzimləyir. PTHrP onurğalılarda və məməlilərdə kalsium homeostazının tənzimlənməsində mühüm rol oynayır. 2005-ci ildə avstraliyalı patoloq və tədqiqatçı Tomas Con Martin aşkar etdi ki, osteoblastlar tərəfindən istehsal olunan PTHrP sümük əmələ gəlməsinin fizioloji tənzimləyicisidir. O, həmçinin osteoklas formalaşmasını gücləndirərək sümük rezorbsiyasının fizioloji tənzimlənməsində rol oynaya bilər. === Diş çıxarmada === Paratiroid hormonu ilə əlaqəli zülal yerli sümük rezorbsiyasını stimullaşdırmaq üçün siqnal molekulu kimi çıxış etdiyi diş çıxarma zamanı sümükdaxili mərhələsində vacibdir.