Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhməd Bərdici
Əhməd Bərdici — fiqh, hədis alimi. == Həyatı == Azərbaycanda Əhməd Bərdicinin irsini ilk dəfə tədqiq edən AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazır ki, alim vaxtilə Kür çayı sahilində Bərdənin 14 fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuşdur. Əbubəkr Əhməd Harun oğlu Bərdəi Bərdici doğma yurdunda dövrünün zəruri biliklərinə yiyələndikdən sonra müxtəlif yerlərə -İran, İraq, Suriya, Misir, Əlcəzair, Hicaz və başqa ölkələrə səyahətlər etmiş, təhsilini artırmışdır. Mənbələrin verdiyi məlumata görə o, sakin olduğu yerlərdə həm öyrənir, həm də öyrədirmiş. Əhməd əl-Bərdici nüfuzlu müəllim sayılanda hələ iyirmi beş yaşı tamam deyilmiş. Bir tarixçi yazır: Əbu Əmr əl-Müstəmlinin xəttində oxudum ki, o, Əhməd ibn Harun əl-Bərdicini 255 (869)-ci ildə Zəhli məscidində dinləmişdir. == Elmi yaradıcılığı == Əhməd əl-Bərdicinin yaradıcılığı dini ideologiyaya həsr olunmuşdur. Əbülhəsən əd-Darəqütni (918–995) onu "hədis dayaqlarından biri" sayıb, "inanılmış", "nüfuz sahibi" adlandırmışdır. ə-Xətib əl-Bağdadi (1002–1071) və Əbu Səd əs-Səmani (1113–1167) onun haqqında "fəzilətli", "zəkalı" və "hafiz" (Quranı əzbər bilən) sözlərini işlətmişlər. İbn əl-İmad əl-Hənbəli (öl.
Polad necə bərkidi (roman)
Polad necə bərkidi (rus. Как закалялась сталь) — Nikolay Ostrovskinin yazdığı roman. == Məzmun == "Polad necə bərkidi" romanında müəllif Pavel Korçaginin şəxsində özünün amansız xəstəliklə mübarizəsini, taleyini, şəxsi faciəsini qələmə almışdır. Düşdüyü bütün çətin vəziyyətlərə baxmayaraq, Korçagin var qüvvəsini toplayıb işləyir, yazıb-yaradır, ölümə qalib gəlir. == Nəşr və tərcümə == Roman Məmməd Arif tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və 1965-ci ildə Azərnəşrdə çap edilib. Daha sonra 2018-ci ildə Bakı Kitab Klubunda 424 səhifədə, 100 tirajla təkrar nəşr olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Bakı Kitab Klubu. "Polad necə bərkidi (roman)" ( (az.)). kitabklubu.org. 2017-09-01 tarixində arxivləşdirilib.
Əhməd ibn Harun əl-Bərdəi əl-Bərdici
Əhməd ibn Harun əl-Bərdəi əl-Bərdici — 844-914-cü illərdə yaşamış Azərbaycanlı alim. == Haqqında == Bərdənin 14 fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuş Əbubəkr Əhməd ibn Harun əl-Bərdici doğma yurdunda dövrünün zəruri biliklərinə yiyələndikdən sonra müxtəlif yerlərə - İran, İraq, Suriya, Misir, Əlcəzair, Hicaz və başqa ölkələrə səyahətlər etmiş, təhsilini artırmışdır. Mənbələrin verdiyi məlumata görə o, sakin olduğu yerlərdə həm öyrənir, həm də öyrədirmiş. Əhməd əl-Bərdici nüfuzlu müəllim sayılanda hələ iyirmi beş yaşı tamam deyilmiş. Bir tarixçi yazırdı ki, Əbu Əmr əl-Müstəmlinin xəttində oxudum ki, o, Əhməd ibn Harun əI-Bərdicini 255 (869)-ci ildə Zəhli məscidində dinləmişdir. Əhməd əl-Bərdicinin yaradıcılığı dini ideologiyaya həsr olunmuşdur. Əbülhəsən əd-Darəqütni (918-995) onu "hədis dayaqlarından biri" sayıb, "inanılmış", "nüfuz sahibi" adlandırmışdır. Xətib əl-Bağdadi (1002-1071) və Əbu Səd əs-Səmani (1113-1167) onun haqqında "fəzilətli", "zəkalı" və "hafiz" (Quranı əzbər bilən) sözlərini işlətmişlər. İbn əl-İmad əl-Hənbəli (öl. 1078) yazırdı ki, Əhməd əl-Bərdici "axırıncı nüfuz sahiblərindən və dünya alimlərinin məşhurlarından idi".